Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-912/2024 29.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün adının siyahıya daxil edilərək sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin orqanın üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. xx.xx.N007-ci il tarixli AO ******* nömrəli hərbi biletdə İddiaçı xx.xx.N0N0xx.xx.N0N0-ci il tarixlərdə Fizuli, Zəngilan və Qubadlı istiqamətində gedən döyüşlərdə N nömrəli hərbi hissədə manqa komandiri vəzifəsində xidmət etmişdir.
2. N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli 34N nömrəli əmrindən çıxarışdan görünür ki, kiçik çavuş İddiaçı N1 sentyabr N0N0-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmiş və N-ci zenit raket divizionunun 3-cü zenit raket batareyasının zenit raket manqasının manqa komandiri vəzifəsinə təyin olunmuşdur.
3. N nömrəli hərbi hissə komandirinin Hərbi hissənin və bölmələrinin şəxsi heyətinin düşmən təxribatının qarşısının alınması ilə əlaqədar döyüş tapşırığını yerinə yetirən və döyüş əməliyyatlarına cəlb olunan hərbi qulluqçuların siyahısının tərtib edilməsi haqqında xx.xx.N0N0-ci il tarixli 091 nömrəli əmrindən çıxarışdan görünür ki, ehtiyat komanda məntəqəsinə və bölmələrin ehtiyat mövqelərinə gedən yolların vəziyyətinin yoxlanılması, mühəndis cəhətdən hazırlanması, maskalanma tədbirlərinin görülməsi və döyüş tapşırıqlarının dəqiqləşdirilməsinə hərbi hissə komandirinin müavinləri, bölmə vəxidmət rəisləri və qərargahdan hərbi qulluqçuların cəlb olunması, hərbi hissə komandirinin müavinləri, bölmə və xidmət rəisləri, hərbi hissənin şəxsi heyəti xx.xx.N0N0-ci il tarixdən düşmən təxribatının qarşısının alınması və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı xidməti vəzifələrini layiqincə yerinə yetirən hərbi qulluqçuların aşağıda göstərilən qaydada siyahısının tərtib edilməsi əmr edilmiş və bu siyahıda 858-ci sırada kiçik çavuş İddiaçı – manqa komandiri qeyd edilmişdir.
4. N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli 447 nömrəli əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin N5 dekabr N0N0-ci il tarixli N74 nömrəli əmrinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə əsasən kiçik çavuş İddiaçı səfərbərlikdən tərxis edilmiş, N8 dekabr N0N0-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və çağırıldığı Azərbaycan Respublikası və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinə göndərilmişdir. Əsas: Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N0N0-ci il tarixli N74 nömrəli əmri.
5. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı N nömrəli hərbi hissəyə etdiyi müraciətə, həmin hərbi hissənin xx.xx.N0NN-ci il tarixli 478N nömrəli cavab məktubunda bildirilmişdir ki, onun 44 günlük “Vətən müharibəsi” dövründəki fəaliyyəti nəzərə alınaraq, “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsi üçün sənədləri “Müharibə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya təqdim edilmişdir.
6. N nömrəli hərbi hissə tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.N0N3-cü il tarixli 4380 nömrəli məktubda bildirilmişdir ki, "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsi üçün adları "Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"ya təqdim edilmiş şəxslərin sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli N16 nömrəli qərarına uyğun tərtib edilib yenidən təqdim edilməsi məqsədi ilə xx.xx.N0N3-cü il tarixdə "Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya" tərəfindən geri qaytarılmışdır. Həmin siyahıda onun da adı qeyd edilmişdir. N nömrəli hərbi hissənin "Vətən müharibəsində iştirak etmiş şəxslərin sənədlərinin hazırlanması işinin təşkili və icrası üçün yaradılmış hərbi hissə üzrə daxili yoxlama komissiya"sı tərəfindən sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli N16 nömrəli qərarına uyğun tərtib edilmişdir və yenidən qərar qəbul edilməsi məqsədi ilə N nömrəli hərbi hissə tərəfindən xx.xx.N0N3-cü il tarixli N605 nömrəli məktubla "Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"ya təqdim edilmişdir.
7. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi təkrar müraciətinə həmin orqanın xx.xx.N0N3-cü il tarixli N/N-9084 nömrəli cavab məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.N0N3-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Barəsində təqdim olunmuş arayış-məlumatda qeyd olunmuş ərazi (Bərdə rayonu) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli N16 nömrəli Qərarında göstərilən ərazilərə uyğun gəlmədiyinə görə ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Əlavə olaraq bildirilir ki, "Vətəndaşların müraciətləri haqqında" Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir.
8. N nömrəli hərbi hissənin “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqələrinin verilməsi üçün təqdim edilən X6 tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barəsində arayış-məlumatında aşağıdakılar qeyd edilmişdir: Döyüş əməliyyatları aparılan zaman (N7.09.-xx.xx.N0N0-ci il tarixlərdə) 1) Xidmət keçdiyi hərbi hissə (müəssisə): N nömrəli hərbi hissə 2) Rütbəsi: kiçik çavuş 3) Vəzifəsi: N-ci zenit divizionunun 3-cü zenit raket batareyasının zenit raket manqasının manqa komandiri 4) Xidmət etdiyi hərbi hissəyə daxil olması və çıxması (tarixlər və əmrin nömrələri göstərilməklə): xx.xx.N0N0-ci il tarixli 34N nömrəli əmr, xx.xx.N0N0-ci il tarixli 447 nömrəli əmr 5) Hərbi hissənin və bölmənin döyüş əməliyyatlarına cəlb olunması və döyüş tapşırığının yerinə yetirilməsi (tarix və əmrin nömrəsi göstərilməklə): Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri Komandanının xx.xx.N0N0-ci il tarixli 00N8 nömrəli döyüş sərəncamı 6) Həmin dövrdə şəxsin X6 bölmələrinin tərkibində döyüş növbəsinə cəlb olunması (tarix və əmrin nömrəsi göstərilməklə): Hərbi Hava Qüvvələri komandanının xx.xx.N0N0-ci il tarixli 015 nömrəli əmri 7) Həmin dövrdə şəxsin cəlb olunduğu X6 bölmələrinin tərkibində döyüş atışlarının həyata keçirilməsi (tarix və əmrin nömrəsi göstərilməklə):- 8) İştirak etdiyi ərazilər: Ağcabədi Hindarx, Ağdam 9) Hansı qismdə iştirak edib, həmin dövrdə hansı fəaliyyət növü ilə məşğul olub (təfsilatı məlumat verilsin): xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı döyüş texnikasından və digər texnikalardan düzgün istifadə olunmasına və onların saz saxlanmasına görə. 10) Xəsarət (yaralanma, travma, kontuziya) alma tarixi: 11) Xəsarət (yaralanma, travma, kontuziya) aldığı ərazi: 12) Xəsarət (yaralanma, travma, kontuziya) üzrə məlumat (diaqnoz): 13) Ehtiyata və ya istefaya buraxılması (nizami hissə üzrə əmrin nömrəsi və tarixi): 14) Göndərildiyi SHXÇDX-nin idarəsinin, şöbəsinin (bölməsinin) adı: Göygöl rayon şöbəsi 15) Döyüşlərdə iştirakına görə təltifləri (tarix və adı): olunmayıb.
9. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyinin xx.xx.N0N3-cü il tarixli N/N-11361 nömrəli məktubunda göstərilmişdir ki, təqdim olunmuş arayış-məlumatda qeyd olunmuş ərazi (Bərdə rayonu) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli N16 nömrəli Qərarında göstərilən ərazilərə uyğun gəlmədiyinə görə xx.xx.N0N3-cü il tarixli iclas protokoluna əsasən komissiya tərəfindən vətəndaş İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir.
10. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyinin xx.xx.N0N4-cü il tarixli N/N-5N6 nömrəli məktubunda bildirilmişdi ki, təqdim edilmiş arayış-məlumatın 8-ci hissəsində "İştirak etdiyi ərazilər: Bərdə" yazıldığından, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N7 sentyabr N0N0-ci il tarixdən 10 noyabr N0N0-ci il tarixədək vətəndaş İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli N16 nömrəli Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin birinci hissəsinin onuncu abzasında göstərilən ərazilərdə (Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun, Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N7 sentyabr N0N0-ci il tarixədək işğal altında olmuş ərazilərində) döyüşlərdə blavasitə iştirak etməsinə və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirməsinə dair sənədlər (hərbi biletlər, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri, şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər) təqdim edilməmişdir. Yuxarı qeyd olunanlara əsasən, Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya 13 iyun N0N3-cü il və təkrar N6 dekabr N0N3-cü il tarixli iclaslarının protokoluna əsasən vətəndaş İddiaçı "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir.
11. Məhkəmənin sorğusuna cavab olaraq daxil olmuş N nömrəli hərbi hissə tərəfindən verilmiş arayış-məlumatda iştirak etdiyi ərazi kimi Bərdə rayonu, iştirakı etdiyi fəaliyyət kimi isə xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı divizionun patrul xidmətinin təşkil olunması qeyd edilmişdir.
12. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyinin xx.xx.N0N4-cü il tarixli N/N-3797 nömrəli məktubunda bildirilmişdir ki, vətəndaş X3 “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün göndərilən sənədləri (və ya arayış-məlumatı) yanvar N0NN-ci ildə Azərbaycan Respublikası Nazirlər kabinetinə göndərilmişdir və verilməsinə əsas olan sənədlər orada saxlanılır.
13. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyinin xx.xx.N0N4-cü il tarixli N/N-5083 nömrəli məktubunda bildirilmişdir ki, N7 sentyabr N0N0-ci il tarixdən 10 noyabr N0N-ci il tarixədək erməni silahlə birləşmələrinə qarşı əks hücum əməliyyatının keçirilməsi və işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiyinə görə xx.xx.N000-ci il təvəllüdlü vətəndaş X1 “Müharibə veteranı” adı verilmişdir. Məlumat üçün bildirir ki, vərəndaş Bəxtiyar Alıyarlıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə əsas olan sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetindədir.
14. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyinin xx.xx.N0N4-cü il tarixli N/N-5191 nömrəli məktubunda bildirilmişdir ki, N7 sentyabr N0N0-ci il tarixdən 10 noyabr N0N-ci il tarixədək erməni silahlə birləşmələrinə qarşı əks hücum əməliyyatının keçirilməsi və işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiyinə görə xx.xx.1987-ci il təvəllüdlü vətəndaş XN “Müharibə veteranı” adı verilmişdir. Məlumat üçün bildirir ki, vərəndaş Eldəniz Baxşəliyevə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə əsas olan sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetindədir.
15. Məhkəmənin sorğusuna N nömrəli hərbi hissənin xx.xx.N0N4-cü il tarixli 399 nömrəli cavab məktubunda bildirilmişdir ki, məktubda adı qeyd olunmuş İddiaçı "Müharibə Veteranı" adının və müvafiq vəsiqəsinin verilməsi ilə əlaqədar sənədlərə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"da baxılmışdır. Əlavə olaraq bildirir ki, arayışməlumatda qeyd olunmuş ərazi (Bərdə rayonu) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli N16 nömrəli Qərarında göstərilən ərazilərə uyğun gəlmədiyinə görə xx.xx.N0N3-cü il tarixli iclas protokoluna əsasən komissiya tərəfindən vətəndaş İddiaçı "Müharibə Veteranı" adının və müvafiq vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədə uyğun hesab edilməmişdir. İddiaçı xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək İİ Qarabağ müharibəsi zamanı xidmət yeri Bərdə rayonu ərazisi olmuşdur. Əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı divizionun patrul xidmətinin təşkil olunmasında fəal iştirak etmişdir. Zenitraket manqasının manqa komandirinin vəzifələri: Öz silahını döyüş hazırlığında saxlasın, onun quruluşunu və atış qaydalarını bilsin. Düşmənin və öz aviasiyasının əsas xüsusuiyyətlərini, fərqləndirici əlamətlərini və taktiki fəndlərini bilsin. Hava düşməninin fasiləsiz müşahidəsini aparsın, hava hədəflərini vaxtında aşkar etsin, tanısın və komanda ilə sərbəst məhv etsin. Ərazidən bacarıqla istifadə etsin, atış üçün mövqeni seçsin və təchiz etsin. Raketlərin məsrəfi barədə taqım komandirinə vaxtı-vaxtında məruzə etsin. İddiaçı AK-74 markalı atıcı silah təhkim olunmuşdur. Məktubda adları qeyd olunan hərbi qulluqçular Eldəniz Baxşəliyevə, Tural Səmədova və Bəxtiyar Alıyarlıya "Müharibə Veteranı" adı verilib. Lakin, həmin hərbi qulluqçuların arayış-məlumatları Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"ya göndərildiyindən həmin hərbi qulluqçuların arayış-məlumatları hərbi hissədə olmadığından surətlərini təqdim edə bilmirlər.
16. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyinin xx.xx.N0N4-cü il tarixli N/N-4498 nömrəli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı barəsində N nömrəli hərbi hissə tərəfindən daxil olmuş arayış-məlumata komisisyanın xx.xx.N0N3-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir.
17. Məhkəmənin sorğusuna N nömrəli hərbi hissənin xx.xx.N0N4-cü il tarixli 745 nömrəli cavab məktubunda bildirilmişdir ki, məktubda adı qeyd olunmuş İddiaçı "Müharibə Veteranı" adının və müvafiq vəsiqəsinin verilməsi ilə əlaqədar sənədlərə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"da baxılmışdır. Arayış-məlumatda qeyd olunmuş ərazi (Bərdə rayonu) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin NN sentyabr 1995ci il tarixli N16 nömrəli Qərarında göstərilən ərazilərə uyğun gəlmədiyinə görə xx.xx.N0N3cü il tarixli iclas protokoluna əsasən komissiya tərəfindən vətəndaş İddiaçı "Müharibə Veteranı" adının və müvafiq vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədə uyğun hesab edilməmişdir. İddiaçı xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək İİ Qarabağ müharibəsi zamanı xidmət yeri Bərdə rayonu ərazisi olub. Əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı divizionun patrul xidmətinin təşkil olunmasında fəal iştirak etmişdir.
18. İddiaçı qeydiyyat kartasında onun xx.xx.N0N0-xx.xx.N0N0-ci il tarixlərdə Cəbrayıl, Qubadlı, Fizuli istiqamətlərində gedən döyüşlərdə N nömrəli hərbi hissənin tərkibində manqa komandiri vəzfifəsində xidmət etdiyi qeyd olunmuşdur.
19. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N0N4-cü il tarixli 3-N5-3/N-73xx-xx/N0N4 nömrəli və xx.xx.N0N4-cü il tarixli 3-N5- N/N-kd-90xx-xx/N0N4 nömrəli cavab məktublarında bildirilmişdir ki, N7 sentyabr N0N0-ci il tarixdən 10 noyabr N0N0-ci il tarixədək erməni silahlı birləşmələrinə qarşı əks hücum əməliyyatının keçirilməsi və işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiklərinə görə vətəndaşlar Eldəniz Baxşəliyevə, Tural Səmədova və Bəxtiyar Alıyarlıya "Müharibə veteranı" adı verilmişdir. Məlumat üçün bildirirəm ki, adları qeyd olunan vətəndaşlara "Müharibə veteranı" adının verilməsinə əsas olan sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetindədir. II. Məhkəmədə icraat
20. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.N0N3-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 0N iyul N007-ci il tarixdən həqiqi hərbi xidmətə göndərilmiş və 0N yanvar N009-cu il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 571 saylı xx.xx.N008-ci il tarixli əmri əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci tarixədək N saylı hərbi hissənin təkibində "Vətən Müharibəsi" döyüşlərində iştirak etmişdir. Hərbi biletinin surətində müharibə gedişatında Fizuli, Zəngilan və Qubadlı istiqamətində gedən döyüşlərdə N saylı hərbi hissənin tərkibində manqa komandiri kimi döyüşlərdə iştirak etməyi qeyd edilib və hərbi hissənin möhürü ilə təsdiq olunub. "Vətən Müharibəsi" qələbə ilə nəticələndikdən sonra dəfələrlə Müdafiə Nazirliyinə müraciət edərək ona "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsini xahiş etməyinə baxmayaraq müxtəlif bəhanələr gətirilərək cavabdeh tərəfindən süründürməçiliyə yol verilmişdir. N saylı hərbi hissə komandirinin N8 dekabr N0N0-ci il tarixli nizami hissə üzrə 447 nömrəli əmri ilə müharibə bitdikdən sonra N8 dekabr N0N0-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlarından çıxarılmışdır və əmrdə qeyd edildiyi kimi kiçik çavuş İddiaçı-N-ci zenit-raket divizionunun 3-cü zenit-raket batareyasının zenit-raket manqasının manqa komandiri vəzifəsindən təxris edilərək Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon Şöbəsinə göndərilmişdir. xx.xx.N0N3-cü il tarixdə təkrar ərizə ilə Müdafiə Nazirliyinə müraciət edib "Müharibə Veteranı" adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. MN-nin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiyanın" katibi tərəfindən xx.xx.N0N3-cü il tarixli N/N 9084 nömrəli məktub ona göndərilib və həmin məktubda göstərilib ki, "Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq təkrar bildiririk ki, Sizə "Müharibə Veteranı"adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlər Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"sının xx.xx.N0N3-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Barənizdə təqdim olunmuş arayış-məlumatda qeyd olunmuş ərazi (Bərdə rayonu) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli N16 nömrəli Qərarında göstərilən ərazilərə uyğun gəlmədiyinə görə Sizə "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədlərinizin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir”. Nəzərə çatdırır ki, MN-yi belə bir nəticəyə gəlib ki, onun barəsində xidmət etdiyi N saylı hərbi hissə tərəfindən verilmiş arayış-məlumatda göstərilib ki, guya o, Bərdə rayonu ərazisində xidmət etmişdir və həmin ərazi döyüş gedən ərazilər hesab edilmədiyi üçün Nazirlər Kabinetinə müraciət etməyi tövsiyə olunmuşdur. Qeyd edir ki, MN-nin bəhanə gətirərək istinad etdiyi N saylı hərbi hissə tərəfindən verilmiş arayış-məlumatın bir nüsxəsi də onda var və həmin arayışməlumatı sənədlərinə əlavə edir. 05N saylı hərbi hissənin Komandiri polkovnik Elnur Qebedovun və N-ci divizyonun komandiri polkovnik-leytenant Məmməd Məmmədov tərəfindən barəsində olan və Nazirliyə təqdim olunmuş arayış-məlumatın 8-ci bəndində göstərilmişdir ki, iştirak etdiyi ərazilər: Ağcəbədi Hindarx, Ağdam istiqamətində N-ci raket divizionunun 3-cü zenit-raket batareyasının zenit-raket manqasının manqa komandiri vəzifəsində xidmət edərək həmin istiqamətdə aparılan döyüşlərdə iştirak etmişdir. Buradan belə bir nəticəyə gəlir ki, cavabdeh növbəti dəfə ona yalan məlumat verərək göstərib ki, guya o, Bərdə rayonu ərazisində aparılan döyüşlərdə iştirak etmişdir. Yuxarıda qeyd etdiyi kimi MN-nin xx.xx.N0N3-cü il tarixli imtina məktubunu aldıqdan sonra qanunvericiliyə müvafiq olaraq müəyyən edilmiş müddətdə məhkəməyə iddia ərizəsi ilə xx.xx.N0N3-cü il tarixdə müraciət edir.
22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
23. Məhkəmənin hüquqi yardımından sonra iddiaçı xx.xx.N0N4-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin tarixli qərardadla ərizə məhkəmənin icraatına qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
24. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
25. Hazırkı iddia İPM-in N.N.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə N.N.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.N. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.N-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
26. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
27. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Göygöl rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.N019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
28. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
29. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
30. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.N0N4-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
31. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə məhkəməyə ünvanladığı yazılı etirazda məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
32. Məhkəmə İPM-in 6N.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
33. Cavabdeh məhkəməyə iddiaya qarşı yazılı etiraz ünvanlamış və etiraz onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyinin veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiyasının xx.xx.N0N3-cü il tarixli N/N-9084 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, arayış-məlumatda (əvvəlki etiraza əlavə olunmuşdur) qeyd olunmuş ərazi (Bərdə rayonu) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli N16 №-li Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə, ona "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə, sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli N16 N-li Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 1-ci hissəsinin 1ci bəndinin 9-cu yarımbəndinə əsasən: "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0N0-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya tut arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında "Müharibə veteranı" adı verilir."
34. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
35. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, N saylı hərbi hissənin tərkibində xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək hərbi təlimlərdə iştirak etmiş, xx.xx.N0N0-ci il tarixdən isə Azərbaycan Respublikasının X6sində iştirak etmişdir. O, təxminən oktyabr ayının 10-dan Ağdam rayonunda yerləşən 3-cü bölüyə (3-cü zenit raket batareyasına) göndərilmiş və həmin bölüyə manqa komandiri təyin edilmişdir. Hərbi Hava Qüvvələrinin Bərdə rayonunda yerləşən komanda idarəetmə məntəqəsi, yəni N-ci diviziya Lənbəran kəndində yerləşirdi. Bölük Ağdam rayonunun ərazisində yerləşsə də, müharibə ilə əlaqədar yerdəyişmə manevrləri etmiş və Ağcabədi rayonunun ərazisində olmaqla, hava məkanını qorumuşdur. Şəkillərdəki texnikalar daşınan zenit raket kompleksi və özüyeriyən zenit raket kompleksi olmaqla, həmin şəkillərin çəkildiyi ərazi Ağdam rayonunun ərazisidir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
36. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - xx.xx.N007-ci il tarixli AO ******* nömrəli hərbi bilet; - N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli 34N nömrəli, xx.xx.N0N0ci il tarixli 091 nömrəli və xx.xx.N0N0-ci il tarixli 447 nömrəli əmrlərindən çıxarış; - N nömrıli hərbi hissənin xx.xx.N0NN-ci il tarixli 478N nömrəli cavab məktubu; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.N0NN-ci il tarixli cavab məktubu; - N nömrəli hərbi hissənin xx.xx.N0N3-cü il tarixli 4380 nömrəli məktubu; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N0N3-cü il tarixli N/N-9084 nömrəli imtina məktubu; - N nömrəli hərbi hissənin arayış-məlumatı; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyinin xx.xx.N0N3-cü il tarixli N/N-11361 nömrəli və xx.xx.N0N4-cü il tarixli N/N-5N6 nömrəli məktubları; - N nömrəli hərbi hissənin “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqələrinin verilməsi üçün təqdim edilən X6 tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barəsində digər arayış-məlumatı; - Məhkəmənin sorğusuna N nömrəli hərbi hissənin xx.xx.N0N4-cü il tarixli 3-N5-4/N- 1N17/N0N4 nömrəli, xx.xx.N0N4-cü il tarixli 399 nömrəli və xx.xx.N0N4-cü il tarixli 745 nömrəli cavab məktubları; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyinin xx.xx.N0N4-cü il tarixli N/N-3797 nömrəli, xx.xx.N0N4-cü il tarixli N/N-5083 nömrəli, xx.xx.N0N4-cü il tarixli N/N- 5191 nömrəli məktubları; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyinin xx.xx.N0N4-cü il tarixli N/N-4498 nömrəli məktubu; - İddiaçı qeydiyyat kartası; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N0N4cü il tarixli 3-N5-3/N-73xx-xx/N0N4 nömrəli və xx.xx.N0N4-cü il tarixli 3-N5-N/N-kd-90xxxx/N0N4 nömrəli cavab məktubları.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
37. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
38. İş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0ci il tarixədək əks hücum əməliyyatları zamanı X6sində iştirak etdiyini əsas gətirməklə, müharibə veteranı adı və vəsiqəsi alması ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin cavabdeh xx.xx.N0N3-cü il tarixli məktubla onun müraciətini təmin etməkdən imtina edərək, iddiaçının barəsində təqdim olunmuş arayışməlumatda qeyd olunmuş ərazi (Bərdə rayonu) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli N16 nömrəli Qərarında göstərilən ərazilərə uyğun gəlmədiyinə görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsinin məqsədəuyğun hesab edilmədiyini bildirmişdir.
39. Lakin məhkəmə aşağıdakılara görə cavabdeh orqanın imtinasını əsassız sayır.
40. Belə ki, cavabdeh orqan imtinasında iddiaçının barəsində təqdim olunmuş arayış-məlumatda qeyd olunmuş ərazinin (Bərdə rayonu) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli N16 nömrəli Qərarında göstərilən ərazilərə uyğun gəlmədiyini qeyd etmişdir.
41. Lakin iş materialları ilə müəyyən olunur ki, iddiaçının barəsində N nömrəli hərbi hissə tərəfindən iki ayrı arayış-məlumat verilmişdir, iddiaçının təqdim etdiyi arayış məlumatda iştirak etdiyi ərazi kimi Ağcabədi Hindarx, Ağdam, iştirakı etdiyi fəaliyyət kimi xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı döyüş texnikasından və digər texnikalardan düzgün istifadə olunmasına və onların saz saxlanması qeyd edilmiş, digər arayışda (məhkəmənin sorğusuna cavab olaraq verilmiş) iştirak etdiyi ərazi kimi Bərdə, iştirakı etdiyi fəaliyyət kimi isə xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı divizionun patrul xidmətinin təşkil olunması qeyd edilmişdir.
42. İddiaçı isə sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, N saylı hərbi hissənin tərkibində xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək hərbi təlimlərdə iştirak etmiş, xx.xx.N0N0-ci il tarixdən isə Azərbaycan Respublikasının X6sində iştirak etmişdir. O, təxminən oktyabr ayının 10-dan Ağdam rayonunda yerləşən 3-cü bölüyə (3-cü zenit raket batareyasına) göndərilmiş və həmin bölüyə manqa komandiri təyin edilmişdir. Hərbi Hava Qüvvələrinin Bərdə rayonunda yerləşən komanda idarəetmə məntəqəsi, yəni N-ci diviziya Lənbəran kəndində yerləşirdi. Bölük Ağdam rayonunun ərazisində yerləşsə də, müharibə ilə əlaqədar yerdəyişmə manevrləri etmiş və Ağcabədi rayonunun ərazisində olmaqla, hava məkanını qorumuşdur. Şəkillərdəki texnikalar daşınan zenit raket kompleksi və özüyeriyən zenit raket kompleksi olmaqla, həmin şəkillərin çəkildiyi ərazi Ağdam rayonunun ərazisidir.
43. N nömrəli hərbi hissə komandirinin Hərbi hissənin və bölmələrinin şəxsi heyətinin düşmən təxribatının qarşısının alınması ilə əlaqədar döyüş tapşırığını yerinə yetirən və döyüş əməliyyatlarına cəlb olunan hərbi qulluqçuların siyahısının tərtib edilməsi haqqında xx.xx.N0N0-ci il tarixli 091 nömrəli əmrinə əsasən ehtiyat komanda məntəqəsinə və bölmələrin ehtiyat mövqelərinə gedən yolların vəziyyətinin yoxlanılması, mühəndis cəhətdən hazırlanması, maskalanma tədbirlərinin görülməsi və döyüş tapşırıqlarının dəqiqləşdirilməsinə hərbi hissə komandirinin müavinləri, bölmə vəxidmət rəisləri və qərargahdan hərbi qulluqçuların cəlb olunması, hərbi hissə komandirinin müavinləri, bölmə və xidmət rəisləri, hərbi hissənin şəxsi heyəti xx.xx.N0N0-ci il tarixdən düşmən təxribatının qarşısının alınması və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı xidməti vəzifələrini layiqincə yerinə yetirən hərbi qulluqçuların siyahısında 858-ci sırada kiçik çavuş İddiaçı adı qeyd edilmişdir.
44. Məhkəmə onu da qeyd edir ki, iddiaçının xidmət keçdiyi N saylı hərbi hissə Hərbi Hava Qüvvələri (X6) qoşun növünə aid olduğundan və iddiaçı həmin X6 bölmələrinin tərkibində döyüş əməliyyatlarında iştirak etdiyindən onun iştirak etdiyi ərazinin Bərdə rayonu kimi qeyd edilməsi halında belə bu, ona müharibə veteranı vəsiqəsinin verilməsindən imtina səbəbi ola bilməzdi.
45. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
46. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli N16 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0N0-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında (9cu yarımbənd); N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, X6, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında (10-cu yarımbənd). Bənd N. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
47. Yuxarıda adıçəkilən Əsasnamədən göründüyü kimi, 10-cu yarımbənddə N0N0ci il sentyabrın N7-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, X6, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında veteran adı və vəsiqəsinin verilməsi nəzərdə tutulmuşdur ki, iddiaçı da Hərbi Hava Qüvvələrinə məxsus N nömrəli hərbi hissədə xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı düşmənin mümkün hava hücumunun qarşısının alınmasında, yəni döyüş əməliyyatlarında bilavasitə iştirak etmişdir.
48. Mübahisənin maddi-hüquqi əsasını təşkil edən normaların tətbiqi və iş materiallarının tədqiqi nəticəsində məhkəmə belə hesab edir ki, hazırkı halda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçının adını müharibə veteranı adı veriləcək şəxslərin siyahısına daxil edərək, sənədlərini razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina etməsi barədə hərəkətləri qanunauyğun olmamışdır.
49. Çünki, iddiaçının xidmət etdiyi hərbi hissənin vəzifəsi ölkənin ərazi bütövlüyünü X6 etmək olmuş və Əsasnamədə X6 bölmələrinin tərkibində xidmət keçmiş şəxslərin də məhz Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə döyüş əməliyyatlarında bilavasitə iştirak etməli olması əks olunmamışdır.
50. İddiaçı N saylı hərbi hissənin düşmən təxribatının qarşısının alınması ilə əlaqədar döyüş tapşırığını yerinə yetirən və döyüş əməliyyatlarına cəlb olunan hərbi qulluqçuların siyahısında olmuş və hava məkanının müdafiə edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişdir ki, bu halda onun adı müharibə veteranı vəsiqəsi veriləcək şəxslərin siyahısına daxil edilməli idi.
51. İPM-in 14.N-ci maddəsinə görə inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilələrdən müdafiəyə dair iddialar üzrə belə müdaxilələri zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür.
52. Lakin hazırkı işdə cavabdeh inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtləri mövcudluğunu və imtinasında istnad etdiyi halları sübuta yetirə bilməmişdir.
53. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
54. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.N. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
55. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, N5N) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva