Məhkəmə qərarları › İş №2-1(114)-930/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-930/2020

24.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-930/2020 24.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlu, İddiaçı cavabdeh Gəncə şəhər Mənzil Kommunal X1rşı istifadə hüququnun tanınması və mənzili sosial icarə müqaviləsinin adına dəyişdirilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında, məhkəmə iclasından kənar nəzərdən keçirərək, Müəyyən e t d i m: İddiaçı cavabdeh Gəncə şəhər Mənzil Kommunal X1rşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 mənzil 8 ünvanına dair istifadə hüququnun tanınması və mənzili sosial icarə müqaviləsinin adına dəyişdirilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. İnzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 72.1-ci maddəsinə görə inzibati aktlardan məhkəmə qaydasında şikayət verilə bilər. Həmin Qanunun 72.5-ci maddəsinə əsasən belə şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. Göründüyü kimi, inzibati aktdan verilən şikayət qanunverici tərəfindən inzibati iddia adlandırılır və 72.5-ci maddəyə əsasən bu məsələ İPM ilə tənzimlənir. İnzibati icraat inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətdir. Məhz qeyd edilən fəaliyyət sahəsində inzibati orqanlar inzibati prosessual qaydada inzibati məsuliyyət daşıyırlar. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Publik hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır. Hazırki iddia üzrə tərəflər arasında olan mübahisə də inzibati hüquq münasibətləri ilə bağlı deyildir. Beləliklə də, İddiaçı iddia tələbinə Gəncə İnzibati Məhkəməsində deyil, müvafiq ümumi (rayon) məhkəmədə baxılmalı olduğundan məhkəmə onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilməməsi qənaətinə gəlir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(043)-1164/2020 nömrəli qərardadı ilə hazırki iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunaraq iddiaçıya inzibati məhkəməyə müraciət etmək hüqunun olduğu izah edilmişdir. Məhkəmə qeyd etmək istəyir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)-1164/2020 nömrəli qərardadında iddiaçının ərizəsinin icraata qəbul edilməsindən imtinaya əsas kimi cavabdeh Gəncə şəhər Mənzil Kommunal Təsərüfat İstehsalat Birliyinin inzibati orqanların sırasına aid olması qeyd edilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisələrə dair işlər üzrə icraatda cavabdeh qismində müvafiq inzibati orqan göstərilməlidir. İnzibati orqanların siyahisı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların” təsnifatında qeyd edilmişdir. Hazırki iddia tələbində cavabdeh qismində göstərilmiş Gəncə şəhər Mənzil Kommunal Təsərüfat İstehsalat Birliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların” təsnifatında inzibati orqanların siyahısında inzibati orqan kimi qeyd edilməmişdir. Göründüyü kimi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)-1164/2020 nömrəli qərardadında cavabdeh Gəncə şəhər Mənzil Kommunal Təsərüfat İstehsalat Birliyinin inzibati orqanların siyahısına aid edildiyini qeyd etsə də, həmin orqan “İnzibati orqanların” təsnifatında inzibati orqan qismində qeyd edilməmişdir. Həmçinin Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi iddiaçının tələbinin birinci hissəsinə, yəni istifadə hüququnun tanınması tələbinə hüquqi qiymət vermədən iddia ərizəsini icraata qəbul etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının “istifadə hüququnun tanınması və şəxsi hesab vərəqəsinin adına dəyişdirilməsi” iddiasının istifadə hüququnun tanınması hissəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsində nəzərdə tutulmuş inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növlərinə aid olmadığından, hazırki tələbə inzibati məhkəmə icraatı qaydasında deyil, ümumi (rayon) məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə, İddiaçı cavabdeh Gəncə şəhər Mənzil Kommunal X1rşı istifadə hüququnun tanınması və mənzili sosial icarə müqaviləsinin adına dəyişdirilməsi barədə iddiasının mümkün sayılmaması qənaətinə gəlirəm. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, Q ə r a r a a l d ı m: İddiaçı cavabdeh Gəncə şəhər Mənzil Kommunal X1rşı istifadə hüququnun tanınması və mənzili sosial icarə müqaviləsinin adına dəyişdirilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar