Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-928/2021 09.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi İsgəndərova Aygül Vulqar qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi X14 Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs X11) qarşı bölgü eskizinin və həmin bölgü eskizi əsasında tərtib olunmuş çıxarışın ləğv edilməsi tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, Müəyyən etdi: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2012-ci il qeydiyyat tarixli, RX seriyalı 049860 nömrəli çıxarışın surətindən məlum olur ki, ünvan 1 ünvanında yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi X5 xüsusi mülkiyyəti kimi dövlət reyestrində 62 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası X14 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli, **********42 nömrəli məktubunda qeyd olunur ki, mülkiyyətçi X4 tərəfindən Şəmkir rayonu, Ağlavaşlı kəndində yerləşən 0.20 ha torpaq sahəsinin 0.10 ha hissəsi X7 notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında satılmış və onun həmin müqavilə əsasında hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda sözügedən torpaq sahəsinə dair bölgü eskizinin düzgün tərtib edilməməsi ilə bağlı sizin X14 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etdiyiniz və məsələ ilə bağlı ərazi idarəsi tərəfindən qanunvericiliyin tələbləri barədə məlumatın verildiyi müəyyən edilmişdir Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi X14 Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin (bundan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi)xx.xx.2020-ci il tarixli, **********91 nömrəli məktubunda qeyd olunur ki, X3 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair xx.xx.2012-ci il tarixli, **********75-10301 reyestr nömrəli çıxarış verilmişdir. Çıxarışda qeyd edilən 0.20 ha torpaq sahəsinə və üzərindəki tikililərə dair X4 ilə İddiaçı və X11 arasında 10,10.2012-ci il tarixli, 4Ə-02-279 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən 0.20 ha torpaq sahəsinin 0.10 ha hissəsi X2 və bununla bağlı bölgü eskizi tərtib edilmiş və X7 həmin hissəyə dair xx.xx.2012-ci il tarixli, **********85 reyestr nömrəli çıxarış verilmişdir. X12 bir neçə dəfə bölgü eskizinin düzgün tərtib edilməməsi ilə bağlı ərazi idarəsinə müraciət etmiş və məsələnin həllinin ərazi idarəsinin səlahiyyətlərinə aid olmadığı və bununla bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi barədə ona xx.xx.2019-cu il tarixli, **********08 nömrəli məktubla rəsmi cavab verilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi X14 Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs X8) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvana dair tərtib olunmuş bölgünün və həmin bölgü əsasında 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən 0,10 ha torpaq sahəsinə dair X6 adına tərtib olunmuş xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli, seriya RX ******* №-li çıxarışın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 5 ünvanda 0.20 ha torpaq sahəsi və içində yerləşən evlə birlikdə anası X3 məxsus olmuşdur. Anası özünə məxsus torpaq sahəsini və evini satmaq qərarına gəlmişdir. Üçüncü şəxs X6 bacısı onun qardaşının arvadıdır. Anasına məxsus həmin evdə o yaşayır. Anası evini və torpaq sahəsini özgəninkiləşdirmək üçün X9 verdiyi etibarnamə əsasında o, anasının adından Şəmkir rayon notariat kontorunda tərtib edilmiş xx.xx.2012-ci il tarixli 4Ə-02-279 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Şəmkir rayonu, Qasım İsmayılov kəndi (yeni Ağlavaşlı kəndi) Vahid Hüseynov küçəsi 180 saylı ünvanda yerləşən 0,20 ha torpaq sahəsinin yalnız 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən liter «A» 1935-ci ildə tikilmiş, İ mərtəbəli, 3 otaqlı ümumi sahəsi 120,0 kv.metr, yaşayış sahəsi 51,6 kv.metr yardımçı sahəsi 68,4 kv.m, liter «V» tövlə 75.8 sahəsi 68,4 kv.m, liter «V» tövlə 75,8 kv.metr, liter «C» - quş damı 14,6 kv.m; liter «İ» darvaza 1,8 kv. metr; liter İİ hasar - 22,9 kv.m-dən ibarət olan fərdi yaşayış evini 5000 manata satmış, qalan 0.10 ha torpaq sahəsini isə X1. xx xxxxxx 2012-ci il tarixli bölgü ilə guya anası ilə X13 arasında olan razılaşmaya əsasən ona satılmış torpaq sahəsində yerləşən «B» liter 75,8 kv.m tövlə və «C» literli 14.6 kv.m sahəli quş damı X9 verilmişdir. Kərimov Ramil bildiyi halda ki, o hissəni ona satmışdır, onda nə üçün bölgünü onunla deyil, anası Fəridə Əliyeva ilə rəsmiləşdirmişdir? O, X9 verilmiş çıxarışın və ona əlavə edilmiş sənədləri əldə etmək üçün Gəncə şəhər 1 saylı vəkil bürosuna müraciət etmişdir. Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili tərəfindən 11 saylı Şəmkir Ərazi idarəsinə xx.xx.2019-cu il tarixdə sorğu edilmiş, lakin X9 məxsus torpaq sahəsinə dair sənədləri əldə edə bilməmişdir. Cavab verilmişdir ki, məhkəmə sorğusu olduğu halda sənədlərin təsdiq edilmiş surətləri təqdim ediləcəkdir. Odur ki, X9 məxsus çıxarışını yalnız surətini ərizəsinə əlavə etmişdir. Ona aid olan torpaq sahəsində yerləşən quş damı və tövlə də saxta bölgü əsasında X6 adına verilmiş çıxarışda ona aid edilmişdir. Belə olan halda həmin bölgünü o, saxta hesab edir. Kərimov Ramil özü bildiyi halda nə üçün boş torpaq sahəsini deyil, ona məxsus yaşadığı evin qarşısında olub onun istifadəsində olan tövlə və quş damının yerləşdiyi torpaq sahəsini də çıxarışa əlavə etdirdi? Hesab edir ki, həmin bölgü əsasında X9 Şəmkir rayonu Qasım İsmayılov kəndi Vahid Hüseynov küçəsi 180A nömrə altında qeyd edilmiş 0.10 hektar torpaq sahəsinə dair Şəmkir 11 saylı ərazi idarəsi tərəfindən tərtib olunmuş xx xxxxxx 2012-ci il tarixli ********** qeydiyyat nömrəli, seriya RX ******* nömrəli çıxarış ləğv edilməlidir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib- etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Göründüyü kimi iddia tələbində bölgü eskizi və xx xxxxxx 2012-ci il tarixli ********** qeydiyyat nömrəli, seriya RX ******* nömrəli çıxarış mübahisələndirilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı xx xxxxx 2015-ci il tarixli Qərarının 13-cü maddəsində göstərilmişdir ki, inzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (kokret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlındığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. İnzibati hüquqi akt qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. Göstərilən maddənin mahiyyətini təhlil edərək belə nəticəyə gəlmək olar ki, inzibati akt inzibati orqan tərəfindən qəbul edilməli, ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı, ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı və hakimiyyət tədbiri olması əlamətləri ilə səciyyələnir. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli qərarı). Beləliklə məhkəmə hesab edir ki, hazırda mübahisə predmeti olan bölgü eskizi və X5 adına verilmiş çıxarış yuxarıda qeyd edilənlərə əsasən inzibati akt üçün nəzərdə tutulan xüsusiyyətlərə malik olmadığından inzibati akt hesab edilə bilməz. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, işdə olan sənədlərdən məlum olduğu kimi X5 adına verilmiş çıxarış alqı-satqı müqaviləsi əsasında verilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2020-ci il tarixli qərarının
9. bəndinin 13-cü hissəsində qeyd edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx xxx 2014-cü il tarixli Qərarı ilə müəyyən edilmiş hüquqi mövqeyə görə əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası X14 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında, Azərbaycan Respublikası X14 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi, adıçəkilən qərarlarda reyestrdə aparılmış qeydin mübahisələndirilməsi ilə bağlı məhkəmə aidiyyəti dəqiqləşdirilmiş, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməsi və həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüququ, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüququ münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüququ şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bununla yanaşı, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarının 8-ci maddəsinin tələblərinə əsasən notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə MPM-in XXXVİİİ fəsli (“Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər”) həmin Məcəllədən çıxarılsa da, “notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə” xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də, “notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə” xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1. maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3. maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Sonda məhkəmə onu da qeyd edir ki, hazırki iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında hazırki məhkəmə tərəfindən baxılmalı olmadığından iddiaçının dinlənilməsindən imtina edilmişdir. Belə ki, iddiaçının dinlənilməsinin təmin edilməsi iddianın inzibati məhkəmə icraatında baxılması və iddianın mümkün sayılması ilə nəticələnməyəcək lüzumsuz yazışmalara və vaxt itkisinə səbəb olacaqdır. Bu səbəbdən də icraatda qənaət prinsipi və İPM-in 16.3-cü maddəsi rəhbər tutularaq iddiaçının dinlənilməsindən imtina edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-cı maddələrini rəhbər tutaraq,
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi X14 Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs X11) qarşı bölgü eskizinin və həmin bölgü eskizi əsasında tərtib olunmuş çıxarışın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər.
Hakim: Aygül İsgəndərova