Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-960/2023 22.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı arxiv sənədlərində düzəliş edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxılı Qoşunlarının arxiv sənədlərində onun xx.xx.1992-сi il tarixdən xx.xx.1993-cü il tarixədək müddətli həqiqi hərbi xidmət keçməyinə dair hissədə düzəliş edilərək, onun xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü ilə tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət keçdiyinin qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 1990-cı ilin may ayında SSRİ Şilahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.1990-cı ildən xx.xx.1992-ci il tarixədək əvvəlcə Türkmənistan Respublikasında, sonra Rusiya Federasiyası Primorskiy krayda xidmət etmişdir. Xidmətini başa vurduqdan sonra yaşadığı Tovuz rayonu Aşağı Quşçu kəndinə qayıtmışdır. 1992-ci ilin avqust ayında Vətənin müdafiəsi ilə bağlı döyüşlərdə iştirak etmək üçün Tovuz rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cü ilədək xidmətdə olmuşdur. Belə ki, arxiv sənədlərində onun xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cü il tarixədək etdiyi xidmət müddətli həqiqi hərbi xidmət kimi qeyd edilmişdir. Halbuki, o müddətli həqiqi hərbi xidmətini SSRİ Silahlı Qüvvələrində keçmişdir. Buna görə onun xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək etdiyi xidməti müddətli həqiqi hərbi xidmət deyil, müddətdən artıq həqiqi hərbi xidmət hesab edilməlidir. 1992-ci ilin oktyabr ayında Ağdam uğrunda gedən döyüşlərdə yaralanmış, 2-ci qrup Qarabağ Müharibəsi əlilidir. İddiaçı hazırki tələblə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -təsdiq edilmiş surəti işə əlavə edilmiş HB ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək və xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixdək hərbi xidmətdə olmuşdur. -təsdiq edilmiş surətləri işə əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 749 nömrəli arayışlarından görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində, xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. -Azərbaycan Respublikası DİN Daxili Qoşunların Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, 58 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 214 nömrəli əmrilə Silahlı Qüvvələrdə 2 il xidmət etmiş və Azərbaycan Respublikası hərbi komissarlığından gəlmiş hesab edilərək növbəti göndərişdə Dağlıq Qarabağa-döyüş əməliyyatları zonasına göndərilməklə hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir, N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 55 nömrəli əmrilə müddətli həqiqi hərbi xidmət keçmək üçün gəlmiş əsgərlərin siyahısında hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir (hissə üzrə barəsində yeganə məlumatdır), N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 113 nömrəli əmrilə ezamiyyətdə olan əsgərlərin siyahısında 17 may 1993-cü il tarixdə N saylı hərbi hissənin təcridxanasından gəlmiş hesab edilərək 2-ci bölüyün 3-cü taqımının 1-ci bölməsinin atıcısı təyin edilmişdir, N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 117 nömrəli əmrilə 20 may 1993-cü il tarixdə tibb məntəqəsindən hərbi qospitala getmiş hesab edilmişdir (qospitaldan qayıtması barədə əmr aşkar edilmədi), Daxili qoşunların komandanının xx.xx.1993-cü il tarixli 125 nömrəli əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 164 nömrəli əmrilə 36-b maddənin 15-ci bəndinə (hərbi xidmətə yararsız olduğuna görə) müvafiq olaraq 17 iyul 1993-cü il tarixdən hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılıb, Tovuz RHK-ya göndərilmişdir. İddiaçı adı “1992-1994-cü illərdə gedən döyüş əməliyyatları zamanı yaralanmış hərbi qulluqçuların siyahısı”nda 237-ci sıra nömrəsi ilə qeydə alınmışdır - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xx.xx.2022-ci il tarixli, 014-5153Q-3222 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, iddia ərizəsinin məzmunu ilə müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olduğunu əsas göstərək, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində olan xidmətini müddətdən artıq həqiqi hərbi xidmət olduğunu qeyd etmiş və bununla bağlı cavabdehin arxiv sənədlərində Azərbaycan Respublikası Silahlı Qüvvələrində olan xidmətini müddətdən artıq həqiqi hərbi xidmət kimi düzəliş edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırır. Belə ki, iddia tələbi ilə bağlı ilk öncə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar ona verilmiş hüquq və səlahiyyətlər çərçivəsində daxil olmuş müvafiq sənədlərin komplektləşdirilməsi və mühafizəsinin təmin edir, eləcə də müvafiq arayışlar verərkən həmin sənədlərə istinad edir. İş materiallarına əlavə edilmiş DİN Daxili Qoşunların Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, 58 nömrəli arxiv arayışından da görünür ki, N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 55 nömrəli əmrilə müddətli həqiqi hərbi xidmət keçmək üçün gəlmiş əsgərlərin siyahısında hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir. Deməli düzəliş edilməsi tələb edilən sənəddə əks olunmuş məlumatlar arxivə daxil olmuş hərbi hissə komandirinin müvafiq əmrləri və digər sənədlər əsasında yazılmışdır. Bu səbəbdən də iddiaçının tələbi əsaslı sayıla bilməz. Bundan əlavə Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 5-ci bəndinə əsasən müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara — qadınlar və «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətdən artıq könüllü həqiqi hərbi xidmət keçən hərbi mütəxəssislər — əsgərlər, matroslar və çavuşlar aiddirlər. Əsasnamənin 9-cu bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətlə komplektləşdirilməsi üsullarına görə hərbi xidmət könüllü (müddətli həqiqi hərbi xidmətdən başqa hərbi xidmətin bütün növləri) və çağırış üzrə (müddətli həqiqi hərbi xidmət) xidmətlərə bölünür. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 28.5-ci maddəsinə əsasən müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara bu Qanunun 36.1.1-ci maddəsində müəyyən edilmiş şəxslər aiddirlər. Həmin Qanunun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.1. müddətdən artıq həqiqi hərbi xidmətə – ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində bağlaşma əsasında hərbi xidmətdə olması müəyyən edilmir. Beləliklə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı arxiv sənədlərində düzəliş edilməsi tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı arxiv sənədlərində düzəliş edilməsi barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-960/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-960/2023
22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver