Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-949/2022 14.06.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Zeynalov Yasin Namik oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi, hərbi xidmətə bərpa edilməsi və məcburi işburaxma günlərinə görə əmək haqqının ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Müdafiə nazirinin N dekabr N0N1-ci il tarixli, 355 nömrəli əmrinin ləğv edilməsi, müddətdən artıq hərbi xidmətə bərpa edilməsi, məcburi işburaxma günlərinə görə əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 15 oktyabr N010-cu ildə hərbi xidmətə qəbul olmuşdur. 1 il 6 ay müddətində N saylı hərbi hissədə əsgər rütbəsində baş atıcı və tuşlayıcı vəzifələrində xidmət etmişdir. 01 aprel N01N-ci ildə AR Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Müddətli həqiqi hərbi xidməti başa vursa da, sonradan vətənə xidməti davam etdirmişdir. Belə ki, 17 iyul N0N0-ci ildə bağlaşma əsasında N saylı hərbi hissədə müddətdən artıq hərbi xidmətə başlamışdır. Maddi, texniki təminat bölüyündə əsgər rütbəsində, sürücü vəzifəsində müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) olmuşdur. Həm hərbi xidmət zamanı, həm də İİ Qarabağ Müharibəsində təminat yanacaq avtomobili sürmüşdür. N7 sentyabr N0N0-ci ildə başlayan İİ Qarabağ Müharibəsi zamanı N saylı hərbi hissənin tərkibində Tərtər və Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirən, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənən hərbi qulluqçulardan biri də o olduğuna görə X7 18 dekabr N0N0-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdir. Anası ağır şəkər xəstəsidir. N0N1-ci ilin dekabr ayının əvvəlində anası koma vəziyyətinə düşdüyü üçün xəstəxanaya yerləşdirilib. Yalnız bir dəfə həmin gün smartfon telefondan ailə üzvlərinə zəng edərək anasının əziyyəti barədə xəbər almışdır. Smartfon telefondan bundan başqa vaxtda, hər hansı başqa məqsədlər üçün (şəkil və ya video çəkmək, sosial şəbəkələrdən istifadə etmək və s. istifadə etməmişdir. Telefon bölük komandirinin dolabında olub. Briqada üzrə cavabdeh, baş leytenant Firuz Abbasov bölüyə baxmağa gələndə dolabda olan smartfon telefonu görərək, telefonun kimin olduğunu soruşub, onun olduğunu demişdir. Anasının vəziyyətini ona izah edib, smartfon telefondan yalnız bir dəfə anasının vəziyyətindən xəbər bilmək üçün istifadə etdiyini bildirərək, əməlindən səmimi peşman olduğunu demişdir. F.Abbasov baş verənləri hərbi hissə komandiri, polkovnik-leytenant Emin Kamalova məruzə etməyəcəyini desə də, növbəti gün hərbi hissə komandiri məsələ ilə bağlı onu yanına çağırıb. O, anasının ağır vəziyyətini hərbi hissə komandirinə də bildirmiş və əməlindən səmimi peşman olduğunu demişdir. Lakin buna baxmayaraq, növbəti gün Müdafiə Nazirliyinin N dekabr N0N1-ci il tarixli, 355 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi ilə (xidməti uyğunsuzluğa görə) vaxtından əvvəl ehtiyyata buraxılmış və hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır. Cavabdehin N dekabr N0N1-ci il tarixli, 355 nömrəli əmrini qanunsuz və əsassız hesab edir. O, haqsız olaraq hərbi xidmətdən xidməti uyğunsuzluğa görə vaxtından əvvəl ehtiyyata buraxılmışdır. Qeyd edilən əsasla ehtiyyata buraxıla biləcək kobud pozuntulara yol verməmişdir. O, evin tək oğludur. X1 İ Qarabağ Müharibəsi iştirakçısıdır, müharibə veteranıdır. Yaşlı və xəstə olan anası və atası onun himayəsindədir. Evin bütün xərci, eləcə də ağır xəstə anasının müalicə, həkim xərcləri onun üzərindədir. Kredit borcu var. Hərbi xidmətdən vaxtından əvvəl ehtiyata buraxılandan işsizdir, heç bir yerdən gəliri yoxdur. Atası da, anası da işsizdir, anası ağır xəstədir. Ailəlidir, himayəsində azyaşlı övladı var, heç bir yerdə işləmir, ailəsini dolandıracaq gəlir yeri yoxdur. Vəziyyətləri həddən artıq pisdir. Ailəsinin yeganə dolanışıq yeri hərbi xidmət zamanı aldığı əmək haqqı idi. İş üzrə şifahi məhkəmə baxışı iclası 14 iyun N0NN-ci il tarixə təyin edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbinə dair etiraz edərək izahatında bildirmişdir ki, iş materiallarından görünür ki, xx.xx.N0N1-ci il tarixdə N nömrəli hərbi hissənin maddi-texniki təminat bölmə (Q4) rəisi kapitan Rəşad Məmmədov hərbi hissə komandirinə raportla müraciət edərək MAHHXHQ əsgər İddiaçı qadağan olunmuş smartfon tipli telefon işlətdiyinə, vəzifə və səlahiyyətlərinin öhdəsindən gələ bilmədiyinə, günün nizam qaydasını pozduğuna görə MAHHXHQ-ın şərəf məhkəməsində dinlənilməsi barədə vəsatət qaldırılmasını xahiş etmişdir. Bundan başqa, İddiaçı xidməti xasiyyətnaməsində sonuncunun xidmət etdiyi müddətdə öz vəzifə borcunu bilməməsi, xidməti vəzifələrini yerinə yetirməkdə çətinlik çəkməsi, komandirlərə və rəislərə hörmət göstərməməsi öz əksini tapmışdır. Eyni zamanda, “ehtiyata buraxılma haqqında təqdimat yuxarı instansiyaya göndərilən zaman aparılmış söhbət vərəqəsində İddiaçı öz xətti ilə ona məxsus smartfon tipli mobil telefonun N0N1-ci ilin dekabr ayının əvvəllərində baş leytenant Feruz Abbasova təqdim etməkdən açıq-aşkar imtina etməsini qeyd etməklə yanaşı, yuxarıda göstərilənlərin düzgünlüyünü şəxsi imzası ilə imzalamışdır. İddiaçı xidmətə münasibəti ilə bağlı N nömrəli hərbi hissə müddətdən artıq xidmət edən həqiqi hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsinin protokolunda göstərilir ki, iddiaçının barəsində xidmətdə buraxdığı nöqsanlara və intizam pozuntularına görə 1 dəfə “töhmət” və 3 dəfə “şiddətli töhmət” intizam tənbehi tədbirləri tətbiq olunmuşdur. Müddətdən artıq xidmət edən həqiqi hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsi iddiaçının xidməti uyğunsuzluğa görə Azərbaycan Ordusundan ehtiyata buraxılması barədə vəsatət qaldırmış, komandanlıq vəsatətlə razılaşaraq N nömrəli hərbi hissə komandirinə təqdimat vermiş, N nömrəli hərbi hissə komandirinin N əç nömrəli 03 dekabr N0N1-ci il tarixli əmri ilə iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İnzibati akt qəbul edildikdən sonra iddiaçı vəzifəsini təhvil vermiş, hərbi hissə komandirinin əmri ilə qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə Şəhər Şöbəsinə göndərilmişdir. Bir sözlə əmr tam icra olunmuşdur. Komandanlıq iddiaçı ilə xidməti münasibətlərə xitam verərkən qeyd edilən qanunvericilik aktlarının tələblərinə riayət etmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxayaraq, məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 6N.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, hazırkı iddia tələbi mübahisələndirmə haqında iddia tələbidir və iddia tələbi üzrə ümumi və xüsusi mümkünlük şərtlərinə əməl edilmiş, iddiaçı barəsində qəbul edilmiş əlverişsiz inzibati aktın ləğv edilməsini və onun hüquqi nəticələrinin aradan qaldırılmasını xahiş etmişdir. Mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; N. iddianın məqsədi inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsinə və dəyişdirilməsinə yönəlməli; 3. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 4. İddia qaldırmaq səlahiyyəti olmalı; 5. iddia qaldırmaq üçün müəyyən edilən müddətə riayət edilməlidir. (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin N.N.1, 3N.1, 35.1, 38.1 maddələri, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73. maddəsi). Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: - İddiaçı xidməti xasiyyətnaməsinin təsdiqlənmiş surətindən görünür ki, MAHHXHQ əsgər İddiaçı N0N0-ci ildən N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyündə xidmət etmişdir. Xidmət etdiyi müddətdə öz vəzifə borcunu bilməmişdir. Hərbi işini vicdanla öyrənmiş, komandirlərin ona öyrətdiklərini yaxşı yadda saxlanılmamışdır. Öz xidməti vəzifələrini yerinə yetirməkdə çətinlik çəkir, komandirlərin əmr və sərəncamlarına əməl etməkdə çətinlik çəkir. Öz yoldaşlarını nalayiq hərəkət etməkdən çəkindirə bilmir, komandirlərə və rəislərə hörmət göstərmir, hərbi nəzakət, davranış qaydalarına riayət edir. Öz silahını və texnikasını həmişə saz, təmiz və döyüşə hazır vəziyyətdə saxlayır. Şəxsi və ictimai gigiena qaydalarına əməl edir. - İddiaçı xidmət vərəqəsinin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.N0N1ci il tarixdə sıra baxışına hazırlıqsız olduğuna görə ona xx.xx.N0N1-ci il tarixdə “töhmət”, xx.xx.N0N1-ci il tarixdə günün nizam qaydasını pozduğuna görə xx.xx.N0N1-ci il tarixdə “şiddətli töhmət”, xx.xx.N0N1-ci il tarixdə nizam-intizam qaydalarını pozduğuna görə xx.xx.N0N1-ci il tarixdə “şiddətli töhmət” və xx.xx.N0N1-ci il tarixdə qadağan olunmuş smartfon telefon işlətdiyinə görə xx.xx.N0N1-ci il tarixdə “şiddətli töhmət” verilmişdir. - İddiaçı ilə aparılmış 1-ci və N-ci söhbət vərəqələrinin təsdiqlənmiş surətlərindən görünür ki, İddiaçı xəstəsi olduğu üçün smartfon telefondan istifadə etdiyini bildirmiş və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən hərbi xidmətdən ehtiyata buraxılmamasını xahiş etmişdir. - N6 noyabr N0N1-ci il tarixli raportun təsdiqlənmiş surətindən görünür ki, N nömrəli hərbi hissənin maddi-texniki təminat bölmə (Q4) rəisi kapitan Rəşad Məmmədov hərbi hissə komandirinə raportla müraciət edərək MAHHXHQ əsgər İddiaçı qadağan olunmuş smartfon tipli telefon işlətdiyinə, vəzifə və səlahiyyətlərinin öhdəsindən gələ bilmədiyinə, günün nizam qaydasını pozduğuna görə MAHHXHQ-ın şərəf məhkəməsində dinlənilməsi barədə vəsatət qaldırılmasını xahiş etmişdir. - N nömrəli hərbi hissənin müddətdən artıq xidmət edən həqiqi hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsinin N6 noyabr N0N1-ci il tarixli, 46 nömrəli protokolundan çıxarışın təsdiqlənmiş surətindən görünür ki, N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün raket artilleriya silahlarının təmiri qurupunda sürücü usta vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı tutulan iradlarla razılaşdığını, səhv etdiyini bildirmiş, bağışlanmasını istəmiş, bir daha təkrarlanmayacağına söz vermişdir. - N nömrəli hərbi hissənin müddətdən artıq xidmət edən həqiqi hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsinin N6 noyabr N0N1-ci il tarixli, qərarından çıxarışın təsdiqlənmiş surətindən görünür ki, N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün raket artilleriya silahlarının təmiri qurupunda sürücü usta vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı istifadəsi qadağan olunmuş smartfon tipli telefon aşkar olunmuş, lakin telefonu verməkdən imtina etmiş, vəzifə səlahiyyətlərinin öhdəsindən gələ bilmədiyi üçün, xidməti vəzifələrini yerinə yetirə bilmədiyinə görə ona “xidməti uyğunsuzluğa görə” Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması elan edilməsi barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. - N8 noyabr N0N1-ci il tarixli təqdimatın təsdiqlənmiş surətindən görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin 41.0.6-cı bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılması barədə vəsatət qaldırılmışdır. -N saylı hərbi hissə komandirinin N dekabr N0N1-ci il tarixli, 355 nömrəli əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər XN, N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün avtomobil təmiri taqımının raketartilleriya silahlarının təmiri qrupunun sürücü-ustası, N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N1-ci il tarixli, 036 əç nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41-ci maddəsinin 41.0.6-cı bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq müddətdən artıq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə, N dekabr N0N1-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün SHXÇDX-nin Bərdə rayon şöbəsinə göndərilmişdir. - N nömrəli hərbi hissə komandirinin araışının surətindən görünür ki, həqiqətən də N nömrəli hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı “Hərbi vəzifə və Hərbi Xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.6-cı maddəsinə əsasən N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N1-ci il tarixli, N əç nömrəli əmri ilə ordu sıralarından ehtiyata buraxılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün raket artilleriya silahlarının təmiri qrupunda sürücü usta vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətdə olarkən qadağan olunmuş smartfon telefon işlətdiyinə, vəzifə və səlahiyyətlərinin öhdəsindən gələ bilmədiyinə, günün nizam qaydasını pozduğuna görə barəsində 1 dəfə “töhmət” və 3 dəfə “şiddətli töhmət” intizam tənbehi tədbirləri tətbiq olunmuşdur. Müddətdən artıq xidmət edən həqiqi hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsi iddiaçının xidməti uyğunsuzluğa görə Azərbaycan Ordusundan ehtiyata buraxılması barədə vəsatət qaldırmış, komandanlıq vəsatətlə razılaşaraq N nömrəli hərbi hissə komandirinə təqdimat vermiş, N nömrəli hərbi hissə komandirinin N əç nömrəli, 03 dekabr N0N1-ci il tarixli əmri ilə iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. N dekabr N0N1-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış, hərbi hissə komandirinin əmri ilə qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə Şəhər Şöbəsinə göndərilmişdir. Həmçinin, iş materiallarında olan İddiaçı ilə aparılmış 1-ci və N-ci söhbət vərəqələrinin təsdiqlənmiş surətlərindən görünür ki, öz xətti ilə ona məxsus smartfon tipli mobil telefonun N0N1-ci ilin dekabr ayının əvvəllərində baş leytenant Feruz Abbasova təqdim etməkdən açıq-aşkar imtina etməsini qeyd etməklə yanaşı, yuxarıda göstərilənlərin düzgünlüyünü şəxsi imzası ilə imzalamışdır.. “Hərbi xidmətkeçmə haqqında”Əsasnamənin:
1. maddəsinə əsasən bu Əsasnamə «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. N. maddəsinə əsasən bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətəçağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin (bundan sonra Silahlı Qüvvələr adlanacaq) hərbi qulluqçularına tətbiq edilir. Əsasnamənin qüvvəsi eyni zamanda müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçularına da şamil edilir.
156. maddəsinin “e” bəndinə əsasən hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar.
161. maddəsinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Xidmət illəri hesablanarkən bu barədə hərbi qulluqçuya elan edilir. Hərbi qulluqçunun xidmət illərinin hesablanmasına görə etirazına baxılır və hərbi qulluqçunu ehtiyata buraxmağa təqdim etməzdən əvvəl bu barədə qərar qəbul olunur. Zəruri hallarda xidmətin ayrı-ayrı müddətlərinin hesablanması barədə mübahisələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müzakirəsinə çıxarılır.
168. maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156 — 158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun:
3. maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.
4. maddəsinə əsasən hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş, əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. 30.1 maddəsinə əsasən hərbi qulluqçular hüquq pozuntuları törətmək üstündə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq surətdə məsuliyyət daşıyırlar. Hərbi rütbəsindən və xidmət vəziyyətindən asılı olmayaraq hərbi qulluqçular qanun qarşısında bərabərdirlər. Göründüyü kimi, hazırki iş üzrə İddiaçı hərbi xidmətə uyğun olmadığından, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinin tələblərinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.N-ci maddəsinin tələblərinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinin tələblərinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi, hərbi xidmətə bərpa edilməsi və məcburi işburaxma günlərinə görə əmək haqqının ödənilməsi barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin; 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.N. maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir.
Nəticəvi h i s s ə:
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi, hərbi xidmətə bərpa edilməsi və məcburi işburaxma günlərinə görə əmək haqqının ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Emin Axundov