Məhkəmə qərarları › İş №2-1(114)-938/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-938/2024

20.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-938/2024 20.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı (üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondu Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı) güzəştli şərtlərlə pensiya təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, güzəştli peşə hesab edilən işdə işlədiyi 2017-ci ilin fevral, 2018-ci ilin aprel-sentyabr, 2019-cu ilin yanvar, iyul, oktyabr, 2020-ci ilin may, oktyabr, 2021-ci ilin aprel, iyul, oktyabr, 2022-ci ilin yanvar ayları güzəştli sığorta stajına hesablanılmaqla 60 yaşı tamam olduğu xx.xx.2023-cü il tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1981-ci il tarixdə X1 “texnik-elektrik fakültəsinin əyani şöbəsinə daxil olub, xx.xx.1981-ci il tarixdə həqiqi hərbi xidmətə gedib, xx.xx.1983-cü il tarixdə ordudan tərxis olunmuşdur. xx.xx.1984-cü il tarixdən həmin texnikumda əyani təhsilini davam etdirib, xx.xx.1987-ci ildə bitirib 041172 nömrəli diplom almışdır. xx.xx.1987-ci il tarixdən, xx.xx.1990-cı il tarixə kimi SSRİ Silahlı Qüvvələrində gizir kimi xidmət etmiş, xx.xx.1990-cı il tarixdən, xx.xx.1993-cü il tarixə kimi X6 İİ dərəcəli naladçik(tənzimləyici), xx.xx.2004-cü il tarixdən, xx.xx.2010-cu il tarixə kimi X3 çilingər, xx.xx.2010-ci il tarixdən, xx.xx.2023-cü il tarixə kimi elektrovoz maşınist köməkçisi, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi Gəncə şəhər “SOS Uşaq Kəndi” mərkəzində bağban işləmişdir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanuna, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarının 21.4 bölməsinin 19-cu bəndinə görə 60 yaşı tamam olmuş. ümumi 25 il sosial sığorta stajı olan, həmin stajın 12 il 6 ayını güzəştli şərtlərlə işləyən kişilər güzəştli şərtlərlə pensiya çıxırlar. Onun isə hazırda 60 yaşı tamam olmuşdur, xx.xx.2023-cü il tarixdə 60 yaşı tamam olan vaxta kimi 25 ildən artıq ümumi əmək stajı, həmin stajın da 12 il, 10 ay, 8 gününü zərərli işdə, güzəştli şərtlərlə işdə işləmişdir. Ona görə də onun 60 yaşı tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmışdır. Onun qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanuna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 21.4 bölməsinin, 19-cu bəndinə əsasən 60 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə pensiya almaq hüququ yarandığından, o ümumi əmək stajını özündə əks etdirən əmək kitabçasını, güzəştli iş stajı barədə rəsmi arayışı nəzərə alıb onun 60 yaşı tam olduğu vaxtdan ona güzəştli şətlərlə pensiya təyin edilməsindən ötrü cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan tərəfindən ona imtina cavabı verilmişdir. İşin şifahi məhkəmə baxışı iclası 20 may 2024-cü il tarixə təyin edilmişdir. İş üzrə tərəflərə və üçüncü şəxsə məhkəmə iclasının keçirilməsi yeri və vaxtı barədə rəsmi məlumat verilmiş, iddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etmiş, üçüncü şəxs isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. (Azərbaycan Respublikasının İPM-nin 62.3-cü maddəsi). İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X5 izahat verərək, iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/2-304308/2023 nömrəli etirazdan görünür ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın. peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən tesdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitınə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 1 yanvar 2006-cı il tarixdən bugünədək iddiaçıya münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 2017-ci ilin fevral, 2018-ci ilin aprel, sentyabr, 2019-cu ilin yanvar, iyul, oktyabr, 2020-ci ilin may, oktyabr, 2021-ci ilin aprel, iyul, oktyabr, 2022-ci ilin yanvar ayları üzrə sığorta ödənişləri öz əksini tapmadığından həmin müddətin (12 ay) iddiaçının sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd edilənlərə əsasən iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az, 11 il 10 ay 3 gün (xx.xx.2010xx.xx.2017-ci il, xx.xx.2017-xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2018-ci il, xx.xx.2018xx.xx.2018-ci il, xx.xx.2019-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2019-cu il, xx.xx.2019xx.xx.2020-ci il, xx.xx.2020-xx.xx.2020-ci il, xx.xx.2020-xx.xx.2021-ci il, xx.xx.2021xx.xx.2021-ci il, xx.xx.2021-xx.xx.2021-ci il, xx.xx.2021-xx.xx.2021-ci il, xx.xx.2022xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcbuetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktikı halların mövcudluğunu muəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusıyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanurılarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərancamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalının Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalınin sosial mudafiəsı nazirinin əmr və sərəncamlarını, X7 qərarlarını, X8 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/2-117704/2024 nömrəli etiraza əlavədən görünür ki, işin hallarını tam və dəqiq araşdırmaq məqsədi ilə İddiaçı 2017-2022-ci illər arasındakı müvafiq aylarda işləyib-işləməməsi faktını dəqiqləşdirmək üçün müvafiq qurumlara lazımi sorğular göndərilmişdir. Azərbaycan Respublikasıı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər İdarəsinin xx.xx.2024-cü il tarixli **********915400 nömrəli məktubunda "xxxx" QSC tərəfindən 2019-2022-ci illər üzrə təqdim edilmiş hesabatlarda İddiaçı adına hesablanmış əmək haqqından məcburi dövlət sosial sığorta haqlarının tutulmadığı göstərilmişdir. "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli 13-1/2-3174/2024 nömrəli məktubunda iddiaçının müvafiq aylarda əmək qabiliyyətinin olmaması səbəbindən müəyyən aylarda adına əməkhaqqı hesablanmadığı və bu səbəbdən də Fonda sosial ödənişlərin ödənilməsində fasilələr yarandığı bildirilmişdir. Qeyd edilənlərə əsasən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası teyin olunması qanunvericiliyin tələblərinə uyğun olmadığından iddia tələbi təmin edilə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin analoiji işlə bağlı xx.xx.2024-cü il tarixli 2-1(102)-474/2024 nömrəli Qərarının 25 və 26-cı bəndlərində xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövrü pensiyanın təyin edilməsinə əsas təşkil edən sosial sığorta stajına daxil edərkən apellyasiya məhkəməsinin düzgün qərar vermədiyi qeyd edilmişdir. Belə ki, xx.xx.2006-cı il tarixdən sonrakı fəaliyyət dövrünün sosial sığorta stajına daxil edilə bilməsi üçün şəxsin adına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi tələb olunur. Hazırkı işin hallarından isə 2006-cı il tarixdən 2007-ci il tarixədək olan dövrlə bağlı məhz iddiaçının adına sosial sığorta ödənişlərinin edildiyi müəyyən edilmir. Apellyasiya məhkəməsi iddia tələbini bu hissədə təmin edərkən ümumən iddiaçının müvafiq müəssisədə işlədiyi dövrün əmək kitabçasında qeydə alınmasına istinad etmiş, lakin iddiaçı tərəfindən 2006-cı il tarixdən sonrakı dövrlər üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsinə əhəmiyyət verməmişdir. Qeyd edilənlərə əsasən, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması qanunvericiliyin tələblərinə uyğun olmadığından iddia tələbi təmin edilə bilməz. Məhkəmə araşdırmasının predmetini Azərbaycan Respublikası SHXÇDX-nin Gəncə şəhəri Kəpəz rayonu şöbəsinin xx.xx.2020-ci il tarixli, 79-133 nömrəli arayışı, iddiaçıya məxsus ******* nömrəli hərbi biletin təsdiq olunmuş surəti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli, 01/1076 nömrəli arxiv arayışı, iddiaçıya məxsus 041172 nömrəli diplomun təsdiq olunmuş surəti, "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli, 13-1/2-Ə-2390/1-42/2023 nömrəli arayışı və xx.xx.2024-cü il tarixli, 13-1/2-3174/2024 nömrəli məktubu, iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surəti, cavabdeh orqan tərəfindən iddiaçıya təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Ə-225980/2023 nömrəli məktub, iddiaçıya məxsus AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/2-304308/2023 nömrəli etiraz və xx.xx.2024-cü il tarixli, 3-17-1/2-117704/2024 nömrəli etiraza əlavə, Sığortaolunanın hesabı, 970779, 419632, 095584, 845748, 845979, 845999, 419223, 095123, 095260 və 095419 nömrəli əmək qabiliyyətinin olmaması vərəqələri, "xxxx" QSC Yük Daşımaları Departamentinin X4 xx.xx.2020-ci il tarixli, 182 nömrəli əmri, əmək müqaviləsinin ləğv edilməsi haqqında xx.xx.2023-cü il tarixli ərizə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən cavabdeh orqana göndərilmiş xx.xx.2024-cü il tarixli, **********915400 nömrəli məktub təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ bəndində qeyd olunmuşdur ki, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.2. sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 7-ci maddəsinə əsasən, 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. - 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın. peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən tesdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitınə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 21-ci maddəsinə əsasən, şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtlərinə daxil edilir. "Sosiaı sığorta haqqında" Azərbaycan Respublikası Qanununun: -1.1.10-cu maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya ödənilən pul vəsaitidir. -14.2-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. -14.3-cü maddəsinə əsasən, bu Qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi. 14.3.2 sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. Hazırki işdə mübahisənin predmeti 2017-ci ilin fevral, 2018-ci ilin aprel, sentyabr, 2019-cu ilin yanvar, iyul, oktyabr, 2020-ci ilin may, oktyabr, 2021-ci ilin aprel, iyul, oktyabr, 2022-ci ilin yanvar aylarının iddiaçının güzəştli sosial sığorta stajına hesablanmaqla 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən ibarətdir. “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının” 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Nəzərə almaq lazımdır ki, 01 yanvar 2006-cı il tarixdən sonrakı fəaliyyət dövrünün sosial sığorta stajına daxil edilə bilməsi üçün şəxsin adına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi tələb olunur. Məhkəmə qanunvericiliyin tələblərini hazırkı işin hallarına uyğunlaşdıraraq qeyd edir ki, iddiaçının güzəştli sosial sığorta stajına hesablanmasını tələb edərək mübahisələndirdiyi tarixlər iddiaçının əmək kitabçasında qeyd olunsa da, həmin tarixlər məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində sığorta ödənişləri öz əksini tapmamışdır. Belə ki, 1 yanvar 2006-cı il tarixdən bugünədək iddiaçıya münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 2017-ci ilin fevral, 2018-ci ilin aprel, sentyabr, 2019-cu ilin yanvar, iyul, oktyabr, 2020-ci ilin may, oktyabr, 2021-ci ilin aprel, iyul, oktyabr, 2022-ci ilin yanvar ayları üzrə sığorta ödənişləri öz əksini tapmadığından həmin müddətin (12 ay) iddiaçının sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Bundan başqa, məhkəmənin sorğusu əsasında "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, 13-1/2-3174/2024 nömrəli məktubdan görünür ki, İddiaçı ADY-də əmək fəaliyyətinə xx.xx.2004-cü il tarixində başlamış, xx.xx.2022-ci il tarixində ADY-nin İnfrastrukturdepartamentinin Qatarların idarə edilməsi xidmətinin Gəncə magistral lokomotivlərinin idarə edilməsi sahəsində elektrovoz maşinist köməkçisi peşəsinə işə qəbul edilmiş, xx.xx.2023-cü il tarixində öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir.Bundan başqa, İddiaçı çalışdığı dövrdə, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixinədək və xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək illik məzuniyyət hüququndan istifadə etmiş, 2018-ci ilin aprel-sentyabr, 2019-cu ilin yanvar (xx.xx.2019-xx.xx.2019), iyul (xx.xx.2019-xx.xx.2019), oktyabr (xx.xx.2019xx.xx.2019), 2020-ci ilin oktyabr (xx.xx.2020-xx.xx.2020), 2021-ci ilin aprel (xx.xx.2021xx.xx.2021), iyul (xx.xx.2021-xx.xx.2021), oktyabr (xx.xx.2021-xx.xx.2021), 2022-ci ilin yanvar (xx.xx.2022-xx.xx.2022) aylarında əmək qabiliyyətinin olmaması səbəbindən əmək fəaliyyəti göstərməmişdir. Bununla yanaşı məhkəmə qeyd etmək istəyir ki, İddiaçı güzəştli iş stajı qanunla tələb edilən güzəştli iş stajından (12 il 6 ay) az, yəni 11 il 10 ay 3 gün təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin olunmasından imtina etməsi əsaslı və qanuni olmuş, iddiaçının iddia tələbi isə əsassız və qanunsuzdur. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı (üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondu Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı) güzəştli şərtlərlə pensiya təyin edilməsi tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (Ünvan: Gəncə şəhəri, Atatatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar