Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-958/2025 07.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ““Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.N973-cü ildə Ermənistanın Vardenis rayonu, Yenikənd kəndində doğulmuşdur. xx.xx.N992-xx.xx.N996-cı illərdə N nömrəli hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı N992-ci ildə Kəlbəcər rayonunda, Çildıranda, Daşaltıda, Şaumyanda, Buzluq, Mənəş, Qaraçinar və Ağdərə döyüş bölgələrində gedən hərbi əməliyyatlarda iştirak etmiş, Ağdərədə gedən döyüşlərdə əllərindən yaralanmış və travma almışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.20N5-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “İddiaçı Xanlar RHK tərəfindən N992-ci ildə hərbi xidmətə çağrılmış, Gəncə hərbi prokurorluğunun xx.xx.20N3-cü il tarixli məktubuna əsasən, qeydiyyata götürülmüş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən N992-ci ildə ağrıları kəskinləşmiş və xx.xx.N992-ci ildən xx.xx.N992-ci ilə kimi Xanlar rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicə olunduğu xəstəliyin diaqnoz: “Xroniki qastritin kəskinləşməsi” (Azərbaycan Respublikası SHXÇDX-nin Göygöl rayon şöbəsinin xx.xx.20N5-ci il tarixli 59 saylı göndərişi, xx.xx.20N5-ci il tarixli 20 saylı arayışı, Xanlar rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.N992-ci il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, MN MHHK-nın həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir) hərbi travmadır və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli arayışdan görünür ki, İddiaçı “odlu silah yaralanması, partlayış travması, sağ əlin, kürək-bel nahiyəsi və sağ aşağı ətrafın çoxsaylı qəlpə yarlanmaları. Postravmatik kobud çapıqlar” diaqnozu qoyulmuşdur. Bu fakt Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Ambulator Kitabçadan (xəstəlik tarixindən) Çıxarışda da təsdiq edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Ambulator Kitabçadan (xəstəlik tarixindən) Çıxarışdan görünür ki, iddiaçıya “onurğanın spondelyozu, bel fəqərələrinin osteoxondrozu, Döş-bel tipli birinci dərəcə skoliozu, hər iki əl darağı sümüklərinin osteoporozu” diaqnozu qoyulmuşdur. İddiaçı “Müharibə veteranı” statusunun alınması məqsədilə ərizə ilə Müdafiə Nazirliyinə müraciət etmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən Müdafiə Nazirliyinin Aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiyanın katibinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, “N nömrəli Hərbi Hissə komandirinin N avqust N992-ci il tarixli N nömrəli əmrində atıcı İddiaçı (əsas: səh. 5, əmrdə atasının adı tam yazılmamışdır, hərbi rütbəsi göstərilməyib) şəxsi heyətinin siyahısında adı qeyd olunmuşdur.” Qeyd edilmişdir ki, “N №-li Hərbi Hissə komandirinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan xx.xx.N992-xx.xx.N992-ci il tarixli nizami hissə üzrə əmrlərində və N №-li Hərbi Hissə komandirinin sentyabr-dekabr N992-ci il, yanvar-dekabr N993-cü il, yanvar-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində, şəxsi heyətin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə əlavə məlumat aşkar olunmamışdır”. Bildirilmişdir ki, “N №-li Hərbi Hissə komandirinin xx.xx.N992-N996-cı il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. N №-li hərbi hissədə N996-cı il tarixində xidmət dövrü (ay) dəqiq göstərilmədiyinə görə, İddiaçı xidməti barədə araşdırmanın aparıla bilinmir”. İddiaçı “Müharibə veteranı” adının və statusunun alınması ilə əlaqədar ərizə ilə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə daxil olmuş ərizəyə cavab olaraq bildirilmişdir ki, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il və təkrar xx.xx.2024-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli N006 nömrəli arayışına əsasən, xx.xx.N992-ci il tarixdən sonrakı hərbi xidməti tam təsdiqlənmədiyinə görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur”. Əlavə olaraq qeyd olunan qərarla razılaşmadıqda 30 gün müddətində məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.202N-ci il tarixli “Vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair” Elektron arayışdan da görünür ki, İddiaçı, həqiqətən də xx.xx.N992xx.xx.N996-cı il tarixlərində həqiqi hərbi xidmət keçmişdir. Ona görə də, iddiaçı hesab edir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin qəbul etdiyi qərar qanunsuz və əsassızdır. Belə ki, iddiaçının hərbi xidmət keçdiyi dövrlər, habelə müharibə zamanı aldığı xəsarət və keçirdiyi xəstəliklər müvafiq arayışlarda təsdiq olunur. Cavabdeh inzibati orqan məsələyə düzgün hüquqi qiymət verməmiş, əsassız olaraq iddiaçının əleyhinə qərar qəbul etmişdir. Ona görə də, iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir və hesab edir ki, iddia tələbi məhkəmə tərəfindən təmin edilməlidir. Cavabdeh Müdafiə Nazirliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, iddiaçı, ərizəsində N992-ci il tarixdən N996-cı il tarixədək N nömrəli hərbi hissədə xidmətdə olarkən Kəlbəcər və Ağdərədə gedən döyüşlərdə iştirak etdiyini bildirərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının tələbinin mahiyyəti, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Cavabdeh hesab edir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli N006 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli, N nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-xx.xx.N992-ci il tarixli nizami hissə üzrə əmrlərində, N nörməli hərbi hissə komandirinin sentyabr-dekabr N992-ci il, yanvar-dekabr N cü il, yanvar-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində, şəxsi heyətin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə əlavə məlumat aşkar olunmamışdır. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2024-cü il tarixli, 2/2-6065 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.N992-ci il tarixdən sonrakı xidməti tam təsdiqlənmədiyinə görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Beləliklə iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumatlar aşkar edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh tərəfindən işə onların iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. İşin halları Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin xx.xx.20N5-ci il tarixli arayışından görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsində, N973-cü il təvəllüdlü İddiaçı aid hərbi uçot sənədlərinə əsasən o, həqiqətən 30 may N99Nci il tarixdə Xanlar rayon hərbi komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır (Əlifba qeydiyyat kitabında atasının adı Qara kimi yazılmışdır). Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin arayışına əsasən xx.xx.N992-ci il tarixədək N saylı hərbi hissədə son hərbi xidmət müddəti göstərilmişdir. Gəncə Hərbi Prokurorluğunun HPN5/3N04 nömrəli, xx.xx.20N3-cü il tarixli məktubuna əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsində xx.xx.20N5-ci il tarixdən hərbi qeydiyyata götürülmüşdür. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.20N5-ci il tarixli, N89 nömrəli qərarına əsasən, Xanlar RHK tərəfindən N992-ci ildə hərbi xidmətə çağırılmış, Gəncə hərbi prokurorluğunun xx.xx.20N3-cü il tarixli məktubuna əsasən qeydiyyata götürülmüş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən N992-ci ildə kəskinləşmiş və xx.xx.N992-ci ildən xx.xx.N992-ci ilə kimi Xanlar rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: “Xroniki qastritin kəskinləşməsi” (Azərbaycan Respublikası SHXÇDX-nin Göygöl rayon şöbəsinin xx.xx.20N5-ci il tarixli 59 saylı göndərişi, xx.xx.20N5-ci il tarixli 20 saylı arayışı, Xanlar rayon mərkəzi xəstəxanası tərəfindən verilmiş xx.xx.N992-ci il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, MN MHHK-nın həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” xx.xx.20N6-cı il tarixli SX ******* nömrəli İddiaçı məxsus olan hərbi biletdə, onun N saylı hərbi hissənin şəxsi heyətin siyahısına daxil olması tarixi xx.xx.N992-ci il tarix qeyd edilmişdir. İddiaçı qeydiyyat kartasından görünür ki, o, N saylı hərbi hissənin xx.xx.N992-ci il tarixli əmri ilə şəxsi heyətin siyahısına salınmışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.202N-ci il tarixli “vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair” elektron arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.N992-xx.xx.N996-cı il tarixlərdə həqiqi hərbi xidmət keçmiş, xidmət müddəti başa çatdığına görə (kadr zabitlərindən başqa) ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli arxiv arayışından görünür ki, N №-li hərbi hissə komandirinin N avqust N992-ci il tarixli 56 №-li əmrində atıcı İddiaçı oğlunun (əsas: səh 5, əmrdə atasının adı tam yazılmamışdır, hərbi rütbəsi göstərilməyib) şəxsi heyətinin siyahısında adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan xx.xx.N992-xx.xx.N992-ci il tarixli nizami hissə üzrə əmrlərində və N №-li hərbi hissə komandirinin sentyabr-dekabr N992-ci il, yanvar-dekabr N993-cü il, yanvar-dekabr N994cü tarixli nizami hissə üzrə əmrlərində, şəxsi heyətin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə əlavə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin xx.xx.N992-N996-cı il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. N №-li hərbi hissədə N996-cı il tarixdə xidmət dövrü (ay) dəqiq göstərilmədiyi üçün İddiaçı xidməti barədə araşdırma aparmaq mümkün olmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin katibliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il və təkrar xx.xx.2024-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli N006 nömrəli arayışına əsasən, xx.xx.N992-ci il tarixdən sonrakı hərbi xidməti tam təsdiqlənmədiyinə görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 8N5 (703) №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 56 №-li əmrində (əsas: §-N, səh-5, əmrdə atasının adı tam yazılmamışdır, hərbi rütbəsi göstərilməmişdir) atıcı İddiaçı Q. oğlunun avqust ayı üçün tutduğu vəzifədə etibarlı sayılması barədə məlumat qeyd olunmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan 8N5 (703) №-li hərbi hissə komandirinin xx.xx.N99N-xx.xx.N992-ci il, xx.xx.N992-xx.xx.N992-ci il, N №-li hərbi hissə komandirinin aprel-dekabr N992-ci il, yanvar-dekabr N993-cü il, yanvar-dekabr N994-cü il, noyabr-dekabr N996-cı il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, N973-cü il təvəllüdlü İddiaçı barəsində Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.20N2-ci il tarixli, N0/2-N00N nömrəli arxiv arayışında xx.xx.N992-ci ildə N saylı hərbi hissənin N nömrəli əmri ilə şəxsi heyətin siyahısına salınması barədə qeyd edilmiş, təxris olunması və sonrakı xidməti barədə heç bir məlumatın olmadığı qeyd edilmişdir. Gəncə Hərbi Prokurorluğunun xx.xx.20N3-cü il tarixli 4PN5/3N04 nömrəli məktubuna əsasən, hərbi vəzifəlilərin qeydiyyatına alınmışdır. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində vətəndaş İddiaçı ümumi əsaslarla əlilliyə görə əmək pensiyası təyin edilməsi barədə məlumat aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 76. Vətəni müdafiə İ. Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. Veteranlar haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 3. Hərbi qulluqçu statusunun əldə edilməsi və itirilməsi Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə N. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Bu Əsasnamənin N-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd. N. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.N. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.N. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.N. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən N0 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Məhkəmənin mövqeyi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsidir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə nəzərdə tutulduğu kimi, Müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar əsasında verilir. Digər tərəfdən qeyd olunan Əsasnamənin tələbinə görə, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq orqanlar tərəfindən verilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli arxiv arayışından görünür ki, N №-li hərbi hissə komandirinin N avqust N992-ci il tarixli, 56 №-li əmrində atıcı İddiaçı oğlunun (əsas: səh 5, əmrdə atasının adı tam yazılmamışdır, hərbi rütbəsi göstərilməyib) şəxsi heyətinin siyahısında adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan xx.xx.N992-xx.xx.N992-ci il tarixli nizami hissə üzrə əmrlərində və N №-li hərbi hissə komandirinin sentyabr-dekabr N992-ci il, yanvar-dekabr N993-cü il, yanvar-dekabr N994cü tarixli nizami hissə üzrə əmrlərində, şəxsi heyətin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə əlavə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin xx.xx.N992-N996-cı il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. N №-li hərbi hissədə N996-cı il tarixdə xidmət dövrü (ay) dəqiq göstərilmədiyi üçün İddiaçı xidməti barədə araşdırma aparmaq mümkün olmamışdır. Həmçinin iddiaçıya məxsus xx.xx.20N6-cı il tarixli SX ******* nömrəli hərbi biletdə İ Qarabağ Müharibəsi dövründə N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməsi barədə qeyd olsa da, siyahıdan çıxarılması, döyüş əməliyyatlarında iştirakı barədə heç bir qeyd yoxdur. Bundan başqa İddiaçı qeydiyyat kartasında onun N saylı hərbi hissənin xx.xx.N992ci il tarixli əmri ilə, şəxsi heyətin siyahısına salınması qeyd olunmuş, lakin, təxris olunması və sonrakı xidməti barədə heç bir məlumat qeyd olunmamamışdır. Məhkəmə qeyd edir ki, iş materialları ilə iddiaçının hərbi xidmətdən qanunda nəzərdə tutulan qaydada tərxis olunması təsdiq edilmir. Belə olan halda ona müharibə veteranı adı və müvafiq vəsiqənin verilməsi mümkün deyil. Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Qeyd olunan normanın mənasına görə, şəxsin hərbi xidmət keçməsi onun qanunla müəyyən edilmiş qaydada hərbi xidmətə daxil olması və xidmətdən tərxis olunması ilə müəyyən olunur. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən verilmiş iddia təmin edilməməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.N və 85.N-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı tərəfindən verilmiş iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva
Məhkəmə qərarları › İş №2-1(114)-958/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-958/2025
07.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver