Məhkəmə qərarları › İş №2-1(114)-928/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-928/2020

30.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-928/2020 30.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, X1nun iştirakı ilə, X1nun Cavabdehnə qarşı xx.xx.2019-cu il tarixli, 140 nömrəli əmrin ləğv edilməsi və işə bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: X1 (bundan sonra mətndə iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, 140 nömrəli əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı 23.11.020-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqiləşdirilməsinə dair ərizə təqdim etmişdir. Məhkəmə tərəfindən xx.xx.2020-ci il tarixli, 2-1(114)-928/2020 nömrəli qərardad qəbul edilmiş və X1nun Cavabdehnə qarşı xx.xx.2019-cu il tarixli, 140 nömrəli əmrin ləğv edilməsi və işə bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddianın dəqiqləşdirilməsinə dair ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2016-cı il tarixdə Ağstafa Rayon Köçəsgər kənd İcra Nümayəndəsi vəzifəsinə təyin olunmuşdur və ona kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. Bundan sonra xx xxxx 2019-cu il tarixdə ona 3-cü dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. Fəaliyyəti dövründə bir çox rəhbər şəxslərlə fəaliyyət göstərmişdir. Hər birinin qanuni tapşırıq və göstərişlərini vaxtında icra edib və tutduğu vəzifəsi ilə fəxr etmişdir. İşlədiyi müddətdə heç vaxt qanun pozuntularına yol verməmişdir. İşindən azad olunanadək Cavabdehndə çalışan bütün rəhbər şəxslərlə yanında işi ilə və etik davranışı ilə hörmət qazanmışdır. İşdən azad edilməyi ilə bağlı əmrin surətini xx xxxxxx 2019-cu il tarixdə rəsmi qaydada qəbul etmişdir. Cavabdehin hərəkətini qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında X1 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək xx.xx.2019-cu il tarixli, 140 nömrəli əmrin ləğv edilməsi və işə bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bundan əlavə cavabdehin nümayəndəsi məhkəməyə xx.xx.2020-ci il tarixli, 711/g-7 nömrəli məktub göndərərək, iddianın təmin edilməsinə etiraz etmədiklərini bildirmişdir. Məhkəməyə aşağıdakı sənədlər təqdim olunmuşdur: - İddiaçıya məxsus AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 140 nömrəli əmrindən çıxarışın surəti; - İddiaçıya məxsus xx.xx.1977-ci il tarixli, ******* nömrəli əmək kitabçasının surəti; - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 711/g-7 nömrəli məktub; Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq, həmçinin, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddianın qaldırılması ilə bağlı Məcəllədə nəzərdə tutulmuş müddətə riayət olunmuşdur (İPM-in 39.1-ci maddəsi). İşin faktiki halları ilə müəyyən edilir ki, X1 xx.xx.2016-cı ildə Ağstafa rayonu Köçəsgər kənd İcra Nümayəndəsi vəzifəsinə təyin olunmuşdur. AğstafaRayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli, 140 nömrəli əmri ilə tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 2-ci bəndinin tələblərinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. İddiaçı Azərbaycan Respublikası Konstitusiyasının verdiyi hüquqdan istifadə edərək AğstafaRayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli, 140 nömrəli əmri ilə razılaşmadığından əmrin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 711/g-7 nömrəli məktubda bildirilir ki, cavabdeh orqan iddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 711/g-7 nömrəli məktubu nəzərdən keçirdib, bu nəticəyə gəlir ki, cavabeh orqan iddia tələbini qəbul etdiyi üçün iddia ərizəsi təmin olunmalıdır. İPM-nin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 12.1. maddəsinin tələblərinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2. maddəsinin tələblərinə əsasən isə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” xx xxxxx 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə xx xxxxx 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına və cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 711/g-7 nömrəli məktubuna müvafiq olaraq qiymət verərək, iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, X1nun Cavabdehnə qarşı xx.xx.2019-cu il tarixli, 140 nömrəli əmrin ləğv edilməsi və işə bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68- 69, 69.4, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, 140 nömrəli əmri ləğv edilsin və X1nun əvvəlki işinə bərpa olunması vəzifəsi cavabdehin üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar