Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-940/2023 11.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialına qarşı “1999-2002-ci illərdə Q.İsmayılov kənd İƏV üzrə nümayəndəliyində işlədiyi dövrün və 1979-cu ilin noyabr ayından 1980-ci ilin sentyabr ayınadək Azərbaycan Kənd Təsərrüfatı İnstitunun hazırlıq şöbəsində dinləyici kimi təhsil aldığı dövrün sığorta stajına daxil edilməsi və hüququ yarandığı tarixdən pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə inzibati məhkəmə icraatı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi, daha sonra tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 1999-2002-ci illərdə Q.İsmayılov kənd İƏV üzrə nümayəndəliyində işlədiyi dövrün və 1979-cu ilin noyabr ayından 1980-ci ilin sentyabr ayınadək Azərbaycan Kənd Təsərrüfatı İnstitunun hazırlıq şöbəsində dinləyici kimi təhsil aldığı dövrün sığorta stajına daxil edilməsi və hüququ yarandığı tarixdən pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilsə də, iddiaçı iştirak etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-17-1/2-103333/2023 nömrəli ərizə ilə məhkəməyə müraciət edərək iddiaçıya xx.xx.2023-cü il tarixli, **********1 nömrəli qərarla hüququ yarandığı xx.xx.2022-ci il tarixdən 280 manat məbləğində yaşa görə əmək pensiyası təyin edildiyini bildirmiş və iş üzrə icraata xim verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh nümayəndəsi ərizədə qeyd olunanları müdafiə edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi təmin olunduğundan, odur ki, bu məsələ ilə bağlı mübahisə aradan qalxdığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, cavabdehin xx.xx.2023-cü il tarixli, **********1 nömrəli “Əmək pensiyasının təyin edilməsi haqqında” qərarına əsasən iddiaçıya xx.xx.2022-ci il tarixdən yaşa görə əmək müddətsiz əmək pensiyası təyin edilmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən yekun qərar qəbul edilənədək cavabdeh tərəfindən iddiaçının tələbinin təmin edilməsi ilə bağlı yeni inzibati akt qəbul edilmişdir. Nəticədə iddiaçı tərəfindən irəli sürülmüş tələb artıq aradan qalxmışdır. Məhkəmə belə qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 11-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 67 və 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialına qarşı “1999-2002-ci illərdə Q.İsmayılov kənd İƏV üzrə nümayəndəliyində işlədiyi dövrün və 1979-cu ilin noyabr ayından 1980-ci ilin sentyabr ayınadək Azərbaycan Kənd Təsərrüfatı İnstitunun hazırlıq şöbəsində dinləyici kimi təhsil aldığı dövrün sığorta stajına daxil edilməsi və hüququ yarandığı tarixdən pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-940/2023
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-940/2023
11.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver