Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-927/2020 01.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Meliorasiya və X16 Səhmdar Cəmiyyətinin X1 və Suların X2 Cavabdehnə qarşı (üçüncü şəxs X8) sərəncamın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Meliorasiya və X16 Səhmdar Cəmiyyətinin X1 və Suların X3 Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh ”xxxxxxxxxxxxxxxxx" ASC-nin, Şəmkirçay dəryaçasından gələn sol sahil beton kanalın mühafizə zolağına vətəndaş X7 vermiş olduğu (Zaur Sarıyev küçəsi boyunca) xx xxxxxx 2019-cu il tarixli 484 saylı sərəncamının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Meloriasiya və Su təsərrüfatı sahəsində “keçən ilin yekunları 2020-ci ildə görüləcək tədbirlər” ilə bağlı xx xxxxxx 2019-cu il tarixə keçirilən müşavirədə suyun səmərəli istifadəsi ilə əlaqədar tədbirlər planı hazırlanmasının vacibliyi barədə Səhmdar Cəmiyyətə verilən tapşırığın icrası olaraq, mövcüd meliorasiya və su təsərrüfatı fondlarının istismarı və əkin sahələrinin su təminatını yaxşılaşdırmaq və su mühafizə zolağında tikilərinin qarşısının alınması, su ehtiyatların mühafizə zolaqların təmir-bərpası və müasir tələblər səviyyəsində yenidən qurulması tədbirlərini özündə ehtiva edən 2020-2030-cu illər və ilkin mərhələdə (2020-ci il) üzrə Konseptual Proqram"ın hazırlanması nəzərdə tutulur. Proqrama daxil edilməsi üçün nəzərdə tutulan hidroqovşaqlar, kanalar, magistiral su nəql edici boru kəmərləri, arxlara baxış keçirən zaman respublika ərazisində qanunsuz su mühafizə zolaqlarının torpaqlarından istifadə sahəsində ciddi nöqsanlara yol verildiyi aşkar olunmuşdur. Yerli idarəetmə orqanları tərəfindən su fonduna məxsus torpaq sahələri hüquqi və fiziki şəxslərə ayrılır və onlara istifadə hüquqlarına dair sənədlər verilir. Su obyektlərində müxtəlif növ iaşə, ticarət və istehsalat obyektləri yaradılır. Baxmayaraq ki, Səhmdar Cəmiyyət tərəfindən göstərilən məsələlərin nizamlanması məqsədi ilə rayon İcra hakimiyyəti başçılarına məktublar göndərilərək onlardan su təsərrüfatı obyektlərinin mühafizə zonalarında yaradılan obyektlərin yerlərinin seçilməsini Səhmdar Cəmiyyətlə razılaşdırılması xahiş olunmasına baxmayaraq Cavabdehtərəfindən Şəmkir şəhər sakini X7 "xxxxxxxxxxxxxxxxx" ASC-nin X12 idarəsinin balansında olan Şəmkirçay dəryaçasından gələn sol sahil beton kanalın mühafizə zolağında 70,0 kvadrat metr sahibkarlıq xidməti məqsədi ilə qeyri-yaşayış binasının tikintisinə icazə verilməsi üçün sərəncam verilmiş, vətəndaş X8 mühafizə zolağında kanala bitişik dərinliyi 2m, eni 5m, uzunluğu 14 m olan qeyri-yaşayış binası inşa etmişdir. Azərbaycan Respublikası Su Məcəlləsinin 82-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2000-cı il tarixli 56 saylı, xx xxxxxx 2003-cü il tarixli 109 saylı və xx xxxx 2004-cu il tarixli 99 saylı “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin’’ müəyyən edilməsi haqqında qərarları ilə təsdiq edilmiş magistral kanallar, kollektorlar, su nəqledici kəmərlər və tunellər boyu mühafizə zonalarının eni onun şərfindən asılı olaraq iki sahildən götürməklə 60-100 m, nisbətən kiçik şəbəkələr üzrə 10-25 m, yerli əhəmiyyətli kanallarda və xətti qurğularda isə 5-10 m götürülmüşdür. Hansı ki, “xxxxxxxxxxxxxxxxx” ASC-nin X12 İdarəsinə edilən yazılı müraciət zamanı məlum olmuşdur ki, həmin ərazidə (PK-134+40da) kanalın lahiyyə üzrə su buraxma qabiliyyəti saniyyədə 3,0 m -dir ki, bu da həmin ərazidə tikilən inşaat işləri ilə ziddiyət təşkil edir və tikinti mühafizə zonasına düşür. Yuxarıda qeyd olunan normativ aktları əsas götürərək və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2000-ci il tarixli 56 saylı qərarının 12-ci bəndinə əsasən kanalın mühafizə zolağı yerli əhəmiyyətli olduğu üçün su buraxma qabiliyyətinə görə 5 metr götürülür və Cavabdeh verdiyi sərəncam kanalın mühafizə zolağıdır ki, həmin torpaq sahəsi Azərbaycan Meliorasiya və X16 Səhmdar Cəmiyyəti müstəsna mülkiyyətində olan torpaq sahəsinə aiddir. İddiaçını nümayəndələri X9 və X11 hazırlıq icraatı iclasında iddianı müdafiə etmişlər və M.İmamquliyev əlavə olaraq bildirmişdir ki, mağaza 5-6 ay əvvəl tikilmiş, tikinti başlayan zaman məlumatları olmuş, lakin üçüncü şəxsə edilmiş iradların əhəmiyyəti olmamışdır, mübahisələndirilən sərəncamın mövcudluğu barədə xx.xx.2019-cu il tarixdə məlumatları olmuş, surətini Elnur Abbasovdan almışlar. Mağaza kanalın mühafizə zonasında, kanaldan 0,5 m məsafədə inşa olunmuşdur, kanal Şəmkir şəhəri, Yeni Həyat kəndini, Düyərli kəndini, Sabirkənd və digər kəndlərini təchiz edir. Üçüncü səxs X8 bildirmişdirki, o, Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı əsasında həmin yerdə mağaza inşa edib, lakin təmir etdirməmişdir, mağaza kanaldan 70- 80 sm aralıda inşa olunub. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Cavabdehbaşçısının xx.xx.2019-cu il tarixli 484 nömrəli sərəncamından görünür ki, X7 Şəmkir şəhəri, Zaur Sarıyev küçəsində yerləşən ərazidən 70,0 kv.m torpaq sahəsinin ayrılması və ayrılmış torpaq sahəsində sahibkarlıq xidməti məqsədilə qeyri-yaşayış binasının tikintisinə icazə verilməsi qərara alınmışdır. -Cavabdehbaşçısının xx.xx.2020-ci il tarixli 61 nömrəli sərəncamından görünür ki, Şəmkir şəhəri, Zaur Sarıyev küçəsində yerləşən X7 məxsus torpaq sahəsində 2019-cu ildə tikilmiş tikintialtı sahəsi 77.0 kv.m, ümumi sahəsi 128.6 kv.m olan 1 mərtəbəli zirzəmili qeyri-yaşayış binasının hüquqi qeydiyyatına icazə verilməsi qərara alınmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdehbaşçısının xx.xx.2019-cu il tarixli 484 nömrəli sərəncamı ilə X7 Şəmkir şəhəri, Zaur Sarıyev küçəsində yerləşən ərazidən 70,0 kv.m torpaq sahəsinin ayrılması və ayrılmış torpaq sahəsində sahibkarlıq xidməti məqsədilə qeyri-yaşayış binasının tikintisinə icazə verilməsi qərara alınmış və sonuncu tərəfindən həmin ərazidə mağaza inşa edilmişdir. İddiaçı isə Cavabdeh müvafiq sərəncamı ilə üçüncü şəxsə verilən torpaq sahəsinin onların balansında olan kanalın mühafizə zolağına düşdüyünü bildirərək həmin sərəncamın ləğv edilməsini tələb etmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin:- -1.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin İ hissəsinə uyğun olaraq, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər. -1.3-cü bəndinə əsasən yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını (Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını və qanunlarını, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin fərman və sərəncamlarını, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tuturlar. -1.4-cü bəndinə əsasən yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətini vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, müvafiq ərazinin əhalisinin rifahını yaxşılaşdırmaq naminə iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının təmin edilməsi, qanunçuluq, aşkarlıq və ictimai rəyin nəzərə alınması prinsipləri əsasında qururlar. Qeyd olunan Əsasnamənin 4-cü bəndində “Yerli icra hakimiyyəti başçısının səlahiyyətləri” sadalanmışdır və həmin səlahiyyətlər sırasında icra hakimiyyəti başçılarının vətəndaşlara torpaq sahəsi ayırmaq səlahiyyəti öz əksini tapmamışdır. Bundan başqa qeyd olunmalıdır ki, müvafiq sərəncamla üçüncü şəxsə ayrılmış torpaq sahəsi Azərbaycan Meliorasiya və X16 Səhmdar Cəmiyyətinə məxsus kanalın mühafizə zolağında yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli, 56 nömrəli qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi” Qaydalarının:- -2-ci bəndinə əsasən su mühafizə zonası su obyektinin akvatoriyasına bitişik, üzərində təbii ehtiyatların istifadəsi, mühafizəsi və digər təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi rejim müəyyən edilmiş ərazidir. -3-cü bəndinə əsasən su mühafizə zonalarının hüdudlarında sahil mühafizə zolaqları müəyyən edilir və onların ərazisində təbiətdən istifadəyə əlavə məhdudiyyətlər tətbiq edilir. -5-ci bəndinə əsasən su mühafizə zonalarının və sahil mühafizə zolaqlarının ölçüləri, sərhədləri və istifadəsi onların fiziki-coğrafi, torpaq, hidroloji və sair şəraitindən asılı olaraq, su obyektlərinin sahil xəttinin dəyişməsi proqnozu nəzərə alınmaqla Azərbaycan Meliorasiya və X16 Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılaraq müəyyən edilir və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Beləliklə müəyyən olunmuşdur ki, Cavabdehbaşçısının səlahiyyəti olmadığı halda üçüncü şəxsə torpaq sahəsi ayrılması barədə sərəncam vermiş, bununla da Şəmkirçay dəryaçasından gələn sol sahil beton kanalın mühafizə zolağında tikinti aparılmasına zəmin yaratmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. -70.1 maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdehbaşçısının xx.xx.2019-cu il tarixli 484 nömrəli sərəncamı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Cavabdehbaşçısının xx.xx.2019-cu il tarixli, 484 nömrəli sərəncamı ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-927/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-927/2020
01.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver