Məhkəmə qərarları › İş №2-1(114)-95/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-95/2025

30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-95/2025 30.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı sanatoriya-kurort putyovkası ilə təmin olunması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı sanatoriya-kurort putyovkası ilə təmin edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2011-ci il tarixli 723 nömrəli qərarı ilə (xəstəlik haqqında şəhadətnamə) İddiaçı aldığı "Şizofreniya, paranoid forma, natamam remissiya mərhələsində" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir.

2. İddiaçı “Şizofreniya paranoid forma” diaqnozu üzrə xx.xx.2011-ci il tarixdə 1 il müddətinə, xx.xx.2014-cü il tarixdə 1 il müddətinə, xx.xx.2015-ci il tarixdə isə müddətsiz “Hərbi xidmət dövrü ilə əlaqədar” ikinci dərəcə əlillik təyin edilmişdir.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 20 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının Sanatoriya-kurort müalicəsinə xx.xx.2022-ci il tarixli göstərişdən görünür ki, İddiaçı “Başın çoxsaylı travmaları qapalı fəqərə sütununun onurğa beyin travması. C6- C7 fəqərəsinin diskin travmatik yırtığı. Cərrahi əməliyyatından sonrakı vəziyyət (xx.xx.2019). C6-C7 diskektomiya, C6 repozisya Peak Cage korporodez, titan lövhə ilə spondilodez. icra olundu. Boyun şöbəsinin fəqərəarası disklərinin mielopatiya ilə zədələnməsi (G99.2*), İşemik mielopatiya. Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, yerişin çətinləşməsi. Spastik paraplegiya, aşağı ətrafların dərin paraparezi, yuxarı ətrafların paraparezi: Şizofreniya paranoid forma. Remissiya mərhələsi” və “C-3 C 4 diskdə 2mm protruziya. Daimi kökcük ağrıları ilə” diaqnozları üzrə sanatoriya-kurort müalicəsi məsləhət görülmüşdür. Həmin göstərişin verildiyi tarixdən 12 ay ərzində (əlillik statusu itirilmədikdə) etibarlı olduğu qeyd edilmişdir.

4. Goranboy Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 81 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən xx.xx.2023-cü il tarixdə Goranboy RMX-nın həkim müayinəsindən keçmiş və ona aşağıda göstərilən diaqnoz təyin edilmişdir. Diaqnoz: “M51.4, L3-L4, L4-L5 disklərdə qabarmalar. L5-S1 diskdə sol paromedikal subartikulyar foreal disk səviyyəli ekstruziyası – 6mm. C3-C4 diskdə 2mm protrusiya. C5-C6 diskdə 2,5mm protrusiya. Radikulopatiya”.

5. İddiaçı sanatoriya-kurort putyovkası ilə təmin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlət Agentliyinə müraciət etmiş və Agentliyin Gəncə-Daşkəsən regional filialı tərəfindən xx.xx.2022-ci il tarixli **********0 nömrəli imtina cavabı ilə ona bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanuna uyğun olaraq o, hərbi qulluqçu kimi pensiya alır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya almaq hüququ olan hərbi qulluqçuların sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 128 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması Qaydası" ilə tənzimlənir. Odur ki, onun Sosial Xidmətlər Agentliyi tərəfindən sanatoriya kurort yollayışı ilə təmin olunmağı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yuxarıda qeyd edilmiş qərarına uyğun deyildir.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2023cü il tarixli 3-17-4/2-X-11864/2023 nömrəli məktubunda bildirilmişdir ki, ona xx.xx.2015-ci il tarixində Hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən ikinci dərəcə müddəsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Bildirilir ki, əlilliyi olan şəxslərin Agentliyə tabe reabilitasiya müəssisələrində reabilitasiya xidmətləri dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 519 nömrəli Qərarı ilə təsdiq edilmiş "X3 hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi Qaydası"na uyğun tərtib olunan X6 əsasən növbəlilik prinsipi üzrə həyata keçirilir. Bu məqsədlə, əlilliyi olan şəxs qeydiyyatda olduğu ərazi üzrə Tibbi-sosial ekspert komissiyasına müraciət etdikdən sonra reabilitasiya tədbirləri üçün növbəyə götürülür.

7. Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri X11 Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2023-cü il tarixli 51 nömrəli məktubunda bildirilmişdir ki, tərəflərindən ona qanunamüvafiq olaraq, növbəlilik əsasında, yollayışın qismən dəyəri ödənilməklə (15%-i) yalnız məcburi dövlət sosial sığorta vəsaitləri hesabına olan sanatorkurort yollayışlarının verilməsi mümkündür. Bunun üçün onun ilk öncə ərazisində yerləşən qeydiyyatda olduğu poliklinikaya müraciət edərək, hansı xəstəlikdən əziyyət çəkdiyi qeyd olunmaqla sanator-kurort arayışı (bu forma 88 və yaxud başqa adda ola bilər) almağı vacibdir. Daha sonra müvafiq sənədlər toplanılmaqla təyinatı üzrə müvafiq sanatoriyaya göndəriş (yollayış) üçün onlara müraciət edə bilər.

8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2023cü il tarixli 3-17-4/2-X-16266/2023 nömrəli məktubunda bildirilmişdir ki, əlilliyi olan şəxslərin Agentliyə tabe reabilitasiya müəssisələrində reabilitasiya xidmətləri dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 519 nömrəli Qərarı ilə təsdiq edilmiş "X3 hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi Qaydası"na uyğun tərtib olunan X6 əsasən növbəlilik prinsipi üzrə həyata keçirilir. Bu məqsədlə, əlilliyi olan şəxs qeydiyyatda olduğu ərazi üzrə Tibbi-sosial ekspert komissiyasına müraciət etdikdən sonra reabilitasiya tədbirləri üçün növbəyə götürülür. Sanatoriya-kurort müalicəsi ilə təmin olunma məsələləri Agentliyin səlahiyyətləri xaricində olduğundan, müraciəti aidiyyəti quruma yönləndirilmişdir.

9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2023cü il tarixli 3-17-3/2-X-19622/2023 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 128 saylı Qərarı və 2021-ci il 23 dekabr tarixli 406 saylı Qərarı ilə təsdiq edilmiş müvafiq Qaydalar ilə müəyyən olunmuş imtiyazlı (əlillərin, 18 yaşadək əlilliyi müəyyən olunmuş şəxs, İkinci Dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil edilməklə, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların va ya 18 yaşınadək yeniyatmelərin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çerobıl AES-də qəzanın nəlicələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş) şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları və "DOST" mərkəzləri tərəfindən putyovka ilə növbəlilik qaydasında təmin olunurlar. Sanatoriya-kurort putyovkası ilə təmin olunmaq məqsədilə növbəyə alınmaq üçün yuxarıda qeyd olunan imtiyazlı şəxslər Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin yerli filiallarının sanatoriya-kurort müalicəsinə göstərişinə və ya yerli tibb müəssisəsinin sanatoriya-kurort arayışına əsasən Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin regional filialına müraciet etməklə növbəlilik əsasında təmin olunurlar. Eyni zamanda bildirilir ki, qeyd olunan Qərarlarla təsdiqlənmiş müvafiq qaydalara əsasən (Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması) "Əmək pensiyaları haqqında" Qanuna uyğun olaraq əlilliyə görə pensiya almaq hüququ olan hərbi qulluqçuların sanatoriya-kurort putyovkası ilə təmin olunması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyəti xaricindədir. Qeyd olunan hərbi qulluqçuların zəruri sənədləri aidiyyəti üzrə müvafiq orqana təqdim etmələri tövsiyə olunur. Qeyd olunan Qərarlarla təsdiqlənmiş müvafiq qaydalara əsasən imtiyazı olmayan şəxslərin sanatoriya-kurort putyovkası (yollayış) ilə təmin olunması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin səlahiyyəti xaricindədir.

10. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 18-1/2-X-12101/2-31-17979/2023 nömrəli məktubunda bildirilmişdir ki, müraciətin araşdırılması üçün TƏBİB tərəfindən Goranboy Rayon Mərkəzi Xəstəxanasına (RMX) sorğu göndərilmişdir. Goranboy RMX tərəfindən təqdim edilmiş məlumatda onun İİ qrup əlilliyə görə müavinət aldığı, Goranboy RMX-nın poliklinikasının ruhi-əsəb kabinetində dispanser qeydiyyatda olduğu, imtiyazlı qrup xəstə kimi davamlı olaraq göstəriş olan dərman preparatları ilə təmin edildiyi və Səhiyyə Nazirliyinin Alt Sistemində 2016-cı il tarixdən vətəndaşların 88 saylı formaları “Online” sistem vasitəsilə göndərildiyi üçün 88 saylı formanın Alt sistemdə mövcud olmadığı bildirilmişdir.

11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 3-17-4/2-X-24757/2023 nömrəli məktubunda bildirilmişdir ki, əlilliyi olan şəxslərin Agentliyə tabe reabilitasiya müəssisələrində reabilitasiya xidmətləri dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 519 nömrəli Qərarı ilə təsdiq edilmiş "X3 hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi Qaydası"na uyğun tərtib olunan X6 əsasən növbəlilik prinsipi üzrə həyata keçirilir. Bu məqsədlə, əlilliyi olan şəxs qeydiyyatda olduğu ərazi üzrə Tibbi-sosial ekspert komissiyasına müraciət etdikdən sonra reabilitasiya tədbirləri üçün növbəyə götürülür. Qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 519 nömrəli Qərarına əsasən anamnezində ruhi xəstəliklər olan şəxslərin reabilitasiya müəssisələrində müalicə kursu keçməsinə tibbi göstəriş yoxdur.

12. Goranboy Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 18-1-39/3-137/2023 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.2011-ci il tarixdən aşağıda göstərilən diaqnoz Goranboy RMX-nın poliklinikasının ruhi-əsəb kabinetində dispanser qeydiyyatında dayanır. Vətəndaş İİ qrup əlildir. Diaqnoz: Şizofreniya, paranoid forma, natamam remissiya mərhələsində. Qeyd: Vətəndaş qeyd olunan diaqnozla xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək Gəncə şəhər Ruhiəsəb Dispanserində stasionar müayinə və müalicədə olmuşdur.

13. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 3-17-4/2-14263/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı dair göndərişin (Forma 088) tarixi Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsisteminə keçilən dövrdən əvvəlki tarixə təsadüf etdiyindən həmin dövrdə göndəriş kağızdaşıyıcı şəklində Tibbi-sosial ekspert komissiyalarına təqdim olunurdu və qiymətləndirmə aparılırdı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 dekabr 2021-ci il tarixli, 406 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası"na əsasən vətəndaş qeyd etdiyi dövrdə 20 nömrəli Tibbi-sosial ekspert komissiyasına yaxınlaşmış, Naftalan sanatoriyakurort mərkəzinə tibbi göstəriş almış, lakin həmin ərazi üzrə xidmət göstərən Sosial Xidmətlər Agentliyinin rayon fililalına təqdim etmədiyindən aktiv növbəliliyi mövcud deyildir.

14. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 3-17-1/2-245556/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, sərəncamda da istinad edilmiş - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 128 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması Qaydası"nın 2-ci hissəsində hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriya-kurort putyovkalarının qiymətinin 75 faizinin, onların hər bir ailə üzvü üçün isə putyovkaların qiymətinin 50 faizi məbləğində pul kompensasiyasının hər il təsdiq edilən dövlət büdcəsində müvafiq istiqamətlərə (bir sıra qurumların adı çəkilməklə) nəzərdə tutulmuş vəsait hesabına ödənildiyi, 3-cü hissəsinə əsasən isə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya alan hərbi qulluqçulara Azərbaycan Respublikasının ərazisində yerləşən sanatoriya-kurort müəssisələrinə verilən putyovkaların (yollayışların) dəyərinin ödənilməsinin dövlət sosial müdafiə fondunun hər il təsdiq edilən büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirildiyi qeyd olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"nin məcburi dövlət sosial sığortası üzrə sanatoriya-kurort müalicəsi üçün xərclərin ödənilməsi qaydasını əks etdirən 9-cu bölməsində isə sığortaolunanların sanatoriya-kurort müəssisələrində müalicə olunmaq üçün aldıqları yollayışların dəyərinin məcburi dövlət sosial sığortası vəsaitləri hesabına ödənildiyini, məcburi dövlət sosial sığorta vəsaitləri hesabına "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq məcburi dövlət sosial sığortasına cəlb olunan bütün sığortaolunanlar və məcburi dövlət sosial sığortası üzrə pensiya alan pensiyaçılar olan vətəndaşlara sanatoriya-kurort yollayışlarının dəyərinin tam və ya qismən ödənildiyini, eyni zamanda sanatoriya-kurort müalicəsi üzrə xərclərin maliyyələşdirilməsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada tələb olunan vəsaitin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına ayrılması yolu ilə həyata keçirildiyini, ayrılan vəsaitlərin məqsədyönlü xərclənməsinə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının məsuliyyət daşıdığını, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sanatoriya-kurort müalicəsi üzrə daxil olan vəsaitin və xərclərin uçotunu aparmalı olduğunu, bu barədə Fonda hər rüb artan yekunla müəyyən olunmuş formada hesabat təqdim etməli olduğunu, həmkarlar ittifaqlarının orqanlarının sanatoriya-kurort müalicəsi vəsaitlərinin düzgün və məqsədyönlü xərclənməsinə nəzarət etmələrini, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına sığortaolunanların sanatoriya-kurort müalicəsinə ayrılan vəsaitlərin düzgün və məqsədyönlü xərclənməsinin ildə bir dəfədən az olmayaraq yoxlanıldığı, sanatoriya-kurort müalicəsinə ayrılan vəsaitin başqa məqsədlərə yönəldilməsinə yol verilmədiyini, sanatoriya-kurort müalicəsi üçün ayrılmış vəsaitin başqa məqsədlərə xərclənməsində günahkar olan şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıdığını təsbit edən və digər əsasən maliyyə əhəmiyyətli tənzimləyici müddəalar əksini tapmışdır. Məlumat üçün əlavə olaraq qeyd etmək lazımdır ki, yuxarıda qeyd edilən müvafiq qanunvericiliyə də uyğun olmaqla, əvvəlki illərdə olduğu kimi, "Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda "Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası xətti ilə sığortaolunanların sanatoriyakurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə xərclər" adlı xərc istiqaməti ilə (3.2-ci maddə ilə) vəsait nəzərdə tutulmuş, həmin məbləğ üzrə ilin əvvəlindən etibarən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında müvafiq qaydada razılaşdırılmış aylıq və rüblük bölgüyə uyğun olaraq Fonddan Konfederasiyaya aylıq vəsait məbləğlərinin köçürülməsi davam etdirilməkdədir. Bununla belə, qeyd edilənlərə də nəzərən məsələ ilə bağlı həll yolunun müəyyənləşdirilməsinin, o cümlədən tələb edilən məlumat və informasiyaların əldə olunmasının bilavasitə Fondun funksional imkanları dairəsində olmaması nəzərə alınaraq məsələyə Fond səviyyəsində daha geniş rakursdan baxılaraq konkret həll istiqamətlərinin müəyyənləşdirilməsi mümkün olmamaqdadır.

15. Məhkəmənin sorğusuna N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli ******* nömrəli cavab məktubunda bildirilmişdir ki, "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə və "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 148-ci maddəsinə əsasən "yaşına, xəstəliyinə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış, 20 il və daha çox xidmət etmiş boyük və yüksak rütbəli zabitlər, habelə elə bu qədər xidmət etmiş və xəstəliklərə görə buraxılmış başqa zabitlərin, gizirlərin və miçmanların habelə onların ailə üzvlərinin (arvadının, 16 yaşınadək uşaqlarının), vəfat etmiş böyük və yüksək rütbəli zabitlərin arvadlarının, bu şəxslərin sırasından olub ailə başçısını itirməyə görə pensiya alan pensiyaçıların hərbi-tibbi müəssisələrdə tibbi təminat, sanatoriya- kurort müalicəsi və istirahət hüququ saxlanılır. Qanunvericiliyin qeyd olunan imperativ normaları göründüyü kimi, iddiaçı yaşına, xəstəliyinə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxıldığı hallarda yalnız onun hərbi tibb müəssisələrində, tibbi təminat və sanatoriya-kururot müalicəsi almaq hüququ yaranmış olur.

16. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 3-17-4/2-22212/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı dair göndərişin (Forma 088) tarixi Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsisteminə keçilən dövrdən əvvəlki tarixə təsadüf etdiyindən həmin dövrdə göndəriş kağızdaşıyıcı şəklində Tibbi-sosial ekspert komissiyalarına təqdim olunurdu və qiymətləndirmə aparılırdı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 dekabr 2021-ci il tarixli, 406 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası"na əsasən vətəndaş qeyd etdiyi dövrdə 20 nömrəli Tibbi-sosial ekspert komissiyasına yaxınlaşmış, Naftalan sanatoriyakurort mərkəzinə tibbi göstəriş almış, lakin həmin ərazi üzrə xidmət göstərən Sosial Xidmətlər Agentliyinin rayon fililalına təqdim etmədiyindən aktiv növbəliliyi mövcud deyildir.

17. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli 3-23/2-1373/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin fəaliyyətinin təmin olunması üçün hər il dövlət büdcəsində müvafiq məbləğdə vəsait nəzərdə tutulur və onun tərkibində əlilliyi olan şəxslərin sanatoriya-kurort müalicəsinin təşkili üçün yollayışların alınması xərcləri mövcuddur.

18. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2025-ci il tarixli 3-17-3/2- 9759/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 128 nömrəli qərarı ilə təsdiq olunmuş qərara uyğun olaraq İkinci Dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil edilməklə, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların, əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar (əmək zədəsi və peşə xəstəliyi səbəbindən əlil və ya sağlamlıq imkanları məhdud uşaq olanlar və "Əmək pensiyaları haqqında" Qanuna uyğun olaraq əlilliyə görə pensiya almaq hüququ olan hərbi qulluqçular istisna olmaqla), sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi barədə göstəriş verilmişdir. Sözügedən Qərarla təsdiqlənmiş müvafiq qaydalara əsasən (Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması) "Əmək pensiyaları haqqında" Qanuna uyğun olaraq əlilliyə görə pensiya almaq hüququ olan hərbi qulluqçuların sanatoriya-kurort putyovkası ilə təmin olunması Sosial Xidmətlər Agentliyinin səlahiyyəti xaricindədir. II. Məhkəmədə icraat

19. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 Goranboy rayon şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, onun sanatoriyakurort putyovkası ilə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

20. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2007-2011-ci illərdə Müdafiə Nazirliyinin 2-ci Ordu Korpusunun 181-saylı hərbi hissəsində zabit kimi xidmət etmiş və döyüş tapşırığını yerinə yetirərkən aldığı xəsarətdən 2-ci qrup əlil kimi ehtiyata buraxılmışdır. Halhazırda da 2-ci qrup əlildir. İddiaçı qanunvericiliyin tələblərinə əsasən sanatoriya-kurort müalicəsinə göndərilməsi üçün Goranboy rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş, Goranboy rayon Mərkəzi Xəstəxanası və Yevlax şəhərində yerləşən 20 Saylı Tibbi Sosial Ekspert Komissiyası onun sanatoriya-kurort müalicəsinə göstərişi təsdiqləmişdir. Bundan sonra iddiaçı verilən bütün sənədlərlə birlikdə DSMF-nin Gəncə- Daşkəsən filialının qəbul şöbəsində olmuş, həmin şöbədən ona sanatoriya putyovkası ilə təmin olunmaq üçün lazım olan sənədlərin siyahısı təqdim edilmişdir. İddiaçı hesab edir ki, həmin siyahıda olan sənədlər heç birinin onun toplamağına ehtiyacı yoxdur. Belə ki, göstərilən sənədlər siyahısını ona xəstəxana tərəfindən verilən sənədlər əvəz edir və sanatoriya putyovkası ilə təmin olunmaq üçün lazım olan sənədlər elektron hökumət alt sistemində mövcuddur.

21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

22. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü tarixli 2-1(114)-254/2023 saylı qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 Goranboy rayon qəbul şöbəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi ilə əvəz edilmişdir.

23. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü tarixli 2-1(114)- 254/2023 saylı qərarı ilə (hakim F.Hüseynov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı sanatoriya-kurort putyovkası ilə təmin olunma tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.

24. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(104)-306/2023 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2-1(114)-254/2023 saylı qərarı ləğv edilmiş və inzibati iş yenidən baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.

25. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(114)-331/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı sanatoriya-kurort putyovkası ilə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə xüsusi qərardad qəbul edilərək prokurorluq orqanlarına göndərilməsinə dair iddiaçının vəsatəti rədd edilmişdir. III. Prosessual məsələlər

26. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərin iddia ərizəsində göstərilmiş ünvanlarına məhkəmə bildirişi göndərilmişdir.

27. İddiaçı və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X10 məhkəmə iclasına gəlmişlər, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

28. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin etirazı məhkəməyə təqdim olunmuşdur.

29. Etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmış (bu qərardadın 6-cı bəndi) və əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli, 128 nömrəli qərarı ilə təsdiq olunmuş qərara əsasən İkinci Dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil edilməklə, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların, əlillər və sağlamlıq imkanları məhdud uşaqlar (əmək zədəsi və peşə xəstəliyi səbəbindən əlili və ya sağlamlıq imkanları məhdud olan uşaqlar və “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əlilliyə görə pensiya almaq hüququ olan hərbi qulluqçular istisna olmaqla) sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi barədə göstəriş verilmişdir. həmin Qərarla təsdiqlənmiş Qaydalara əsasən (Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması) "Əmək pensiyaları haqqında" Qanuna uyğun olaraq əlilliyə görə pensiya almaq hüququ olan hərbi qulluqçuların sanatoriya-kurort putyovkası ilə təmin olunması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyəti xaricindədir. Vətəndaş (İddiaçı (hal-hazırda pensiya almaq hüququ olan hərbi qulluqçu olduğundan) sanatoriya-kurort putyovkaları ilə bağlı tələb yönəldilə bilən subyekt qismində çıxış edə bilməz.

30. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

31. Cavabdehin nümayəndəsi X10 məhkəmə iclasında iddiaya etiraz edərək, onun mümkün sayılmamasını xahiş etmişdir.

Əsaslandırma hissəsi:

32. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

33. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

34. İş materiallarında olan sənədlərlə müəyyən edilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2011-ci il tarixli 723 nömrəli qərarı ilə (xəstəlik haqqında şəhadətnamə) İddiaçı aldığı "Şizofreniya, paranoid forma, natamam remissiya mərhələsində" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir.

35. İddiaçı sonuncu dəfə Gəncə Ruhi-Nevroloji Dispanserin göndərişi üzrə “Şizofreniya paranoid forma” diaqnozu üzrə xx.xx.2015-ci il tarixdən müddətsiz “Hərbi xidmət dövrü ilə əlaqədar” ikinci dərəcə əlillik təyin edilmişdir.

36. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 20 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının Sanatoriya-kurort müalicəsinə xx.xx.2022-ci il tarixli göstərişə əsasən, İddiaçı “Başın çoxsaylı travmaları qapalı fəqərə sütununun onurğa beyin travması. C6-C7 fəqərəsnin diskin travmatik yırtığı. Cərrahi əməliyyatından sonrakı vəziyyət (xx.xx.2019). C6-C7 diskektomiya, C6 repozisya Peak Cage korporodez, titan lövhə ilə spondilodez. icra olundu. Boyun şöbəsinin fəqərəarası disklərinin mielopatiya ilə zədələnməsi (G99.2*), İşemik mielopatiya. Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, yerişin çətinləşməsi. Spastik paraplegiya, aşağı ətrafların dərin paraparezi, yuxarı ətrafların paraparezi:” diaqnozları üzrə sanatoriya-kurort müalicəsi məsləhət görülmüşdür.

37. İddiaçı sanatoriya-kurort putyovkası ilə təmin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlət Agentliyinə müraciət etmiş və Agentliyin xx.xx.2022-ci il tarixli **********0 nömrəli imtina cavabı ilə ona bildirmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanuna uyğun olaraq o, hərbi qulluqçu kimi pensiya alır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya almaq hüququ olan hərbi qulluqçuların sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 128 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması Qaydası" ilə tənzimlənir. Odur ki, onun Sosial Xidmətlər Agentliyi tərəfindən sanatoriya kurort yollayışı ilə təmin olunmağı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yuxarıda qeyd edilmiş qərarına uyğun deyildir.

38. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə cavabdeh Sosial Xidmətlər Agentliyi iddiaçının müraciətini təmin edərkən, iddiaya yazılı etirazında və çoxsaylı məktublarında istinad etdiyi hal – iddiaçının pensiya almaq hüququ olan hərbi qulluqçu olması və həmin növ kateqoriya şəxslərə münasibətdə sanatoriya-putyovka göndərişi verilməsinin Agentliyin səlahiyyətində olmadığı, bu məqsədlər üçün Agentliyə maliyyə vəsaitinin ayrılmamasıdır.

39. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 avqust 2002-ci il tarixli 128 nömrəli Qərarı ilə 2 Qayda təsdiq edilmişdir: 1) "Əlillərin, sağlamlıq imkanları məhdud uşaqların, İkinci Dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil olmaqla, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydaları. 2) "Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriyakurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması Qaydası".

40. "Əlillərin, sağlamlıq imkanları məhdud uşaqların, İkinci Dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil olmaqla, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydalarına görə: Bənd 1. Bu Qaydalar "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli, 614 nömrəli Fərmanının icrası olaraq hazırlanmışdır və əlillərin, sağlamlıq imkanları məhdud uşaqların, İkinci Dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil olmaqla, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların sanatoriya-kurort müalicəsi ilə təmin edilməsini tənzimləyir. Bənd 2. Sanatoriya-kurort müalicəsini almaq üçün sanatoriya-kurort putyovkaları (yollayışları) işləməyənlərə - dövlət büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlarda işləyənlərə isə dövlət sosial müdafiə fondunun büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına bu Qaydalarda göstərilmiş şəxslərə növbəlilik əsasında pulsuz verilir. Bənd 3. Əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar (əmək zədəsi və peşə xəstəliyi səbəbindən əlil və ya sağlamlıq imkanları məhdud uşaq olanlar və "Əmək pensiyaları haqqında" Qanuna uyğun olaraq əlilliyə görə pensiya almaq hüququ olan hərbi qulluqçular istisna olmaqla), İkinci Dünya müharibəsi iştirakçıları, şəhid ailəsi statusunu almış ailənin üzvləri, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlar sanatoriya-kurort putyovkası ilə: işləyənlər - iş yerindən, işləməyənlər isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları və “DOST” mərkəzləri tərəfindən təmin olunurlar (tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində).

41. "Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriyakurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması Qaydasına görə: Bənd 1. Bu Qayda "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli, 614 nömrəli Fərmanının icrası olaraq hazırlanmışdır və hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa), "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq əlilliyə görə pensiya almaq hüququ olan hərbi qulluqçuların və xüsusi rütbəsi olan əməkdaşların (bundan sonra - hərbi qulluqçular) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunmasını tənzimləyir. Bənd 2. Hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriya-kurort putyovkalarının qiymətinin 75 faizi, onların hər bir ailə üzvü üçün isə putyovkaların qiymətinin 50 faizi məbləğində pul kompensasiyası hər il təsdiq edilən dövlət büdcəsində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidməti, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və X2 Xidməti, X4 Dövlət Agentliyi, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə nəzərdə tutulmuş vəsait hesabına ödənilir. Bənd 3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əlilliyə görə pensiya alan hərbi qulluqçulara Azərbaycan Respublikasının ərazisində yerləşən sanatoriya-kurort müəssisələrinə verilən putyovkaların (yollayışların) dəyərinin ödənilməsi dövlət sosial müdafiə fondunun hər il təsdiq edilən büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir. Bənd 4. Sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsini almaq üçün hərbi qulluqçular tibb müəssisəsi tərəfindən verilmiş sanatoriya-kurort kartasını və ərizələrini müvafiq orqana təqdim etməklə növbəyə götürülərək putyovkalarla təmin olunurlar.

42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 dekabr 2021-ci il tarixli 405 saylı Qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 avqust 2002-ci il tarixli 128 nömrəli Qərarına aşağıdakı dəyişikliklər edilmişdir:

1. Adında və 1-ci hissədən “Əlillərin, sağlamlıq imkanları məhdud uşaqların,” sözləri çıxarılsın.

2. Həmin Qərarla təsdiq edilmiş “Əlillərin, sağlamlıq imkanları məhdud uşaqların, İkinci Dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil edilməklə, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideynlərini itirmiş və valideyn himayə-sindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydaları” üzrə: 2.1. adından və 1-ci hissədən “Əlillərin, sağlamlıq imkanları məhdud uşaqların,” sözləri çıxarılsın; 2.2. 3-cü hissə üzrə: 2.2.1. birinci abzasdan “Əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar (əmək zədəsi və peşə xəstəliyi səbəbindən əlil və ya sağlamlıq imkanları məhdud uşaq olanlar və “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əlilliyə görə pensiya almaq hüququ olan hərbi qulluqçular istisna olmaqla),” sözləri çıxarılsın; ...

43. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 dekabr 2021ci il tarixli 406 saylı Qərarı ilə “Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası” təsdiq edilmişdir.

44. Həmin Qaydaya görə: Bənd 4.1. Əlilliyi olan şəxslər (bu Qaydanın 4.2-ci bəndində nəzərdə tutulan işləyən əlilliyi olan şəxslər və 4.3-cü bəndində nəzərdə tutulan əlilliyi olan şəxslər istisna olmaqla) Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası tərəfindən tərtib edilmiş X5 nəzərdə tutulduğu halda Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi (bundan sonra – Xidmətlər Agentliyi) və Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (bundan sonra – Təminat Agentliyi) tərəfindən ölkə hüdudları daxilində müalicə üçün sanatoriya-kurort putyovkası (yollayışı) ilə pulsuz təmin olunurlar. Bənd 4.2. İşləməyən əlilliyi olan şəxslər dövlət büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına, dövlət orqanlarında (qurumlarında), mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlarda (bundan sonra – təşkilat) işləyən əlilliyi olan şəxslər Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi olan şəxslər isə təqsirkar işəgötürənin vəsaiti hesabına işəgötürən tərəfindən sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunurlar. Bənd 4.3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, pensiya almaq hüququ olan hərbi qulluqçuların sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 128 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması Qaydası” ilə tənzimlənir. Bənd 4.4. Sanatoriya-kurort putyovkası (yollayışı) ildə bir dəfədən çox olmamaqla növbəlilik qaydasında verilir. Bənd 4.5. Sanatoriya-kurort putyovkasının (yollayışının) verilməsi barədə X5 göstəriş müəyyən edildikdən sonra əlilliyi olan şəxs 1 (bir) iş günü müddətində növbəyə götürülür. Sanatoriya-kurort putyovkası (yollayışı) üçün növbəlilik Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi (bundan sonra – MEİS) üzərindən avtomatlaşdırılmış qaydada təmin edilir.

45. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 dekabr 2021ci il tarixli 405 saylı Qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 avqust 2002-ci il tarixli 128 nömrəli Qərarına dəyişikliklər edilərək, həmin Qərarla təsdiq edilmiş “Əlillərin, sağlamlıq imkanları məhdud uşaqların, İkinci Dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil edilməklə, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideynlərini itirmiş və valideyn himayə-sindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydaları” üzrə adından və 1-ci hissədən “Əlillərin, sağlamlıq imkanları məhdud uşaqların,” sözləri çıxarılmış, həmçinin 3-cü hissənin birinci abzasından “Əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar (əmək zədəsi və peşə xəstəliyi səbəbindən əlil və ya sağlamlıq imkanları məhdud uşaq olanlar və “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əlilliyə görə pensiya almaq hüququ olan hərbi qulluqçular istisna olmaqla),” sözləri çıxarılmış və Nazirlər Kabinetinin həmin tarixdə 406 saylı Qərarı ilə yeni Qaydalar - “Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası” təsdiq edilmişdir ki, həmin Qaydaların tələbinə görə (bənd 4.3) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, pensiya almaq hüququ olan hərbi qulluqçuların sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 128 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması Qaydası” ilə tənzimlənir.

46. Cavabdeh orqan iddiaçının əlilliyə görə pensiya alan hərbi qulluqçu olmasına istinad edərək, iddiaçıya sanatoriya-putyovkası verilməsinin “Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması Qaydası” ilə tənzimləndiyini və belə olan halda, həmin tənzimləmənin Sosial Xidmətlər Agentliyinin səlahiyyətində olmadığını iddia edir.

47. İddiaçı isə xəstəliyinə görə ehtiyata buraxılmasına və əliliyə görə pensiya almasına baxmayaraq, onun “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əlilliyə görə pensiya almaq hüququ olan hərbi qulluqçu olmadığını, sözügedən Qaydaların yaşa görə əmək pensiyası hüququ olan hərbi qulluqçulara şamil edildiyini, ona sanatoriyaputyovkanı məhz Sosial Xidmətlər Agentliyinin verməli olduğunu iddia edir.

48. Məhkəmə bununla bağlı qeyd edir ki, yuxarıda adıçəkilən normada (bənd 4.3) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, pensiya almaq hüququ olan hərbi qulluqçuların sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunması məsələlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 128 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması Qaydası” ilə tənzimləndiyi təsbit edilmiş, yəni pensiya almaq hüququ olan şəxs dedikdə, bunun əlilliyə yaxud yaşa görə pensiya almaq hüququ olan şəxs mənasında ayırmamış, hər hansı fərq qoymamışdır.

49. Məhkəmənin qənaətinə görə, iddiaçıya sanatoriya-putyovka verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin səlahiyyətinə aid deyildir.

50. Məhkəmə digər cavabdeh qismində göstərilən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə münasibətdə isə qeyd edir ki, həmin orqan da hazırki işdə sanatoriyakurort putyovkası (yollayış) verilməsi üçün səlahiyyətli orqan deyildir. Ona görə ki, "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə və "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 148-ci maddəsinə əsasən "yaşına, xəstəliyinə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış, 20 il və daha çox xidmət etmiş boyük və yüksak rütbəli zabitlər, habelə elə bu qədər xidmət etmiş və xəstəliklərə görə buraxılmış başqa zabitlərin, gizirlərin və miçmanların habelə onların ailə üzvlərinin (arvadının, 16 yaşınadək uşaqlarının), vəfat etmiş böyük və yüksək rütbəli zabitlərin arvadlarının, bu şəxslərin sırasından olub ailə başçısını itirməyə görə pensiya alan pensiyaçıların hərbi-tibbi müəssisələrdə tibbi təminat, sanatoriya-kurort müalicəsi və istirahət hüququ saxlanılır.

51. Yəni, şəxs yaşına, xəstəliyinə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxıldığı və 20 il və daha çox xidmət etdiyi halda sanatoriya-kurort müalicəsi almaq hüququ yaranmış olur ki, iddiaçıya münasibətdə həmin şərtin ödənilmədiyi müəyyən edilir.

52. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununa görə: Maddə 13. Sağlamlığın mühafizəsi və sağlamlığa vurulmuş zərərin ödənilməsi hüququ

5. Hərbi qulluqçular və onların ailə üzvləri (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi hüququna, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təmin olunmaq hüququna malikdirlər.

6. Yaşına, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış, 20 il və daha çox xidmət etmiş böyük və yüksək rütbəli zabitlərin, habelə elə bu qədər xidmət etmiş və xəstəliklərə görə buraxılmış başqa zabitlərin, gizirlər və miçmanların, habelə onların ailə üzvlərinin (arvadının, 16 yaşınadək uşaqlarının), vəfat etmiş böyük və yüksək rütbəli zabitlərin arvadlarının, bu şəxslərin sırasından olub ailə başçısını itirməyə görə pensiya alan pensiyaçıların hərbi tibb müəssisələrində tibbi təminat, sanatoriya-kurort müalicəsi və istirahət hüququ saxlanılır.

53. Ümumiyyətlə isə, məhkəmə qeyd edir ki, sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunma bu barədə X5 göstəriş müəyyən edildikdən sonra əlilliyi olan şəxsə növbəlilik qaydasında verilir.

54. Hazırkı işdə iddiaçıya əlillik təyinatı aparılmasına əsas olmuş xəstəlik “Şizofreniya paranoid forma” diaqnozu olmasına baxmayaraq, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 20 nömrəli Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən İddiaçı “Başın çoxsaylı travmaları qapalı fəqərə sütununun onurğa beyin travması. C6-C7 fəqərəsnin diskin travmatik yırtığı. Cərrahi əməliyyatından sonrakı vəziyyət (xx.xx.2019). C6-C7 diskektomiya, C6 repozisya Peak Cage korporodez, titan lövhə ilə spondilodez. icra olundu. Boyun şöbəsinin fəqərəarası disklərinin mielopatiya ilə zədələnməsi (G99.2*), İşemik mielopatiya. Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, yerişin çətinləşməsi. Spastik paraplegiya, aşağı ətrafların dərin paraparezi, yuxarı ətrafların paraparezi:” diaqnozları üzrə sanatoriya-kurort müalicəsinə dair xx.xx.2022-ci il tarixli göstəriş verilmişdir. Hansı ki, iş materiallarında olan sənədlərlə iddiaçıya məhz kurort-müalicəsinə göstəriş müəyyən edən digər xəstəlik halının qeyd edilməsi müəyyən edilməmişdir.

55. Doğrudur, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisənin rəsmiləşdirdiyi göndərişi əldə etmək mümkün olmasa da, sözügedən göndəriş Gəncə Ruhi-Nevroloji Dispanser tərəfindən iddiaçıda olan psixi pozuntu ilə bağlı xəstəlik üzrə rəsmiləşdirildiyindən və həmin əlilliyin təyin olunma meyarı (kodu) 2.2.14 – Şizofreniya, paranoid forma halı olduğundan məhkəmə həmin halın mövcudluğunu istisna edir.

56. Göründüyü kimi, sanatoriya-kurort müalicəsi reabilitasiya tədbiridir və psixi pozuntu xəstəliyinə görə əlilliyi təyin edilmiş şəxsə onurğa sütununun xəstəliklərinə görə kurort müalicəsinə göstərişin verilməsi, dolayısıyla putyovkanın verilməsi mümkün deyildir. Buna baxmayaraq, iddiaçıya xx.xx.2022-ci il tarixdə belə göstəriş verilmiş olsa da, onun qüvvədə olma müddəti 12 ay müəyyən edilmişdir və iddiaçı sözügedən göstərişlə həmin müddətdə putyovka ilə təmin olunmaq üçün növbəliliyə alınma üçün müraciət etməmiş və növbəyə alınmamışdır.

57. Məhkəmə qeyd edir ki, iddiaçı hüquqi marağına çatmaq üçün sanatoriya-kurort müalicəsinə ehtiyac duyduğu xəstəlikləri üzrə əlilliyinin müəyyən edilməsi üçün göndəriş rəsmiləşdirilməsi üçün müraciət etməli, müraciəti müsbət təmin olunduqdan sonra barəsində X9 tərtib olunmaqla, bu zaman onun sanatoriya-kurort müalicəsinə ehtiyacını müəyyənləşdiriləcəyi və belə göstəriş veriləcəyi təqdirdə sanatoriya-kurort müalicəsinə putyovkanın verilməsi üçün aidiyyatı müvafiq quruma müraciət edə bilər.

58. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia ilə bağlı tələbetmə hüququna (subyektiv hüquqa) malik deyil.

59. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.

60. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

61. İPM-in: - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Nəticəvi hissə:

62. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar