Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-96/2025 21.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı1 MMC-nin nümayəndəsi X1, vəkili Vəkil iştirakı ilə, İddiaçı1 cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı “tikinti obyektində hasarın uçurulmasını, tikinti və texniki avadanlıqlarının - köməkçi vasitələrin yarasız hala salınmasını, həmçinin mehmanxana binasının tikintisi üçün qazılan özül çalasının doldurulmasını kompensasiya etmək üçün 296.865,2 (iki yüz doxsan altı min səkkiz yüz altmış beş manat iyirmi qəpik) manat dəymiş ziyana görə vəsaitin, həmçinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə imkan verilməməsi, yəni Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsindəki hamamın yerində və ona bitişik ərazidə icarəmizdə olan 0,33 ha torpaq sahəsində 4-mərtəbəli, beşulduzlu mehmanxananın inşa edilməsinin qarşısının alınması səbəbindən (reallaşmasına imkan verilməməsi səbəbindən) əldən çıxmış faydanı (illər ərzində 4-mərtəbəli, beşulduzlu mehmanxananın icarəyə verilməsindən, o cümlədən fəaliyyətindən nəzərdə tutulan (əldə edilə bilən) gəlir kimi) kompensasiya etmək üçün 1.000.000 (bir milyon) manat (cəmi 1.296.865,2 (bir milyon iki yüz doxsan altı min səkkiz yüz altmış beş manat iyirmi qəpik) manat) vəsaitin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına, bundan əlavə İddiaçı1 MMC-yə ayrılmış (icarəsində olan) 0,33 ha. torpaq sahəsinin zəbt edilməmiş hissəsində Hacıkənd qəsəbəsinin turizm xüsusiyyətinə uyğun formada istifadə edilməsinə şərait yaratmaqla, heç bir maneə törədilməməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşdəki sənədlərə əsasən:
1. İddiaçı1 (bundan sonra mətndə - iddiaçı) xx.xx.2003-cü il tarixdə ********** nömrə (VÖEN) ilə hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınmışdır.
2. Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 315 nömrəli sərəncamına əsasən : 1) "xxxx" MMC-nin məktubu nəzərə alınaraq, Hacıkənd qəsəbəsindəki hamamın yerində və ona bitişik ərazidə 0,33 ha torpaq sahəsi beşulduzlu mehmanxananın tikintisi üçün iddiaçıya təhkim edilsin. 2) Ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi, mülk sahiblərinə müvafiq kompensasiyanın ödənilməsi "xxxx" MMC-nin vəsaiti hesabına həyata keçirilsin.
3. xx.xx.2005-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayonu Hacıkənd bələdiyyəsi ilə iddiaçı arasında 3300 kv.m torpaq sahəsinin 99 il müddətinə icarə verilməsinə dair 01 nömrəli müqavilə bağlanmışdır.
4. Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 315 nömrəli sərəncamı və xx.xx.2005-ci il tarixli, 01 nömrəli icarə müqaviləsi ilə Gəncə şəhəri, Hacıkənd Bələdiyyəsinin torpaq sahəsindən beşulduzlu mehmanxana tikintisi üçün 0,33 hektar kənd təsərrüfatında istifadə edilməyən torpaq sahəsi 99 il müddətinə iddiaçıya müvəqqəti istifadə üçün verilmişdir. Bu barədə xx.xx.2005-ci il tarixdə JN-8444 nömrəli (20001016 kodlu) torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə tərtib edilmiş, torpaq sahəsinin planı (miqyası) DTXK Gəncə şəhər şöbəsinin müdiri tərəfindən imzalanmış və möhürlənmişdir.
5. Gəncə Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma idarəsinin xx.xx.2009-cu il tarixli, 269 nömrəli məktubuna əsasən, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 315 saylı sərəncamına əsasən Hacıkənd qəsəbəsindəki hamamın yerində və ona bitişik 0.33 ha torpaq sahəsində "xxxx" MMC tərəfindən inşa olunan beşulduzlu mehmanxananın 24 vərəqədən ibarət eskiz layihəsi Memarlıq və Şəhərsalma idarəsi ilə razılaşdırılmışdır
6. İddiaçı xx.xx.2022-ci il tarixli, CS-54 nömrəli məktubla Gəncə Şəhər İcra Hakimiyyətinə (bundan sonra mətndə - cavabdeh) müraciət edərək ünvan 1 ünvanında, ümumi sahəsi 0.086 ha olan torpaq sahəsinin, həmin torpaq sahəsinin üzərindəki sökülmüş 3 otaqlı fərdi yaşayış evinin bərpa edilməsi, həmin torpaq sahəsinin və onun qonşuluğundakı Azərbaycan küçəsi 31 ünvanında, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin, bundan əlavə ümumi sahəsi 407,9 kv.m olan qeyri-yaşayış sahəsi - hamamın yerləşdiyi torpaq sahəsinin olduğu kimi İddiaçı2 qaytarılması, yəni 0,33 ha torpaq sahəsi üzərində iddiaçının otel tikintisi üçün istifadı hüququnun bərpa edilməsi, eləcə də, həmin torpaq sahəsi və fərdi yaşayış evinin qarşısındakı abidənin əvvəlki vəziyyətdə bərpa olunmasının təmin edilməsini xahiş etmişdir.
7. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatı iddiaçıya ünvanladığı xx.xx.2022ci il tarixli, S-23-151 nömrəli məktubunda qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan hər hansı bir torpaq sahəsi zəbt edilməmiş, mülkiyyətində olan tikinti sökülməmişdir.
Məhkəmə mübahisəsi:
8. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı ünvan 1 ünvanında, ümumi sahəsi 0.086 ha olan torpaq sahəsinin, həmin torpaq sahəsinin üzərindəki sökülmüş 3 otaqlı fərdi yaşayış evinin (tikilib bərpa edilərək), həmin torpağın qonşuluğunda, Azərbaycan küçəsi 31 ünvanında, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin, bundan əlavə ümumi sahəsi 407,9 kv.m olan qeyri-yaşayış sahəsi hamamın yerləşdiyi torpaq sahəsinin olduğu kimi İddiaçı2 qaytarılması, , yəni 0,33 ha torpaq sahəsi üzərində iddiaçının otel tikintisi üçün istifadı hüququnun bərpa edilməsi, eləcə də, həmin torpaq sahəsi və fərdi yaşayış evinin qarşısındakı abidənin əvvəlki vəziyyətdə bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair məhkəmə aktı çıxarılmasını xahiş etmişdir.
9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-85/2023 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia tələbi təmin edilməmişdir.
10. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 1(104)-419/2023 nömrəli qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-85/2023 nömrəli nömrəli qərarı ləğv edilmiş, iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır.
11. İş xx.xx.2023-cü il tarixdə qeydiyyata alınaraq hakim Zəfər Quliyevin icraatına verilmişdir.
12. 12.09.2023-cü il tarixdə İddiaçı2 iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında, ümumi sahəsi 0.086 ha olan torpaq sahəsi üzərindəki 3 otaqlı fərdi yaşayış evinin sökülməsini (3 otaqdan ibarət fərdi yaşayış evinin tikilməsi, təmiri, yaşayışa yararlı hala gətirilməsi və bütün kommunikasiyalar ilə ümumi qəsəbə şəbəkəsinə qoşulmuş və razılaşdırılmış şəkildə təmin edilməsi, həmçinin öz sərhədləri daxilində hasarlanmış vəziyyətə salınması) kompensasiya etmək üçün ümumilikdə 100.000 manat vəsaitin ödənilməsi, həmçinin ünvan 1 ünvanında, ümumi sahəsi 0.086 ha olan torpaq sahəsindən və ünvan 3 ünvanında ümumi sahəsi 0,06 ha olan torpaq sahəsindən təyinatı üzrə istifadə edilməsinə olan maneələrin aradan qaldırılması, bundan əlavə ümumi sahəsi 407,9 kv.m olan qeyri-yaşayış sahəsi – hamamın yerləşdiyi torpaq sahəsi və bitişik ərazidən ümumi sahəsi 0,33 ha torpaq sahəsinin təsisçisi olduğu İddiaçı1 MMC-ə ayrıldığı nəzərə alınaraq, həmin MMC-ə Hacıkənd qəsəbəsinin başqa bir yerində müvafiq torpaq sahəsinin ayrılması və üzərində beşulduzlu mehmanxana binasının tikintisinin cavabdeh tərəfindən razılaşdırılmaqla kompensasiya edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
13. Həmin tarixdə İddiaçı1 MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsində iddiaçının tikinti obyektində hasarın uçurulması, tikinti və texniki avadanlıqların – köməkçi vasitələrin yararsız hala salınması, həmçinin mehmanxana binasının tikintisi üçün qazılan özül çalasının doldurulması və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə imkan verilməməsini kompensasiya etmək üçün 300.000 manat vəsaitin ödənilməsi, bundan əlavə iddiaçının istifadəsində olan və zəbt edilmiş Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsində yerləşən ümumi sahəsi 407,9 kv.m olan qeyri-yaşayış sahəsi – hamamın yerləşdiyi torpaq sahəsi və bitişik ərazidən ümumi sahəsi 0,33 ha torpaq sahəsinin iddiaçının istifadəsində olması nəzərə alınaraq, Hacıkənd qəsəbəsinin başqa bir yerində müvafiq torpaq sahəsinin ayrılması və üzərində beşulduzlu mehmanxana binasının tikintisinin cavabdeh tərəfindən razılaşdırılmaqla kompensasiya edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
14. İddiaçı analoji tələblə cavabdehə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir.
15. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ərizə inzibati məhkəmə icraatına qəbul edilmiş və İddiaçı2 cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı “100.000 manat kompensasiyanın ödənilməsi, həmçinin ünvan 1 ünvanında, ümumi sahəsi 0.086 ha olan torpaq sahəsindən və ünvan 3 ünvanında ümumi sahəsi 0,06 ha olan torpaq sahəsindən təyinatı üzrə istifadə edilməsinə olan maneələrin aradan qaldırılması” tələbi 2-1(114)- 96/2025 nömrəli işdən ayrıca icraata ayrılmış və həmin işə yeni nömrə verilməsi qərara alınmışdır.
16. İddiaçı elektron ərizə ilə məhkəməyə müraciət edərək “Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsində, İddiaçı1 MMC-nin tikinti obyektində hasarın uçurulmasını, tikinti və texniki avadanlıqlarının - köməkçi vasitələrin yarasız hala salınmasını, həmçinin mehmanxana binasının tikintisi üçün qazılan özül çalasının doldurulmasını kompensasiya etmək üçün 296.865,2 (iki yüz doxsan altı min səkkiz yüz altmış beş manat iyirmi qəpik) manat dəymiş ziyana görə vəsaitin, həmçinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə imkan verilməməsi, yəni Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsindəki hamamın yerində və ona bitişik ərazidə icarəmizdə olan 0,33 ha torpaq sahəsində 4-mərtəbəli, beşulduzlu mehmanxananın inşa edilməsinin qarşısının alınması səbəbindən (reallaşmasına imkan verilməməsi səbəbindən) əldən çıxmış faydanı (illər ərzində 4-mərtəbəli, beşulduzlu mehmanxananın icarəyə verilməsindən, o cümlədən fəaliyyətindən nəzərdə tutulan (əldə edilə bilən) gəlir kimi) kompensasiya etmək üçün 1.000.000 (bir milyon) manat (cəmi 1.296.865,2 (bir milyon iki yüz doxsan altı min səkkiz yüz altmış beş manat iyirmi qəpik) manat) vəsaitin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına, bundan əlavə İddiaçı1 MMC-yə ayrılmış (icarəsində olan) 0,33 ha. torpaq sahəsinin zəbt edilməmiş hissəsində Hacıkənd qəsəbəsinin turizm xüsusiyyətinə uyğun formada istifadə edilməsinə şərait yaratmaqla, heç bir maneə törədilməməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
17. Məhkəmənin xx.xx.2025-ci il tarixdə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur.
18. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-1749/2024 nömrəli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyinə əsasən 1) Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005ci il tarixli, 315 nömrəli sərəncamına və xx.xx.2005-ci il tarixli 01 nömrəli icarə müqaviləsinə əsasən iddiaçının istifadəsinə verilmiş 0.33 ha (3300.0 kv.m) torpaq sahəsinə dair tərtib olunmuş JN- 8444 (KOD ********) saylı planda göstərilən sahənin sərhəd uzunluq məsafələrinə istinadən həmin sahə 0.33 ha deyil, 0.32 ha (3200.0 kv.m) təşkil edir. Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 315 nömrəli sərəncamına və xx.xx.2005-ci il tarixli 01 nömrəli icarə müqaviləsinə əsasən iddiaçının istifadəsinə verilmiş 0.33 ha (0.32 ha 3200.0 kv.m) torpaq sahəsinə dair tərtib olunmuş JN- 8444 (KOD ********) saylı planda göstərilən sahə, elektron baza materiallarına əsasən, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olamaqla, 31.0 kv.m hissəsi ifrastruktur (yol), (1297.0 kv.m hissəsi park ərazisi, 1617.0 kv.m hissəsi isə həyətyanı sahədir. 2) Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 315 nömrəli sərəncamına və xx.xx.2005-ci il tarixli 01 nömrəli icarə müqaviləsinə əsasən iddiaçının istifadəsinə verilmiş 0.33 ha (0.32 ha 3200.0 kv.m) torpaq sahəsinin 153.0 kv.m hissəsi **********83 reyestr nömrəli Çıxarış sənədində göstərilən torpaq sahəsi ilə, 102.0 kv.m hissəsi isə **********89 reyestr nömrəli Çıxarış sənədində göstərilən torpaq sahəsi ilə üstüstə düşdüyü müəyyən olundu. **********83 və **********89 reyestr nömrəli Çıxarış sənədində göstərilən torpaq sahələri üzərində hər hansı park və ya ictimai iaşə obyekti salınmamışdır. Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli,315 nömrəli sərəncamına və xx.xx.2005-ci il tarixli 01 nömrəli icarə müqaviləsinə əsasən "xxxx" MMCnin istifadəsinə sahəsinə dair tərtib olunmuş JN-8444 (KOD ********) saylı planda göstərilən torpaq sahəsinin 1297.0 kv.m hissəsi üzərində park sahəsi mövcuddur. 3) Üstüstə düşən torpaq sahələrinin ölçüləri barədə yuxarıda qeyd olunmuşdur.
19. Məhkəmə sorğusuna cavab olaraq X2 Filialı xx.xx.2024-cü il tarixli, 3-48-DA-4F/2- 1158//8/2024 nömrəli məktubunda bildirmişdir ki, sərəncama başqa sənədlər əlavə edilməmişdir. Həmçinin həmin sərəncamın hazırda qüvvədə olub-olmaması, ləğv edilibedilməməsi, dəyişiklik edilib-edilməməsi barədə məlumat, iddiaçının icarəsinə verilmiş torpaq sahəsinin başqa şəxslərə verilib-verilməməsi, verilibsə, bu barədə qəbul edilmiş inzibati aktlar, Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsi ünvanında parkın salınması ilə bağlı aparılmış icraat materialları barədə X2 filialına sənəd təqdim edilməmişdir.
20. Məhkəmə sorğusuna cavab olaraq X2 Filialı xx.xx.2024-cü il tarixli, 3-48-DA-4F/2- 1161//8/2024 nömrəli məktubunda bildirmişdir ki, Gəncə Şəhəri Kəpəz Rayonu Hacıkənd Bələdiyyəsi torpaq sahələrinin icarə müqavilələri filiala təhvil verilməmişdir.
21. Məhkəmə sorğusuna cavab olaraq "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 3-21-3- 60/2-2115/2024 nömrəli məktubuna əsasən JN-8444 (kod ********) nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə”yə dair Elektron məlumat bazasında (DBF) məlumat olsa da, həmin şəhadətnaməyə dair DWG faylı barədə heç bir məlumat aşkar edilməmişdir.
İddiaçının dəlilləri:
22. Hazırkı tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhər İcra Hakimiyyəti başçısının 315 saylı, 19 sentyabr 2005-ci il tarixli sərəncamı ilə Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsində 0.33 ha torpaq sahəsi otel tikintisi üçün İddiaçı1 MMC-yə ayrılmışdır. Əvvəllər həmin ünvanda İddiaçı2 mülkiyyətində torpaq sahəsi, onun üzərində isə yaşayış və qeyriyaşayış sahələri olmuşdur. xx.xx.2005-ci il tarixdə JN8444 saylı şəhadətnamə ilə “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” tərəfindən 0.33 ha torpaq sahəsi İddiaçı1 MMC-nin istifadəsinə verilmişdir. Daha sonra layihə sənədləri hazırlanmış və eskiz layihəsi 269 saylı, 15 may 2009-cu il tarixli məktubla Gəncə şəhər Memarlıq və Şəhərsalma idarəsi tərəfindən razılaşdırılmış, ərazi hasara alınmış və tikinti işləri başlanılaraq otelin özül çalası qazılmışdır. Sonradan Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyev qanunsuz tapşırığı ilə mülkiyyətlərində və istifadələrində olan torpaq sahəsi zəbt edilmişdir. Belə ki, qanunsuz olaraq İddiaçı2 məxsus olan və Azərbaycan küçəsi 35 ünvanında yerləşən 3 otaqlı ev uçurulmuş və altındakı torpaq zəbt edilmişdir. Eyni zamanda tikinti obyektinin hasarı sökülərək özül çalası doldurulmuş və torpağın bir hissəsi qonşuluqda yerləşən parkın ərazisinin genişləndirilməsi üçün parka qatılmışdır. Cavabdeh tərəfindən törədilən qeyriqanuni hərəkətlər: 1) xx.xx.2005-ci il tarixdə JN-8444 saylı şəhadətnamə ilə “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” tərəfindən 0.33 ha torpaq sahəsi İddiaçı1 MMC-nin istifadəsinə verilsə də, hazırda cavabdeh tərəfindən ərazi zəbt edilmişdir, 2) Eskiz layihəsi 269 saylı, 15 may 2009-cu il tarixli məktubla cavabdehin icra orqanı olan Gəncə şəhər Memarlıq və Şəhərsalma idarəsi tərəfindən razılaşdırılsa da hazırda ərazinin əhəmiyyətli qisminin zəbt edilməsinə görə, layihəni icra etmək qeyrimümkün olmur, ümumiyyətlə cavabdeh buna imkan vermir, 3) Gəncə şəhər İcra hakimiyyəti və Hacıkənd bələdiyyəsi ilə razılaşdırılaraq, onlara ayrılmış ərazinin qarşısındakı Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsinə ucaldılan abidə tərəflərindən yenidən inşa edilərək, ətrafı abadlaşdırılsa da, hazırda dağıdılmış və Böyük vətən müharibəsi iştirakçılarına eləcə də onların ailələrinə hörmətsizlik edilmişdir. 4) Gəncə şəhər İcra Hakimiyyətinin əvvəlki başçısı Elmar Vəliyevin qanunsuz tapşırığı ilə Azərbaycan küçəsi 35 ünvanında yerləşən 3 otaqlı ev uçurulmuş və altındakı torpaq zəbt edilmişdir. Mülkiyyət hüquqlarının pozulması ilə əlaqədar cavabdehə çoxsaylı müraciətləri olsa da heç birinə dolğun, ətraflı və işin mahiyyətinə uyğun cavablar verilməmişdir. Konkret olaraq xx.xx.2022-ci il tarixli ərizə ilə (eyni məzmunlu müraciət ilə İddiaçı1 MMC də xx.xx.2022-də cavabdehə müraciət etmişdir) İddiaçı2 cavbdeh Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova müraciət edərək, ünvan 1 ünvanında, ümumi sahəsi 0.086 ha olan torpaq sahəsinin, həmin torpaq sahəsinin üzərindəki sökülmüş 3 otaqlı fərdi yaşayış evinin tikilərək qaytarılması, həmin torpağın qonşuluğunda, Azərbaycan küçəsi 31 ünvanında, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin, bundan əlavə ümumi sahəsi 407,9 kv.m olan qeyri-yaşayış sahəsi — hamamın yerləşdiyi torpaq sahəsinin olduğu kimi qaytarılması və abidənin olduğu kimi bərpa edilməsini xahiş etmişdir. Həmin müraciətə cavabdeh xx.xx.2022-ci il tarixdə cavab vermişdir ki, Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən İddiaçı1 MMC-yə mülkiyyət hüququ ilə məxsus olan hər hansı bir torpaq sahəsi zəbt edilməmiş, mülkiyyətində olan tikinti sökülməmişdir. Göründüyü kimi cavabdehin bu cavabı da işin həqiqi halından yayınmaq və ümumiyyətlə pozulmuş hüququn bərpa edilməsində maraqlı olmamaq anlamına gəlir. Belə ki, ərizəçi İddiaçı1 MMC deyil, İddiaçı2 olmuşdur və öz mülkiyyətində olan torpağın zəbt edilməsini və mülkiyyətində olan yaşayış evinin sökülməsini bildirmişdir. Lakin, cavabdeh bilərəkdən İddiaçı1 MMC-nin mülkiyyətində olan torpağın zəbt edilməməsinə dair cavab vermiş, İddiaçı2 mülkiyyətində olan torpağın zəbt edilməməsinə münasibət bildirməmişdir. Həmçinin, sökülən fərdi yaşayış evi də İddiaçı2 mülkiyyətində olmuşdur. Cavabdeh bilərəkdən İddiaçı2 mülkiyyətində, həmçinin,İddiaçı1 MMC-nin qanuni istifadəsində olan torpağın zəbt edilməsindən yayınmağa cəhd etmişdir. Lakin, bu yayınma da uğursuz olmuşdur. Belə ki, Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsində 0.33 ha torpaq sahəsi İddiaçı1 MMC-yə 4 mərtəbəli otel binasının tikintisi üçün ayrılmış və layihəsi razılaşdırılmışdır. Həmçinin, həmin torpaq sahəsi İddiaçı2 xüsusi mülkiyyətində olmuşdur. Bu barədə rəsmi sənədlər dəfələrlə icra hakimiyyətinə təqdim edilmiş, qanuni əsasların olmasına baxmayaraq, otel binasının tikintisi mümkün olmamış, cavabdeh buna maneələr yaratmış, 2009-2010-cu illərdə otel binasının tikintisi üçün qazılan özül çalası cavabdehin göstərişi ilə doldurulmuş, mülkiyyətdə olan torpaq sahəsinin üzərindəki özəl şəxsi yaşayış evi sökülmüş, eləcə də, şəxsi mülkiyyətdə olan torpaq sahəsinin bir hissəsi, həm də otel tikintisi üçün İddiaçı1 MMC-nin istifadəsinə verilən torpaq sahəsi zəbt edilərək, qonşuludakı parkın tərkibinə qatılmışdır. Bununla bağlı şəxsən İddiaçı2 3 dəfə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun qəbulunda olmuşdur. Həmin görüşlər zamanı müayinə tapşırılmışdır ki, İddiaçı2 pozulan hüquqları bərpa edilsin. Həmçinin şəhərin baş memarı Hacıkənd qəsəbəsinə, zəbt edilən torpaq sahəsinə yerində baxış etməyə göndərilmiş, eyni zamanda həmin baxış zamanı reyestr xidmətinin əməkdaşı da dəvət edilmişdir. Bütün bunlara baxmayaraq bu günə kimi pozulan mülkiyyət hüquqları bərpa edilməmişdir.
23. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili iddia tələbini müdafiə etmiş və sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, ərazidə yerləşən hamam 2005-ci ildə, yaşayış evi 2012-ci ildə iddiaçı tərəfindən sökülmüşdür.
24. İddiaçı tərəfindən təqdim edilən "xxxx" Qiymətləndirmə Şirkətinin xx.xx.2024-cü il tarixli, CVN/M 03-15/24 nömrəli “Daşınmaz əmlaka dəymiş zərərin və əldən çıxmış faydanın müəyyən edilməsi barədə” hesabatına əsasən təqdim edilmiş foto və videotəsvirlərə, layihə sənədlərinə əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsindəki hamamın yerində və ona bitişik ərazidə 0,33 ha torpaq sahəsində beşulduzlu mehmanxananın inşa edilməməsi səbəbindən əldən çıxmış faydanın məbləği; 1.246.155,40 manat və 296.865,2 manat təşkil edir. Cavabdehin etirazı:
25. Cavabdeh xx.xx.2022-ci il tarixli, 03/1330 nömrəli məktubunda bildirmişdir ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının "Hacıkənd qəsəbəsində beşulduzlu mehmanxananın tikintisi üçün torpaq sahəsinin təhkim edilməsi haqqında" 15 sentyabr 2005-ci il tarixli 315 №-li Sərəncamı ilə "xxxx" MMC-nin müraciəti nəzərə alınaraq, Hacıkənd qəsəbəsindəki hamamın yerində ona bitişik ərazidə 0,33 ha torpaq sahəsinin beşulduzlu mehmanxananın tikintisi üçün "xxxx" MMC-yə təhkim edilməsi, həmin torpaq sahəsində Hacıkənd bələdiyyəsi ilə icarə müqaviləsi bağlanıldıqdan sonra tikinti işlərinə başlanılması qərara alınmışdır. Qeyd olunan torpaq sahəsinə dair "xxxx" MMC ilə Hacıkənd bələdiyyəsi arasında icarə müqaviləsi bağlanılmış, müqavilənin şərtinə görə 660 manat illik olaraq icarə haqqı bələdiyyənin bank hesabına ödənilməli idi. Lakin "xxxx" MMC tərəfindən 2006cı ildən 2010-cu ilə qədər illik 330 manat olmaqla cəmi 1650 manat bələdiyyənin bank hesabına ödənilmişdir. Beləliklə, iddiaçı tərəfindən müqavilənin şərtlərinə əməl olunmamış və həmin ərazidə hər hansı bir tikinti işi aparılmamışdır. İddia ərizəsinə nəzər salınanda, torpaq sahəsinin 2005-ci ildə iddiaçının istifadəsinə verilməsinə baxmayaraq, uzun müddət orada iş aparılmamış, torpaq sahəsi istifadəsiz qalmış, iddiaçının həmin torpaq sahəsindən məlumatı le olmamışdır. İddia ərizəsində Gəncə Şəhər lcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin qanunsuz tapşırığı əsasında söküntü işlərinin aparıldığını vurğulansa da, sonradan iddiaçı özü qeyd edir ki, 2009-2010-cu illərdə söküntü işləri aparılmış, torpaq sahəsi əlindən alınmışdır. Göründüyü kimi, iddiaçı söküntü işlərinin kimin tərəfindən aparılmasından məlumatsızdır, əlində hər hansı sübut yoxdur və yalnız bununla bağlı öz mülahizələrini gətirir. Nəzərə çatdırılır ki, cavabdeh tərəfindən nə "xxxx" MMC-yə, nə də ki İddiaçı2 mülkiyyət hüququ ilə məxsus olan hər hansı bir torpaq sahəsi zəbt edilməmiş, mülkiyyətlərində olan hər hansı bir tikinti sökülməmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qərar verilməsini xahiş etmişdir.
26. Məhkəmə sorğusuna cavab olaraq cavabdeh xx.xx.2023- cü il tarixli, 5-1/2- 03/321/2023 nömrəli məktubunda qeyd etmişdir ki, Gəncə şəhəri, Hacıkənd qəsəbəsində parkın salınması, köhnə abidənin dəyişdirilməsi və ya ərazisinin genişləndirilməsinə dair Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən qərar verilməmiş, bununla bağlı dövlət büdcəsindən hər hansı vəsait ayrılmamışdır.
27. Cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmişdir. Üçüncü şəxsin münasibəti:
28. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Gəncə şəhəri Hacıkənd bələdiyyəsi iştirakı adi olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur.
29. Üçüncü şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 18 nömrəli məktubunda bildirmişdir ki, 2005-2006-cı illərdə Gəncə şəhər Hacıkənd bələdiyyəsi ilə "xxxx"MMC və İddiaçı2 arasında torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı müqavilə bağlanmamışdır.
30. Üçüncü şəxs iddiaya dair münasibət bildirməmiş, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
31. Üçüncü şəxsin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Əsaslandırıcı hissə:
İddia mümkün iddiadır. Belə ki, iddiaçı İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. İddiaçının tələbi ibarətdir: 1) tikinti obyektində hasarın uçurulmasını, tikinti və texniki avadanlıqlarının köməkçi vasitələrin yarasız hala salınmasını, həmçinin mehmanxana binasının tikintisi üçün qazılan özül çalasının doldurulmasını kompensasiya etmək üçün 296.865,2 (iki yüz doxsan altı min səkkiz yüz altmış beş manat iyirmi qəpik) manat dəymiş ziyana görə vəsaitin ödənilməsi, 2) sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə imkan verilməməsi, yəni Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsindəki hamamın yerində və ona bitişik ərazidə icarəmizdə olan 0,33 ha torpaq sahəsində 4-mərtəbəli, beşulduzlu mehmanxananın inşa edilməsinin qarşısının alınması səbəbindən (reallaşmasına imkan verilməməsi səbəbindən) əldən çıxmış faydanı (illər ərzində 4-mərtəbəli, beşulduzlu mehmanxananın icarəyə verilməsindən, o cümlədən fəaliyyətindən nəzərdə tutulan (əldə edilə bilən) gəlir kimi) kompensasiya etmək üçün 1.000.000 (bir milyon) manat vəsaitin ödənilməsi 3) iddiaçıya ayrılmış (icarəsində olan) 0,33 ha torpaq sahəsinin zəbt edilməmiş hissəsində Hacıkənd qəsəbəsinin turizm xüsusiyyətinə uyğun formada istifadə edilməsinə şərait yaratmaqla, heç bir maneə törədilməməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsin Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Məhkəmə izah edir ki, Mülki Məcəllənin 21-ci maddəsinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: 1. zərərin mövcud olması,
2. zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, 3. zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, 4. zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Vurulmuş ziyanla bağlı iddianın sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür Hazırkı iş üzrə iddiaçı tərəf tikinti obyektində hasarın uçurulması, tikinti və texniki avadanlıqlarının - köməkçi vasitələrin yararsız hala salınmasını, həmçinin mehmanxana binasının tikintisi üçün qazılan özül çalasının doldurulmasına görə dəymiş zərərin ödənilməsini tələb edir. Lakin məhkəmə iclasında iddiaçı məhz cavabdeh tərəfindən tikinti obyektində hasarın uçurulmasını, tikinti və texniki avadanlıqlarının - köməkçi vasitələrin yararsız hala salınmasını, həmçinin mehmanxana binasının tikintisi üçün qazılan özül çalasının doldurulmasını təsdiqləyən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı, həmçinin, hasarın inşasına və özül çalasının qazılmasına çəkilən xərclərini təsdiq edən sənədləri (bu işlər aparılan zaman tərtib edilmiş smetanı) təqdim etməmiş, yararsız hala salınmış tikinti və texniki avadanlıqları sadalamamış, onlara dəymiş zərərin nədən ibarət olmasını (qüsur aktları) göstərməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə MMnin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Bununla yanaşı, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Sadalanan maddi hüquq normalarının tələbinə görə delikt məsuliyyətinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlər (MM-in 1096.1-ci maddəsi) (ziyanın mövcud olması, ziyanın hüquqa zidd hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, hərəkət (hərəkətsizliklə) nəticə arasında səbəbli əlaqənin və ziyan vuran şəxsin təqsirinin mövcud olması) ümumi norma olduğundan qeyd edilən normanın tətbiqi zamanı da həmin şərtlər tam ödənməlidir. İşin faktiki hallarına hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının əmlaklarına və fəaliyyətinə cavabdeh inzibati orqan tərəfindən müdaxilə olmamış, cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya maddi zərər dəyməmişdir. Belə olduqda, iddiaçı zərərin əvəzini və əldən çıxmış faydanı tələb etmək hüququna malik olmur. Məhkəmə onu da qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən ona maddi zərər vurulmasını iddia etsə də, yuxarıda qeyd olunan hallardan zərərin mövcudluğunu, mövcud olduğu halda bunun cavabdehin məhz qanunsuz hərəkət (hərəkətsizliyi) nəticəsində vurulduğunu sübut edə bilməmişdir. Digər tərəfdən, tələbin sonuncu hissəsi ilə bağlı da məhkəmə qeyd edir ki, hazırda mübahisəli torpaq sahəsi iddiaçı tərəfin faktiki istifadəsində olmaqla, cavabdeh tərəfindən heç bir müdaxilə olunması müəyyən edilməmişdir. Beləliklə, iddiaçının iddiası üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Ona görə də iddia rədd olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddiaçı1 cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı “tikinti obyektində hasarın uçurulmasını, tikinti və texniki avadanlıqlarının - köməkçi vasitələrin yarasız hala salınmasını, həmçinin mehmanxana binasının tikintisi üçün qazılan özül çalasının doldurulmasını kompensasiya etmək üçün 296.865,2 (iki yüz doxsan altı min səkkiz yüz altmış beş manat iyirmi qəpik) manat dəymiş ziyana görə vəsaitin, həmçinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə imkan verilməməsi, yəni Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsindəki hamamın yerində və ona bitişik ərazidə icarəmizdə olan 0,33 ha torpaq sahəsində 4-mərtəbəli, beşulduzlu mehmanxananın inşa edilməsinin qarşısının alınması səbəbindən (reallaşmasına imkan verilməməsi səbəbindən) əldən çıxmış faydanı (illər ərzində 4-mərtəbəli, beşulduzlu mehmanxananın icarəyə verilməsindən, o cümlədən fəaliyyətindən nəzərdə tutulan (əldə edilə bilən) gəlir kimi) kompensasiya etmək üçün 1.000.000 (bir milyon) manat (cəmi 1.296.865,2 (bir milyon iki yüz doxsan altı min səkkiz yüz altmış beş manat iyirmi qəpik) manat) vəsaitin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına, bundan əlavə İddiaçı1 MMC-yə ayrılmış (icarəsində olan) 0,33 ha. torpaq sahəsinin zəbt edilməmiş hissəsində Hacıkənd qəsəbəsinin turizm xüsusiyyətinə uyğun formada istifadə edilməsinə şərait yaratmaqla, heç bir maneə törədilməməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Zəfər Quliyev