Məhkəmə qərarları › İş №2-1(114)-915/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-915/2025

20.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-915/2025 20.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh ünvan 1 ünvanda yerləşən və onun atasına məxsus olan 0.265 kv.m torpaq sahəsinin ünvan 2ülkiyyəti kimi qeydə alınması barədə cavabdeh orqanın xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Vəli Xuluflu küçəsi, 131 nömrəli ünvanda yerləşən və onun atasına məxsus olan 0.265 kv.m torpaq sahəsinin Kəpəz rayon Bələdiyyəsinin mülkiyyəti kimi qeyd alınmasının ləğvi və həmin torpaq sahəsinə onun mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun yaşadığı ünvan 3 ünvanda yerləşən ev X3na məxsus olmuş, o həmin evdə doğulub böyümüşdür. 1985-ci ildən iddiaçı ailə qurmuş, arvadı və uşaqları ilə birlikdə həmin evdə yaşayırlar. X3 xx.xx.1995-ci ildə, anası X8 isə xx.xx.1999-cu ildə vəfat etmişlər. Həmin evə dair Kommunal Təsərrüfat Nazirliyinin X2 Bürosu tərəfindən iddiaçının atası X4 adına xx.xx.1964-cü il tarixli “Şəxsi mülkiyyət hüququ ilə vətəndaşa məxsus olan evin texniki pasportu” verilmişdir. İddiaçı yaşadığı evə dair atasının vərəsəsi kimi hüququn ölmüş şəxsə məxsus olması haqqında xx.xx.2023-cü il tarixdə cavabdehə ərizə vermişdir. Cavabdeh özünün xx.xx.2023-cü il tarixli 3-213-3- 33/2-10185/2023 nömrəli məktubu ilə cavab vermişdir ki, onların evinin yerləşdiyi torpaq sahəsi üzərində Kəpəz Bələdiyyəsinin hüquqları qeydə alındığına görə ərizənin icrası mümkün olmamışdır. Eyni zamanda ona evinin altındakı 265 kv.m torpaq sahəsinin bələdiyyə mülkiyyəti kimi qeydə alınmasına dair çıxarışın surəti və torpaq sahəsinin plan və ölçü sənədinin surəti verilmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqan onların evinin altındakı torpaq sahəsinə dair hüquqların bələdiyyə mülkiyyəti kimi qeydə almaqla qanun pozuntusuna yol vermişdir. Çünki həmin torpaq sahəsi yaşayış məntəqələrinə aid torpaq sahəsi kateqoriyasına aid olmaqla, şəxsi mülkiyyət hüququ ilə iddiaçının X3na məxsus evin altındakı həyətyanı torpaq sahəsidir. Ona görə də, həmin torpaqlar ancaq vətəndaşın torpaq mülkiyyəti kimi qeydə alına bilər. Belə təyinatlı torpaq sahələrinin bələdiyyə mülkiyyəti kimi qeydə alınması yolverilməz olmaqla qanun pozuntusudur. Ona görə də, iddiaçı hesab edir ki, ünvan 4 ünvanda yerləşən iddiaçının atasına məxsus 265 kv.m torpaq sahəsinin Kəpəz rayon Bələdiyyəsinin mülkiyyəti kimi qeydə alınması ləğv edilməklə, həmin torpaq sahəsinə onun mülkiyyət hüququnun qeydə alınmasına dair qərar qəbul edilməlidir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3088/2024 nömrəli qərardadı ilə iş üzrə Gəncə şəhər Kəpəz bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-915/2025 nömrəli qərardadı ilə iş üzrə cavabdeh əsl cavabdeh Gəncə şəhər Kəpəz Bələdiyyəsi ilə əvəz edilmiş, iddia tələbi “Gəncə şəhəri, Vəli Xuluflu küçəsi, 131 nömrəli ünvanda yerləşən və onun atasına məxsus olan 0.265 kv.m torpaq sahəsinin ünvan 2ülkiyyəti kimi qeydə alınması barədə cavabdeh orqanın xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi” tələbinə dəyişdirilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı məhkəməyə yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X13 məhkəmə iclasında iddia tələbinə etiraz etmədiyini bildirdi. İşin halları ünvan 12-ya dair “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair” X1 məxsusdur. xx.xx.2021-ci il tarixli İddiaçı ərizəsindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Vəli Xuluflu küçəsində yerləşən 265 kv.m torpaq sahəsinin Gəncə şəhəri ünvan 2ülkiyyət hüququnun tanınmasına etiraz etmir. Gəncə şəhəri Kəpəz rayonu Kəpəz Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 13 saylı qərarına əsasən, vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi məqsədilə 0.0265 ha torpaq sahəsinin ayrılması barədə müraciəti nəzərə alınmış, Bələdiyyənin yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlarına aid 0,0265 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə M.Y. Məmmədova bilavasitə satılması üçün müvafiq rəylərin alınmasından ötrü aidiyyatı icra hakimiyyəti orqanlarına, həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə ərazi idarəsinə müraciət olunması, sənədlər tam hazır olduqdan sonra yekun qərar verilərkən bələdiyyə aktı ilə birlikdə təsdiqedici sənədlər inzibati-nəzəri həyata keçirən orqana təqdim edilməsi qərara alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********93 reyestr nömrəli çıxarışa əsasən, Gəncə şəhəri, Kəpəz rayonu (Yeni qaydalarla: ünvan 6 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə Gəncə şəhəri Kəpəz rayonu Kəpəz Bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində 60 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli “əmlaka dair arxiv sənədlərinin surətinin verilməsi barədə” məktubdan görünür ki, ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinə dair Kommunal Təsərrüfatı Nazirliyinin xx.xx.1964-cü il tarixli Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportu X5 adına qeyd edilmişdir. 1987-ci ildə aparılmış inventarizasiya işləri zamanı fərdi yaşayış evi X5 adına işlənilmişdir. Fərdi yaşayış evi tikili “A”-da ümumi sahəsi 48.4 kv.m, yaşayış sahəsi 24.2 kv.m olan bir yaşayış otağı, tikili “B”-də ümumi sahəsi 13.5 kv.m olan bir yaşayış otağından ibarət olub, yerləşdiyi ümumi torpaq sahəsi 273.0 kv.m olmuşdur. Fərdi yaşayış evi daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli “daşınmaz əmlak üzərində vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsindən imtina olunması barədə” bildirişdən görünür ki, aparılan araşdırma zamanı, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində Gəncə şəhər Kəpəz Bələdiyyəsinin hüquqlarının qeydiyyata alındığı, həmçinin torpaq sahəsi üzərində mübahisə olduğu aşkar edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin “ünvanın eyni olması barədə” xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Ərazi İdarəsinin arxiv məlumatlarına istinadən Gəncə şəhəri, Vəli Xuluflu küçəsi, ev 131 ünvanı ilə ünvan 11 Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 70. Mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərarı 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmənin mövqeyi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması müəyyən edilmişdir. Məhkəmə iddia müddəti ilə qeyd edir ki, iş üzrə iddiaçı məhkəməyə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Şəmkir Ərazi İdarəsinə qarşı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri Kəpəz Bələdiyyəsinin adına aparılmış mülkiyyət hüququnun qeydiyyatının ləğv edilməsi tələbi ilə müraciət etmiş, məhkəmə tərəfindən çıxarışın verilməsinə əsas olan sənədin Gəncə şəhəri Kəpəz Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 13 saylı qərarının olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçıya xx.xx.2024cü il tarixli məhkəmə iclasında hüquqi yardım göstərilərək, hazırkı iş üzrə Gəncə şəhəri Kəpəz Bələdiyyəsinə qarşı Bələdiyyənin qeyd olunan qərarının mübahisələndirilməsi təklif olunmuş və xx.xx.2024-cü il tarixdə qərar iddiaçıya təqdim edilmişdir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə daxil olmuş və Gəncə şəhəri Kəpəz Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 13 saylı qərarının ləğv edilməsi xahiş edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddətinə də riayət olunmuşdur. Odur ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İşdə olan ünvan 12-ya dair “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair” Pasport iddiaçının X3na məxsusdur. xx.xx.2021-ci il tarixli İddiaçı ərizəsindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Vəli Xuluflu küçəsində yerləşən 265 kv.m torpaq sahəsinin Gəncə şəhəri ünvan 2ülkiyyət hüququnun tanınmasına etiraz etməmiş, Gəncə şəhəri Kəpəz rayonu Kəpəz Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 13 saylı qərarına əsasən, vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi məqsədilə 0.0265 ha torpaq sahəsinin ayrılması barədə müraciəti nəzərə alınmış, Bələdiyyənin yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlarına aid 0,0265 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə M.Y. Məmmədova bilavasitə satılması üçün müvafiq rəylərin alınmasından ötrü aidiyyatı icra hakimiyyəti orqanlarına, həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə ərazi idarəsinə müraciət olunması, sənədlər tam hazır olduqdan sonra yekun qərar verilərkən bələdiyyə aktı ilə birlikdə təsdiqedici sənədlər inzibati-nəzəri həyata keçirən orqana təqdim edilməsi qərara alınmışdır. Qeyd olunan qərar əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışa əsasən, Gəncə şəhəri, Kəpəz rayonu (Yeni qaydalarla: ünvan 6 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə Gəncə şəhəri Kəpəz rayonu Kəpəz Bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırkı iddia tələbi ilə iddiaçı Gəncə şəhəri Kəpəz Bələdiyyəsinin qeyd olunan qərarının ləğv edilməsini xahiş edir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli “daşınmaz əmlak üzərində vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsindən imtina olunması barədə” bildirişdən görünür ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində Gəncə şəhər Kəpəz Bələdiyyəsinin hüquqlarının qeydiyyata alındığı üçün ərizənin icrası mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının verdiyi razılıq əsasında Gəncə şəhəri Kəpəz Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 13 saylı qərarı qəbul edilsə də, həmin qərar qanunsuz olmuşdur. Belə ki, iddiaçının atası tərəfindən inşa edilmiş və hazırda yaşadığı ünvan 12 ünvanında yerləşən fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququ olmuşdur. Lakin həmin evin yerləşdiyi torpaq sahəsinin Gəncə şəhər Kəpəz Bələdiyyəsinin adına qeydiyyata alınması iddiaçının qeyd olunan hüququnun həyata keçirilməsinə maneədir. Ona görə də məhkəmə hesab edir ki, qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin Gəncə şəhəri Kəpəz Bələdiyyəsinin adına qeydə alınmasına əsas olan Gəncə şəhəri Kəpəz Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 13 saylı qərarı ləğv edilməlidir. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Gəncə şəhər Kəpəz Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 13 nömrəli qərarı ləğv edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 32, 70 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. Gəncə şəhər Kəpəz Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 13 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar