Məhkəmə qərarları › İş №2-1(114)-933/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-933/2021

17.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-933/2021 17.05.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 5 saylı Regional Ərazi Filialına qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 5 saylı Regional Ərazi Filialına qarşı iddia ərizəsi ilə 08.04.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehin “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında” 04.03.2021-ci il tarixli 03 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya 01.03.2017-ci il tarixdə 2-ci dərəcə əlillik dərəcəsi təyin edilmiş, həmin əlillik dərəcəsi əsasında DSMF-nin Bərdə rayon şöbəsində pensiya təyin edən komissiya tərəfindən ona 30.06.2019-cu il tarixədək əmək pensiyası hesabına cəmi 12323,50 manat pensiya ödənilmişdir. Təyin edilmiş pensiya ilə bağlı tibbi sosial ekspertiza və X3 tərəfindən araşdırılma aparılmış, nəticədə ona təyin edilmiş əmək pensiyası ləğv edilmişdir. Bundan sonra cavabdeh orqan 04.03.2021-ci il tarixli 03 nömrəli qərar qəbul edərək 01.03.2017-ci il tarixdən 30.06.2019-cu il tarixədək 12323,50 manat məbləğində artıq ödənilmiş əmək pensiyasının iddiaçıdan tutularaq cavabdehin hesabına ödənilməsi qərara alınmışdır. İddiaçı hesab edir ki, qeyd olunan qərar qanunsuz olduğundan ləğv edilməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının əlillik dərəcəsi əlillik müayinəsi alt sistemində etibarsız sayılmışdır, ona görə də mübahisələndirilən qərarla iddiaçının aldığı pensiya məbləğinin geri ödənilməsi qərara alınmışdır. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 5 saylı Regional Ərazi Filialının “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında” 04.03.2021-ci il tarixli 03 nömrəli qərarının məzmunundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Tibbi Sosial Ekspertiza və X3 tərəfindən aparılmış araşdırma nəticəsində İddiaçı əlilliyi etibarsız hesab edilmiş və 01.03.2017-ci il tarixdən 30.06.2019-cu il tarixədək qanunsuz olaraq ödənilmiş pensiya məbləği 12323,50 manat təşkil edir. Göründüyü kimi hazırda mübahisələndirilən 04.03.2021-ci il tarixli 03 nömrəli qərarın verilməsinə əsas Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentiliyinin əlilliyin etibarsız hesab edilməsi barədə qərarı olmuşdur və həmin orqanın müvafiq qərarına əsasən iddiaçıya artıq ödənilmiş vəsaitin qaytarılması istiqamətində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 5 saylı Regional Ərazi Filialı hazırda mübahisələndirilən qərarı qəbul etmişdir. Bu hal isə iddiaçının hüquqlarını məhdudlaşdıran hərəkət hesab edilə bilməz. Başqa sözlə iddiaçı pozulmasını iddia etdiyi hüquqlarının bərpası məqsədilə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 5 saylı Regional Ərazi Filialının 04.03.2021-ci il tarixli 03 nömrəli qərarının verilməsinə əsas olmuş qərarı, yəni Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentiliyinin onun əlilliyinin etibarsız hesab edilməsi barədə qərarını mübahisələndirmədiyi halda hazırki qərarı mübahisələndirməsi mümkünlük şərtlərinə cavab vermir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki, inzibati mübahisələrə dair iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, eləcə də cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması həmin şərtlərə daxildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 5 saylı Regional Ərazi Filialına qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar