Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-918/2024 03.12.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Tovuz rayonu Azaflı bələdiyyəsinə qarşı “işlərin texniki və hüquqi sənədlərin hazırlanması və daşınmaz əmlakın reyester xidmətində qeydiyyata alınması” tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Tovuz rayonu Azaflı bələdiyyəsinə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək X1 qanuni istifadəsində olmuş həyatyanı 0,70 ha həyatyanı torpaq sahəsinin təqdim edilən hüquqmüəəyyənedici və təsdiq edici sənədlər əsasında fiziki-coğrafi koordinatlarının müəyyən etməklə əlavə pay torpağı almaq hüququ nəzərə alaraq torpaqların keyfiyyəti nəzərə alınmaqla, qanuni istifadəsində və zəbt torpaqlarının torpaq sahəsinin sərhədləri dəqiq göstərilməklə pay torpağından zəbt torpağı çıxılmaqla X1 onun həyat yoldaşı olmuş X2nın eləcədə torpaq payı almaq subyekti olmuş ailə üzvlərinin hüquqlarının Daşınmaz Əmlakın reyester xidmətində qeydiyyata alınması üçün təsdiqlənmiş plan cizgilərinin verilməsi, torpaq islahatı çərçivəsində həmin dövrə 1981-ci ildə tikilmiş fərdi yaşayı evinə qeydiyyatda olmuş şəxslərin, eləcədə 1960-cı ildə tikilmiş fərdi yaşayış evinə qeydiyyatda olmuş ailə üzvləri müəyyən edilməklə təsərrüfatda sovxoz kolxozlardan pay almaq hüququ olan subyekləri düzgün müəyyən edilməklə, bir subyektə düşən 0.25 ha pay torpağının hesablanması, hesablama zamanı arada yaranan fərq miqdarında torpaq payının ayrılması və qeyd olunan işlərin texniki və hüquqi sənədlərin hazırlanması və daşınmaz əmlakın reyester xidmətində qeydiyyata alınması üçün çəkilən xərclərin Tovuz rayon bələdiyyəsinin büdcəsi hesabına həyata keçirilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1972-ci il Tovuz rayon Azaplı kəndində anadan olmuş, atası X7 1922-ci il Tovuz rayon Azaplı kəndində anadan olmuş, xx.xx.2004cü il vəfat etmişdir. X2 05 mart 1932-ci il Tovuz rayonu Azaplı kəndində anadan olmuş xx.xx.2018-ci il vəfat etmişdir. X27 müharibəsi iştirakçısı olmuşdur. Ailəsinin Torpaq islahatı keçirilənə qədər Tovuz rayon Azaplı kəndində İki yerdə təsərrüfatı (həyatyanı torpaq sahəsi) olmuşdur. Hər iki təsərrüfatda (çoxuşaqlı ailə olduğuna görə) fərdi yaşayış evi olmuşdur. Bunlar arxiv arayışlarında və digər hüquqmüəyyəedici (ərizəyə əlavə olunur) sənədlərdə öz əksini tapmışdır. Torpaq islahatı keçirilən zaman Tovuz rayon Azaplı kənd YAİK Tovuz rayon Azaplı kəndində X1 fərdi yaşayış evinə qeydiyyatda olan və təsərrüfatda olanlarlar ailə tərkibi müəyyən etmişdir. X1 fərdi yaşayış evinə qeydiyyatda olanlar həyat yoldaşı X11, oğlu X14, oğlu İddiaçı olmuşdur. Təsərrüfatda isə Tovuz rayon Bayramlı kəndində qeydiyyatda olan X8 həyat yoldaşı X15, oğlu X17 ( valideyin himayəsində olan 1993-cü il anadan olmuş) və onun həyat yoldaşı X12 olmuşdur. ( 07 noyabr 20220 arxiv arayışı). Onun həyat yoldaşı X12 atası X10 fərdi yaşayış evində qeydiyyatda olsada, təsərrüfatda (arxiv arayışı əlavə olunur) olmamışdır. X13 ilə o 1995-ci il ailə həyatı qurmuş, rəsmi nigahları isə 23 sentyabr 1997-ci Tovuz rayon Azaplı kənd icra nümayəndəliyi tərəfindən (nigah şəhadətnaməsi işə əlavə olunur) qeydiyyata alınmışdır. O və həyat yoldaşı sovxoz və kolxozlar pay torpağı alan subyekt kimi tanınmışlar. Torpaq islahatı keçirildikdən və yekunlaşdıqdan sonra X1 vəfatından sonra xx.xx.2005-ci ildə X1 heç bir vərəsəlik işi açılmadan Tovuz rayon AİK 28 avqust 1998-ci il 23 nömrəli qərarını qeyd etməklə JN-162A səhadətnaməsi verilmişdir. Bu şəhadətnamədə qeyd olunan fərdi yaşayış evi 1960-cı ildə inşa edilmişdir. Lakin bütün təsərrüfatbaşı kitablarda X1 0.25 ha həyatyanı torpaq sahəsi və 1981-ci ildə tikilmiş fərdi yaşayış evi göstərilmişdir. Bu necə ola bilər ki, 1981-ci ildə tikilmiş yaşayış evi başqa bir ərazidə JN-162A şəhadətnamə isə başqa bir coğrafi koordinatdadır. O, 2020 oktyabr ayından başlayaraq sənədlərin əldə edilməsi üçün müxtəlif dövlət orqanlarına müraciət etmiş, həmçinin Tovuz rayon AİK -nın 28 avqust 1998-ci il 23 nömrəli qərarının ona, X1 və digər ailə üzvlərinə dair hissəsindən çıxarış verilməsini xahiş etsə də onlarda olmadıqlarını bildirmişlər. Nəhayət 2020-ci ildən ƏMDX DƏK və RX publik hüquqi şəxsin LTİ-dan tam olmayan məlumatlar əldə edə bilmişdir. Həmin səsnədlərə baxdıqdan sonra ona məlum olmuşdur atası X4 (qanuni istifadəsində) 0.70 ha torpaq sahəsi olsada ancaq dəfələrlə Tovuz rayon Azaplı kənd bələdiyyəsinə, eləcədə yerli icra nümayəndəsinə müraciət edərək X1 qeydiyyata alınmış mülkiyyətlərinə dair məlumat almaq istəsə də ancaq xx.xx.2005-ci il tarixli şəhadətnaməsindən başqa mülkiyyət sənədinin olmadığını bildirmişdir və əksər hallarda susqunluq göstərmişdir. Lakin LTİ-nin təqdim etdiyi vətəndaşların xüsusi mülkiyyətinə verilmiş həyatyanı torpaq sahələrinə dair cədvəldə X1 162 və 210 xəritə və sıra nömrəsində hər birində 0.25 ha olmaqla həyatyanı torpaq sahəsi göstərilsədə və həmin sənədlər Tovuz rayon Azaflı kənd Bələdiyyəsi və Yerli icra nümayəndəsi tərəfindən imzalansada bu günə qədər hüquqmüəyyəedici sənəd verilməmişdir. 30.08 2023-cü ildə Tovuz rayon Azaflı kənd bələdiyyəsinə müraciət edərək o. ailə başçısı olmaqla ona və həyat yoldaşı X9 ayrıca subyekt kimi pay torpağı verilməsini xahiş etmişdir. Lakin bu günə qədər Tovuz rayon Azaflı kənd bələdiyyəsi heç bir cavab verməmiş və susqunluq göstərmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Tovuz rayon Azaflı kəndində yerləşən atası X5 və ailə üzvlərinini qanuni istifadəsində olmuş kənd daxili həyatyanı torpaq sahələrinə kənd təsərrüfatı təyinatlı məhsulların istehsalı üçün X8 onun oğlu X17 və digər ailə üzləri ilə bağlanmış icarə istifadə eyni (162 və 231) vergi uçotuna alınması dair bütün müqavilələrin, müqavilədən irəli gələn nəticələrin, bu müqavilələrə dair notarial hərəkətlərin Tovuz rayon Azaflı kənd sakini olmuş X1 qanuni istifadəsində olmuş həyatyanı 0,55 ha həyatyanı torpaq sahəsinin təqdim edilən hüquqmüəəyyənedici və təsdiq edici sənədlər əsasında (hüquqmüəyyənedici sənədlər qismində arxiv arayışları, qaytanlanmış kitablar təsdiqlənmiş 340 qeydiyyat 503-2/4) fiziki -coğrafi koordinatlarının müəyyən etməklə əlavə pay torpağı almaq hüququ nəzərə alaraq torpaqların keyfiyyəti nəzərə alınmaqla, qanuni istifadəsində və zəbt torpaqlarının torpaq sahəsinin sərhədləri dəqiq göstərilməklə pay torpağından zəbt torpağı çıxılmaqla X1 onun həyat yoldaşı olmuş X6 hüquqlarının Daşınmaz Əmlakın reyester xidmətində qeydiyyata alınması üçün təsdiqlənmiş plan cizgilərinin verilməsi barədə,Torpaq İslahatı çərçivəsində həmin dövrə 1981-ci ildə tikilmiş fərdi yaşayı evinə qeydiyyatda olmuş şəxslərin, eləcədə 1960-cı ildə tikilmiş fərdi yaşayış evinə qeydiyyatda olmuş ailə üzvləri müəyyən edilməklə təsərrüfatda sovxoz kolxozlardan pay almaq hüququ olan subyekləri düzgün müəyyən edilməklə, bir subyektə düşən 0.25 ha pay torpağının hesablanması, hesablama zamanı arada yaranan fərq miqdarında torpaq payının ayrılması barədə , qeyd olunan işlərin texniki və hüquqi sənədlərin hazırlanması və daşınmaz əmlakın reyester xidmətində qeydiyyata alınması üçün çəkilən xərclərin Tovuz rayon bələdiyyəsinin büdcəsi hesabına həyata keçirilməsi və ona dəyən maddi mənəvi ziyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir Məhkəmə iclasına iddiaçı gəlmişdir, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı iddiaçı izahat verərək qeyd etmişdir ki, Tovuz rayon Azaflı kəndində yerləşən atası X5 və ailə üzvlərinini qanuni istifadəsində olmuş kənd daxili həyatyanı torpaq sahələrinə kənd təsərrüfatı təyinatlı məhsulların istehsalı üçün X8 onun oğlu X17 və digər ailə üzləri ilə bağlanmış icarə istifadə eyni vergi uçotuna alınması dair bütün müqavilələrin, müqavilədən irəli gələn nəticələrin, bu müqavilələrə dair notarial hərəkətlərin Tovuz rayon Azaflı kənd sakini olmuş X1 qanuni istifadəsində olmuş həyatyanı 0,55 ha həyatyanı torpaq sahəsinin təqdim edilən hüquqmüəəyyənedici və təsdiq edici sənədlər əsasında (hüquqmüəyyənedici sənədlər qismində arxiv arayışları, qaytanlanmış kitablar təsdiqlənmiş 340 qeydiyyat 503-2/4) fiziki -coğrafi koordinatlarının müəyyən etməklə əlavə pay torpağı almaq hüququ nəzərə alaraq torpaqların keyfiyyəti nəzərə alınmaqla, qanuni istifadəsində və zəbt torpaqlarının torpaq sahəsinin sərhədləri dəqiq göstərilməklə pay torpağından zəbt torpağı çıxılmaqla X1 onun həyat yoldaşı olmuş X6 hüquqlarının Daşınmaz Əmlakın reyester xidmətində qeydiyyata alınması üçün təsdiqlənmiş plan cizgilərinin verilməsi barədə,Torpaq İslahatı çərçivəsində həmin dövrə 1981-ci ildə tikilmiş fərdi yaşayı evinə qeydiyyatda olmuş şəxslərin, eləcədə 1960-cı ildə tikilmiş fərdi yaşayış evinə qeydiyyatda olmuş ailə üzvləri müəyyən edilməklə təsərrüfatda sovxoz kolxozlardan pay almaq hüququ olan subyekləri düzgün müəyyən edilməklə, bir subyektə düşən 0.25 ha pay torpağının hesablanması, hesablama zamanı arada yaranan fərq miqdarında torpaq payının ayrılması barədə , qeyd olunan işlərin texniki və hüquqi sənədlərin hazırlanması və daşınmaz əmlakın reyester xidmətində qeydiyyata alınması üçün çəkilən xərclərin Tovuz rayon bələdiyyəsinin büdcəsi hesabına həyata keçirilməsi və ona dəyən maddi mənəvi ziyanın ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı eyni tələblə cavabdeh qurumlara müraciət etdiyini qeyd etsədə cavabdeh qurumun imtina məktubunu və yaxud da cavabdeh quruma müraciətini sübut edən sənədləri təqdim edə bilməmişdir. Məhkəmə ərizə və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır.
1. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, ərizədə tələb qeyri-müəyyən olmaqla, iddiaçı cavabdehə qarşı yönəlmiş konkret tələbi aydın ifadə edilməmişdir. İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə cavabdeh orqan qeyd edilməmişdir. Halbuki, İnzibati Prosessual Məcəlləsinin 46.1.2 və 46.1.3-cü maddələrinin tələblərinə əsasən iddiaçının tələbi, inzibati orqanın adı və hüquqi ünvanı iddia ərizəsində göstərilməlidir. Belə ki, ərizədən müəyyən edilir ki, iddiaçının tələbi aydın olmamaqla bərabər, müraciəti bir neçə tələbdən ibarətdir və iddiaçı tələbinə cavab verməli olan orqan qismində cavabdeh Tovuz rayonu Azaflı bələdiyyəsini göstərmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçının tələbləri müxtəlif olduğundan bütün tələbləri üzrə cavab verməli olan orqan qismində Tovuz rayonu Azaflı bələdiyyəsi çıxış etməməlidir. Digər tərəfdən iddiaçı tələbləri üzrə cavab verməli olan orqanlara müraciət etməmişdir. Göründüyü kimi iddianın xüsusi mümkünlük şərtlərinə əməl olunmamış, iddiaçının ilkin olaraq iddia tələbində qeyd edilən tələblə bağlı hazırkı iş üzrə cavabdehə və ya digər hər hansı aidiyyəti quruma müraciət etməsi barədə sənəd iş materiallarına əlavə edilməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarına əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir (16.1). İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir (16.2). Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir (16.3). İPM-in 46.3cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir (16.4). İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər (16.6). Göründüyü kimi, iddiaçının ərizəsi İPM-nin 46-cı maddəsinin tələblərinə cavab verməmişdir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarı, 2.1-ci bənd). Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarı, № 05, 17-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçı iddia tələbinin dəqiqləşməsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən qeyd edilən hallar ətraflı araşdırılmış, iddiaçının subyektiv hüququnun olmaması, eyni zamanda cavabdehin həmin iddiaya cavab verməli inzibati orqan olmaması, iddiaçının cavabdeh orqana müraciətinin olmaması müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Tovuz rayonu Azaflı bələdiyyəsinə qarşı “Tovuz rayon Azaflı kəndində yerləşən atası X5 və ailə üzvlərinini qanuni istifadəsində olmuş kənd daxili həyatyanı torpaq sahələrinə kənd təsərrüfatı təyinatlı məhsulların istehsalı üçün X8 onun oğlu X17 və digər ailə üzləri ilə bağlanmış icarə istifadə eyni (162 və 231) vergi uçotuna alınması dair bütün müqavilələrin, müqavilədən irəli gələn nəticələrin, bu müqavilələrə dair notarial hərəkətlərin Tovuz rayon Azaflı kənd sakini olmuş X1 qanuni istifadəsində olmuş həyatyanı 0,55 ha həyatyanı torpaq sahəsinin təqdim edilən hüquqmüəəyyənedici və təsdiq edici sənədlər əsasında (hüquqmüəyyənedici sənədlər qismində arxiv arayışları, qaytanlanmış kitablar təsdiqlənmiş 340 qeydiyyat 503-2/4) fiziki -coğrafi koordinatlarının müəyyən etməklə əlavə pay torpağı almaq hüququ nəzərə alaraq torpaqların keyfiyyəti nəzərə alınmaqla, qanuni istifadəsində və zəbt torpaqlarının torpaq sahəsinin sərhədləri dəqiq göstərilməklə pay torpağından zəbt torpağı çıxılmaqla X1 onun həyat yoldaşı olmuş X6 hüquqlarının Daşınmaz Əmlakın reyester xidmətində qeydiyyata alınması üçün təsdiqlənmiş plan cizgilərinin verilməsi barədə,Torpaq İslahatı çərçivəsində həmin dövrə 1981-ci ildə tikilmiş fərdi yaşayı evinə qeydiyyatda olmuş şəxslərin, eləcədə 1960-cı ildə tikilmiş fərdi yaşayış evinə qeydiyyatda olmuş ailə üzvləri müəyyən edilməklə təsərrüfatda sovxoz kolxozlardan pay almaq hüququ olan subyekləri düzgün müəyyən edilməklə, bir subyektə düşən 0.25 ha pay torpağının hesablanması, hesablama zamanı arada yaranan fərq miqdarında torpaq payının ayrılması barədə , qeyd olunan işlərin texniki və hüquqi sənədlərin hazırlanması və daşınmaz əmlakın reyester xidmətində qeydiyyata alınması üçün çəkilən xərclərin Tovuz rayon bələdiyyəsinin büdcəsi hesabına həyata keçirilməsi və ona dəyən maddi mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Leyla Əliyeva