Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-954/2022 22.08.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayənəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 1994-cü ilin aprel və may ayları üzrə Samux rayon Kənd Təsərrüfatı və Ərzaq İdarəsində, xx.xx.1995-xx.xx.1997-ci illərdə Samux rayon Təhsil şöbəsində işlədiyi müddət və xx.xx.2019-cu il tarixdən hazırkı vaxtadək "xxxx" MMC-də işləyərkən məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi müddət sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.1995-ci tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi illərinin sosial sığorta stajına daxil edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 2-1(114)-954/2022 nömrəli qərardad ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı il tarixdə Samux rayonunda anadan olmuş və hazırda da həmin rayonda yaşayır. O, 1973-cü ildən əmək fəaliyyətinə başlamış və hazırda da "xxxx" MMC-də işləyir. Əmək kitabçasında qeyd olunan xx.xx.1973-xx.xx.1974 və xx.xx.1976-xx.xx.1991-cı illərdə Xanlar rayon Səfərəliyev adına üzümçülük sovxozunda (xx.xx.1986-cı ildə sovxozun tərkibində olan şərab zavodu ayrıldığı üçün həmin tarixdən 2 nömrəli üzümün emalı zavoduna keçirilmişdir), xx.xx.1991xx.xx.1992-ci illərdə "Bəhruz" kiçik dövlət müəssisəsində, xx.xx.1992-xx.xx.1994-cü illərdə Samux rayon Kənd Təsərrüfatı və Ərzaq İdarəsində, xx.xx.1995-xx.xx.1997-ci illərdə Samux rayon Təhsil şöbəsində, xx.xx.1996-xx.xx.2003-cü illərdə isə Samux rayon X2 işləmiş və xx.xx.1974-xx.xx.1976-cı il tarixədək SSRİ Silahlı Qüvvələrin tərkibində hərbi xidmətdə olmuşdur. xx.xx.2021-ci il tarixdə pensiya yaşına çatdığı üçün pensiya təyin olunması məqsədilə "ASAN Xidmət" vasitəsilə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə müraciət etmiş, cavabdeh orqan isə ona imtina bildirişi təqdim edərək bildirmişdir ki, "əmək kitabçasında göstərilən sığorta stajı Samux rayon dövlət arxivində saxlanılan əmr kitabları və əmək haqqı cədvəllərinə əsasən yoxlanılmış və ümumi stajının 22 il 09 ay 09 gün olmaqla Qanunun 7-ci maddəsinin tələblərini ödəmədiyi müəyyən olunmuşdur. Eyni zamanda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrləri əhatə etmədiyi üçün bu Qanunun 22-1.2.1-ci maddəsi onun üçün şamil olunmur. Bu səbəbdən də yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunur." Cavabdehin bu imtinası qanunsuz və əsassızdır. İnzibati orqan tərəfindən onun xx.xx.1973-xx.xx.1974 (21 gün 11 ay), xx.xx.1976-xx.xx.1986 (17 gün 08 ay 09 il), xx.xx.1986-xx.xx.1991 (08 gün 02 ay 05 il), xx.xx.1991-xx.xx.1992-ci (28 gün 05 ay) illərdə işlədiyi və xx.xx.1974-xx.xx.1976-cı (27 gün ll ay 01 il) illərdə hərbi xidmət olduğu müddət, habelə arxiv arayışları ilə əmək haqqı aldığı 1992-ci ilin may ayından 1994-cü ilin aprel ayınadək olan 01 il 11 ay, 1997-ci ilin yanvar ayından 1999-cu ilin iyul ayınadək olan 2 il 06 ay müddət qəbul edilmiş, həmin dövrlər üzrə 22 il 09 ay sosial sığorta stajı hesablamışdır. Göründüyü kimi, DSMF publik hüquqi şəxs tərəfindən onun 1994-cü ilin aprel və may ayları üzrə Samux rayon Kənd Təsərrüfatı və Ərzaq İdarəsində xx.xx.1995-xx.xx.1997-ci illərdə Samux rayon Təhsil şöbəsində işlədiyi müddət və xx.xx.2019-cu il tarixdən hazırkı vaxtadək "xxxx" MMC-də işləyərkən məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi müddət sosial sığorta stajına daxil edilməmişdir. xx.xx.1995-xx.xx.1997-ci illərdə Samux rayon Təhsil şöbəsində aldığı əmək haqları barədə kitabların dövlət arxivinə təhvil verilməməsi onun təqsiri kimi qiymətləndirilə bilməz. Əmək haqqı kitabları dövlət arxivinə təhvil verilməsə belə, əmrlər kitabları Dövlət arxivinə təhvil verilmiş, həmin kitablarda onun işə girmə və işdən azad edilmə barədə əmrləri mövcud olmuşdur. Bu əsasla pensiya hüququ yarandığı xx.xx.2021ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, ona əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi X6 iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixində pensiya hüququ yaranmış, Fondun 18 saylı regional ərazi filialına (indiki Gəncə-Daşkəsən ərazi filialına) ona yaşa görə əmək pensiyasının təyin olunması üçün ərizə ilə müraciət etmişdir. Müvafiq inzibati orqan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsaslanaraq iddiaçının tələb olunan 25 il sosial sığorta stajina qarşı 22 il 09 ay 09 gün sosial sığorta stajına malik olduğundan imtina məktubu ilə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Cavabdeh inzibati orqan tərəfindən Samux rayon Dövlət Arxivində məsul şəxslərin iştirakı ilə 20 may 2021-ci il tarixli qarşılıqlı yoxlama aktı tərtib edilmişdir. Aktın və arxiv sənədlərinin nəticəsi əsasında mübahisələndirilməyən staj 4 il 5 aydır, yəni iddiaçının Samux rayon Kənd Təsərrüfatı və Ərzaq idarəsində əmək haqqı cədvəllərinə əsasən stajı 1 il 11 ay, Samux rayon X2 əmək haqqı cədvəllərinə əsasən stajı 2 il 6 ay, 1992-ci ildən əvvəlki (hərbi xidmət illəri də daxil olmaqla) mübahisələndirilməyən stajı 18 il 04 ay 09 gündür. Beləliklə, inzibati orqanın cəmi mübahisələndirmədiyi staj 22 il 09 ay 09 gündür. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin "a" bəndinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə, əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativ üzvlük əsasında işləyənlər - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə şəxslərin əmək pensiyası almaq hüququ vardır. Maddənin məzmunundan da göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Arxiv sənədlərinə əsasən, Samux rayon Təhsil Şöbəsinin əməkhaqqı cədvəlləri olmadığından inzibati orqan tərəfindən vətəndaşın həqiqətən də işləyib - işləmədiyini, əməkhaqqı alıb-almadığını və əməkhaqqdan sosial sığorta haqlarının tutulub-tutulmaması yoxlanıla bilmədiyi üçün həmin müəssisədə xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi illər vətəndaşın sosial sığorta stajına daxil edilmir. Eyni zamanda, iddiaçı Samux rayon X2 2003-cü ilədək işlədiyini iddia etsə də, arxiv sənədlərinə əsasən 1999-cu ilin iyun ayınadək əməkhaqqı almışdır. Bu səbəbdən də yalnız əməkhaqqı aldığı dövrlər onun stajına daxil edilmişdir. İddiaçının təqdim etdiyi sənədlərə əsasən 25 il sosial sığorta stajına qarşı 22 il 09 ay 09 gün sosial sığorta stajına malik olduğundan inzibati orqan haqlı olaraq iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - iddiaçıya məxsus ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti; - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinin xx.xx.2021-ci il tarixli 315 nömrəli arayışı; - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Samux rayon İcra Hakimiyyəti Samux rayon Dövlət Arxivinin inzibati orqana ünvnladığı xx.xx.2021-ci il tarixli 101, 102 və 103 nömrəli, iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli 124 nömrəli və məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli 147 nömrəli arxiv arayışları, - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X4 xx.xx.2021-ci il tarixli **********9 nömrəli arayışı və məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli **********9 nömrəli məktubu, - Samux rayon Dövlət Arxivinin əmək haqqı və başqa gəlirlər barədə iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli 115 nömrəli və məhkəməyə ünvanladığı xx.xx.2022ci il tarixli 42 nömrəli arayışları, - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********3 nömrəli imtina bildirişinin əsli; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunu Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********4 nömrəli yazılı etirazı; Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı mahiyyəti baxımından əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mahiyyəti üzrə aşağıdakılara görə əsaslıdır. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Samux rayon Təhsil şöbəsində texniki nəzarətçi işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi mübahisələndirilmiş və bu mövqe onunla əsaslandırılmışdır ki, arxiv sənədlərində iddiaçının Samux rayon Təhsil şöbəsində texniki nəzarətçi işləməsinə dair əməkhaqqı cədvəlləri olmadığndan inzibati orqan tərəfindən iddiaçının həqiqətəndə işləyib-işləmədiyini, əməkhaqqı alıb-almadığını və əməkhaqqından sosial sığorta haqlarının tutulub-tutulmaması yoxlanıla bilmədiyi üçün həmin müəssisədə xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi illər vətəndaşın sosial sığorta stajına daxil edilmir. Halbuki, iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Samux rayon Təhsil şöbəsində texniki nəzarətçi işlədiyi dövr isə iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasında, həmçinin Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Samux rayon İcra Hakimiyyəti Samux rayon Dövlət Arxivinin cavabdehə ünvnladığı xx.xx.2021-ci il tarixli 105 nömrəli arxiv arayışında öz təsdiqini tapmış, cavabdeh həmin arayışın və əmək kitabçasının mötəbərliyini mübahisələndirməmişdir. İşdə olan ИТ-İ ******* nömrəli əmək kitabçasından və Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Samux rayon İcra Hakimiyyəti Samux rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 105 nömrəli arxiv arayışından məlum olur ki, İddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Samux rayon Təhsil şöbəsində texniki nəzarətçi işləmişdir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X7) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Göründüyü kimi arxiv idarəsi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizə işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şühbə altına alınması məntiqə uyğun deyildir. Ona görə də məhkəmə iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Samux rayon Təhsil şöbəsində texniki nəzarətçi işlədiyinə dair arxiv arayışında və əmək kitabçasında göstərilən məlumatları mötəbər sübut sayır və hesab edir ki, həmin dövrlər iddiaçının əmək stajına daxil edilməlidir. Bununla yanaşı müəssisə tərəfindən sənədlərinin arxivə təhvil verilməməsi iddiaçının hüquqlarının məhdudlaşdırılmasına əsas ola bilməz. Digər tərəfdən məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan hal olduğundan, müəssisə tərəfindən hər hansı ödəmənin aparılıb-aparılmaması işçinin səlahiyyətində olmadığından onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalı, işçinin sosial təminat hüququna müdaxilə edilməsinə əsas olmamalıdır. Belə ki, «Məcburi dövlət sığorta haqqının toplanması Qaydaları» və «Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu Qaydaları»-nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 18 noyabr 2014-cü il tarixli, 04 saylı Qərarının 9.1-ci bəndinə əsasən məcburi dövlət sığorta haqqının düzgün hesablanmasına, vaxtında və tam məbləğdə ödənilməsinə nəzarəti DSMF orqanları həyata keçirirlər. DSMF orqanları bu nəzarəti sığortaedənlərin uçotunu aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla həyata keçirirlər. DSMF orqanları tərəfindən aparılan yoxlamalar kameral və ya səyyar ola bilər. Beləliklə, iş materiallarından məlum olur ki, İddiaçı xx.xx.1973-xx.xx.1974-cü illərdə (11 ay, 21 gün) Xanlar rayon Səfərəliyev adına üzümçülük sovxozunda işlədiyi müddət, xx.xx.1974-xx.xx.1976-cı illərdə (01 il, 11 ay 27 gün) hərbi xidmət olduğu müddət, xx.xx.1976-xx.xx.1986-cı illərdə (14 il, 10 ay, 24 gün) Xanlar rayon Səfərəliyev adına üzümçülük sovxozunda (xx.xx.1986-cı ildə sovxozun tərkibində olan şərab zavodu ayrıldığı üçün həmin tarixdən 2 nömrəli üzümün emalı zavoduna keçirilmişdir), xx.xx.1991xx.xx.1992-ci illərdə (05 ay, 27 gün) «Bəhruz» kiçik Dövlət müəssisəsində işlədiyi müddət, xx.xx.1992-xx.xx.1994-cü illərdə (2 il, 7 ay, 11 gün) Samux rayonu Kəndə Təsərrüfatı və Ərzaq İdarəsində işlədiyi müddət, xx.xx.1995-xx.xx.1997-ci illərdə (1 il, 11 ay, 1 gün) Samux rayon Təhsil şöbəsində işlədiyi müddət, xx.xx.1997-xx.xx.2003-cü illərdə (6 il, 1 gün) Samux rayon X1 işlədiyi müddət, hazıradək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X5 işlədiyi müddət arxiv arayışlarına və əmək kitabçasına əsasən nəzərə alınmaqla sosial sığorta stajı cəmi 32 il 01 ay 11 gün təşkil edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci illərdə əmək fəaliyyəti iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməklə iddiaçının yaşa görə əmək pensiyası almaq hüququ yarandığından iddia tələbi təmin edilməli, İddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Samux rayon Təhsil şöbəsində texniki nəzarətçi işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 34.1. maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Samux rayon Təhsil şöbəsində texniki nəzarətçi işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və iddiaçının hüququ yarandığı gündən əlilliyə görə əmək pensiya təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (Gəncə şəhəri, Atatürk pr. 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-954/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-954/2022
22.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver