Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-958/2020 08.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı Qasımova Sevil Müzadil qızının, Üçüncü şəxs Məmmədova Əntiqə Talıb qızının iştirakları ilə İddiaçı Qasımova Sevil Müzadil qızının cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinə (üçüncü şəxslər Məmmədova Əntiqə Talıb qızı, Karabela Vəfa Ramiz qızı və Karabela Cemre Ayhan qızı) qarşı qeydiyyatdan çıxarılma tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Qasımova Sevil Müzadil qızı cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinə (üçüncü şəxslər Məmmədova Əntiqə Talıb qızı, Karabela Vəfa Ramiz qızı və Karabela Cemre Ayhan qızı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək üçüncü şəxslər Məmmədova Əntiqə Talıb qızının, Karabela Vəfa Ramiz qızının və Karabela Cemre Ayhan qızının ona məxsus olan ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Qasımova Sevil Müzadil qızı məhkəmə iclasında ərizə təqdim edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Üçüncü şəxs Məmmədova Əntiqə Talıb qızı məhkəmə iclasında iddia tələbinin mümkünsüz sayılmasına etiraz etmədiyini bildirmişdir. Cavabdehə və digər üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə cavabdehin nümayəndəsinin və digər üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Əks halda inzibati mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmır. Odur ki, iddiaçının işə baxmadan iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etməsinə dair ərizəsi nəzərə alınmalı və iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Qasımova Sevil Müzadil qızının cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinə (üçüncü şəxslər Məmmədova Əntiqə Talıb qızı, Karabela Vəfa Ramiz qızı və Karabela Cemre Ayhan qızı) qarşı qeydiyyatdan çıxarılma tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-958/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-958/2020
08.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver