Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-939/2024 17.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona güzəştli şərtlərlə pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür.
2. İddiaçıya məxsus НЗ № ******* nömrəli hərbi biletə əsasən İddiaçı xx.xx.1980xx.xx.1982-ci illərdə hərbi xidmətdə olmuşdur.
3. İddiaçıya məxsus xx.xx.1984-cü il tarixli ИТ-İ № ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci il tarixədək X3 çini və saxsı məmulatların bişiricisi, xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Kirovabad Təmir- Tikinti idarəsində, Dəmir Beton zavodunda xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək armaturçu, xx.xx.1989-cu il tarixdən xx.xx.1996-cı il tarixədək armaturçu, xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək Gəncə şəhər Mühafizə şöbəsində mühafizəçi, xx.xx.2000-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Fatoğlu istehsal Azərbaycan LTD Birgə Müəssisəsində fəhlə, xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixədək Fatoğlu istehsal Azərbaycan LTD-də yükləyici, xx.xx.2009-cu il tarixdən xx.xx.2012-ci il tarixədək Fatoğlu istehsal Azərbaycan LTD-də yükləyici, xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək, xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək və xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" MMC-də yükləyici işləmişdir.
4. “X5” ASC-nin Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair xx.xx.2023-cü il tarixli 12 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.1982-xx.xx.1988-ci illərdə (5 il 3 ay) “X5” ASC-də 4-cü dərəcəli bişirici vəzifəsində işləmişdir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri çini və saxsı məmulatların bişiricisindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Siyahının 12-ci bəndinə (yarımbəndinə) və ya 15.3.2 vəzifə koduna uyğundur.
5. “X5” ASC-nin xx.xx.2023-cü il tarixli 12 nömrəli arayışından məlum olur ki, İddiaçı həqiqətən “X5” ASC-də işləyib və 1984-1988-ci illərdə işlədiyi dövr ərzində cəmi 8044 rubl 06 qəpik məbləğində əmək haqqı almışdır.
6. “X5” ASC-nin xx.xx.2023-cü il tarixli 12 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.1982-xx.xx.1988-ci illərdə “X5” ASC-də 4-cü dərəcəli bişirici (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Siyahının 15.3.2 bəndində nəzərdə tutulmuş 4-cü dərəcə bişirici vəzifəsində işləmişdir.
7. “X5” ASC-nin xx.xx.2023-cü il tarixli 13 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən “X5” ASC-də işləyib və 1982-1984-cü illərdə işlədiyi dövr ərzində cəmi 2602 manat 73 qəpik məbləğində əmək haqqı almışdır.
8. “X6” ASC-nin əmək haqqı və başqa gəlirlər barədə xx.xx.2023-cü il tarixli 06 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən “X6” ASC-də işləyib və 1988-1995-ci illərdə işlədiyi dövr ərzində cəmi 677569 manat 35 qəpik məbləğində əmək haqqı almışdır.
9. “X6” ASC-nin Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.1988-xx.xx.1996-cı illərdə (7 il 5 ay) “X6” ASC armatur-qəlibləmə sexində armaturçu-qəlibləyici (qapalı iş yeri) vəzifəsində işləmişdir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri armaturçu-qəlibləyicidən (qapalı iş yeri) ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Siyahının 12-ci bəndinə (yarımbəndinə) və ya 15.3.2 vəzifə koduna uyğundur.
10. İddiaçı hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdeh orqana müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-A-238712/2023 nömrəli imtina məktubu ilə ona bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın şüşə istehsalatı, keramik, çini və saxsı məmulatların istehsalı bölməsinin (15) keramik, çini və saxsı məmulatların və ferritlərin istehsalı bəndinin (15.3) çini və saxsı məmulatlar istehsalı yarımbəndində (15.3.2) gips bişiriciləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən “X5” ASC-nin ona dair xx.xx.2023-cü il tarixli 12 nömrəli arayışında xx.xx.1982xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə çini və saxsı məmulatların bişiricisi vəzifəsində, "xxxx" ASC-nin arayışında isə xx.xx.1988-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisənin armatur-qəlibləmə sexində armaturçu-qəlibləyici vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi çini və saxsı məmulatların bişiricisi vəzifəsi sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan gips bişiriciləri vəzifəsinə uyğun deyil. Eyni zamanda armaturçu-qəlibləyici vəzifəsi sözügedən arayışda istinad olunan yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahının şüşə istehsalı, keramik, çini və saxsı məmulatların istehsalı bölməsində nəzərdə tutulmamışdır. Göstərilən səbəblərdən də onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır.
11. Məhkəmənin sorğusuna "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 19 nömrəli və xx.xx.2023-cü il tarixli 20 nömrəli cavab məktublarında bildirilmişdir ki, İddiaçı işlədiyi dövrdə həqiqətən "xxxx" zavodunda indiki (Gəncə Dəmir-Beton ASC-də) işləmişdir. Bu vəzifəni tutan işçinin yerinə yetirdiyi funksiyalara (gördüyü işlər) gəldikdə isə beton məhlulu qəliblərə tökülənə qədər yerinə yetiriləcək bütün işlər aiddir. Qəliblərin açılaraq təmizlənməsi və yağlanması, armaturdan müvafiq ölçüyə uyğun karkasın hazırlanaraq qəliblərə yerləşdirilməsi.
12. Məhkəmənin sorğusuna “X5” ASC-nin xx.xx.2023-cü il tarixli 16 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı “X3” (hal-hazırda “X5” ASC-də) xx.xx.1982-ci il tarixində (238-ЛС saylı xx.xx.2023-cü il tarixli əmrlə) işə qəbul olunmuşdur. “X5 Zavodu” ASC-dən xx.xx.1988-ci il tarixdən (21-ЛС saylı xx.xx.1988-ci il tarixli əmrlə) etibarən 4-cü dərəcəli bişirici vəzifəsindən azad olunmuşdur.
13. Məhkəmənin sorğusuna "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 01 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı həqiqətən "xxxx" zavodunda (indiki "xxxx" ASC) örtük piltələri hazırlanan sexdə armaturçu-qəlibləyici vəzifəsində işləmişdir. İşçinin vəzifə təlimatına uyğun gördüyü işlər aşağıdakılardan ibarətdir: - Örtük piltəsi üçün istifadə olunan qəliblərin beton qalıntılarından təmizlənməsi; - Təmizlənmiş qəlibin tullantı yağlarla yağlanması; - Örtük piltəsinin ölçüsünə uyğun olaraq armaturların kəsilib hazırlanması; - Kəsilmiş armaturlardan qaynaq yolu ilə örtük piltəsi üçün metal karkasın hazırlanması; - Hazırlanmış metal karkasın qəlibin içərisinə yerləşdirilməsi. Bu işlər o dövr üçün açıq havada olmadığından zavod daxilində zərərli sahə kimi sayılmışdır.
14. Məhkəmənin sorğusuna “X5” ASC-nin xx.xx.2024-cü il tarixli 05 nömrəli cavab məktubunda bildirilmişdir ki, “X3” (hal-hazırda “X5” ASC-də) xx.xx.1982-ci il tarixində (238- ЛС saylı xx.xx.2023-cü il tarixli əmrlə) işə qəbul olunmuşdur. “X5 Zavodu” ASC-dən xx.xx.1988-ci il tarixdən (21-ЛС saylı xx.xx.1988-ci il tarixli əmrlə) etibarən 4-cü dərəcəli bişirici vəzifəsindən azad olunmuşdur. II. Məhkəmədə icraat
15. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması və onların üzərinə ona güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
16. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1982-ci ildən xx.xx.1988-ci ilə kimi “X5” ASC-də 2-ci dərəcə ilə çini və saxsı məmulatların bişiricisi vəzifəsində işləmişdir. Arada, yəni xx.xx.1984-cü ildə onun dərəcəsi artırılaraq həmin sexdə yenə də bişirici işləməkdə davam etmişdir. xx.xx.1988-ci ildən xx.xx.1996-ci ilə kimi Dəmir-Beton zavodunda 3-cü dərəcə ilə armaturçu işləmişdir. xx.xx.1989-cu ildə həmin zavodda 2 №-li qəlibləmə sexinə 4-cü dərəcə ilə qəlibləyici keçirilmişdir. Beləliklə, o, 12 il 7 ay 10 gün güzəştli şərtlərlə pensiya təyin edilə bilən sahələrdə işləmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən sahələrdə işləmişdir. Belə ki, həmin Qanuna görə azı 12 il 6 ay güzəştli şərtlərlə pensiya almaq hüququ verən sahələrdə işlədiyindən yaşa görə ona əmək pensiyası təyin edilməlidir. Ümumi iş stajı isə nəzərdə tutulduğundan xeyli artıqdır. O, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edib əmək şəraiti xüsusilə zərərli və ağır olan iş sahələrində işlədiyindən ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir. İşlədiyi xx.xx.1982-ci ildən xx.xx.1988-ci ilədək olan müddətdə X5 zavodundan verilmiş arayışda onun 4-cü dərəcə ilə bişirici işləməyi göstərilmişdir. Cavabdeh təşkilat onun müraciətinə verdiyi imtina cavabında göstərir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş siyahıda gips bişiricisi vəzifəsi zərərli və ağır sahələr kimi nəzərdə tutulmuşdır. O isə həmin sahədə işləməmişdir. Bildirir ki, o, işlədiyi sahədə bişirici deyəndə həm də gips bişiricisi işi nəzərdə tutulur. Eləcə də xx.xx.1988-ci ildən xx.xx.1996-ci ilədək olan müddətdə "xxxx" ASC-də işlədiyinə dair verlmiş arayışdan 4-cü dərəcə ilə armaturçubişirici işləməyi yuxarıda qeyd olunan siyahıda nəzərdə tutulmuşdur. Cavabdeh təşkilatın müraciətinə verilən cavabında isə qeyd olunur ki, armaturçu-qəlibləyici vəzifəsi sözügedən arayışda istinad olunan yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahının şüşə istehsalı, keramik, çini və saxsı məmulatlarının istehsalı bölməsində nəzərdə tutulmamışdır. Göstərilən səbəblərdən də onun güzəştli iş stajı yoxdur. Göründüyü kimi cavabdeh təşkilat “X5” ASC ilə "xxxx" ASC-nin iş sahələrini qarışdırmışdır. Ona görə də iş üzrə mütəxəssis rəyi alınmalıdır. O, faktiki olaraq 12 il 7 ay 10 gün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat sahələrində işlədiyindən ona güzəştli şərtlərlə pensiya təyin edilməlidir. O, yüksək temperaturlu sobaların qarşısında bişirici işləmişdir. Həmin sobada saxsı da, gips də, çini də bişir. Odur ki, ona imtina verilməsinin heç bir əsası yoxdur. Həmçinin onu da bildirir ki, ağır istehsalat sahələrində işləməyinin nəticəsi olaraq sağlamlığını itirmişdir. Hazırda ağır şəkər xəstəsidir, ayağı kəsilmişdir. Bu yandan da güzəştli şərtlərlə pensiya hüququ olduğu halda ona pensiya təyin edilməsindən əsassız olaraq imtina edilmişdir.
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
18. İddiaçı xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2022-ci il tarixdən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
19. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
20. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
21. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
22. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
23. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
24. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
25. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
26. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə prosesində iştirak etmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
27. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
28. Cavabdehin nümayəndəsi X2 şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz edərək, iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən əsas gətirilən dəlilə istinad etmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
29. Cavabdehin orqanın iddia tələbinə qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etirazın dəlilləri iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən verilən cavab məktubunda göstərilən arqumentlərlə eynilik təşkil edir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
30. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İddiaçıya məxsus НЗ № ******* nömrəli hərbi bilet; - İddiaçıya məxsus xx.xx.1984-cü il tarixli ИТ-İ № ******* nömrəli əmək kitabçası; - “X5” ASC-nin Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair xx.xx.2023-cü il tarixli 12 nömrəli arayışı; - “X5” ASC-nin xx.xx.2023-cü il tarixli 12 nömrəli arayışı; - “X5” ASC-nin xx.xx.2023-cü il tarixli 12 nömrəli arayışı; - “X5” ASC-nin xx.xx.2023-cü il tarixli 13 nömrəli arayışı; - “X6” ASC-nin əmək haqqı və başqa gəlirlər barədə xx.xx.2023-cü il tarixli 06 nömrəli arayışı; - “X6” ASC-nin Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışı; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-A-238712/2023 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 19 nömrəli və xx.xx.2023-cü il tarixli 20 nömrəli cavab məktubları; - Məhkəmənin sorğusuna “X5” ASC-nin xx.xx.2023-cü il tarixli 16 nömrəli cavab məktubu; - “X5” ASC-nin xx.xx.2023-cü il tarixli 30 nömrəli arayışı; - Məhkəmənin sorğusuna "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 01 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna “X5” ASC-nin xx.xx.2024-cü il tarixli 05 nömrəli cavab məktubu.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
31. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
32. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.
33. “Əmək pensiyaları haqqında” Qanuna görə: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı (Qərara 2 №-li əlavə): 21808000 8. Dəmir-beton və beton məmulatları istehsalı 2180800a a) fəhlələr 21811000 10. Daştökmə istehsalatı 2181100a—19406 daştökmə istehsalatının qəlibləyiciləri
21900000 XVİİİ. Şüşə istehsalatı, keramik, çini və saxsı məmulatlar istehsalı 21902020 2) Çini və saxsı məmulatlar istehsalı 2190202a—15195 çini və saxsı məmulatların kürəçiləri
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına görə:
15. Şüşə istehsalatı, keramik, çini və saxsı məmulatların istehsalı 15.3. Keramik, çini və saxsı məmulatların və ferritlərin istehsalı 15.3.2. Çini və saxsı məmulatlar istehsalı gips bişiriciləri
36. İddiaçı iddia tələbində xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
37. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün aşağıdakı şərtlər ödənilməlidir: - a) 60 yaşın tamamlanması; - b) azı 25 il ümumi iş stajının mövcud olması; - c) azı 12 il 6 ay xüsusi (Siyahıda nəzərdə tutulmuş güzəştli) iş stajının mövcud olması.
38. İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuş və 60 yaşı xx.xx.2021-ci il tarixdə tamam olmuşdur (birinci şərt ödənilir).
39. İddiaçının 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixədək ümumi iş stajı 25 ildən çoxdur (ikinci şərt ödənilir).
40. Məhkəmə onu da qeyd edir ki, iddiaçı ona xx.xx.2022-ci il tarixdən pensiya edilməsini xahiş edir ki, həmin dövrdə artıq güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün pensiya kapitalı barədə tələb mövcud olmadığından iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı araşdırılmamışdır.
41. Üçüncü şərt və cavabdehin mübahisələndirdiyi yeganə hal iddiaçının güzəştli iş stajı ilə bağlıdır.
42. Məhkəmə iddiaçının xüsusi stajı ilə bağlı qeyd edir ki, iddiaçının zərərli işlərdə işlədiyini iddia etdiyi dövr və peşələr aşağıdakıları əhatə edir: - xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci il tarixədək X3 çini və saxsı məmulatların bişiricisi (5 il 2 ay 8 gün); - xx.xx.1988-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Dəmir Beton zavodunda armaturçu-qəlibləyici (7 il 5 ay 2 gün).
43. Cavabdeh orqanın imtina məktubu və yazılı etirazı ilə müəyyən edilir ki, iddiaçının zərərli peşələrdə işlədiyi dövr güzəştli iş stajı kimi qəbul edilməmişdir.
44. Belə ki, cavabdeh orqan imtinasını onunla əsaslandırmışdır ki, Mərkəzi Filiala təqdim edilən “X5” ASC-nin ona dair xx.xx.2023-cü il tarixli 12 nömrəli arayışında xx.xx.1982-xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə çini və saxsı məmulatların bişiricisi vəzifəsində, "xxxx" ASC-nin sizə dair arayışında isə xx.xx.1988-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisənin armatur-qəlibləmə sexində armaturçu-qəlibləyici vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi çini və saxsı məmulatların bişiricisi vəzifəsi sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan gips bişiriciləri vəzifəsinə uyğun deyil. Eyni zamanda armaturçu-qəlibləyici vəzifəsi sözügedən arayışda istinad olunan yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahının şüşə istehsalı, keramik, çini və saxsı məmulatların istehsalı bölməsində nəzərdə tutulmamışdır.
45. Ali Məhkəmənin oxşar işlər üzrə artıq formalaşmış mövqeyinə görə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən, Siyahılarda nəzərdə tutulmuş peşə və istehsalatlara uyğunluğunu müəyyən etmək üçün, həmin peşənin siyahıya uyğun olmasını ətraflı araşdırmalı, onun işlədiyi istehsalatın və peşənin zərərli və ya ağır sahə sayılması üçün zəruri olan göstəricilərin olub-olmamasını müəyyən etmək üçün işlədiyi müəssisələrə sorğu verməklə işin xarakterinə dair əlavə məlumatlar almalı, həmin sübutlara qiymət verməklə yekun qərar çıxarılmalıdır.
46. Məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.
47. Məhkəmənin verdiyi sorğulara cavablarla müəyyən edilmişdir ki, İddiaçı “X3” (hal-hazırda “X5” ASC-də) xx.xx.1982-ci il tarixində (238-ЛС saylı xx.xx.2023-cü il tarixli əmrlə) işə qəbul olunmuşdur. “X5 Zavodu” ASC-dən xx.xx.1988-ci il tarixdən (21-ЛС saylı xx.xx.1988-ci il tarixli əmrlə) etibarən 4-cü dərəcəli bişirici vəzifəsindən azad olunmuşdur. Eyni zamanda o, xx.xx.1988-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" zavodunda (indiki "xxxx" ASC) örtük piltələri hazırlanan sexdə armaturçu-qəlibləyici vəzifəsində işləmişdir. İşçinin vəzifə təlimatına uyğun gördüyü işlər aşağıdakılardan ibarət olmuşdur: örtük piltəsi üçün istifadə olunan qəliblərin beton qalıntılarından təmizlənməsi; təmizlənmiş qəlibin tullantı yağlarla yağlanması; örtük piltəsinin ölçüsünə uyğun olaraq armaturların kəsilib hazırlanması; kəsilmiş armaturlardan qaynaq yolu ilə örtük piltəsi üçün metal karkasın hazırlanması; hazırlanmış metal karkasın qəlibin içərisinə yerləşdirilməsi. Bu işlər o dövr üçün açıq havada olmadığından zavod daxilində zərərli sahə kimi sayılmışdır.
48. Göründüyü kimi, iddiaçının bütün müəssisələrdə işlədiyi bişirici və armaturçuqəlibləyici peşələri müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında (Qərara 2 №-li əlavə), həmçinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın müvafiq bəndində nəzərdə tutulmuşdur.
49. İddiaçının həmin peşələrdə işlədiyi müddət tələb olunan 12 il 6 ay müddətdən çoxdur.
50. Göründüyü kimi, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 12 il 6 ay xüsusi iş stajının mövcudluğu ilə bağlı tələb də ödənilir.
51. Məhkəmə onu da qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
52. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
53. Hazırkı mübahisəyə münasibətdə cavabdehin yuxarıda göstərilən qaydada iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, iş üzrə obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur.
54. Məhkəmə hesab edir ki, iddiaçı cavabdeh orqana müraciət etdiyi xx.xx.2022-ci il tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tələbləri ödədiyindən inzibati orqanın bundan imtinası əsaslı olmamışdır.
55. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı oğluna xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.
56. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə:
57. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68,-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülşən Əliyeva