Məhkəmə qərarları › İş №2-1(114)-925/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-925/2020

22.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-925/2020 22.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə İslam qızının katibliyi, İddiaçı2 vəkili Vəkil iştirakı ilə İddiaçı2 Cavabdehnə (üçüncü şəxs X13) qarşı sərəncamın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı2 (bundan sonra İddiaçı2 MMC) Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh başçısının xx xxxxxx 2019-cu il tarixli, 196 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh başçısının xx xxxxxx 2019-cu il tarixli, 196 saylı sərəncamı ilə İddiaçı2 MMC-nin müraciətini və Cavabdeh başçısı aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin rəyini nəzərə alaraq, İddiaçı2 MMC-yə Yuxarı Ağcakənd 3-cü gips yatağından 10,0 hektar torpaq sahəsinin karxana təsərrüfatının yaradılması, gips daşının çıxarılması, satışı və emalı məqsədi ilə 25 il müddətinə icarəyə verilməsi barədə rayon icra hakimiyyəti başçısının xx xxxxxx 2003-cü il tarixli, 7 nömrəli sərəncamı ləğv edilmiş və onunla bağlanmış həmin tarixli icarə müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır. Sərəncamın verilməsi üçün əsas İddiaçı2 MMC-nin keçmiş direktoru R.Əkbərovun xx xxxxxx 2019-cu il tarixli məktubu olmuşdur. R.Əkbərovun məktubunda göstərilir ki, İddiaçı2 MMC-nin icarəsində 10,0 hektar gips torpaq sahəsi vardır. Son vaxtlar normal işləyə bilmədiklərinə görə icarə haqqını vaxtlı-vaxtında ödəyə bilmirlər. Bu səbəbdən də xx.xx.2019-cu il tarixə 7999,90 manat icarə haqqı borcları yaranmışdır. Bununla əlaqədar 12 saylı X4 MMC-yə müraciət edərək yaranmış vergi borcunun ödənilməsini, əks təqdirdə məhkəmədə iddia qaldırılacağını bildirmişdir. Qeyd edilənləri nəzərə alaraq İddiaçı2 MMCnin icarəsində olan 10,0 hektar torpaq sahəsinin dövlət fonduna qaytarılmasına köməklik göstərilməsini xahiş etmişlər. Həmin məktub həqiqi vəziyyəti əks etdirmir. Belə ki, xx xxxx 2019-cu il tarixdən sonra R.Əkbərov cəmiyyətin hesabına daxil olmuş külli miqdarda pulu bank hesabından çıxarmışdır. Sərəncam tam əsassız və qeyri-qanunidir. Həmin məktubun xx xxxxxx 2019-cu il tarixdə deyil, ondan sonrakı tarixlərdə yazılmasını aşağıda göstərilən səbəblərdən ehtimal edirlər. Cavabdeh başçısının xx xxxxxx 2019-cu il tarixli, 196 saylı sərəncamı vaxtında onlara göndərilməmiş və təqdim edilməmişdir. Vəkilin sorğusuna əsasən, Cavabdeh Başçısının xx xxxxxx 2019-cu il tarixli, 196 saylı sərəncamı və sərəncamın verilməsinə əsas olmuş digər sənədlər xx xxxxxx 2019-cu il tarixli, C-3 saylı məktubla poçt vasitəsi ilə göndərilmiş və xx xxxxxx 2019-cu il tarixdə vəkilə təqdim edilmişdir. İddiaçı2 MMC-nin qanuni təmsilçilik hüququna malik olan X13 tutduğu vəzifədən azad edilmiş və X12 həmin vəzifəyə təyin edilmişdir. xx xxxxxx 2019-cu il tarixdə dövlət qeydiyyatına alınmış və kommersiya qurumunun dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh başçısı aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin rəyinin necə müəyyənləşdirdiyi isə aydın deyil. Belə ki, həmin rəyin hazırlanması zamanı şöbə tərəfindən hansı məlumatlara əsaslanılması məlum deyil. xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixə kimi şöbə hansı məlumatları əldə edib ki, rəy verərək təmsilçisi dəyişmiş müəssisənin keçmiş direktorunun məktubuna əsaslanaraq 25 il müddətinə icarəyə verilmiş və istifadə olunan torpaq sahəsinə dair sərəncamın ləğv edilməsi və icarə müqaviləsinin qüvvədən düşməsi barədə sərəncamın qəbul edilməsinə nail olunmuşdur. Cavabdeh başçısının xx xxxxxx 2019-cu il tarixli, 196 saylı sərəncamı əsassız və qanunsuzdur, yuxarıda göstərilənlərə əsasən ləğv edilməlidir. İddiaçının nümayəndəsi X12 əvvəlki məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının vəkili Vəkil da məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehə və üçüncü şəxsə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş, üçüncü şəxs isə məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.1. maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1. maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 73.1. maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2. maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Görüdüyü kimi iddiaçı İnzibati-Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirilmə haqqında iddia qaldırmış və məhkəmədən inzibati aktın ləğv edilməsini tələb etmiş, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Məhkəmə tərəfin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə tərəfindən işin faktiki halları kimi müəyyən edilmişdir ki, Cavabdeh başçısının xx xxxxxx 2019-cu il tarixli, 196 saylı sərəncamı ilə İddiaçı2 MMC-yə Yuxarı Ağcakənd 3-cü gips yatağından 10,0 hektar torpaq sahəsinin karxana təsərrüfatının yaradılması, gips daşının çıxarılması, satışı və emalı məqsədi ilə 25 il müddətinə icarəyə verilməsi barədə rayon icra hakimiyyəti başçısının xx xxxxxx 2003-cü il tarixli, 7 nömrəli sərəncamı ləğv edilmiş və onunla bağlanmış həmin tarixli icarə müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır. Sərəncamın verilməsi üçün əsas İddiaçı2 MMC-nin keçmiş direktoru X7 xx xxxxxx 2019-cu il tarixli məktubu olmuşdur. İddiaçı2 MMC-nin ümumi yığıncağının xx xxxxxx 2019-cu il tarixli qərarına əsasən MMC-nin qanuni təmsilçilik hüququna malik olan X13 vəzifəsindən azad edilmiş, X12 həmin vəzifəyə təyin edilmişdir. İddiaçı tələbində Cavabdeh başçısının xx xxxxxx 2019-cu il tarixli, 196 saylı sərəncamının İddiaçı2 MMC-nin keçmiş direktoru X7 xx xxxxxx 2019-cu il tarixli məktubu əsasında verildiyini, sonuncunun bu cür səlahiyyətə malik olmadığını bildirmiş və ərizənin sonradan yazıldığını iddia etmişdir. İş materiallarında olan İddiaçı2 MMC-nin xx xxxxxx 2011-ci il tarixli qərarının təsdiqlənmiş surətindən məlum olur ki, İddiaçı2 MMC-nin (VÖEN **********) qanuni təmsilçilik hüququna malik direktoru vəzifəsindən X8 azad edilmiş, X13 həmin vəzifəyə təyin edilmişdir. - 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx xxxx 2020-ci il tarixli, **********175300 nömrəli məktubundan görünür ki, elektron uçot məlumat bazasına əsasən aparılan araşdırmalar zamanı İddiaçı2 MMC-nin (VÖEN: **********) “Tikinti Maşın və Avadanlıqlarının Kirayəsi” (fəaliyyət kodu: 77320) əsas fəaliyyət növü, “Əhəng və Gips İstehsalı (fəaliyyət kodu: 23520) və “X10 üçün X3” (fəaliyyət kodu: 23620) digər fəaliyyət növü ilə məşğul olmağı barədə məlumat aşkar edilmişdir. X9, X6, X12 və X13 İddiaçı2 təsisçiləridir. xx xxxxxx 2019-cu il tarixədək X13 cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktoru olmuşdur. -12 saylı X2 xx xxxx 2019-cu il tarixli, **********570900 nömrəli xəbərdarlığının təsdiqlənmiş surətindən görünür ki, 7999,90 manat torpaq icarə haqqının 7 gün müddətində dövlət büdcəsinə ödənilməsi İddiaçı2 MMC-nin rəhbərliyindən tələb olunmuş, əks halda torpaq qanunvericiliyinin tələblərinə müvafiq olaraq torpaq icarə müqaviləsinə xitam verilməsi və icarə haqqının büdcəyə ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. -İddiaçı2 MMC-nin xx xxxxxx 2019-cu il tarixli məktubunun təsdiqlənmiş surətindən görünür ki, İddiaçı2 MMC-nin icarəsində olan 10,0 hektar torpaq sahəsinin dövlət fonduna qaytarılmasına köməklik göstərilməsi xahiş olunmuşdur. -İddiaçı2 MMC-nin ümumi yığıncağının xx xxxxxx 2019-cu il tarixli qərarının təsdiqlənmiş surətindən görünür ki, İddiaçı2 MMC-nin (VÖEN: **********) qanuni təmsilçilik hüququna malik olan X7 azad edilməsi, X5 həmin vəzifəyə təyin edilməsi qərara alınmışdır. -Cavabdeh X1 və Proqnozlaşdırılması şöbəsinin xx.xx.2019-cu il tarixli məktubundan məlum oldur ki, 7999,9 manat torpaq icarə haqının ödənilməsi məsuliyyəti üzərində saxlanılmaqla, İddiaçı2 MMC-yə Yuxarı Ağcakənd gips yatağından 10.0 ha torpaq sahəsinin karxana təsərrüfatının yaradılması, gips daşının çıxarılması, satışı və emalı məqsədi ilə 25 (iyirmi beş) il müddətinə 10.0 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı Cavabdeh başçısının xx xxxxxx 2003-cü il tarixli, 7 nömrəli sərəncama və həmin tarixli müqaviləsinə xitam verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Müraciətlə bağlı mövcud qanunvericiliyin tələbləri barədə vətəndaşa ətraflı izahat verilmişdir. -Cavabdeh başçısının xx xxxxxx 2019-cu il tarixli, 196 nömrəli sərəncamının təsdiqlənmiş surətindən görünür ki, İddiaçı2 MMC-yə Yuxarı Ağcakənd 3-cü gips yatağından 10,0 hektar torpaq sahəsinin karxana təsərrüfatının yaradılması, gips daşının çıxarılması, satışı və emalı məqsədi ilə 25 il müddətinə icarəyə verilməsi barədə rayon icra hakimiyyəti başçısının xx xxxxxx 2003-cü il tarixli, 7 nömrəli sərəncamının ləğv edilməsi və onunla bağlanmış həmin tarixli icarə müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır. İş materialarında olan İddiaçı2 MMC-nin Nizamnaməsinin 5.4-cü bəndinə əsasən MMC-də onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşına) yaradılır. MMC təkbaşçı idarəetmə orqanı (direktor, prezident, müdir və s.) onun iştirakçıları olmayanların sırasından da seçilə bilər. Nizamnamənin 5.5-ci bəndinə əsasən MMC-nin icra orqanı MMC-nin adından etibarnaməsiz çıxış etmək, MMC-nin əmlakı barədə sərəncam vermək, müqavilələr, o cümlədən əmək müqaviləsi bağlamaq, MMC adından etibarnamələr vermək, banklarda hesablaşma və digər hesablar açmaq, MMC-nin vəsaitlərini yönəltmək, MMC-nin işçilərinə şamil edilən əmr və göstərişlər vermək, MMC-nin fəaliyyəti üzrə mövcud qanunvericilikdə nəzərdə tutulan digər hüquqları həyata keçirmək səlahiyyətlərini həyata keçirə bilər. Göründüyü kimi, X13 İddiaçı2 MMC-nin xx xxxxxx 2011-ci il tarixli qərarı ilə qanuni təmsilçilik hüququna malik direktor vəzifəsinə təyin edilmiş və İddiaçı2 MMC-nin ümumi yığıncağının xx xxxxxx 2019-cu il tarixli qərarı qəbul edilənədək, yəni inzibati orqana xx.xx.2019-cu il tarixdə müraciət etdiyi vaxt səlahiyyətli şəxs olmuş, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsində nəzərdə tutulan məlumatlar göstərilməklə ərizə ilə inzibati orqana müraciət etmişdir. İnzibati orqan tərəfindən inzibati icraat aparılmaqla səlahiyyətli şəxs tərəfindən verilmiş ərizə üzrə xx xxxxxx 2019-cu il tarixli, 196 saylı sərəncam qəbul edilmiş və inzibati akt qəbul edilərkən heç bir pozuntuya yol verilməmişdir. Belə ki, hüquqi şəxsin nizamnaməsinə əsasən X13 xx xxxxxx 2019-cu il tarixədək İddiaçı2 qanuni təmsilçilik funksiyasına malik direktoru olaraq MMC-nin əmlakı barədə sərəncam vermək səlahiyyəti olmuş, bu səlahiyyətindən istifadə etməklə sahiblik və istifadəsində olan əmlakla bağlı inzibati orqana müraciət etmişdir. İddiaçı tələbində həmin müraciətin sonradan imzalanmasını iddia etsə də, bu halı təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 20.1. maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2. maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 22.1. maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. 67.1. maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 68.2. maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda ləğv edilə bilər: Beləliklə qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunacaq maddi hüquq normalarına əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə Cavabdeh tərəfindən xx xxxxxx 2019-cu il tarixli, 196 nömrəli sərəncam qəbul edilərkən yuxarıda sadalanan normaların tələblərinə əməl edildiyindən, İddiaçı2 Cavabdehnə (üçüncü şəxs X13) qarşı sərəncamın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 68.1. və 62.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsin əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 70.1. maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habeləşikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 70, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı2 Cavabdehnə (üçüncü şəxs X13) qarşı xx xxxxxx 2019-cu il tarixli, 196 saylı sərəncamın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar