Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-93/2022 24.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Daşkəsən rayon Xoşbulaq bələdiyyəsi) əmlakın qeydə alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 02.07.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, torpaq sahəsinin planı və uçotu X2 20.11.2013-cü il tarixdə TS-2202 nömrə ilə uçota alınmış, A №469024 Azərbaycan Respublikasının dövlət və Xəritəçəkmə Komitəsi “Torpaq sahəsinin planı və ölçüsü”nə uyğun çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin 31.10.2007-ci il tarixli 10 nömrəli qərarı ilə həyətyanı məqsədi ilə iddiaçıya 0.06 ha torpaq sahəsi satılmasına qərar verilmişdir. Həmin torpaq sahəsində bir otaqlı ev inşa etdirmişdir. İddiaçı sözügedən torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etsə də, sonuncu həmin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı əraziyə düşdüyünü bildirərək, imtina etmişdir. İddiaçının vəkili X3 iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, mütəxəssis rəyində sahənin kənd təsərrüfatı təyinatlı olması qeyd edilsə də həmin sahə bələdiyyənin müvafiq qərarı ilə verildiyindən qeydə alınmalıdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsi mümükün olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosesual Məcəlləsinin 62.3 maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin 31.10.2007-ci il tarixli 10 nömrəli qərarından görünür ki, Xoşbulaq bələdiyyə fondunun alqı-satqı predmeti olan yaşayış məntəqəsinin torpaq sahəsindən həyatyanı məqsədi ilə 0.06 ha torpaq sahəsi İddiaçı satılması qərara alınmışdır. -surəti işə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 09.06.2021ci il tarixli **********21 nömrəli bildiriş məktubundan görünür ki, iddiaçının Daşkəsən rayon, Xoşbulaq kəndində yerləşən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə mürciətinə cavab olaraq bildirilmişdir ki, torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı əraziyə düşdüyü müəyyən edildiyi bildirilərək bundan imtina edilmişdir. -"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 11.03.2022-ci il tarixli, **********93 nömrəli məktubuna əlavə edilmiş mütəxəssiz rəyində bildirilir ki, Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin 31.10.2007-ci il tarixli 10 nömrəli qərarı əsasında İddiaçı satılmış 0.06 ha torpaq sahəsi Daşkəsən rayon Xoşbulaq Bələdiyyəsinin yeni xəritəsinə əsasən, ehtiyat fondu torpaqları kateqoriyasına aid olmaqla, kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Həmin torpaq sahəsi elektron baza məlumatlarına daxil edilmzdən əvvəl də kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin 31.10.2007-ci il tarixli 10 nömrəli qərarın əsasında İddiaçı Daşkəsən rayon Xoşbulaq kəndində yerləşən 0.06 ha torpaq sahəsi verilmişdir. Daha sonra iddiaçı cavabdehə həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasının əsası kimi sözügedən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olması göstərilmişdir. Məhkəmə araşdırması nəticəsində də müəyyən edilmişdir ki, sözügedən sahə kənd təsərrüfatı təyinatlı olmasına baxmayaraq, Daşkəsən rayon Xoşbulaq bələdiyyəsi tərəfindən qanunsuz olaraq iddiaçıya fərdi yaşayış evinin inşası məqsədilə satılmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin – -10.1 maddəsinə əsasən torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativhüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. -12.1 maddəsinə əsasən torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. -13.1 maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. -13.2 maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətindəGəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-93/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-93/2022
24.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver