Məhkəmə qərarları › İş №2-1(114)-921/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-921/2024

29.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-921/2024 29.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, N05) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçıya məxsus xx.xx.N992-ci il tarixdə verilmiş ГР № 052294 nömrəli hərbi biletdə onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi barədə qeyd vardır.

2. 05N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 279 nömrəli əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin N5 sentyabr 2020-ci il tarixli 0085 nömrəli əmri və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin N0 sentyabr 2020-ci il tarixli 026 nömrəli sərəncamına əsasən, hərbi təlim toplanışına çağrılmış baş leytenant İddiaçı 2N sentyabr 2020-ci il tarixdən N nömrəli hərbi hissənin dəyişən heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmiş, döyüş hazırlığı məşğələlərinin keçirilməsi üçün N nömrəli hərbi hissəyə ezam olunmuşdur.

3. 05N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 284 nömrəli əmrindən çıxarışdan görünür ki, cari çatışmazlıqların bərpa edilməsi məqsədi ilə dəyişən heyətin siyahısına daxil edilmiş baş leytenant İddiaçı 26 sentyabr 2020-ci il tarixdən qərargah bölüyünün kütləvi qırğın silahlarından mühafizə taqımının komandiri vəzifəsinə təyin edilmişdir.

4. 05N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 288 nömrəli əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 28 sentyabr 2020-ci il tarixli 088 nömrəli əmri ilə müharibə dövrünün ştatına keçirildiyi üçün N nömrəli hərbi hissənin daimi heyətinin təkmilləşdirilməsi məqsədi ilə baş leytenant İddiaçı N nömrəli hərbi hissəyə keçirilmişdir. Əsas: N-ci Ordu Korpusu komandirinin N sentyabr 2020-ci il tarixli 0N nömrəli sərəncamı.

5. 05N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 299 nömrəli əmrindən çıxarışdan görünür ki, 05N nömrəli hərbi hissənin siyahısında olan leytenant İddiaçı 05N nömrəli hərbi hissə komandirinin N sentyabr 2020-ci il tarixli 0N nömrəli sərəncamı ilə, N nömrəli hərbi hissə komandirinin sərəncamına çıxarıldığına görə, N9 oktyabr 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. Əsas: 05N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 0N sərəncamı.

6. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 34 nömrəli əmrindən çıxarışdan görünür ki, 05N nömrəli hərbi hissə komandirinin N sentyabr 2020-ci il tarixli 0N nömrəli sərəncamına əsasən ehtiyatda olan İddiaçı 30 oktyabr 2020-ci il tarixdən 05N nömrəli hərbi hissədən gəlmiş hesab olunmuş, hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulmuş və zabit tamamlama bölüyünə təhkim edilmişdir. Əsas: 05N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 526N, 5262 nömrəli vərəqələri.

7. N27 nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli N57 nömrəli əmrindən çıxarışdan görünür ki, 05N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 06 nömrəli sərəncamına əsasən leytenant İddiaçı 09 noyabr 2020-ci il tarixdən N nömrəli hərbi hissədən getmiş hesab edilmiş, hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş və bütün növ təminatlara qoyulmuşdur. Əsas: 05N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 06 nömrəli sərəncamı.

8. N27 nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli N62 nömrəli əmrindən çıxarışdan görünür ki, leytenant İddiaçı döyüş itkilərin bərpası üçün N nömrəli hərbi hissədən getmiş hesab edilmişdir. Əsas: 05N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 06 nömrəli sərəncamı.

9. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 32N nömrəli əmrindən çıxarışdan görünür ki, leytenant İddiaçı – N-ci haubitsalı artilleriya divizionunun 2-ci haubitsalı artilleriya batareyasının idarəetmə taqımının komandiri N5 noyabr 2020-ci il tarixdən N nömrəli hərbi hissədən gəlmiş hesab olunmuş, hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmiş və vəzifəsinin icrasına başlamışdır.

10. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2020-ci il tarixli 0N078 nömrəli əmrindən çıxarışdan görünür ki, “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il tarixli Sərəncamına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq idarə, şöbə və bölmələrindən çağırılmış leytenant İddiaçı xx.xx.2020-ci il tarixdən 5-ci artilleriya briqadasının (N nömrəli hərbi hissə) 005N-ci haubitsalı artilleriya divizionunun haubitsalı artilleriya batareyasının idarəetmə taqımının komandiri vəzifəsinə təyin olunmuşdur.

11. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2020-ci il tarixli 0N402 nömrəli əmrindən çıxarışdan görünür ki, “Bir qrup hərbi qulluqçunun səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin N dekabr 2020-ci il tarixli 23N0 nömrəli Sərəncamına və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N97-ci maddəsinə müvafiq olaraq leytenant İddiaçı 5-ci artilleriya briqadasının (N nömrəli hərbi hissə) 005N-ci haubitsalı artilleriya divizionunun haubitsalı artilleriya batareyasının idarəetmə taqımının komandiri vəzifəsindən azad edilərək Səfərbərlikdən tərxis edilmişdir.

12. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 364 nömrəli əmrindən çıxarışdan görünür ki, leytenant İddiaçı - N nömrəli hərbi hissənin N-ci artilleriya divizionunun 2-ci artilleriya batareyasının idarəetmə taqımının komandiri, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin N97-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə nazirinin 26 dekabr 2020-ci il tarixli 0N402 nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. 28 dekabr 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün SHXÇDX-nin Goranboy rayon şöbəsinə göndərilmişdir. Leytenant İddiaçı 2020-ci il xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin N9 oktyabr 20N7-ci il tarixli 22 nömrəli qərarında nəzərdə tutulmuş birdəfəlik pul mükafatını almağa layiqdir. Leytenant İddiaçı 2020-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilib, 2020-ci ilin növbəti məzuniyyətindən istifadə etməyib, N (bir) aylıq vəzifə maaşı məbləğində əlavə pul təminatı ödənilməyib. Əsas: Azərbaycan Respublikası Müdafiə nazirinin 26 dekabr 2020-ci il tarixli 0N402 nömrəli əmrindən çıxarış.

13. İddiaçı şəxsi işinin materiallarında onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi barədə N nömrəli hərbi hisssə tərəfindən qeyd aparılmışdır.

14. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciətinə həmin orqanın xx.xx.2023-cü il tarixli 2/2-9N05 nömrəli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, ona “Müharibə veteran” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Təqdim olunmuş arayış-məlumata əsasən döyüş əməliyyatlarında iştirakı nizami hissə üzrə əmrlərlə təsdiqlənmədiyinə və iştirak etdiyi ərazilər döyüş əməliyyatları aparılan ərazilər olmadığına, döyüş əməliyyatlarında iştirakı təsdiq edilmədiyinə görə ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Əlavə olaraq bildirilir ki, "Vətəndaşların müraciətləri haqqında" Qanunun N4.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir.

15. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 3-43-22/2-60N/2023 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasında qismən Səfərbərlik elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.2020-ci il tarixdən SHXÇDX-nin Goranboy rayon şöbəsində hərbi qeydiyyatdadır.

16. 05N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli 5N nömrəli və xx.xx.2024-cü il tarixli 223 nömrəli arayışlarından görünür ki, İddiaçı həqiqətən xx.xx.2020-ci il tarixdən 05N nömrəli hərbi hissənin qərargah bölüyünün kütləvi qırğın silahlarından mühafizə taqımının komandiri vəzifəsində xidmət edib. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində 05N nömrəli hərbi hissənin qərargah bölüyünün tərkibində xidməti vəzifə borclarını yerinə yetirirək döyüş əməliyyatları zamanı maddi-texniki təminatın təşkili üzrə Ağdam rayonu ərazisində tapşırıqları yerinə yetirib.

17. 05N nömrəli hərbi hissənin “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqələrinin verilməsi üçün təqdim edilən hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüşlərdə bilavasitə iştirak etmiş və maddi-texniki təminatı üzrə tapşırıqları barədə arayış-məlumatında aşağıdakılar qeyd edilmişdir: Döyüş əməliyyatları aparılan zaman (27.09.-xx.xx.2020-ci il tarixlərdə) 1) Xidmət keçdiyi hərbi hissə (müəssisə): 05N nömrəli hərbi hissə 2) Rütbəsi: ehtiyatda olan baş leytenant 3) Vəzifəsi: taqım komandiri 4) Xidmət etdiyi hərbi hissəyə daxil olması və çıxması (tarixlər və əmrin nömrələri göstərilməklə): xx.xx.2020-ci il tarixli 279 nömrəli əmr, xx.xx.2020-ci il tarixli 284 nömrəli əmr, xx.xx.2020-ci il tarixli 299 nömrəli əmr, xx.xx.2020-ci il tarixli 34 nömrli əmr, xx.xx.2020-ci il tarixli 45 nömrəli əmr 5) Döyüş əməliyyatlarına cəlb olunması (tarix və əmrin nömrələri göstərilməklə): maddi-texniki təminatı üzrə tapşırıqları yerinə yetirib. xx.xx.2020-ci il tarixli 300 nömrəli əmr 6) İştirak etdiyi ərazilər: Ağdam rayonu ərazisində 7) Hansı qismdə iştirak edib, həmin dövrdə hansı fəaliyyət növü ilə məşğul olub (təfsilatı məlumat verilsin): döyüş əməliyyatlarında maddi-texniki təminatı üzrə tapşırıqları yerinə yetirib 8) Xəsarət (yaralanma, travma, kontuziya) alma tarixi: yoxdur 9) Xəsarət (yaralanma, travma, kontuziya) aldığı ərazi: yoxdur 10) Xəsarət (yaralanma, travma, kontuziya) üzrə məlumat (diaqnoz): yoxdur 11) İşdən azad olunması (nizami hissə üzrə əmrin nömrəsi və tarixi): hal-hazırda işləyir 12) Göndərildiyi SHXÇDX-nin idarəsinin, şöbəsinin (bölməsinin) adı: Goranboy rayon şöbəsinə 13) Döyüşlərdə iştirakına görə təltifləri (tarix və adı) yoxdur

18. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyinin xx.xx.2024-cü il tarixli 3-25-2/2-75xx-xx/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3- 25-2/2-C-89xx-xx/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3-25-2/2-C-NNNxx-xx/2024 nömrəli cavab məktublarında bildirilmişdir ki, 27 sentyabr 2020-ci il tarixdən N0 noyabr 2020-ci il tarixədək erməni silahlı birləşmələrinə qarşı əks hücum əməliyyatının keçirilməsi və işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiklərinə görə vətəndaş X2 və vətəndaş XN "Müharibə veteranı" adı verilmişdir. Bildirir ki, vətəndaş Bulud Əlizadəyə və Mirəli Əliyevə "Müharibə veteranı" adının verilməsinə əsas olan sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetindədir.

19. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-25-4/2-6205/24 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Ordusunun “Vətən müharibəsi” zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.202N-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etmiş, N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir.

20. Məhkəmənin sorğusuna 05N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 3759 nömrəli cavab məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.202N-ci il tarixli 480 nömrəli əmrinə əsasən 27 sentyabr 2020-ci il tarixdən N0 noyabr 2020-ci il tarixədək “Vətən müharibəsi”ndə 05N nömrəli hərbi hissədə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək qərargah bölüyünün kütləvi qırğın silahlarından mühafizə taqımının komandiri vəzifəsində xidmət etmişdir. II. Məhkəmədə icraat

21. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

22. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, torpaqlarımızın azad olunması uğrunda gedən 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsi tərəfindən hərbi səfərbərliyə alınaraq xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi 05N nömrəli hərbi hissənin, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi 28N saylı hərbi hissənin və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi N saylı hərbi hissənin tərkibində zabit kimi döyüş əməliyyatlarında iştirak etmişdir. Bu barədə hərbi biletinin N7-ci səhifəsində AR SHXÇDX-nin Goranboy rayon şöbəsinin rəisinin möhürü və imzası var. Məhkəməyə təqdim etdiyi N0 oktyabr 2023-cü il tarixli 3-43-22/2-60N/2023 saylı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsi tərəfindən verilmiş arayışda da göstərilir ki, o, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasında qismən Səfərbərlik elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmiş və xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə istirak etmişdir. Bütün bunlara baxmayaraq onun tabeliyində xidmətdə olan 30 nəfər döyüş yoldaşlarına Veteran adı və vəsiqəsi verilsə də o, dəfələrlə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və digər qrumlara müraciət etməyinə baxmayaraq ona bu günə kimi Veteran adı və vəsiqəsi verilmir. Məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 2/2-9N05 saylı məktubunda ona bildirilir ki, təqdim olunmuş arayış-məlumata əsasən döyüş əməliyyatlarında iştirakı nizami hissə üzrə əmrlərlə təsdiqlənmədiyinə və iştirak etdiyi ərazilər döyüş əməliyyatları aparılan ərazilər olmadığına, döyüş əməliyyatlarında iştirakı təsdiq edilmədiyinə görə ona "Müharıbə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqədəuyğun hesab edilməmişdir.

23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

24. Məhkəmənin hüquqi yardımından sonra iddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında ərizə təqdim edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə eyni tarixli qərardadla məhkəmə icraatına qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

25. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

26. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.N. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.N. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.N.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.N.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

27. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

28. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Goranboy rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.20N9-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

29. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

30. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

31. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

32. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir.

33. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

34. Cavabdeh orqanın iddiaya yazılı etirazı daxil olmuş və etiraz göstərilən dəlillərlə əsaslandırılmış (qərarın N4-cü bəndi).

35. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

36. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə təlimlərə cəlb edilərək Goranboy rayonu Ballıqaya ərazisində olmuş, xx.xx.2020-ci il tarixdən 05N nömrəli hərbi hissəyə - Bərdə rayonuna getmiş və xx.xx.2020-ci il tarixədək orada xidmət etmişdir. Həmin tarixdə Mingəçevir şəhərinə - 28N saylı hərbi hissəyə ezam olunmuşdur. O, N27 nömrəli hərbi hissəyə getməmiş, orada xidmət keçməmişdir. xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Goran ərazisində olmuşdur. O, əməliyyat növbətçisi olmuş, Ağdam rayonuna yardımlar (qida, geyim təminatı ilə bağlı) aparmışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

37. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İddiaçıya məxsus xx.xx.N992-ci il tarixdə verilmiş ГР № 052294 nömrəli hərbi bilet; - 05N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 279 nömrəli, xx.xx.2020-ci il tarixli 284 nömrəli, xx.xx.2020-ci il tarixli 288 nömrəli və xx.xx.2020-ci il tarixli 299 nömrəli əmrlərindən çıxarış; - N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 34 nömrəli əmrindən çıxarış; - N27 nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli N57 nömrəli və xx.xx.2020-ci il tarixli N62 nömrəli əmrlərindən çıxarış; - Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2020-ci il tarixli 0N078 nömrəli və xx.xx.2020-ci il tarixli 0N402 nömrəli əmrlərindən çıxarış; - N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 364 nömrəli əmrindən çıxarış; - İddiaçının şəxsi işindən çıxarış; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 2/2-9N05 nömrəli imtina məktubu; - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 3-43-22/2-60N/2023 saylı arayışı; - 05N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli 5N nömrəli və xx.xx.2024-cü il tarixli 223 nömrəli arayışları; - 05N nömrəli hərbi hissənin “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqələrinin verilməsi üçün təqdim edilən hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüşlərdə bilavasitə iştirak etmiş və maddi-texniki təminatı üzrə tapşırıqları barədə arayış-məlumatı; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyinin xx.xx.2024-cü il tarixli 3-25-2/2-75xx-xx/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3- 25-2/2-C-89xx-xx/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3-25-2/2-C-NNNxx-xx/2024 nömrəli cavab məktubları; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-25-4/2-6205/24 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna 05N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 3759 nömrəli cavab məktubu.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

38. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

39. İş materiallarından müəyyən olur ki, İddiaçı tələbi ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlıdır, hansı ki, Təqdim olunmuş arayış-məlumata əsasən döyüş əməliyyatlarında iştirakı nizami hissə üzrə əmrlərlə təsdiqlənmədiyinə və iştirak etdiyi ərazilər döyüş əməliyyatları aparılan ərazilər olmadığına, döyüş əməliyyatlarında iştirakı təsdiq edilmədiyinə görə cavabdeh orqan tərəfindən ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.

40. Cavabdehin imtinasının dəlillərinin araşdırılması istiqamətində aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, İddiaçı 05N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 284 nömrəli əmri ilə qərargah bölüyünün kütləvi qırğın silahlarından mühafizə taqımının komandiri vəzifəsinə təyin edilmiş, 05N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 288 nömrəli əmri ilə N nömrəli hərbi hissəyə keçirilmiş, N27 nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli N57 nömrəli əmrin ilə 09 noyabr 2020-ci il tarixdən N nömrəli hərbi hissədən getmiş hesab edilmiş, hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, N27 nömrəli hərbi hissə komandirinin xx.xx.2020ci il tarixli N62 nömrəli əmri ilə N nömrəli hərbi hissədən getmiş hesab edilmişdir.

41. Daha sonra N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 32N nömrəli əmrinə əsasən İddiaçı 5-ci artilleriya briqadasının (N nömrəli hərbi hissə) 005N-ci haubitsalı artilleriya divizionunun haubitsalı artilleriya batareyasının idarəetmə taqımının komandiri vəzifəsinə təyin olunmuş və Müdafiə nazirinin xx.xx.2020-ci il tarixli 0N402 nömrəli əmri ilə vəzifəsindən azad edilərək Səfərbərlikdən tərxis edilmişdir.

42. Göründüyü kimi, iddiaçının xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə xidmət keçdiyi hərbi hissələr Bərdə, Goran, Mingəçevir və Goranboy rayonlarında olmaqla, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın N0-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etməsi təsdiq olunmur.

43. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-25-4/2-6205/24 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Ordusunun “Vətən müharibəsi” zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.202N-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etmiş, N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir.

44. İddiaçı İİ Qarabağ müharibəsi dövründə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində xidmət keçdiyi dövr isə müharibə dövrünə təsadüf etməmişdir.

45. Belə ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları 2020-ci il sentyabrın 27-dən noyabrın N0-dək aparıldığından və “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə yalnız həmin dövr üzrə işğal altında olmuş ərazilərində döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə veteran adı və vəsiqəsinin verilməsi nəzərdə tutulmuşdur ki, iddiaçının N nömrəli hərbi hissədə xidməti həmin dövrdən sonraya təsadüf edir.

46. Beləliklə, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etməsinə səbəb sonuncunun İkinci Qarabağ müharibəsi zamanı döyüş əməliyyatlarında iştirak etməməsidir ki, məhkəmə araşdırması ilə müəyyən edilir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

47. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

48. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə: Bənd N. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın N0-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında (9cu yarımbənd). 2020-ci il sentyabrın 27-dən noyabrın N0-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin N-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

49. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin yuxarıda qeyd edilən N-ci bəndinin N0-cu abzasının təhlilindən müəyyən edilir ki, 2020-ci il sentyabrın 27-dən noyabrın N0-dək olan müddət ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş aşağıdakı şəxslərə “müharibə veteranı” adı və vəsiqəsi verilir: - 2020-ci il sentyabrın 27-dən noyabrın N0-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində: N) Hərbi hissə və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçulara; 2) Döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara; 3) Döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi hissə və ya orqanların mülki işçilərinə; 4) Döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə.

50. Qeyd olunan şəxslər dairəsini bir qədər də konkretləşdirərək məhkəmə qeyd edir ki, həmin siyahıya 3 kateqoriyadan olan şəxslər – N) hərbi qulluqçular, 2) hərbi hissə və ya orqanların mülki işçiləri, 3) həmin ərazilərə ezam olunmuş şəxslər aiddir. Hansı ki, həmin şəxslərin də döyüş əməliyyatlarında iştirakı müvafiq sənədlər - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında təsdiq edilməlidir.

51. Hazırki işdə isə iddiaçının 2020-ci il sentyabrın 27-dən noyabrın N0-dək adıçəkilən Əsasnamədə nəzərdə tutulan ərazilərdə döyüş əməliyyatlarında iştirak etməsi müəyyən edilmir.

52. Belə olan halda, məhkəmə hesab edir ki, inzibati orqanın imtinası əsaslıdır və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin orqanın üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir.

53. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.N. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

54. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

Nəticəvi hissə:

55. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar