Məhkəmə qərarları › İş №2-1(114)-942/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-942/2025

21.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-942/2025 21.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslər X2, X10, X5 və X4 ona məxsus olan Gəncə şəhəri, Fəridə Əliyarbəyli küçəsi, ev 15A ünvanından yerləşən evdən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar qaydada baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-6644/2024 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlərə əsasən Gəncə şəhəri, Fəridə Əliyarbəyli küçəsi, ev 15A ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə tam mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışına əsasən xx.xx.1971-ci il təvəllüdlü X2, xx.xx.1987-ci il təvəllüdlü X10, xx.xx.1993-cü il təvəllüdlü X7 və xx.xx.1996-cı il təvəllüdlü X1 şəhəri, Nizami rayonu, Todan küçəsi, 1-dön, ev 9 ünvanında qeydiyyatdadır.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-H-0074-8/2024 nömrəli məktubunda bildirilmişdir ki, Ərazi İdarəsinin arxiv məlumatlarına istinadən əmlakın ünvanı ünvan 2ın xx.xx.2015-ci il tarixli sərəncamı ilə sözügedən ünvana “Fəridə Əliyarbəyli” adı verilmişdir və əmlakın ünvanı Fəridə Əliyarbəyli küçəsi, ev 15A olmuşdur. xx.xx.2021-ci il tarixdə bölündükdən sonra İddiaçı məxsus **********53-10301 reyestr nömrəli əmlaka ünvan 4 ünvanı təyin edilmişdir.

4. İddiaçı X2, X10, X5 və X4 ona məxsus olan Gəncə şəhəri, Fəridə Əliyarbəyli küçəsi, ev 15A ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması barədə Cavabdehnə etdiyi müraciətinə həmin idarənin xx.xx.2024-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, həmin şəxslərin qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər.

5. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli ******* nömrəli arayışına əsasən xx.xx.1967-ci il təvəllüdlü Həsənova İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. Qeydiyyatda başqa şəxslər yoxdur.

6. Məhkəmə sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-7909/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Ərazi İdarəsinin arxiv məlumatlarına istinadən əmlakın ünvanı Gəncə şəhəri, Todan (Totanlı) küçəsi, 1-ci döngə, ev 9 olub. xx.xx.2021-ci il tarixli vərəsəlik şəhadətnaməsi əsasında əmlak X3 və İddiaçı adına paylı mülkiyyət kimi qeydə alınmışdır. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli sərəncamı ilə sözügedən ünvana “Fəridə Əliyarbəyli” adı verilmişdir və əmlakın ünvanı Fəridə Əliyarbəyli küçəsi, ev 15A olmuşdur. xx.xx.2021-ci il tarixdə bölündükdən sonra İddiaçı məxsus **********53-10301 reyestr nömrəli əmlaka ünvan 4 ünvanı təyin edilmişdir.

7. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 217 nömrəli cavab məktubunda bildirilmişdir ki, tərəflərindən ünvan 8 ünvanına baxış keçirilmiş, X2, X10, X5 və X4 həmin ünvanda yaşamadıqları müəyyən edilmişdir.

8. Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2024-cü il tarixli 3-13-57/2-26859/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, X10 xx.xx.2004-cü il tarixdən hal-hazıradək ünvan 9 ünvanında, X2 xx.xx.2005-ci il tarixdən hal-hazıradək, X5 xx.xx.2009-cu il tarixdən hal-hazıradək, X11 xx.xx.2012-ci il tarixdən hal-hazıradək ünvan 10 ünvanında qeydiyyatdadırlar.

9. Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2025-ci il tarixli 3-13-57/2-1224/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, X2, X10, X5 və X11 indiyədək Gəncə şəhəri, Fəridə Əliyarbəyli küçəsi, ev 15A ünvanında qeydiyyatda olmayıblar. X10 xx.xx.2004-cü il tarixdən hal-hazıradək ünvan 9 ünvanında, X2 xx.xx.2005-ci il tarixdən hal-hazıradək, X5 xx.xx.2009-cu il tarixdən hal-hazıradək, X11 xx.xx.2012-ci il tarixdən hal-hazıradək ünvan 11 ünvanında qeydiyyatdadırlar.

10. Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2025-ci il tarixli 3-13-57/2-4692/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, X10 xx.xx.2004-cü il tarixdən hal-hazıradək ünvan 9 ünvanında, X2 xx.xx.2005-ci il tarixdən hal-hazıradək, X5 xx.xx.2009-cu il tarixdən hal-hazıradək, X11 xx.xx.2012-ci il tarixdən hal-hazıradək ünvan 10 ünvanında qeydiyyatdadır. Adşları qeyd olunan şəxslərin qeydiyyata alınmalarına əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyildir. II. Məhkəmədə icraat

11. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxslərin ona məxsus evdən pasport çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Fəridə Əlibəyli küçəsi ev 9 mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin mənzilin ümumi sahəsi 35.5 kv.m dən ibarətdir. 3-cü şəxslər X2 bacısı, X10 oğludur. X5 və X11 bacısının övladlarıdır. Bu şəxslər onun mülkiyyət hüququnu pozur. Sərəncam vermək və digər hüquqlarını məhdudlaşdırır. O, 3-cü şəxsləri ünvan 13 ünvanından qeydiyyatdan çıxarmaq üçün Cavabdehnə müracət etmişdir. Lakin ona imtina edilib və imtinada "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsaslanaraq qeyd edilmişdir ki, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qeydiyyatdan çıxarılır.

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

14. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki iddia tələbi “üçüncü şəxslər X2, X10, X5 və X4 ona məxsus olan Gəncə şəhəri, Fəridə Əliyarbəyli küçəsi, ev 15A ünvanından yerləşən evdən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. Prosessual məsələlər

15. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X2, X10, X5 və X12 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.

16. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

17. İddiaçı və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, cavabdeh məhkəməyə xx.xx.2025-ci il tarixli məktub ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.

18. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iclasa gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

19. Cavabdeh orqanın və üçüncü şəxslərin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

Əsaslandırma hissəsi:

20. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

21. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.

22. Məhkəmə qeyd edir ki, Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışında xx.xx.1971-ci il təvəllüdlü X2, xx.xx.1987-ci il təvəllüdlü X10, xx.xx.1993-cü il təvəllüdlü X7 və xx.xx.1996-cı il təvəllüdlü X4 ünvan 1 ünvanında qeydiyyatda olduqları qeyd edildiyi üçün iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

23. Lakin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-6644/2024 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlərə əsasən isə Gəncə şəhəri, Fəridə Əliyarbəyli küçəsi, ev 15A ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2021-ci il tarixdə tam mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı müəyyən edilir.

24. Məhkəmə sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-7909/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Ərazi İdarəsinin arxiv məlumatlarına istinadən əmlakın ünvanı Gəncə şəhəri, Todan (Totanlı) küçəsi, 1-ci döngə, ev 9 olub. xx.xx.2021-ci il tarixli vərəsəlik şəhadətnaməsi əsasında əmlak X3 və İddiaçı adına paylı mülkiyyət kimi qeydə alınmışdır. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli sərəncamı ilə sözügedən ünvana “Fəridə Əliyarbəyli” adı verilmişdir və əmlakın ünvanı Fəridə Əliyarbəyli küçəsi, ev 15A olmuşdur. xx.xx.2021-ci il tarixdə bölündükdən sonra İddiaçı məxsus **********53-10301 reyestr nömrəli əmlaka ünvan 4 ünvanı təyin edilmişdir.

25. Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2025-ci il tarixli 3-13-57/2-1224/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, X2, X10, X5 və X11 indiyədək Gəncə şəhəri, Fəridə Əliyarbəyli küçəsi, ev 15A ünvanında qeydiyyatda olmayıblar. X10 xx.xx.2004-cü il tarixdən hal-hazıradək ünvan 9 ünvanında, X2 xx.xx.2005-ci il tarixdən hal-hazıradək, X5 xx.xx.2009-cu il tarixdən hal-hazıradək, X11 xx.xx.2012-ci il tarixdən hal-hazıradək ünvan 11 ünvanında qeydiyyatdadırlar.

26. Göründüyü kimi, iddiaçının mülkiyyətində olan evin ünvanı hazırda Gəncə şəhəri, Fəridə Əliyarbəyli küçəsi, ev 15A-dır və əldə edilmiş sənədlərlə X2, X10, X5 və X11 indiyədək və hazırda Gəncə şəhəri, Fəridə Əliyarbəyli küçəsi, ev 15A ünvanında qeydiyyatda olmadıqları müəyyən edilmişdir.

27. Belə olan halda, cavabdeh orqan tərəfindən iddiaçının hüquqlarına müdaxilə, yəni onun hər hansı hüququnun pozulması halı mövcud deyildir.

28. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh orqan tərəfindən pozulması müəyyən edilmədiyindən, yəni cavabdeh tərəfindən iddiaçının istinad etdiyi hallar üzrə onun hər hansı hüquqlarının pozulmasına yol verilmədiyindən, bu barədə faktiki halların mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.

29. İPM-ə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Nəticəvi hissə:

30. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar