Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-925/2024 20.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2007-ci ildən 2023-cü ilə kimi hesablanmamış əmək pensiyasının hesablanaraq tam şəkildə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, uşaqlıqda aldığı zədə nəticəsində gözdən əlil olmuşdur. Bunun nəticəsində xx.xx.2002-ci il tarixdə müvafiq qurum tərəfindən, ona müddətsiz olmaqla 3-cü qrup əlillik dərəcəsi verilmişdir. Həmin dövrdən etibarən 3-cü qrup əlilliyə görə ona (müxtəlif illərdə artımla əlaqədar fərqli olub 80 manat, 120 manat, 150 manat) müavinət ödənilmişdir. Hazırda cavabdeh tərəfindən ona ödənilən əmək pensiyasının məbləği 2020-ci il tarixdən başlanaraq ona 327 manat 21 qəpik təşkil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etdikdən sonra 2020-ci il tarixdən başlanaraq ona ödənilən əmək pensiyasının məbləği 327 manat 21 qəpik təşkil edir və həmin məbləğ 3 il əvvələ hesablanmış məbləğdir. O, 2002-ci ildən əlillik dərəcəsi almışdır və həmin dövrdən ona əlilliyə görə müavinət verilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri və həmin maddənin 1-ci bəndinə əsasən onun xx.xx.2007-ci tarixdən “Əlilliyə görə əmək pensiyası” almaq hüququ yaranmışdır. Lakin onun bu huququndan məlumatsız olmağı səbəbindən həmin dövrdə müraciət etməmişdir və bu barədə qarşı tərəfdən də heç bir maarifləndirmə və ya digər formada hər hansı bir məlumat verilməmişdir. Nəticədə uzun müddətdən sonra o, bu haqda məlumat almış və xx.xx.2023-cü il tarixli müraciətindən sonra cavabdeh tərəfindən ona 327 manat 21 qəpik əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Əlilliyə görə əmək pensiyası almaq hüququ yarandığı xx.xx.2007-ci il tarixindən, müraciət etdiyi xx.xx.2023-cü il tarixədək 2016-2017 il ərzində almalı olduğu müəyyən vəsaiti almamışdır. Ona yalnız müraciət etdiyi xx.xx.2023-cü il tarixdən əvvələ son 3 il üçün hesablanmış 5412 manat aylara bölünməklə pensiya məbləği ilə birlikdə ödənilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Mlüdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial müdafiə fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mliərkəzi filialına müraciət etdikdən sonra 2020ci ildən başlanaraq ona ödənilən əmək pensiyasının məbləği 327 manat 21 qəpik təşkil edir. O, 2002-ci ildən əlillik dərəcəsi almış və əlilliyə görə əmək pensiyası almaq hüququ isə ona ünvanlanmış rəsmi məktubda xx.xx.2015-ci il qeyd olunsa da, hazırda Elektron Hökumət portalında əks olunan məlumata əsasən, xx.xx.2007-ci ildən yaranmışdır. Əmək pensiyası isə ona xx.xx.2023-cü il tarixdən ödənilməyə başlanılmışdır. Hesab edirəm ki, cavabdeh tərəfindən 2007-ci ildən hesablanmalı olan əmək pensiyası tam hesablanmamışdır. O, yuxarıda qeyd olunan müddətin hansı səbəbdən nəzərə alınmaması ilə bağlı cavabdeh təşkilata rəsmi müraciət etmişdir. Cavabdeh tərəf onun ərizəsi ilə əlaqədar imtinaedici inzibati akt qəbul etmiş və bildmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta staijı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əliliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta staijı olduqda təyin edilir. Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunan maddələrin tələblərinə əsasən xx.xx.2020-ci il tarixindən (xx.xx.2023-cü il tarixli müraciətinizdən 3 il əvvələ) 233 manat 20 qəpik məbləğində əliliyə görə əmək pensiyası təyin edilmiş və hazırda ödənişi 327 manat 21 qəpik olmaqla davam etdirilir. Ötən dövr üzrə (xx.xx.2020-ci il tarixindən) hesablanmış fərq məbləği və 2022-ci il üzrə nəzərdə tutulmuş maddi yardım (200 manat) 2023-cü ilin iyun ayından pensiyanının üzərinə əlavə edilməklə ödənilməkdədir. Əlilliyə görə əmək pensiyası hüququ xx.xx.2015ci il tarixindən yaranmasına baxmayaraq Qanunun 32.1-1-ci maddəsinin tələblərinə əsasən ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləğinin müraciət edilən tarixdən əvvəlki üç ildən artıq müddətə geri ödənilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ izah edilmişdir. İşin şifahi məhkəmə baxışı iclası 20 may 2024-cü il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, həqiqətən də hazırda ona əlillik pensiyası təyin olunan gündən 3 il geriyə pensiya məbləği hesablanmış və hazırda ödəniş edilir. Cavabdehin nümayəndəsi X3 izahat verərək, iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş etirazdan görünür ki, işin faktiki hallarına əsasən, İddiaçı əlilliyə görə əmək pensiyasının təyin olunması xx.xx.2023-cü il tarixdə ərizə ilə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmiş, cavabdeh orqan cavab məktubu ilə iddiaçıya xx.xx.2006-cı ilədək 1 il 5 ay 12 gün sığorta stajı və xx.xx.2006-cı il tarixdən fərdi hesabın sığorta hissəsində qeydə alınmış 4832.42 manat pensiya kapitalı əsasında 327.21 manat əlilliyə görə əmək pensiyası təyin edildiyi və pensiya kartının alınması üçün Azərbaycan Beynəlxalq Bank Tovuz rayon filialına müraciət etməli olduğu bildirmişdir. Daha sonra İddiaçı əlilliyə görə əmək pensiyasının hüququnun yarandığı tarixdən ödənilməsi üçün xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktub ilə iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinə uyğun olaraq əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin müraciət edilən tarixdən əvvəlki ən çoxu üç ili üçün ödənildiyi bildirilmişdir. Bununla razılaşmayan iddiaçı məhkəməyə müraciət etmiş, xx.xx.2007-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ödənilməmiş əlilliyə görə əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stafı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunan maddələrin tələblərinə əsasən, İddiaçı xx.xx.2020-ci il tarixindən (xx.xx.2023-cü il tarixli müraciətindən 3 il əvvələ) 233,20 manat məbləğində əlilliyə görə əmək pensiyası təyin edilmiş və hazırda ödənişi 327,21 manat olmaqla davam etdirilir. Ötən dövr üzrə (xx.xx.2020-ci il tarixindən) hesablanmış fərq məbləği və 2022-ci il üzrə nəzərdə tutulmuş maddi yardım (200 manat) 2023-cü ilin iyun ayından onun pensiyasının üzərinə əlavə edilməklə ödənilməkdədir. İddiaçı əlilliyə görə əmək pensiyası hüququnun xx.xx.2015-ci il tarixindən yaranmasına baxmayaraq Qanunun 32.11-ci maddəsinin tələblərinə əsasən ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləğinin müraciət edilən tarixdən əvvəlki üç ildən artıq müddətə geri ödənilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Bununla yanaşı, İddiaçı xx.xx.2006-cı il tarixdən ona əlilliyə görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2020-ci il tarixədək əlilliyə görə sosial müavinət almışdır. Məhkəmə araşdırmasının predmetini iddiaçıya məxsus AA2025743 nömrəli şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surəti, cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2023cü il tarixli, 3-17-1/2-Q-218118/2023 nömrəli məktubunun surəti, AR ƏƏSMN-nin X1 Sisteminin “Sosial müavinət və təqaüd haqqında” xx.xx.2023-cü il tarixli, ********** nömrəli Arayışı, Sosial arayışlar, cavabdeh orqan tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023cü il tarixli, 3-13-1/2-280924/2023 nömrəli etiraz, Azərbaycan Respublikası ƏƏSMN-nin xx.xx.2023-cü il tarixli, xxxxxxx230001 nömrəli müraciət vərəqəsi, iddiaçıya məxsus AO ******* nömrəli hərbi biletin surəti təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyildir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 6-1-ci maddəsinə əsasən Bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu ilin 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. - 12.1-ci maddəsinə əsasən Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. - 13.2-ci maddəsinə əsasən Əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 200-ə olan nisbəti şəklində müəyyənləşdirilir. - 13.3-cü maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. - 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, iddiaçı əmək pensiyasının yenidən hesablanması tələbi ilə cavabdeh orqana müraciət etmiş, lakin iddiaçıya bildirilmişdir ki, əlilliyə görə əmək pensiyası hüququ xx.xx.2015-ci il tarixindən yaranmasına baxmayaraq Qanunun 32.1-1-ci maddəsinin tələblərinə əsasən ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləğinin müraciət edilən tarixdən əvvəlki üç ildən artıq müddətə geri ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığından, cavabdeh orqan tərəfindən iddiaçının müraciətinə müsbət cavab verilməmişdir. Həmçinin İddiaçı xx.xx.2020-ci il tarixdən (xx.xx.2023-cü il tarixli müraciətindən 3 il əvvələ) 233,20 manat məbləğində əlilliyə görə əmək pensiyası təyin edilmiş və hazırda ödənişi 327,21 manat olmaqla davam etdirilir. Ötən dövr üzrə (xx.xx.2020-ci il tarixdən) hesablanmış fərq məbləği və 2022-ci il üzrə nəzərdə tutulmuş maddi yardım (200 manat ) 2023-cü ilin iyun ayından onun pensiyasının üzərinə əlavə edilməklə ödənilməkdədir. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı pensiya hüququ xx.xx.2015-ci il tarixdən yaranmasına baxmayaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinin tələblərinə əsasən, ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləğinin müraciət edilən tarixdən əvvəlki üç ildən artıq müddətə geri ödənilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Eyni zamanda, İddiaçı xx.xx.2006-cı tarixdən ona əlilliyə görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2020-ci il tarixədək əlilliyə görə sosial müavinət almışdır. Bundan başqa iddia ərizəsindən görünür ki, iddiaçı iddia ərizəsində tələb etdiyi məbləğin tam şəkildə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənildiyindən, keçmiş dövr üzrə hesablanmış fərq məbləğinin ən çoxu üç il üçün hesablanması nəzərdə tutulduğu göstərilmişdir. Göründüyü kimi, Qanunda pensiyanın birdəfəlik ödənilməsi ilə bağlı heç bir norma nəzərdə tutulmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 23 sentyabr 2021-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “Həmçinin qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası adıçəkilən (8 oktyabr 2020-ci il tarixli) qərardadında “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixində qəbul edilmiş, 2017-ci il may ayının 3-də mətbuatda dərc edilmiş, 2017-ci il 1 iyul tarixindən etibarən isə qüvvəyə minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, Kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Bunu nəzərə alaraq Ali Məhkəmənin İnzibati Kollegiyası belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Cavabdehin imtinasından görünür ki, iddiaçının ilkin ərizəsi xx.xx.2023-cü il tarixdə daxil olmuş, iddiaçının həmin tarixdən əvvəl inzibati orqana müraciət etməsi işdə olan hər hansı sübutla təsdiq olunmamışdır. Buna görə də, iddiaçıya xx.xx.2020-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməsi və pensiyanın ödənilməsinin əvvəlinin iddiaçının cavabdehə yeganə müraciəti olan 11 may 2023-cü il tarixdən əvvəlki 3 il üçün pensiya fərqi ödənilməklə, pensiyanın hesablanmasının əvvəli 11 may 2020-ci il tarixdən hesablanmalıdır. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək pensiyası düzgün hesablanmaqla ödənildiyi üçün cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin olunmasından imtina etməsi əsaslı və qanuni olmuş, iddiaçının iddia tələbi isə əsassız və qanunsuzdur. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (Ünvan: Gəncə şəhəri, Atatatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-925/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-925/2024
20.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver