Məhkəmə qərarları › İş №2-1(114)-961/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-961/2025

07.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-961/2025 07.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ““Müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”ya qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”nın üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə komandirinin N aprel N18-ci il tarixli, 95 saylı əmrindən də gördüyü kimi iddiaçı ştat üzrə əmək müqaviləsinə əsasən, yeməkxana xidmətçisi - aşpaz vəzifəsində işləyir. O, İİ Qarabağ müharibəsi iştirakçısıdır. 28 sentyabr NN-ci il tarixdə Bərdə şəhərində yerləşən idman kompleksində, Bərdədə stadionda və Günəş restoranında hərbçilərə yemək hazırlamışdır. Daha sonra 12 oktyabr NN-ci il tarixdə Suqovuşana hərbçilərə yemək hazırlanması üçün getmişdir. İddiaçı müharibə bitdikdən sonra bugünə kimi Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində aşpaz peşəsində işləyir. Qeyd edilən məsələ ilə bağlı bir neçə dəfə aidiyyatı qurumlara ərizəylə müraciət etsə də, Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.N24 tarixli, 2/2-5535 saylı məktubundan da, gördüyü kimi müraciətinə imtina cavabı verilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.N24-cü il tarixli, 2-1(114)-3179/N24 nömrəli qərardadı ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilmiş, iddia tələbi “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh Müdafiə Nazirliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, iddiaçı ərizəsində xx.xx.NN-ci il tarixdən xx.xx.NN-ci il tarixədək N nömrəli hərbi hissədə işləyərkən Bərdə şəhərində, müharibə bitdikdən sonra isə Suqovuşan qəsəbəsində hərbi qulluqçulara yemək hazırladığını bildirərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının tələbinin mahiyyəti, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Cavabdeh orqan hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, N nömrəli hərbi hissə tərəfindən tərtib edilmiş arayış-məlumatda İddiaçı Naftalan şəhərində madditexniki təminat üzrə tapşırıqları yerinə yetirmişdir. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya”nın xx.xx.N23-cü il tarixli, 2/2-10721 nömrəli məktubundan görünür ki, İddiaçı döyüş əməliyyatları aparılan dövrdə hərbi hissənin dislokasiya məntəqəsində əmək müqaviləsi üzrə əmək funksiyasını yerinə yetirdiyinə görə iddiaçının sənədlərinin razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Hazırki inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Odur ki, iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdehin nümayəndəsi gəlməmişdir. Cavabdeh məhkəməyə göndərdiyi etirazda məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. İşin halları xx.xx.N14-cü il tarixli AA seriyalı, 315507 nömrəli məcburi köçkün vəsiqəsinə əsasən, İddiaçı Ağdam rayonundan məcburi köçkün düşmüş, Bərdə rayonunda müvəqqəti məskunlaşmışdır. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Bərdə rayon Bölməsi tərəfindən verilmiş 21 may N24-cü il tarixli 1112 nömrəli arayışa əsasən, Ağdam rayonundan məcburi köçkün düşmüş İddiaçı Bərdə rayonu, Meşəçilik qəsəbəsində müvəqqəti məskunlaşmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N18-ci il tarixli, 95 nömrəli Əmrindən çıxarışdan görünür ki, İddiaçı N aprel N18-ci il tarixdən qərargah bölüyünün təsərrüfat bölməsinin yeməkxana xidmətçisi vəzifəsinə (vəzifə maaşı ştat cədvəlinə uyğun olaraq) 1 (bir) ay sınaq müddəti ilə işə qəbul edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.NN-ci il tarixli, 2 nömrəli Əmrindən çıxarışdan görünür ki, qərargah bölüyünün təsərrüfat bölməsinin baş aşpazı İddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (işçinin öz xahişi ilə) əsasən, 09 noyabr NN-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə itam verilərək işdən azad edilmişdir. “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün, təqdim edilən hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüşlərdə bilavasitə iştirak etmiş və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları (döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat) yerinə yetirmiş mülki şəxs barədə” Arayış-məlumata əsasən, N nömrəli hərbi hissənin mülki işçisi, baş aşpaz İddiaçı döyüş əməliyyatları aparılan zaman (27.09xx.xx.NN-ci il tarixlərdə) xx.xx.NN-ci il tarixli, 300 №-li əmrə əsasən, Naftalan şəhərində N nömrəli hərbi hissənin əsas komando məntəqəsində maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirmişdir. Müdafiə Nazirinin Katibliyi tərəfindən vətəndaş İddiaçı ünvanlanmış xx.xx.N24-cü il tarixli məktubdan görünür ki, barəsində təqdim olunmuş sənədlərdə döyüş əməliyyatları aparılan dövrdə (27 sentyabr NN-ci il tarixdən 10 noyabr NN-ci il tarixədək) N nömrəli hərbi hissənin dislokasiya məntəqəsində əmək müqaviləsi üzrə öz əmək funksiyasını yerinə yetirdiyinə görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. N nömrəli hərbi hissənin xx.xx.N24-cü il tarixli, 168 nömrəli arayışından görünür ki, mülki işçi İddiaçı həqiqətən xx.xx.N18-ci il tarixdən N nömrəli hərbi hissənin qərargah bölüyünün təsərrüfat bölməsinin baş aşpazı vəzifəsində işləyir. xx.xx.NN-ci il tarixdən xx.xx.NN-ci il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən “Vətən müharibəsin”də N nömrəli hərbi hissənin qərargah bölüyünün təsərrüfat bölməsinin tərkibində xidməti vəzifə borclarını yerinə yetirərək döyüş əməliyyatları zamanı maddi-texniki təminatın təşkili üzrə hərbi hissənin əsas komando məntəqəsində tapşırıqları yerinə yetirmişdir. N nömrəli hərbi hissə tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.N24-cü il tarixli məktubdan görünür ki, vətəndaş İddiaçı N nömrəli hərbi hissədə xx.xx.N18-ci il tarixdən xx.xx.N21-ci il tarixədək qərargah bölüyünün təsərrüfat bölməsinin yeməkxanasında baş aşpaz vəzifəsində mülki işçi kimi işləmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.N25-ci il tarixli məktubundan görünür ki, “Azərbaycan Ordusunun “Vətən müharibəsi” zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında” Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.N21-ci il tarixli müvafiq əmrinə əsasən, N nömrəli hərbi hissənin qərargahı, zenit-raket artilleriya divizionu və qərargah bölüyü döyüş əməliyyatlarında iştirak etmişdir. N nömrəli hərbi hissə tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.N25-ci il tarixli məktubdan görünür ki, vətəndaş İddiaçı N nömrəli hərbi hissədə xx.xx.N18-ci il tarixdən qərargah bölüyünün təsərrüfat bölməsinin baş aşpazı vəzifəsində mülki işçi kimi işləmişdir. İddiaçı 27 sentyabr NN-ci il tarixdən 10 noyabr NN-ci il tarixədək gedən “Vətən müharibəsi” zamanı döyüş əməliyyatlarında iştirak edib-etməməsi barədə aşağıdakı məlumat toplanılmışdır: İddiaçı 27 sentyabr NN-ci il tarixdən 10 noyabr NN-ci il tarixədək gedən “Vətən müharibəsi” zamanı döyüş əməliyyatlarında Naftalan yaşayış məntəqəsində yerləşən N nömrəli hərbi hissənin əsas komanda məntəqəsi ərazisində baş aşpaz kimi komanda məntəqəsində olan hərbi qulluqçulara yemək bişirilməsində fəaliyyət göstərmişdir; İddiaçı 27 sentyabr NN-ci il tarixdən 10 noyabr NN-ci il tarixədək gedən “Vətən müharibəsi” zamanı döyüş əməliyyatlarında Naftalan yaşayış məntəqəsində yerləşən N nömrəli hərbi hissənin əsas komanda məntəqəsi ərazisində maddi-texniki təminat tapşırıqları üzrə mülki işçi kimi baş aşpaz kimi fəaliyyət göstərmişdir; İddiaçı 27 sentyabr NN-ci il tarixdən 10 noyabr NN-ci il tarixədək gedən “Vətən müharibəsi” zamanı döyüş əməliyyatlarında Suqovuşan və digər döyüş zonasına ezam olunub-olunmaması barədə qeydlər aparılmadığından onun haqqında heç bir qeydiyyat tapılmamışdır. Tətbiq edilən hüquq Veteranlar haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N00-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda NN-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının NN-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N00-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.

Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Məhkəmənin mövqeyi

Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin 10cu abzasında nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda NN-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının NN-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Qeyd olunan normanın mənasına görə, Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasında göstərilən ərazilərdə hərbi hissənin tərkibində döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi hissənin mülki işçilərinə, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə müharibə veteranı adı verilir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.N18-ci il tarixdən xx.xx.N21-ci il tarixədək N nömrəli hərbi hissədə qərargah bölüyünün təsərrüfat bölməsinin yeməkxanasında baş aşpaz vəzifəsində mülki işçi kimi işləmişdir. xx.xx.NN-xx.xx.NN-ci il tarixlərdə döyüş əməliyyatları zamanı İddiaçı Naftalan şəhərində N nömrəli hərbi hissənin əsas komando məntəqəsində maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirmiş, hərbi qulluqçulara yemək bişirilməsində fəaliyyət göstərmişdir. Məhkəmə sorğusuna N nömrəli hərbi hissənin cavab məktubdan görünür ki, iddiaçının Suqovuşan kəndi və ya digər döyüş zonasına ezam olunub-olunmaması barədə qeydiyyat mövcud deyil. Məhkəmə qeyd edir ki, iddiaçı N nömrəli hərbi hissənin mülki işçisi - aşbaz İddiaçı N nömrəli hərbi hissənin tərkibində və ya başqa hərbi hissəyə (bölməyə, orqana) ezam olunmaqla xx.xx.NN-xx.xx.NN-ci il tarixlərdə döyüş əməliyyatları zamanı “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasında göstərilən ərazilərdə döyüş əməliyyatlarının təminatları üzrə tapşırıqları yerinə yetirməsi müəyyən olunmur. İddiaçı İİ Qarabağ Müharibəsi zamanı N nömrəli hərbi hissənin tərkibində Suqovuşan kəndi və ya digər döyüş zonalarında hərbi qulluqçulara yemək bişirməklə fəaliyyət göstərdiyini bildirsə də, həmin hal iş materialları ilə təsdiq olunmur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən verilmiş iddia təmin edilməməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı tərəfindən verilmiş iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar