Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-92/2020 30.01.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Muxtarova Aytac Əkram qızının katibliyi, İddiaçı və onun vəkili X2, Üçüncü şəxsin etibarnamə üzrə nümayəndəsi X6 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsi) qarşı mərhum oğluna şəhid statusu adının verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinə qarşı mərhum XNna şəhid statusu adının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu xx xxxxxx N974-cü il tarixdə Ermənistanın Krasnoselo rayonunun Kolkənd kəndində anadan olmuş, X7 Gəncəşəhərində 77 saylı Peşə məktəbini bitirib ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərə qatılaraq, N nömrəli hərbi hissənin tərkibində Ağdam, Tərtər, Goranboy rayonlarında, xüsusən də Murovdağ döyüşlərində fəal iştirak etmiş, xx xxxxxx N993-cü ildə atıcı kimi Murovdağ döyüşləri zamanı şəxsən ermənilərin 6** EN *** BT nömrəli vertalyotunu vuraraq məhv etmişdir. Bu hadisəni öz xatirədəftərçəsində qeyd etmişdir. xx xxxxxx N994-cü ildə Tərtər uğrunda döyüşlərdədüşmənə qarşı zenit raketi atarkən, silah çox istifadə edildiyindən nasaz vəziyyətə düşüb istifadəsi zamanı partlamış, nəticədə qarın nahiyyəsindən yanğın xəsarəti, boyun nahiyyəsindən ağır yara almış, aldığı xəsarətlərdən xx xxxxxx N994-cü ildə Gəncə şəhəri N nömrəli Abbas Səhhət adına xəstəxanada ölmüşdür. XN vətənin müdafiəsi uğrunda döyüşlər zamanı şəhid olduğundan, Şəmkir rayon Hərbi Komissarlığının rəhbər işçilərinin iştirakı ilə yaşadıqları kəndin qəbirsanlığında şəhid kimi torpağa tapşırılmışdır. X3 barəsində xx xxxxxx N994-cü il tarixli, İV 303903 nömrəli ölüm şəhadətnaməsində göstərilir ki, “Kəskin ürək-damar çatışmazlığı və bədənin 95 faiz İİ-İİİ dərəcəli yanıq xəsarətindən ölmüşdür”. Şəmkir rayonu Ələsgərli kənd İƏV üzrə nümayəndəliyinin xx.xx.N994-cü il tarixli, 5NN nömrəli arayışında qeyd olunmuşdur ki, X7 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. N994-cü ildən şəhid XNna dövlət tərəfindən şəhid statusu verilmiş, şəhid ailəsi kimi bütün imtiyazlardan istifadə etmişdir. Dövlət tərəfindən şəhid ailələrinə NN.000 AZN pul verilərkən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinə arayış almağa gedərkən, ona bildirilmişdir ki, oğlunun şəhid statusu ləğv edilmişdir. Səbəbini soruşduqda ona demişlər ki, XN şəhid olmayıb xəstələnib ölmüşdür. O, cavabdeh orqan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinə XNna şəhid statusunun verilməsi ilə bağlı dəfələrlə müraciət etmiş, sonuncu dəfə xx.xx.20N9-cu il tarixli SB/370 saylı tam qanunsuz və əsassız imtina məktubu verilmişdir. İddiaçı və vəkili X8 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişlər. Üçüncü şəxsin etibarnamə üzrə nümayəndəsi XN0 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, Şəmkir rayonu Ələsgərli kənd sakini XNN Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəmkir rayon Hərbi Komissarlığının xx xxxxxx 2007-ci il tarixli, N4N saylı arayışına əsasən xx xxxxxx 2007-ci il tarixdən xx xxxx 20N2-ci il tarixədək şəhid ailəsi kimi Prezident təqaüdü almışdır. Sonradan ödənişlər dayandırılmışdır. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin etibarnamə üzrə nümayəndəsi X5 xx xxxxxx 20N9-cu il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, X7 N saylı hərbi hissə komandirinin xx xxxxxx N994-cü il tarixli, N4 nömrəli əmrindən çıxarışda bədbəxt hadisə nəticəsində həlak olduğu və hərbi hissənin bütün növ təminatlardan çıxarılması qeyd olunmuşdur. Bu səbəbdən X4 şəhid statusunun verilməsi barədə arayışın verilməsi mümkün olmamışdır. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. İş materiallarına iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti, xx.xx.N974-cü il tarixli, « doğum haqqında » və xx.xx.N994-cü il tarixli, İV-JQ 303903 nömrəli « ölüm haqqında » şəhadətnamələrin təsdiqlənmiş surətləri, Şəmkir rayon Hərbi Komissarlığının xx.xx.2009-cu il tarixli, 283 nömrəli arayışı, xx.xx.20N6-cı il tarixli, ŞA 007N97 nömrəli vəsiqənin surəti, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin xx.xx.20N9-cu il tarixli, N769 nömrəli məktubu, xəstənin tibbi kartasından çıxarış, AR ƏƏSMN yanında DSMF-nin Şəmkir rayon şöbəsinin xx.xx.20N9-cu il tarixli, **********0 nömrəli və **********4 nömrəli arayışları, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.20N9-cu il tarixli, N/Q- N4089 nömrəli məktubu, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin xx.xx.20N9-cu il tarixli, SB/370 nömrəli və xx.xx.20N9-cu il tarixli, SB/447 nömrəli arayışları, Şəmkir rayon Hərbi Komissarlığının xx.xx.2007-ci il tarixli, N4N nömrəli arayışının təsdiqlənmiş surəti, xx.xx.N995-ci il tarixli, 002796 nömrəli vəsiqənin təsdiqlənmiş surəti, Şəmkir rayonu Ələsgərli kənd bələdiyyəsinin xx.xx.20N9-cu il tarixli, 7 nömrəli arayışı, N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, N4 nömrəli əmrindən çıxarış, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin xx.xx.20N9-cu il tarixli, 2040 nömrəli imtina məktubu və xx.xx.20N9-cu il tarixli, 2N36 nömrəli məktubu əlavə edilmişdir. Həmin sənədlərin məzmununa istinad olunur və qeyd edilən sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak etməməsinəbaxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, cavabdeh ona təqdim olunmuş bildirişdə nümayəndəsinin məhkəmə iclasında iştirak etməyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.3 və 34.N-ci maddələri). İddiaçı mərhum oğluna şəhid statusunun verilməsi barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinə müraciət etmiş, lakin cavabdeh orqan imtina etmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə oğluna şəhid statusunun verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün müvafiq inzibati orqana müraciət etmiş və imtina cavabı aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə işin halların, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan iddiaçının mərhum XNnun xx.xx.N994-cü il tarixli, İV-JQ 303903 nömrəli “Ölüm haqqında” şəhadətnamənin məzmunundan görünür ki, mərhum X7 xx.xx.N994-cü il tarixdə “Kəskin ürək damar çatışmazlığı, yanıq şoku, bədən səthinin 95%nin İİ-İİİ dərəcəli yanığı, yanıq xəsarəti” nəticəsində vəfat etmişdir. Şəhadətnamədə qeyd olunan ölüm səbəbi isə mərhuma “şəhid” statusunun verilməsi üçün əsas deyildir. Bundan başqa, iş materiallarında olan N nömrəli Hərbi Hissə komandirinin xx.xx.N994-cü il tarixli, N4 nömrəli əmrindən çıxarışdan görünür ki, X3 ölüm səbəbi kimi bədbəxt hadisə nəticəsində həlak olması qeyd edilmişdir. Beləliklə, cavabdeh orqan iddiaçının mərhum oğluna şəhid statusunun verilməsindən imtina edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, belə halların mövcudluğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və işin faktiki halları ilə də təsdiq olunduğu kimi iddiaçının mərhum oğlu qanunvericiliyin tələbi baxımından şəhid hesab olunmur. Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun N-ci maddəsində verilmiş şəhid adının anlayışına görə şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N994-cü il tarixli N0 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın N.N-ci bəndinə əsasən Şəhid-Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qaydaların N.2.5-ci və N.2.6-cı bəndlərinin tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab olunurlar. Nazirlər Kabinetinin xx xxxx N999-cu il tarixli, 35 nömrəli və xx xxx 2006-cı il tarixli, N3N nömrəli Qərarları ilə Qaydaların N.2.6-cı bəndinə “o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər” müddəası əlavə edilmişdir. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının xx xxxxxxxx N993-cü il tarixli Qanunun N-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx N994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın N.2.6-cı bəndinin, «o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının xx xxxxxxxx N993-cü il tarixli Qanunun N-ci maddəsinin tətbiq edilməli olduğu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx N994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın N.2.6-cı bəndinin «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının xx xxxxxxxx N993-cü il tarixli Qanunun tələblərinə müvafiq təkmilləşdirilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə tövsiyə edilməsi qərara alınmışdır. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsi) qarşı mərhum oğluna şəhid statusu adının verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. AzərbaycanRespublikası İnzibati Prosessual Məcəlləsinin: 68.N-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Nəticəvi h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 8N-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsi) qarşı mərhum oğluna şəhid statusu adının verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-92/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-92/2020
30.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver