Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-929/2025 13.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, məhkəmə iclasının katibi Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı və üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı X13, X7, X9, X10 və X4 ünvan 1 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak xx.xx.2024-ci il tarixdən xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı X13, X7, X9, X10 və X4 ona məxsus olan mənzildən qeydiyyatdan çıxarılmaları ilə bağlı Cavabdehnə (bundan sonra mətndə cavabdeh) etdiyi müraciətinə sonuncu tərəfindən imtina cavabı verilmiş və məhkəməyə müraciət etməsi bildirilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək üçüncü şəxslər X13, X7, X9, X10 və X4 ona məxsus olan ünvan 1 ünvandan qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun hazırda yaşadığı ünvan 2 ünvanında yerləşən mülk ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli çıxarış əsasında onun xüsusi mülkiyyətidir.Üçüncü şəxslər X13, X7, X9, X10, X11 onun mülkiyyətində pasport qeydiyyatındadırlar. Onların qeydiyyatda olmaları onun mülkiyyət hüququnu pozur. X13, X7, X9, X10, X4 qeydiyyatdan çıxarılması üçün Cavabdehnə müraciət etmiş, sonuncu tərəfindən məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Hazırda yaşadığı ünvan 2 ünvanında yerləşən mülk ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli çıxarış əsasında onun xüsusi mülkiyyətidir.Üçüncü şəxslər X13, X7, X9, X10, X11 onun mülkiyyətində pasport qeydiyyatındadırlar və bu onun mülkiyyət hüququnu pozur. Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin cavab məktubu ilə müəyyən edilir ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)- 4050/2023 saylı qərarına əsasən, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar icra olunaraq İddiaçı adına xx.xx.2024-cü il tarixli, **********30-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.X6 və sorğuda göstərilən digər şəxlərin evə hər hansı bir hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı müəyyən edilmişdir. Məhkəmənin sorğusuna Gəncə şəhər qeydiyyat şöbəsinin məktubundan məlum olur ki, üçüncü şəxs iddiaçının ailə üzvi sırasına aid deyil. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-656/2021 saylı qətanaməsi ilə İddiaçı mərhum anası X2 miras qalmış ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini vərəsəlik qaydasında qəbul etməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Gəncə Şəhər Kəpəz rayon Polis İdarəsinin xx.xx.2011-ci il tarixli X5 ünvanlanmış məktubunda Gəncə şəhəri,Tbilisi küçəsi, ev 6 onun adına olmaqla xx.xx.2004-cü il tarixdən qeydiyyatdadır. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Şıxzamanlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli arayışına əsasən X1 şəhəri,Şıxzamanlı qəsəbəsi, Tbilisi küçəsi, ev 6 ünvanında yaşayır və ailə tərkibi Qanuni nümayəndə ( arvadı), X11 (qızı), X10 (qızı), X9 (qızı) və X8r (oğlu). İddiaçı və üçüncü şəxs X3 məhkəmə iclasına gəlmiş, cavabdeh məktubu ilə nümayəndəsinin iştirakı olmadan baxlılmasını xahiş etmiş, digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Üçüncü şəxs X7 məhkəmə iclasında iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini çıxarışın surəti, yaşayış yeri üzrə qeydiyyat elektron məhkəmə sorğu sistemdən çıxarışlar, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin məktubu, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-656/2021 saylı qətanaməsi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Gəncə Şəhər Kəpəz rayon Polis İdarəsinin məktubu, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Şıxzamanlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin arayışı və digər sənədlər təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab etmir. Belə ki, iş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2024-cü il qeydiyyat tarixli ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Eyni zamanda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Şıxzamanlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli arayışı ilə müəyyən edilir ki, X1 şəhəri,Şıxzamanlı qəsəbəsi, Tbilisi küçəsi, ev 6 ünvanında yaşayır və ailə tərkibi Qanuni nümayəndə ( arvadı), X11 (qızı), X10 (qızı), X9 (qızı) və X8r (oğlu). “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Yuxarıda göstərilən maddədə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları sadalanmış, iddiaçı, üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün həmin normada göstərilən əsaslardan hər hansı birinin mövcudluğunu sübuta yetirə bilməmişdir. Göründüyü kimi Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Şıxzamanlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli arayışındanda müəyyən olunmuşdur ki, üçüncü şəxs X1 şəhəri,Şıxzamanlı qəsəbəsi, Tbilisi küçəsi, ev 6 ünvanında yaşayır. X21 Nazirliyinin Gəncə Şəhər Kəpəz rayon Polis İdarəsinin xx.xx.2011-ci il tarixli məktubundanda müəyyən olunduğu kimi üçüncü şəxs X7 xx.xx.2004-cü il tarixdən qeyd olunan ünvanda qeydiyyatdadır. Digər üçüncü şəxslər X3 ailə üzvi olmaqla azyaşlıdırlar, bu səbəbdəndə valideyinlərinin qeydiyyat ünvanı üzrə qeydiyyatdadırlar. Məhkəmə onu da qeyd edir ki, hal hazırda inzibati məhkəmə icraatı çərçivəsində üçüncü şəxslərin qeyd edilən ünvana istifadə hüququ məsələsini müəyyən etmək mümkün deyildir, üçüncü şəxslərin qeyd edilən ünvana istifadə hüququnun mövcud olubolmadığının müəyyən olunması məsələsi yalnız mülki məhkəmə icraatı qaydasında həll olunur. Belə ki, yuxarıda qeyd edilmiş hallar ilə də müəyyən edilir ki, iddiaçının tələbi əsassız olmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı X13, X7, X9, X10 və X4 ünvan 1 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-929/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-929/2025
13.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver