Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-96/2024 05.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Musa oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı hüquqların dövlət qeydiyyatına alınması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi ilə, İddiaçı Musa oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (Göygöl rayonu Şəhriyar bələdiyyəsi) qarşı Göygöl rayonu Şəhriyar kəndində yerləşən 585,02 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı Göygöl rayon Şəhriyar bələdiyyəsinin ərazisində yerləşməklə, onun mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinin Torpaq hərrac və müsabiqə komissiyası tərəfindən xx.xx.2011-ci il tarixdə keçirilmiş açıq torpaq hərracının qalibi olmuş və ona bu barədə xx.xx.2011-ci il tarixdə 27 nömrə ilə qeydiyyata alınmaqla ********* nömrəli şəhadətnamə verilmişdir.
2. Ayrılmış torpaq sahəsi ilə bağlı yerquruluşu-təsərrüfat (situasiya) planından çıxarış tərtib olunmuşdur.
3. İddiaçı xx.xx.2011-ci il tarixdə torpağın dəyəri olan 500 manat məbləğində pulu bələdiyyənin hesabına keçirmiş və Göygöl rayon Şəhriyar bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 06 nömrəli qərarı ilə bələdiyyənin perspektiv inkişaf fondu torpağından fərdi yaşayış evinin tikintisi üçün İddiaçı 0.06 ha torpaq sahəsinin hərrac yolu ilə satılması qərara alınmış və İddiaçı ilə Göygöl rayon Şəhriyar bələdiyyəsi arasında həmin tarixdə 0002 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmışdır.
4. İddiaçı göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, cavabdeh orqan xx.xx.2022-ci il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı torpaq sahəsinin əldə edilməsinə dair notariat qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsinin ərizəyə əlavə edilmədiyi müəyyən edilmişdir.
5. Məhkəmənin sorğusuna Göygöl rayonu Şəhriyar bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 17 nömrəli cavab məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı Musa oğluna hərrac yolu ilə 0,06 ha həyətyanı torpaq sahəsi satılmışdır. Torpaq vətəndaşın mülkiyyətindədir. Bələdiyyənin xx.xx.2011-ci il tarixli 06 saylı qərarı qüvvədədir. Sözügedən torpaq sahəsi digər şəxslərə satılmayıb.
6. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) İdarənin arxiv sənədlərində mövcud olan, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinin Torpaq hərracı və müsabiqə komissiyasının xx.xx.2011-ci il il tarixli 27 nömrə ilə qeydiyyata alınmış ********* nömrəli qərarı və həmin tarixli 0002 nömrəli alqı-satqı müqaviləsi ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı satılmış 0.06 ha torpaq sahəsinə dair, Şəhriyar bələdiyyəsi tərəfindən təsdiqlənmiş planda göstərilən 0.06 ha (600.0 kv.m) torpaq sahəsinin, 585.02 kv.m hissəsi Göygöl (Xanlar) rayonu Şəhriyar bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxeminə (KOD ********) istinadən, bələdiyyə mülkiyyətində olan, ehtiyat fond torpaqları kateqoriyasına aid, kəndin prespektiv inkişaf sahəsidir. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu (TEKUİS) və AzCad məlumatlarına istinadən, sözügedən torpaq sahəsinin 585.02 kv.m hissəsi, bələdiyyə mülkiyyəti olmaqla, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, həyətyanı torpaqlar altında olan sahəsir. Həmin 0.06 ha (600.0 kv.m) torpaq sahəsinin 14.98 kv.m hissəsi isə, elektron baza materiallartına əsasən, digər şəxslərin xüsusi mülkiyyətlərində olan torpaq sahəsidir. 2) Həmin torpaq sahəsi naturada ölçülərək, sərhədləri və koordinatları müəyyən olundu. 3) Elektron baza materiallarına istinadən, həmin 0.06 ha (600.0 kv.m) torpaq sahəsinin 12.26 kv.m hissəsinin, **********86 reyestr nömrəli Çıxarışa əsasən X3 xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə, 2.72 kv.m hissəsinin isə, **********57 reyestr nömrəli Çıxarışa əsasən X4 xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmə halı aşkarlandı. 4) Həmin torpaq sahəsi üzərindən yüksək təyziqli qaz kəməri, hava məkanından isə, yüksək gərginlikli elektrik xəttinin keçmədiyi müşahidə olundu. Həmin torpaq sahəsinin, qaz kəmərinin mühafizə zolağına, elektrik xəttinin qorunma zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə müdafiə və digər təyinatlı öbyektlərin mühafizə zonalarına düşməsi barədə, idarəmizin elektron baza materiallarında məlumat aşkarlanmadı.
7. Məhkəmənin sorğusuna Göygöl rayonu Şəhriyar bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 33 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı Müstafa oğlu hərrac yolu ilə Şəhriyar bələdiyyəsindən 0,06 ha torpaq sahəsi almış və həmin torpaq hal-hazırda onun mülkiyyətindədir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon torpaq hərrac və müsabiqə komissiyasının xx.xx.2011-ci il tarixli 27 nömrəli yekun protokolu aşağıda qeyd edilən qanunlara əsasən vətəndaşın hüquqlarının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmasına konkret əsas verir. Beləliklə, açıq-aşkar dövlət və bələdiyyənin mülkiyyəti üzərində sərəncam verilməsi fiziki şəxslərin öz mülkiyyəti üzərində sərəncam verməsi tamamilə fərqlənir. O cümlədən məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla digərləri barədə notarial təsdiq tələb olunur. Hazırda hərrac Azərbaycan Respublikası Əmlak X8 Hərracın Təşkili publik hüquqi şəxs tərəfindən aparılır və protokollaşdırılır. Belə çıxır ki, Xidmət bütün daxili hərəkətləri notarial təsdiqlənməlidir ki, publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi onu qəbul etsin. Publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən konkret halda imtina vermək inzibati məsuliyyət yaradır.
8. Məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixli 05 nömrəli cavab məktubunda bildirilmişdir ki, iddiaçl İddiaçı Müstafa oğlu hərrac yolu ilə Şəhriyar bələ- diyyəsindən 0,06 ha torpaq sahəsi almış və həmin torpaq hal -hazırda onun mülkiyyətindədir. Bələdiyyə sənədləri 5 il tamam olduqdan sonra rayon arxivinə təhvil verilir. Vətəndaşa satılan torpaq sahəsi hərrac yolu ilə satıldığından tələb edilən sənədlər hərrac komissiyasında olur. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon torpaq hərrac və müsabiqə komissiyası ləğv edildikdən sonra onun arxiv sənədləri ƏMDX -nin arxivinə verilmişdir.
9. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 5240/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Göygöl rayonu, Şəhriyar kəndində yerləşən 0,06 ha torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və X2 rayon torpaq hərrac və müsabiqə komissiyasının xx.xx.2011-ci il tarixli 27 nömrəli yekun protokolunun və həmin torpaq sahəsinə dair keçirilmiş hərraca dair mövcud olan sənədlərin Ərazi İdarəsinə təhvil verilmədiyi müəyyən edilmişdir. Buna görə də qeyd olunan sənədlərin təsdiq edilmiş surətinin məhkəməyə göndərilməsi mümkün olmamışdır. II. Məhkəmədə icraat
10. İddiaçı cavabdeh 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Göygöl rayonu, Şəhriyar kəndində yerləşən ona məxsus olan 0,006 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Tələb onunla əsaslandırılmışdır ki, o, Göygöl rayonu Şəhriyar bələdiyyəsinin 06 iyun 2011-ci il tarixli qərarı ilə Göygöl rayonu Şəhriyar bələdiyyəsinin perspektivli inkişaf fondu torpaq sahəsindən 0,06 ha ayrılıb hərrac yolu ilə ona satılması qərara alınmışdır. Bununla bağlı onunla Daşınmaz əmlakın 0002 saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. Torpaq sahəsi yerquluşu layihəsi tərətib edilməklə ona təhvil verilmişdir. Bildirir ki, o, bütün sənədlərini götürüb 3 saylı ərazi idarəsinə müraciət edib əmlakının dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Ancaq cavabdeh onun ərizəsindən imtina edib bunu onunla əsaslandırmışdır ki, guya bu müqavilə notariat qaydasında təsdiqlənməlidir. Notariat kontoru da vaxtın keçməsini əsas tutub notarial müqavilə bağlanmaqdan imtina etmişdir. Hesab edir ki, o, torpaq sahəsinin hərrac vasitəsi ilə almışdır. Aralarında da alqısatqı müqaviləsi də vardır. Ona görə də cavabdehin üzərinə ona məxsus Göygöl rayonu Şəhriyar kəndində yerləşən 0,06 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması vəzifəsi qoyulmalıdır.
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
13. İddiaçının vəkil olan nümayəndəsi Vəkil xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 3 saylı Ərazi İdarəsinin iddia ərizəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi kimi dəyişdirilməsini, iddia ərizəsində torpaq sahəsinin səhvən 0,06 ha kimi göstərilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.
14. Daha sonra iddiaçının vəkil olan nümayəndəsi X1 xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Göygöl rayonu Şəhriyar kəndində yerləşən 585,02 kv.m torpaq sahəsi üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
15. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
16. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir.
17. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
18. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
19. Cavabdeh orqanın yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2023-cü il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
20. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
21. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər
22. Məhkəmənin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərardadları ilə iş üzrə Göygöl rayonu Şəhriyar bələdiyyəsi, X6 və X10 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmiş iş üzrə X9 və X4 üçüncü şəxs qismində iştirakına xitam verilməsi qərara alınmışdır.
1. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
2. Tərəflər və üçüncü şəxs məhkəməyə gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər.
3. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehin iddiaya dair yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 4-cü bəndi).
5. Üçüncü şəxsin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
6. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - xx.xx.2011-ci il tarixdə 27 nömrəli şəhadətnamə; - Ayrılmış torpaq sahəsi ilə bağlı yerquruluşu-təsərrüfat (situasiya) planından çıxarış; - Göygöl rayon Şəhriyar bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 06 nömrəli qərarı; - xx.xx.2011-ci il tarixli 0002 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu; - Məhkəmənin sorğusuna Göygöl rayonu Şəhriyar bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 17 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Göygöl rayonu Şəhriyar bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 33 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixli 05 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 5240/2024 nömrəli cavab məktubu; - Mütəxəssis rəyi.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
7. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
8. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, İddiaçı Göygöl rayon Şəhriyar bələdiyyəsinin ərazisində yerləşməklə, onun mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinin Torpaq hərrac və müsabiqə komissiyası tərəfindən xx.xx.2011-ci il tarixdə keçirilmiş açıq torpaq hərracının qalibi olmuş və ona bu barədə xx.xx.2011-ci il tarixdə 27 nömrə ilə qeydiyyata alınmaqla ********* nömrəli şəhadətnamə verilmişdir. Ayrılmış torpaq sahəsi ilə bağlı yerquruluşu-təsərrüfat (situasiya) planından çıxarış tərtib olunmuşdur. İddiaçı xx.xx.2011-ci il tarixdə torpağın dəyəri olan 500 manat məbləğində pulu bələdiyyənin hesabına keçirmiş və Göygöl rayon Şəhriyar bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 06 nömrəli qərarı ilə bələdiyyənin perspektiv inkişaf fondu torpağından fərdi yaşayış evinin tikintisi üçün İddiaçı 0.06 ha torpaq sahəsinin hərrac yolu ilə satılması qərara alınmış və İddiaçı ilə Göygöl rayon Şəhriyar bələdiyyəsi arasında həmin tarixdə 0002 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmışdır.
9. İddiaçı göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, cavabdeh orqan xx.xx.2022-ci il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı torpaq sahəsinin əldə edilməsinə dair notariat qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsinin ərizəyə əlavə edilmədiyi müəyyən edilmişdir.
10. Məhkəmə aşağıdakılara əsasən cavabdeh orqanın imtinasını qanuni və əsaslı hesab edir.
11. Belə ki, ilk növbədə, İddiaçı ilə Göygöl rayon Şəhriyar bələdiyyəsi arasında xx.xx.2011-ci tarixdə 0002 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmış, lakin həmin müqavilə notarial qaydada təsdiqlənməmişdir.
8. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı.
12. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
13. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən görünür ki, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.
14. Hazırki işdə isə İddiaçı ilə Göygöl rayon Şəhriyar bələdiyyəsi arasında xx.xx.2011-ci tarixdə bağlanmış 002 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi notarial qaydada təsdiqlənməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin sənəd hüquqların dövlət qeydiyyatına alınması üçün əsas hesab edilə bilməz.
15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları sadalanmışdır.
16. Həmin maddəyə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir.
18. Məhkəmə hesab edir ki, cavabdeh orqanın daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinası əsaslı olmuşdur.
19. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
20. Beləliklə, iddia əsassız olduğundan təmin edilməməlidir.
Nəticəvi hissə:
21. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva