Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-938/2023 20.06.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Nəbizadə Məğrur Etibar oğlunun katibliyi, İddiaçı2, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əlilliyə görə əmək pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Samux DSMFyə ödədiyi çeklərin və 2010-2013 və 2014-2016-cı illərdə aldığı təhsillərin DSMF-nin saytında yerləşdirilməsinə və toplanan sosial sığorta stajının onun sosial sığorta stajına daxil edilməsinə və əmək müavinətinin təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, 2013-cü ilin son 2 kvartalı da daxil olmaqla 2017-ci ilin iyulun 1-nə qədər sahə torpağında çalışaraq 2-ci qrup hərbi xidmət əlili olaraq sosial pensiyadan əmək pensiyasına keçmək üçün Samux rayon DSMF-yə 3 aydan bir Samux DSMF-in təyin etdiyi 3.6 manat pul keçirmişdir. Bundan əlavə hərbidə 15 ay xidmət etmişdir. Müəyyən müddətdən sonra və anasının adına SUN nömrə **********4 və SSN: **********752 sosial kartı ona təqdim olunmuşdur . Onun xx.xx.2017-ci ilə qədər (yəni pensiya haqqında qanun dəyişənə qədər) 5 il stajı tamam olmuşdur. xx.xx.2017-ci ilə qədər əmək pensiyası təyin edilməsi üçün һeç bir kapitaldan söhbət gedə bilməz . Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyanın təyin edilməsi tələbinə dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı2 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı daha öncə eyni məzmunlu tələblə X6 müraciət edərək əlilliyə görə əmək pensiyasının təyinə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 10 fevral 2021-ci il tarixli 2-1(114)-64/2021 nömrəli qərarı ilə İddiaçı2 iddiası təmin edilmiş, hüququ yarandığı vaxtdan əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Nazirlik tabeliyində Fondun 18 saylı regional ərazi filialının (indiki Gəncə-Daşkəsən) üzərinə qoyulması qərara alınmışdır. Cavabeh tərəfindən Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-64/2021 nömrə qərarından apellyasiya şikayəti verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixliı 2-1(104)-397/2021 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-64/2021 nömrəli qərarı ləğv edilərək iddiaçının 2010-2017-ci illərdə X3, 2014-2016-cı illərdə Gəncə şəhər 3 nömrəli Peşə məktəbində təhsil aldığı illərin və Fondun Samux rayon şöbəsinə ödədiyi məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi müddətin sığorta stajına daxil edilərək əlilliyə görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası mümkün hesab edilməmişdir. Apellyasiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının hərbi xidmətdə olduğu illər və Fondun Samux rayon şöbəsinə məcburi dövlət sosial sığorta haqlarını ödədiyi müddət daxil edilsə belə, onun sığorta stajı qanunvericiliklə müəyyən edilmiş 5 il müddətən az 4 il 7 ay 21 gün təşkil edir. Sözügedən qərardaddan kassiya şikayəti verilməmişdir. İddiaçı eyni məzmunlu ərizə ilə xx.xx.2022-ci il tarixdə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına yenidən müraciət edərək əlilliyə görə əmək pensiyasnın təyin edilməsini xahiş etmişdir. İddiaçı2 müraciətinə cavab olaraq bildirmişdir ki, təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək (1 il 2 ay 22 gün) hərbi xidmət dövrü, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemıne əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək (2 il 8 ay) olan dövr nəzərə alınmaqla ümumilikdə 3 il 10 ay 22 gün mübahisələndirilməyən dövr kimi sığorta stajı müəyyən edilmişdir. Odur ki, cavabdeh orqan tərəfindən iddiaçıya verilmiş imtina qanuni və əsaslı olmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -işə əlavə edilmiş AO ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək hərbi xidmətdə olmuşdur. -işə əlavə edilmiş Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli, sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı2 hərbi xidmət dövrü ilə əlaqədar 2-ci dərəcə əlillik müəyyən edilmişdir. - işə əlavə edilmiş İddiaçı2 məxsus xx.xx.2017-ci il tarixli, 091663 nömrəli diplomun surətindən görünür ki, sonuncu xx.xx.2010-cu il tarixdə X4 daxil olmuş, xx.xx.2017-ci il tarixdə kolleci bitirmiş və ona “nəqliyyat istismar işçisi” ixtisası üzrə subbakalavr dərəcəsi verilmişdir. - işə əlavə edilmiş İddiaçı2 məxsus xx.xx.2016-cı il tarixli, 082284 nömrəli diplomun surətindən görünür ki, sonuncu xx.xx.2014-cü il tarixdə Gəncə Peşə məktəbinə daxil olmuş, xx.xx.2016-cı il tarixdə peşə məktəbini bitirmiş və ona “tikiş avadanlıqlarının operatoru, tikişçi İV dərəcə” ilk peşə dərəcəsi verilmişdir. - işə əlavə edilmiş xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2017 və xx.xx.2017-ci il tarixli qəbzlərin surəti; -“Torpağa mülkiyyət hüququna dair” JN-1663 KOD 50701006 nömrəli Dövlət aktının surətindən görünür ki, Samux rayon Aqrar İslahat Komissiyasının 25 fevral 1998-ci il tarixli 04 nömrəli qərarına əsasən X5 və İddiaçı2 0.55 ha torpaq sahəsi verilmişdir. -işə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2023-cü il tarixli, 3-17-1/2- 112694/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçı sığortaolunan kimi 2014-cü il 7 aprel tarixində, “Fiziki şəxs” (digər qruplara daxil edilməyən sair fərdi xidmətlərin göstərilməsi) kimi isə 2019-cu il 5 dekabr tarixində Fondda uçota alınmışdır. Nazirliyin elektron proqram təminatlarında İddiaçı2e aid SUN (sığortaedənin uçot nömrəsi) almaqla "Mülkiyyətində оlan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi uçot məlumatları, 2013-2017-cı illər üzrə təqdim edilmiş "Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatlar (bundan sonra - Forma B1, B2) və təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar (bundan sonra - Forma B3), həmçinin ödənilmiş məcburi dövlət sosial sığorta haqları ilə bağlı məlumatlar aşkar edilməmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktubundan görünür ki, İddiaçı2 müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq, həmçinin, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin maddəyə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ bəndində qeyd olunmuşdur ki, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 6-1-ci maddəsinə əsasən Bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu ilin 1 oktyabr tarixindən 200 manat məbloğində müəyyən olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən Əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 200-ə olan nisbəti şəklində müəyyənləşdirilir. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. Qanunun yuxarıda istinad edilən normaları ve işin faktiki halları nəzərə alındıqda iddiaçıya İİ dərəcə əlilliyə görə əmək pensiyasının təyin edilməsi ümumilikdə 5 ildən az olmamaqla sığorta stajı və pensiya kapitalının olması tələb olunur. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı2 xx.xx.1993-cü ildə doğulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı2 xx.xx.2013-cü il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar olmaqla İİ dərəcə əlillik təyin edilmiş, xx.xx.2021-ci il tarixdən əlilliyin müddəti 5 illik müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddiaçının mübahisələndirilməyən iş stalı 3 il 10 ay 22 gün (hərbi xidmətdə olduğu xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrlər) təşkil edir. Mübahisələndirilən dövrlər isə, xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək Gəncə peşə məktəbində, xx.xx.2010-cu il tarixdən xx.xx.2017-сi il tarixədək X3 təhsil aldığı dövrlər və xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2015, xx.xx.2015, xx.xx.2016, xx.xx.2015, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016-cı il tarixli (ümumilikdə 11 ay) ödəniş qəbzlərinin surətinə əsasən İddiaçı2 tərəfindən istifadəsində olan kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə Fondun Samux rayon şöbəsinə məcburi dövlət sosial sığorta haqları ödədiyi dövrlərdir. Belə ki, sığortaedənlər tərəfindən 2013-2016-cı illər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının sığortaolunanların fərdi şəxsi hesablarına daxil edilməsi Forma (B1, 82) və Forma B3 məlumatları əsasında, 2017-ci il üzrə isə təqdim edilmiş "Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlar əsasında həyata keçirildiyindən, lakin İddiaçı2 tərəfindən qeyd edilən dövrlər üzrə müvafiq hesabatlar təqdim edilmədiyindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları onun fərdi şəxsi hesabında əks olunmamışdır. Müvafiq dövrdə qüvvədə olan “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində qeyd edildiyi kimi müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta haqlarının uçotunu aparmaq, bu barədə sığortaçıya hesabat vermək və “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsi olmuşdur. Məhkəmə araşdırması zamanı da verilmiş sorğuya cavabdan görünür ki, xx.xx.2013cü ildən xx.xx.2017-ci il tarixədək olan dövr ərzində İddiaçı2 aid ödənilmiş məcburi dövlət sosial sığorta haqqı aşkar edilməmişdir. Həmin Qanunun 21-ci maddəsinə əsasən sığrota stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri: 21.2.5. işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin yenidən peşə hazırlığı keçdiyi və ya təhsil aldığı müddət ( qanunun xx.xx.2019-cu İl tarixədək qüvvədə olan redaksiyası). Yəni şəxsin peşə hazırlığı kursu və və ya təhsil aldığı müddət o zaman sosial sığorta stajına daxil edilir ki, şəxs işsiz olması səbəbilə yenidən peşə hazırlığı kursu keçmiş olsun və ya təhsil almış olsun. İddiaçı2 isə Gəncə peşə məktəbində təhsil alması işsizliklə əlaqəli olmamış, məşğulluq mərkəzində işsiz kimi qeydiyyata alınmamışdır. Qeyd olunanlardan o nəticəyə gəlinir ki, iddiaçının “Əmək pensiyaları haqqında” qanunun 12.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olduğu redaksiyasına əsasən 5 il sığorta stajı mövcud olmadığından, həmin qanunun 12.1-ci maddəsinin xx.xx.2017-ci il tarixdən sonra qüvvədə olan redaksiyasına əsasən isə qanunvericiliklə nəzərdə tutulan 5 il sığorta stajı və minumum pensiya təyinatına imkan verən pensiya kapitalı mövcud olmadığından cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində belə hesab edir ki, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əlilliyə görə əmək pensiyanın təyin edilməsi barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 33, 34, 68-69, 75, 81-cimaddələrinirəhbərtutaraq, məhkəmə qərara aldı: İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əlilliyə görə əmək pensiyanın təyin edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-938/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-938/2023
20.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver