Məhkəmə qərarları › İş №2-1(114)-916/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-916/2020

02.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-916/2020 02.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X6 (bundan sonra ƏMDK yanında DƏDRX-nin 7 saylı BərdəƏrazi İdarəsi) qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması tələbinə dair inzibati işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i: İddiaçı cavabdeh ƏMDK yanında DƏDRX-nin 7 saylı X5rşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Goranboy şəhəri, Nizami küçəsi 45də yerləşən, ümumi birgə mülkiyyətdə olan 0.14 ha həyətyanı torpaq sahəsindən ona düşən 2/4 hissəsi üzərində onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestiri Xidmətinin 7 saylı Bərdə Ərazi darəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** nömrəli çıxarışla Goranboy şəhəri, Nizami küçəsi-45 də yerləşən 0.14 ha həyətyanı torpaq sahəsi ümumi paylı mülkiyyət kimi ¼ hissə X1, ¼ hissə X2 və 2/4 hissə iddiaçının mülkiyyətindədir.Goranboy Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(045)- 233/2019 saylı qətnaməsinə əsasən həmin torpaq sahəsinin naturada və sənəd üzrə bölünərək mülkiyyət hüququnun tanınması və torpaq sahəsinin yerdə cizgilərinin, ölçülərinin, sərhədlərinin müəyyən edilməsi və kadastrının verilməsi vəzifəsi DƏDRX-nin 7 saylı X6 həvalə edilmişdir. Lakin məhkəmə qətnaməsinin qanuni qüvvəsini almasına baxmayaraq cavabdeh torpaq sahəsinin naturada və sənəd əsasında iddiaçıya düşən 2/4 hissəyə aid torpaq sahəsinin yerdə cizgilərinin, ölçülərinin, sərhədlərinin, kadastırının işlənməsindən və ona mülkiyyətini təsdiq edən sənədin verilməsindən imtina etmiş və məhkəməyə müraciət edilməsi bildirilmişdir. İddiaçıiddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, Rüfət və Solmaz rəhmətə getmişlər, onlarla sahəni faktiki olaraq bölməmişlər, sahəni bütövlükdə özü istifadə edir, lakin sahənin ona məxsus 0.07 ha hissəsinin ayrılaraq onun mülkiyyətinə verilməsini istəyir. Cavabdeh DƏDRX-nin 7 saylı X6 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə AR İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, cavabdeh DƏDRX-nin 7 saylı X7 tərəfindən iddiaçının müraciəti ilə bağlı təqdim edilmiş xx.xx.2020-ci il tarixli, **********63 nömrəli məktubunun məzmunundan görünür ki, 0.14 ha həyətyanı torpaq sahəsinin 0.07 ha hissəsinin bölünərək üzərində iddiaçının mülkiyyət hüququnun ayrıca dövlət reyestrində qeydiyyata alınması üçün 0.14 ha həyətyanı torpaq sahəsinin 0.07 ha hissəsinin ayrılması barədə notarial qaydada təsdiq olunmuş bölgü planı və bölgü sazişi təqdim olunmalıdır. Goranboy Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(045)-233/2019 saylı qətnaməsinin nəticə hissəsindən görünür ki, bölünmüş torpaq sahəsinin ölçülərinin və sərhədlərinin müəyyən edilməsi DƏDRX-nin 7 saylı X6 həvalə edilmişdir. Demək həmin qərarla sahənin naturada bölünərək müvafiq sənədin verilməsi həmin orqana həvalə edilmişdir. Hazırki vəziyyətdə isə cavabdeh imtinasında bölgü planı olmadığına görə qeyd olunan proseduru həyata keçirə bilmədiyini qeyd edir. Ona görə də hazırki mübahisənin həlli yolu Goranboy Rayon Məhkəməsinin qətnaməsinin icrası istiqamətində mümkündür və inzibati məhkəmə icraatının predmeti deyil. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki, inzibati mübahisələrə dair iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və cavabdehin imtinasının olub-olmaması həmin şərtlərdən biridir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddənin tələbinə görə iddiaçı inzibati aktın qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda məhkəmə inzibati mübahisəyə baxa bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X5rşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar