Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-929/2020 01.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bərdə rayon Mollagülər Bələdiyyəsinə qarşı (üçüncü şəxs X11) qərarın qismən ləğv olunması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdehtərəfindən xx.xx.2018-ci il tarixdə bələdiyyə mülkiyyətində olan 11.20 ha torpaq sahəsinin hərraca çıxarılması barədə qərarın qismən, yəni onların icarəsində olan 6 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2003-cü il tarixli 10 saylı qərarı və həmin tarixli müqavilə ilə 6 ha torpaq sahəsi 55 il müddətinə X3 icarəyə verilmiş, sonuncu xx.xx.2011-ci il tarixdə ölmüşdür. Onun ölümündən sonra ondan miras qalmış Bərdə rayon Mollagüllər kəndində yerləşən və ümumi sahəsi 2.28 ha olan torpaq sahəsinin X3 məxsus olan hissəsini, eləcə də icarəsində olmuş 6 ha torpaq sahəsinə dair mirası faktiki olaraq iddiaçılar qəbul etmiş və idarə etmiş, eləcə də həmin torpaq sahəsinə dair müvafiq vərəsəlik şəhadətnaməsini notariat ofisindən xx.xx.2019-cu il tarixdə əldə etmişlər. Cavabdehtərəfindən onların faktiki istifadəsində və icarəsində olan torpaq sahəsi də daxil olmaqla 11.20 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi 15 il müddətinə icarə hüququ əsasında X9 icarəyə verilmişdir. Bundan sonra iddiaçılar 11.20 ha torpaq sahəsinin üçüncü şəxsə icarəyə verilməsi barədə xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin ləğvi barədə məhkəmədə iddia qaldırmış, Bərdə rayon Məhkəməsində iddia tələbi təmin olunsa da, apelyasiya instansiyasında iddia təmin edilməmiş və əsas olaraq qeyd edilən torpaq sahəsinin hərrac vasitəsilə satılması olmuşdur. Həmin bələdiyyə qərarının əldə edilməsi məqsədilə bələdiyyəyə, eləcə də Hərracların təşkili üzrə Auksion Mərkəzinə müraciət edilsə də bu mümkün olmamışdır. İddiaçılar hesab edir ki, onların istifadəsində və icarəsində olan torpaq sahəsinin hərraca çıxarılması barədə bələdiyyə tərəfindən qəbul edilmiş qərar tam qanunsuz və əsassızdır. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçıların cavabdeh Bərdə rayon Mollagülər Bələdiyyəsinə qarşı Bərdə rayon Mollagülər Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 03 saylı qərarının qismən, yəni 6 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsinə dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələri məhkəmə icraatına qəbul edilmişdir. İddiaçıların vəkili X1 hazırlıq icraatı iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, mübahisəli sahənin ilkin icarədarı olmuş X5 iddiaçılardan birinin əri, digərinin isə atasıdır, İ.Süleymanov 2011-ci ildə vəfat etmişdir. Həmin müqavilə qüvvədə olduğu müddətdə sahəni bələdiyyə üçüncü şəxsin icarəsinə verilməsinə zəmin yaratmış, yəni sahəni hərraca çıxarmış, Murad isə hərracdan icarəyə götürmüşdür. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -AB ******* nömrəli xx.xx.1968-ci il tarixli “Doğum haqqında” şəhadətnamədən görünür ki, İddiaçı2 xx.xx.1968-ci il tarixdə Bərdə rayonu, Mollagülər kəndində anadan olmuş, ata qrafasında “X5”, ana qrafasında isə “X4” qeyd olunmuşdur. -Vİ-ЖГ 303298 nömrəli “Nikahın bağlanması haqqında” şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 ilə İddiaçı1 xx.xx.1994-cü il tarixdə 05 saylı akt qeydi ilə nikah bağlamış, nikah bağlandıqdan sonra arvada “Səfərova” soyadı verilmişdir. -Cavabdeh xx.xx.2003-cü il tarixli, 10 saylı iclas protokolundan çıxarışın surətindən görünür ki, bələdiyyə mülkiyyətində olan əkinə yararsız torpaq sahəsindən 6.0 ha torpaq sahəsi ayrılaraq heyvandarlığı inkişaf etdirmək məqsədilə Mollagüllər kənd sakini X2 uzunmüddətli (55 il müddətinə) icarəsinə verilməsi qərara alınmışdır. -Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2018- ci il tarixli, 280 nömrəli arayışdan görünür ki, X5 xx xxxxxxxx 2011-ci il tarixdə ölmüşdür. -“Qanun üzrə vərəsəlik hüququ haqqında”xx.xx.2019-cu il tarixli şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 vərəsələri İddiaçı1 və İddiaçı2 hesab olunmuşdur və şəhadətnamə verilən miras əmlak DTXK-nin Bərdə rayon şöbəsi tərəfındən xx.xx.2000- ci il tarixdə X3 verilmiş seriya nömrəsi JN 0102, KOD: 61014038 olan dövlət aktına əsasən ünvan 1i ünvanında yerləşən və ümumi sahəsi 2.28 ha olan torpaq sahəsinin X3 məxsus olan hissəsindən ibarətdir. -Bərdə RİHB-nin Mirzəcəfərli kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli, 969 nömrəli arayışında qeyd olunur ki, X3 bələdiyyə tərəfindən icarəyə verilmiş 6.0 ha torpaq sahəsini o, vəfat etdikdən sonra isə arvadı İddiaçı1 oğlanları ilə birlikdə 2018-ci ilə kimi əkib becərmişdir. -Cavabdeh xx.xx.2018-ci il tarixli, 03 saylı iclas protokolunun surətindən görünür ki, Mollagüllər Bələdiyyəsinin icarə predmeti olan kənd təsərrüfatı təyinatlı 11.20 ha örüş torpaq sahəsinin kənd təsərrüfatı üçün 15 il müddətinə icarəyə verilməsi məqsədilə açıq müsabiqə keçirilməsi və müsabiqə keçirilməsi barədə bələdiyyə ilə Hərracların təşkili üzrə Auksion Mərkəzinin 11 saylı Torpaq müsabiqə və harrac komissiyası ilə müqavilə bağlanması qərara alınmışdır. -Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(021)-2174/2019 nömrəli qətnaməsinin məzmunundan görünür ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışla ünvan 1ində yerləşən 11.20 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi xx.xx.2018-xx.xx.2033-cü il tarixləri müddətinə X7 xeyrinə yüklü edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddianın mümkünlük şərti ilə bağlı qeyd etmək lazımdır ki, iddiaçı mübahisələndirilən qərarın mövcudluğu barədə məlumatlı olmamış, eləcə də qərarın rekvizitləri də ona məlum olmamış və bu baxımdan qərardan şikayət vermə müddətini ötürmədiyini qeyd etmişdir. Məhkəmə iddiaçının qeyd edilən arqumentlərini əsaslı hesab edərək iddianın müddətlə bağlı mümkünlük şərtlərinə cavab verməsi qənaətinə gəlir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2003cü il tarixli 10 saylı qərarı və həmin tarixli müqavilə ilə 6 ha torpaq sahəsi 55 il müddətinə X3 icarəyə verilmiş, sonuncu xx.xx.2011-ci il tarixdə ölmüşdür. Onun ölümündən sonra icarədə olmuş 6 ha torpaq sahəsinə dair mirası faktiki olaraq iddiaçılar qəbul etmiş və idarə etmişlər. Cavabdehtərəfindən onların faktiki istifadəsində və icarəsində olan 6.0 ha torpaq sahəsi də daxil olmaqla 11.20 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi 15 il (xx.xx.2018-xx.xx.2033-cü il tarixləri) müddətinə X9 icarəyə verilmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:- -695.1-ci maddəsinə əsasən kirayəçinin öldüyü halda kirayə müqaviləsi üzrə hüquq münasibətləri, əgər başqa kirayəçilər varsa, onlarla davam etdirilir. Başqa kirayəçilər olmadıqda kirayə müqaviləsi üzrə hüquq münasibətləri vərəsələrlə davam etdirilir. Növbəti kirayəçinin və ya vərəsənin qanunla müəyyənləşdirilmiş xəbərdarlıq müddətlərini gözləməklə kirayə müqaviləsi üzrə hüquq münasibətlərinin ləğvinə dair bildiriş vermək hüququ vardır. -719. 1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. -719.6-cı maddəsinə əsasən icarəçi öldükdə onun vərəsələri, habelə icarəyə verən müqavilənin ləğvinə dair bildirişi təqvim ili rübünün sonu üçün qüvvəyə minməklə altı ay əvvəldən vermək hüququna malikdirlər. Yalnız o halda vərəsələr müqavilənin icarəyə verən tərəfindən ləğv olunması barədə şikayət verə bilər və müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsini tələb edə bilərlər ki, onların və ya digər miras şəriklərinin və ya bunu tapşırdıqları hər hansı üçüncü şəxsin əşyadan onun təsərrüfat təyinatına uyğun lazımi istifadəni təmin etdikləri ehtimal olunsun. Əgər vərəsələr icarə müddətinin qurtarmasına azı üç ay qalmış şikayət verməzlərsə və icarəyə götürülmüş əşyadan onun təsərrüfat təyinatına uyğun lazımi istifadə olunacağını ehtimal etməyə imkan verən hallar barəsində məlumat verməzlərsə, icarəyə verən müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsindən imtina edə bilər. etiraz barəsində bildiriş və məlumat yazılı formada tərtib edilməlidir. Razılıq əldə edilməzsə, qərarı vəsatət əsasında məhkəmə qəbul edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51.7-ci maddəsinə əsasən icarə müddəti tamam olanadək, icarəçi öldükdə torpaq sahəsi üzərində icarə hüququ onun vərəsələrinə keçir. Beləliklə qeyd olunan maddi hüquq normalarına və işin faktiki hallarına əsaslanaraq məhkəmə qeyd edir ki, cavabdeh orqan müqavilənin tərəfi öldükdən sonra onun vərəsələri, yəni hazırki iddiaçılarla hüquq münasibətlərini davam etdirməli idi. X2 ölümündən sonra vərəsələrinin həmin sahədən istifadə etmələri cavabdehin yuxarıda qeyd edilən norma daxilində hərəkət etməsini zəruri hesab edirdi. Bundan əlavə X5 ilə bağlanmış müqaviləyə xitam verilmədən və yaxud ləğv edilmədən cavabdehin həmin sahəni digər şəxsin icarəsinə verməsi də özü-özlüyündə qanunsuz olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1 maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2 maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2018-ci il tarixli 03 saylı qərarı qismən, yəni bələdiyyənin xx.xx.2003-cü il tarixli, 10 nömrəli qərarı ilə X2 icarəsinə verilmiş 6.0 ha torpaq sahəsinə aid hissədə ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Bərdə rayon Mollagülər Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli, 03 nömrəli qərarı qismən, yəni bələdiyyənin xx.xx.2003-cü il tarixli, 10 nömrəli qərarı ilə X2 icarəsinə verilmiş 6.0 ha torpaq sahəsinə aid hissədə ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-929/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-929/2020
01.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver