Məhkəmə qərarları › İş №2-1(114)-945/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-945/2025

14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-945/2025 14.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı X5 əlilliyinin mövcud olmasını təsdiq edən müvafiq şəhadətnamənin verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı X5 əlilliyinin mövcud olmasını təsdiq edən müvafiq şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı birdəfəlik ödəmə verilməsi barədə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ünvanlandığı ərizəsinə xx.xx.2023-cü il tarixli məktubla cavabverilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanının 1-ci hissəsinə uyğun olaraq 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulur. X3 aldığı xəsarətlə əlaqədar olaraq əlilliyi müəyyən olunmadığı üçün sözügedən Fərmanın müddəaları ona şamil edilmir.

2. Ağdam Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən X7 Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar İ qrup əlilliyə görə xx.xx.1994-cü il tarixdə 988 saylı vəsiqə verilmişdir. Həmin vəsiqədə 01 mart 1995-ci il tarixədək etibarlı olması qeyd edilmişdir.

3. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.1992-ci il tarixli 146 nömrəli xəstəlik haqqında şəhadətnaməsində X5 aldığı “Odlu silah nüfuz edən qəlpə yaralanması (xx.xx.1992), sol oturaq sinirin travmatik zədələnməsi ətrafın funksiyasının mülayim pozulması ilə. Qarın boşluğunun dəlib keçən qəlpə yaralanması nəticəsində siqmoidobənzər bağırsağın zədələnməsinə görə aparılmış laparotomiya, siqmoid bağırsağının seroz örtüyü tikilməsi cərrahiyə əməliyyatlarından sonrakı vəziyyət” diaqnozlu travmasının səbəb əlaqəsi “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2023-cü il tarixli 3-17-1/22-H- 95692/2023 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanının 1-ci hissəsinə uyğun olaraq 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulur. X3 aldığı xəsarətlə əlaqədar olaraq əlilliyi müəyyən olunmadığı üçün sözügedən Fərmanın müddəaları ona şamil edilmir.

5. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixlii 3-17-4/2-20177/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, N.Hüseynova dair araşdırma nəticəsində FİN məlumatı tapmaq mümkün olmamışdır. Həmçinin, əlillik vəziyyəti barədə ərazi üzrə xidmət göstərən 14 nömrəli Tibbisosial ekspert komissiyasının və Agentliyin arxiv sənədləri arasında məlumat aşkar edilməmişdir.

6. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/2-8810/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, Mərkəzi Filialın arxivində və elektron informasiya bazalarında mərhum X7 dair hər hansı məlumat aşkarlanmamışdır.

7. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixlii 3-17-4/2-6255/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı X3 əlilliyinin mövcud olmasını təsdiq edən müvafiq şəhadətnamənin verilməsi barədə xx.xx.2024-cü il tarixində Agentliyə 3-17-4/1-H-43566/2024 nömrəli müraciət ərizəsi daxil olmuş və tərəflərindən xx.xx.2025-ci il tarixli 3-17-4/2-H-4110/2025 nömrəli məktubla cavablandırılmışdır. Məlumat üçün bildirilir ki, N.Hüseynova dair araşdırma nəticəsində FİN məlumatı tapmaq mümkün olmamışdır. Həmçinin, əlillik vəziyyəti barədə ərazi üzrə xidmət göstərən 14 nömrəli Tibbi-sosial ekspert komissiyasının və Agentliyin arxiv şöbəsinin tibbi-sosial ekspertiza sənədləri arasında məlumat aşkar edilməmişdir.

8. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli 3-17-4/2-H-4110/2025 nömrəli məktubunda bildirilmişdir ki, mərhum N.Hüseynovun əlilliyinə dair məlumatlar Agentliyin və Dövlət Sosial Müdafiə Fondunun arxiv sənədləri arasında aşkarlanmamışdır. II. Məhkəmədə icraat

9. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X5 l Qarabağ müharibəsində yaranmış əlilliyinə görə ödənilməli olan birdəfəlik sığorta ödənişinin vərəsəsi olaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna xx.xx.2023- cü il tarixli birdəfəlik sığorta ödənişinə dair ərizə ünvanlamışdır. Həmin ərizə ilə Yuxarı Qarabağ istiqamətində gedən döyüşlərdə qarın boşluğu və sol sağrı nahiyəsindən odlu silah, qəlpə yaraları almış və buna görə də əlillik təyin edilmiş və əlilliyə görə müavinətlər almış oğlu X7 İ dərəcəli əlilliyə görə ödənilməli olan 8800 manat birdəfəlik sığorta ödənişinin yeganə varisi olaraq özünə, yəni anasına ödənilməsini xahiş etmişdir. Lakin xx.xx.2023-cü il tarixli məktubla X5 aldığı xəsarətlərlə əlaqədar olaraq əlilliyinin müəyyən olunmaması səbəbilə rədd edilmişdir. Qeyd etmək istəyir ki, İddiaçı oğlu X8 xx.xx.1967-ci ildə Ağdam şəhərində anadan olmuş, xx.xx.1992-ci ildə Azərbaycan Respublikası silahlı Qüvvələri sıralarına daxil olmuşdur. xx.xx.1992-ci ildə Yuxarı Qarabağ istiqamətində gedən döyüşlərdə qarın boşluğu və sol sağrı nahiyələrindən odlu silah, qəlpə yaraları almışdır. Göstərilən faktlar Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim komissiyasının xx.xx.1992-ci il tarixli, 146 nömrəli xəstəlik haqqında şəhadətnaməsində təsdiqini tapmışdır. X8 1992-ci ildən 1995-ci ilədək Qarabağ müharibəsi zamanı aldığı xəsarətlərə görə yaranmış 1-ci dərəcəli əlilliyinə görə müavinətlər almış, 23 aprel 1995-ci ildə dünyasını dəyişmişdir. X1 əlilliyini təsdiq edən sənədin (əlillik vəsiqəsinin) surəti onlarda mövcud olsa da, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin Ağdam Rayon Şöbəsinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ünvanladığı sorğulara baxmayaraq həmin dövrə aid əlilliyin müəyyən edilməsinə dair müfaviq sənədlər saxlanmadığından əlillik vəsiqəsinin əslini əldə etmək mümkün olmamışdır. Lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim komissiyasının xx.xx.1992-ci il tarixli, 146 nömrəli xəstəlik haqqında şəhadətnaməsində X5 hərbi xidmət dövründə aldığı xəsarətlər və eləcə də "sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" formasında əlilliyinin mövcud olması qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2022-ci il tarixli "1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi" Qaydalarına əsasən 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin vərəsələri üçün 1-ci dərəcə əlilliyə görə 8800 manat məbləğində birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmuşdur. Ona görə də düşünürlər ki, imtina məktubu əsassızdır və X7 1-ci Qarabağ müharibəsində yaranmış əlilliyinə görə ödənilməli olan birdəfəlik sığorta ödənişi vərəsəsi olaraq anası İddiaçı ödənilməlidir.

11. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-8460/2024 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

13. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırkı cavabdeh əsl cavabdeh “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi ilə əvəz edilmiş, iddia tələbi “X5 əlilliyinin mövcud olmasını təsdiq edən müvafiq şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. Prosessual məsələlər

14. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilmişdir.

15. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı isə məhkəmə iclasında iştirak etməmişdir.

16. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə məhkəmə iclasına gəlməyən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

17. Cavabdehin iddiaya qarşı yazılı etirazı daxil olmamışdır.

18. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında Agentliyin və Dövlət Sosial Müdafiə Fondunun arxiv sənədləri arasında X7 əlilliyin təyin edilməsinə dair sənədlərin aşkarlanmadığını, başqa sözlə X7 əvvəllər əlillik təyin edilmədiyini, bu səbəbdən X5 əlilliyinin mövcud olmasını təsdiq edən müvafiq şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

Əsaslandırma hissəsi:

19. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

20. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

21. İş materialları, o cümlədən işin faktiki halları ilə müəyyən edilir ki, Ağdam Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən X7 Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar İ qrup əlilliyə görə xx.xx.1994-cü il tarixdə 988 saylı vəsiqə verilmişdir. Həmin vəsiqədə 01 mart 1995-ci il tarixədək etibarlı olması qeyd edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.1992-ci il tarixli 146 nömrəli xəstəlik haqqında şəhadətnaməsində X5 aldığı “Odlu silah nüfuz edən qəlpə yaralanması (xx.xx.1992), sol oturaq sinirin travmatik zədələnməsi ətrafın funksiyasının mülayim pozulması ilə. Qarın boşluğunun dəlib keçən qəlpə yaralanması nəticəsində siqmoidobənzər bağırsağın zədələnməsinə görə aparılmış laparotomiya, siqmoid bağırsağının seroz örtüyü tikilməsi cərrahiyə əməliyyatlarından sonrakı vəziyyət” diaqnozlu travmasının səbəb əlaqəsi “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir.

22. İddiaçı X3 əlilliyinin mövcud olmasını təsdiq edən müvafiq şəhadətnamənin verilməsi barədə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə 3-17-4/1-H-43566/2024 nömrəli müraciət ərizəsi daxil olmuş və Agentlik tərəfindən xx.xx.2025-ci il tarixli 3-17-4/2-H-4110/2025 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, N.Hüseynova dair araşdırma nəticəsində FİN məlumatı tapmaq mümkün olmamışdır. Həmçinin, əlillik vəziyyəti barədə ərazi üzrə xidmət göstərən 14 nömrəli Tibbi-sosial ekspert komissiyasının və Agentliyin arxiv sənədləri arasında məlumat aşkar edilməmişdir.

23. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixlii 3-17-4/2-6255/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı X3 əlilliyinin mövcud olmasını təsdiq edən müvafiq şəhadətnamənin verilməsi barədə xx.xx.2024-cü il tarixində Agentliyə 3-17-4/1-H-43566/2024 nömrəli müraciət ərizəsi daxil olmuş və tərəflərindən xx.xx.2025-ci il tarixli 3-17-4/2-H-4110/2025 nömrəli məktubla cavablandırılmışdır. Məlumat üçün bildirilir ki, N.Hüseynova dair araşdırma nəticəsində FİN məlumatı tapmaq mümkün olmamışdır. Həmçinin, əlillik vəziyyəti barədə ərazi üzrə xidmət göstərən 14 nömrəli Tibbi-sosial ekspert komissiyasının və Agentliyin arxiv şöbəsinin tibbi-sosial ekspertiza sənədləri arasında məlumat aşkar edilməmişdir.

24. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli 3-17-4/2-H-4110/2025 nömrəli məktubunda bildirilmişdir ki, mərhum N.Hüseynovun əlilliyinə dair məlumatlar Agentliyin və Dövlət Sosial Müdafiə Fondunun arxiv sənədləri arasında aşkarlanmamışdır.

25. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının X3 əlilliyinin mövcud olmasını təsdiq edən müvafiq şəhadətnamənin verilməsi ilə əlaqədar araşdırma aparılmış, lakin mərhum N.Hüseynovun əlilliyinin mövcud olmasını təsdiq edən şəhadətnamə (yaxud digər hər hansı sənəd) aşkar edilməmişdir.

26. Yəni, hazırkı işdə mərhum X7 əvvəllər əlillik təyinatı aparılması, həmin əlilliklə əlaqədar ona hər hansı sosial ödəmənin aparılması müəyyən edilməmişdir.

27. Ümumiyyətlə isə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və hərbi-həkim komissiyalarının verdiyi Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır və əlilliyin müəyyən edilməsinə dair qərar qəbul edilir. Yalnız bundan şəxs əlilliyi müəyyən olunmuş şəxs hesab edilir.

28. Qüvvədə olan qanunvericilikdə cavabdeh orqanın səlahiyyətinə aid edilmiş məsələlərdə əlilliyinin mövcud olmasını təsdiq edən şəhadətnamənin verilməsi kimi səlahiyyət, belə bir sənədin verilməsi nəzərdə tutulmamışdır.

29. Bununla da cavabdeh orqan tərəfindən iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması halı müəyyən edilmir.

30. Halbuki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

31. Məhkəmə hesab edir ki, hazırkı işdə cavabdeh tərəfindən iddiaçının istinad etdiyi hallar üzrə onun hər hansı hüquqlarının pozulmasına yol verilmədiyindən, bu barədə faktiki halların mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilmədiyindən iddia mümkün sayılmamalıdır.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

33. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.

Nəticəvi hissə:

34. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar