Məhkəmə qərarları › İş №2-1(114)-95/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-95/2024

08.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-95/2024 08.08.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “Gədəbəy rayon Qaradağ bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 13 nömrəli qərarı ilə satılmış 0,12 ha həyətyanı torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə inzibati məhkəmə icraatı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Gədəbəy rayon Qaradağ bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 13 nömrəli qərarı ilə satılmış 0,12 ha həyətyanı torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 17 may 2023-cü il tarixli, 2-1(114)-1854/2023 nömrəli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin verilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə tapşırılmışdır. Məhkəmə qərardadı əsasında mütəxəssis tərəfindən tədqiqat obyektinə baxış keçirilmiş və müvafiq mütəxəssis rəyinin hazırlanması təmin edilmişdir. Mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi üçün mübahisəli torpaq sahəsinin invertarlaşmasına dair ekspertiza xərclərinin iddiaçı tərəfindən ödənilməsi və ödəniş qəbzinin məhkəməyə təqdim edilməsi zərurəti yaranmışdır. Bu məqsədlə, iddiaçıya və nümayəndəsi X1 xx.xx.2023-cü il tarixdə məktub ünvanlanmış, əks təqdirdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələblərinə müvafiq olaraq iddianın mümkün sayılmaya, həmin Məcəllənin 55.3-cü maddəsinə əsasən iddia geri götürülmüş sayıla bilməsi barədə xəbərdarlıq edilmişdir. Həmin məktubu iddiaçı xx.xx.2023-cü, nümayəndəsi xx.xx.2023-cü il tarixdə poçt göndərişinin verilməsi barədə xəbərnaməyə imza atmaqla qəbul etmişdir. Daha sonra iddiaçıya və nümayəndəsinə yenidən məhkəmə bildirişi göndərilmiş və həmin bildirişdə göstərilən tarixdə məhkəmə iclasında iştirak etməsi və iş üzrə mübahisəli torpaq sahəsinin invertarlaşmasına dair ekspertiza xərclərinin ödənilməsi və ödəniş qəbzinin məhkəməyə təqdim edilməsi tələb olunmuşdur. Eyni zamanda iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinin tələblərinə əsasən iddianın iddia geri götürülmüş sayılması barədə xəbərdarlıq edilmişdir. Məhkəmə bildirişini xx.xx.2024-cü, nümayəndəsi xx.xx.2024-cü il tarixdə poçt göndərişinin verilməsi barədə xəbərnaməyə imza atmaqla qəbul etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçı məhkəmə icraatından yayındığına görə iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsasən

1. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinin mənasına uyğun olaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinin “Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz” müddəası həmin Məcəllənin 55.3-cü maddəsi əsasında qəbul edilən qərardaddan apellyasiya şikayətinin verilməsi hüququnu məhdudlaşdıran norma kimi qiymətləndirilə bilməz.

2. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır Beləliklə, məhkəmə iddianın geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi qənaətinə gəlməklə yanaşı hesab edir ki, iş üzrə icraata xitam verilməsinin əsası iddianın geri götürülmüş sayılması olduğundan iddiaçı gələcəkdə eyni tələblə məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 55 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “Gədəbəy rayon Qaradağ bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 13 nömrəli qərarı ilə satılmış 0,12 ha həyətyanı torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar