Məhkəmə qərarları › İş №2-1(114)-95/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-95/2021

31.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-95/2021 31.08.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı1 Rüsəm qızı, İddiaçı2, İddiaçı3 və X2 cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X3) Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən 1,5896 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair üçüncü şəxs X1 adına verilmiş 11.06.2018ci il tarixli, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və 11.06.2018-ci il tarixli, AA seriyalı 275898 saylı torpaq sahəsinin planı və ölçüsünün JN-1311 KOD ******* saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında onlara məxsus 0,71 ha hissəsində ləğv edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında, açıq məhkəmə iclasında nəzərdən keçirərək, məhkəmə M üə y y ə n e t d i: İddiaçılar İddiaçı1 Rüsəm qızı, İddiaçı2, İddiaçı3 və X4 (bundan sonra mətndə iddiaçılar) cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X3) 01.06.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən 1,5896 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair üçüncü şəxs X1 adına verilmiş 11.06.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və 11.06.2018-ci il tarixli, AA seriyalı 275898 saylı torpaq sahəsinin planı və ölçüsünün JN-1311 KOD ******* saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında onlara məxsus 0,71 ha hissəsində ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasları 11.08.2021 və 31.08.2021-ci il tarixlərə təyin edilmiş, bu barədə tərəflərə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilmiş, məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçılara göndərilmiş məhkəmə bildirişlərində onlara məhkəmə iclasında iştiraklarının vacibliyi, həmçinin gəlmədikləri təqdirdə iddianın geri götürülmüş sayılacağı barədə xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçılar məhkəmə iclaslarına gəlməmişlər. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən də, məlum olur ki, iddiaçılar məhkəmənin 31.08.2021-ci il tarixli məhkəmə iclası barədə bildirişini 19.08.2021-ci il tarixdə qəbul etmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçılar məhkəmə icraatından yayındığına görə onların iddiası geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Həmin maddənin 5-ci bəndinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Beləliklə, məhkəmə iddianın geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi qənaətinə gəlməklə yanaşı hesab edir ki, iş üzrə icraata xitam verilməsinin əsası iddianın geri götürülmüş sayılması olduğundan, iddiaçı gələcəkdə eyni tələblə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 55 və 80-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1 Rüsəm qızı, İddiaçı2, İddiaçı3 və X2 cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X3) Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən 1,5896 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair üçüncü şəxs X1 adına verilmiş 11.06.2018ci il tarixli, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və 11.06.2018-ci il tarixli, AA seriyalı 275898 saylı torpaq sahəsinin planı və ölçüsünün JN-1311 KOD ******* saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında onlara məxsus 0,71 ha hissəsində ləğv edilməsi tələbinə dair iddiası geri götürülmüş sayılsın və inzibati mübahisəyə dair iş üzrə məhkəmə icraatına xitam verilsin. İddiaçıya izah edilsin ki, gələcəkdə eyni tələblə məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar