Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-945/2023 15.08.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X2 öğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli, **********260000 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********260000 №-li qərarına əsasən iddiaçıya ümumilikdə 815,88 manat vergi, faiz və maliyyə sanksiyası tətbiq olunmuşdur. 14 saylı Ərazi Vergilər İdarəsinin müvafiq məktubuna əsasən iddiaçı tərəfindən 664,40 əsas, 151,48 manat faiz, 0 manat maliyyə sanksiyası olmaqla, ümumilikdə 815,88 manat vergi, faiz və maliyyə sanksiyası qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə tələbkar 14 saylı Ərazi Vergilər İdarəsinin qərarları xx.xx.2022-ci il tarixindən icraya yönəldilmiş və tələbin icraya yönəldilməsi haqqında qərar xx.xx.2022-ci il tarixdə verilmiş və həmin tarixdən qüvvəyə minmişdir. Sözügedən cərimənin hansı səbəbdən təyin olunması ona məlum deyil. Bildirişdə cərimə haqqında məlumat qeyd olunsa da əsaslandırılmamışdır. İddiaçı məktubu alan kimi onun təyin olunma səbəbini araşdırmaq üçün 14 saylı Ərazi Vergilər İdarəsinin vergi ödəyicilərinə xidmət mərkəzinə yaxınlaşmış, lakin mərkəz əməkdaşları da cərimənin təyin olunma səbəbini aydınlaşdıra bilməmişdir. Əvvəllər iddiaçının adına aktiv VÖEN olmuş, 2013-cü ildən bağlatmışdır. İddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin iddia “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********067200 nömrəli qərarının ləğv edilməsi” tələbinə dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, o, 2012-ci ildən fəaliyyətinin dayandırılması barədə ərizə vermiş və həmin ərizə əsasında fəaliyyəti dayandırılmışdır. "xxxx" QSC ilə heç bir sahibkarlıq əlaqəsi olmayıb. Cavabdehin nümayəndəsi X1 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, Dövlət Vergi Xidmətinin Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin 06 iyun 2022-ci il tarixli **********727700 saylı xidməti məktubuna əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 1989-2014-cü maliyyə illəri üzrə yaranmış və 01 yanvar 2021-ci il tarixə İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 noyabr 2021-ci il tarixli 649s saylı sərəncamına əsasən 3322.45 manat dəyərində borc məbləği silinmişdir. Bununla əlaqədar olaraq İddiaçı 20 iyun 2022-ci il tarixli **********552500 saylı "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında" uyğunsuzluq məktubu elektron kabinetinə göndərilmişdir, lakin vergi ödəyicisi tərəfindən kənarlaşmaların səbəbi barədə müvafiq izahat, uyğunsuzluq məktubunda qeyd olunan sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi vergi məcəlləsi ilə müəyyən edilmiş müddətdə təqdim edilməmişdir. İddiaçının VÖEN-i 2012-2017-ci illərdə aktiv olmamışdır, sadəcə "xxxx" QSC-nin məktubuna və məktuba əlavə edilmiş siyahı əsasında hesab edilmişdir ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Ona görə də iddiaçı dəvət edilmiş, gəlmədiyinə görə əlaqəli məlumatlar əsasında borc hesablanmışdır. Təqdim edilmiş siyahıda iddiaçının adının nəyə görə yazılmasının, həmçinin iddiaçının "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və ya əksinə borcunun olması barədə məlumat yoxdur, onun adının həmin siyahıda olmasının səbəbi barədə məlumatı yoxdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -14 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********067200 nömrəli qərarının məzmunundan görünür ki, bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən İddiaçı 664,49 manat gəlir vergisi hesablanmışdır. -14 saylı Ərazi Vergilər İdarəsinin “Tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2022ci il tarixli qərarının məzmunundan görünür ki, İddiaçı tərəfindən 664,40 əsas, 151,48 manat faiz, 0 manat maliyyə sanksiyası olmaqla, ümumilikdə, 815,88 manat vergi, faiz və maliyyə sanksiyası qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə tələbkar 14 saylı Ərazi Vergilər İdarəsinin qərarları xx.xx.2022-ci il tarixindən icraya yönəldilmiş və tələbin icraya yönəldilməsi haqqında qərar xx.xx.2022-ci il tarixdə verilmiş və həmin tarixdən qüvvəyə minmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, Dövlət Vergi Xidmətinin Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin 06 iyun 2022-ci il tarixli, **********727700 saylı xidməti məktubuna əsasən İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 noyabr 2021-ci il tarixli 649s saylı sərəncamına əsasən 3322.45 manat dəyərində borc məbləğinin silindiyini müəyyən etmiş, bununla bağlı 20 iyun 2022-ci il tarixli **********552500 saylı "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında" uyğunsuzluq məktubu elektron kabinetinə göndərilmişdir, lakin vergi ödəyicisi tərəfindən kənarlaşmaların səbəbi barədə müvafiq izahat, uyğunsuzluq məktubunda qeyd olunan sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi vergi məcəlləsi ilə müəyyən edilmiş müddətdə təqdim edilmədiyindən xx.xx.2022-ci il tarixli, **********067200 nömrəli qərarla iddiaçıya 664,49 manat gəlir vergisi hesablanmışdır. İddiaçı isə hazırki iddia tələbi ilə qeyd olunan qərarı mübahisələndirir. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********067200 nömrəli qərarın qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə cavabdehin mübahisələndirilən qərarlarının qanuni olub-olmadığını müəyyənləşdirmək üçün vergi sahəsindəki müvafiq normalar təhlil edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin:- -23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. -37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -37.4-cü maddəsinin 1-ci hissəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Vergi Məcəlləsinin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 95-ci maddəsinə əsasən rezident və ya qeyri rezident fiziki şəxslər gəlir vergisinin ödəyicisidir. Məhkəmə işin faktiki hallarına əsasən qeyd edir ki, vergi ödəyicisinin adının hərhansı siyahıda mənbəyi bəlli olmayan kreditor kimi göstərilməsi onun vergi borcunun yaranmasına dəlalət etmir. Vergi orqanı iddiaçı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin arasında hər-hansı mübadilə əməliyyatını və nəticələrini araşdırmadan vergi ödəyicisinə borc hesablamış, həmçinin bunu təsdiq edən müvafiq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu baxımdan da iddiaçı barəsində əlverişsiz inzibati aktın, yəni məsuliyyətə cəlb edilməsinə dair qərarın qəbulu qanunvericiliyə uyğun deyildir və aşağıda qeyd olunan normalara əsasən ləğv olunmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -54.0.1-ci maddəsinə əsasən, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən haldır. -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. -64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli, **********067200 nömrəli qərarlar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hal isə mübahisələndirilən qərarların ləğvi üçün əsas hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********067200 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-945/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-945/2023
15.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver