Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-957/2023 02.03.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1993-cü il tarixdə Bakı şəhəri Yasamal RHK-dan hərbi xidmətə çağırılmış, hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 76 nömrəli əmrilə şəxsi heyətin siyahısına salınmışdır. xx.xx.1993-cü il tarixli N nömrəli əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısndan çıxarılaraq, hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmiş, N nömrəli həri hissə komandirinin xx.xx.1993-cü il tarixli 77 nömrəli əmrilə xx.xx.1993-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyasına və bütün növ təminatlara salınaraq sıravi hərbi rütbəsi verilməklə kursant vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 252 nömrəli əmrilə 06.10. 1993-cü il tarixdən qazan təminatına daxil edilmişdir. İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 253 nömrəli əmrilə 06. 10.1993-cü il tarixdən mexanik - radioteleqrafçı vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 317 nömrəli əmri ilə Beyləqan rayonuna ezamiyyətə göndərilərək, xx.xx.1993-cü il tarixdən qazan təminatından çıxarılmış, həmçinin N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 128 nömrəli əmri ilə Böyük-Bəhmənliyə göndərilmişdir. N nömrəli hərni hissə komandirinin 01.06. 1994cü il tarixli 145 nömrəli əmrində Böyük- Bəhmənlidə ezamiyyə müddətinin 15 gün müddətinə uzadılması barədə məlumat var. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim edilən 4/2- 5079 nömrəli xx.xx.2022-ci il tarixli arxiv arayışında hərbi xidmət keçməsi barədə məlumat var. Füzuli rayonuna ezamiyyətə göndərildikdən sonra döyüş əməliyyatlarında 1994-cü ilə qədər iştirak etmişdir. Onun döyüş əməliyyatlarında iştirakı 1993-cü il tarixdən 1994-cü il tarixə qədər olub. İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin sonuncu bundan imtina etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli, 11/5335 nömrəli iddia ərizəsinə etirazda qeyd olunmuşdur ki, iddiaçının xidmət etdiyi N və N nömrəli hərbi hissələr Silahlı Qüvvələrin Baş Qərərgah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına və iddiaçının ezamiyyətdə olduğu rayonda döyüş əməliyyatları aparılmadığına görə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya" tərəfindən iddiaçının "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-5079 nömrəli arayışından görünür ki, İddiaçı N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında xx.xx.1993-cü il tarixdə Bakı şəhəri Yasamal RHK-dan çağırılmış, hərbi hissə komandirin xx.xx.1993-cü il tarixli 76 №-li əmrilə şəxsi heyətin siyahısına salınması və xx.xx.1993-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılaraq, hərbi xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilməsi barədə məlumat vardır, N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli N №-li əmrində İddiaçı N №-li hərbi hissəyə göndərilməsi barədə məlumat aşkar edilməmişdir, İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 77 №-li əmrilə xx.xx.1993-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq, "sıravi" hərbi rütbəsi verilməklə "kursant" vəzifəsinə təyin edilmiş, N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 2N №-li əmrində 8N №-li hərbi hissənin şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, N №-li hərbi hissə komandirinin sərəncamına göndərilməsi barədə məlumat vardır, N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 252 №-li əmrilə xx.xx.1993-cü il tarixdən qazan təminatına daxil edilmiş, N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 253 №-li əmrilə xx.xx.1993-cü il tarixdən "mexanik-radioteleqrafçı" vəzifəsinə təyin edilmiş, N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 317 №-li əmrində sıravi İddiaçı Beyləqan rayonuna ezamiyyətə göndərilərək, xx.xx.1993-cü il tarixdən qazan təminatından çıxarılması barədə məlumat vardır, N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 128 №-li əmrində sıravi İddiaçı Böyük-Bəhmənliyə 16 (on altı) gün müddətinə (xx.xx.1994xx.xx.1994) ezamiyyətə göndərilərək qazan təminatından çıxarılması barədə məlumat vardır, N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 145 №-li əmrində Böyük- Bəhmənlidə ezamiyyətdə olan sıravi İddiaçı ezamiyyət müddətinin 15 (on beş) gün müddətinə (xx.xx.1994-xx.xx.1994) uzadılması barədə məlumat vardır, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında xx.xx.1996-cı il tarixli 1N №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılaraq, N №-li hərbi hissəyə göndərilməsi barədə məlumat vardır, N №-li hərbi hissə komandirinin xx.xx.1996-cı ila tarixli 1N №-li əmrində gələcək hərbi qulluğunu davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilmiş, xx.xx.1996-cı il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılması barədə məlumat vardır, N №-li hərbi hissədən N №-li hərbi hissəyə göndərilmiş hərbi qulluqçu, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq hərbi xidmətini davam etdirmək üçün rabitə bölüyü komandirinin sərəncamına göndərilmişdir, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1997-ci il tarixli müvafiq əmrinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata tərxis olunduğuna görə, N №-li hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Gədəbəy RHK-na göndərilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, SX ******* nömrəli hərbi biletdən görünür ki, hərbi biletin 7-ci səhifəsində İddiaçı döyüş əməliyyatlarında və xüsusi təyinatlı bölmələrdə iştirakı barədə hər hansı qeyd mövcud deyil. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 4/3-3153 nömrəli və xx.xx.2020-ci il tarixli, 1/M-8045 nömrəli məktublarından görünür ki, N və N nömrəli hərbi hissələr döyüş əməliyyatlarında iştirak etməyib. -işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin xx.xx.2022ci il tarixli, 4/3-11224 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-5079 nömrəli arayışına əsasən N və N nömrəli hərbi hissələr Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına və ezamiyyəti döyüş əməliyyatları aparılan rayon olmadığına görə İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Beləliklə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi şərtdir. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-5079 nömrəli arayışında qeyd olunan müddətlərdə hərbi xidmətdə olsa da, onun xidmət etdiyi N və N nömrəli hərbi hissələr Silahlı Qüvvələrin Baş Qərərgah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmamışdır. Eyni zamanda, qeyd edilməlidir ki, iddiaçının Böyük-Bəhmənliyə ezamiyyətə göndərildiyi müddət (xx.xx.1994-xx.xx.1994) atəşkəsdən (1994-cü il 12 may tarixindən) sonrakı müddətə təsadüf edir, yuxarıda istinad olunan müvafiq Əsasnamənin tələblərinə görə isə onun bilavasitə döyüş əməliyyatlarında iştirak etməsi və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması iş materialları ilə öz təsdiqini tapmır. Buna görə də məhkəmə hesab edir ki, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya" tərəfindən haqlı olaraq iddiaçıya "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir.. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-957/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-957/2023
02.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver