Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-964/2020 02.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi X1, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinə qarşı məlumat vərəqinin tərtib edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinə qarşı iddia ərizəsi ilə 25.02..2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, hərbi təqaüdün təyin edilməsi üçün məlumat vərəqəsinin tərtib edilməsi və AR ƏƏSMN yanında DSMF-nin X6 İdarəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1992-ci il tarixdən könüllü olaraq Tovuz rayon Hərbi Komisarlığına getmiş və Dağlıq Qarabağ ərazisində döyüşən hərbi hissəyə göndərilərək torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hərbi xoidmətinə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsində başlamış, xx xxxxxx 1992-ci il tarixdə tağımıyla N saylı hərbi hissəyə keçirilmişdir. Sovet ordusunda hərbi xidmət keçdiyindən hərbi hissədə tağım komandiri vəzifəsinə təyin edilmiş, döyüş yolu Ağdam rayonun Canyataq, Gülyataq, Dovşanlı, Vəng və Ağdərə rayonun Çıldıran kəndlərindən keçmişdir. xx xxxxxxx 1992-ci il tarixdə tağımıyla Qazançılar kəndi uğrunda gedən döyüşlərdə iştirak etmiş, bunlara görə də xidməti vəzifələrinin icrası zamanı aldığı kəllə beyin travması ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən şəhadətləndirilmiş və xx.xx.2024 tarixədək Azərbaycanın müdafiəsi ilə əlaqədar olaraq 2-ci qrup müharibə əlilliyi verilmişdir. xx.xx.2019-cu il tarixdə toplanmış sənədləri cavabdeh orqana təqdim edərək sovetlər ordusunda xidmət etdiyi və çavuş rütbəsinin olduğunu və həmçinin Qarabağ döyüşlərində müddətdən artıq xidmət edən hərbi qulluqçu olduğunu nəzərə alaraq Azərbaycan Respublikası ƏƏSMN-in DSMF Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamentinə “Məlumat vərəqəsi” göndərilməsi üçün müvafiq tapşırıq verməsini xahiş etmiş, lakin cavabdeh orqan bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında bildirmişdir ki, iddiaçı həqiqətən 1992-1994-cü illərdə Daxili Qoşunlarda xidmət keçmişdir, o əvvəcə Sovet ordusunda xidmət etmiş, sonradan isə Daxili Qoşunlarda xidmət etmiş, lakin onunla müddətdən artıq həqiqi hərbi xidmətlə bağlı müqavilə bağlanmadığından, onunla bağlı məlumat vərəqəsi göndərilə bilinmir. Şəxs bir dəfə müddətli həqiqi hərbi xidmət keçə bilər. Hazırda məsələnin həllini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin xx.xx.2020-ci il tarixli 13-14/373-228Q nömrəli məktubundan görünür ki, İddiaçı Daxili Qoşunların tərkibində müddətdən artıq həqiqi hərbi xidmət keçməsi barədə məlumatlar aşkar edilmədiyinə görə qaldırmış olduğu məsələnin həlli ilə əlaqədar müvafiq köməkliyin göstərilməsi imkan xaricindədir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsinin xx xxxxxx 2020-ci il tarixli **********7 nömrəli arayışdan görünür ki, Tovuz rayon Dondar Quşcu kənd sakini İddiaçı DSMFnun Tovuz rayon şöbəsində 2-ci qrup əlilliyə görə Prezident təqaüdü alır, təqaüdün məbləği 230 manatdır. -Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi-Həkim Komissiyasının xx xxxx 2018-ci il 17 nömrəli qərarından görünür ki, DİN Daxili Qoşunlarda hərbi xidmətdə olmuş İddiaçı Qarabağ uğrunda gedən döyüşlər zamanı aldığı bədən xəsarətləri hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli, 288 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. - İddiaçı məxsus SX ******* nömrəli xx.xx.2017-ci il tarixli hərbi biletin surətindən görünür ki, sonuncu həqiqətən xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək müxtəlif hərbi hissələrdə hərbi xidmətdə olmuş, ona çavuş hərbi rütbəsi verilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin xx.xx.2014-cü il tarixli 164 nömrəli arxiv arayışında qeyd olunur ki, həqiqətən də sıravi İddiaçı 5456 (99713), 3280(12318), dislokasiya yeri Ağdam rayonu-döyüş bölgəsi olmuş N () nömrəli hərbi hissələrin tərkibində müddətli həqiqi hərbi xidmət keçməsi faktını təsdiq edən məlumatlar mövcuddur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarında olan sübutlardan və tərəflərin izahatlarından görünür ki, iddiaçı həqiqi hərbi xidməti başa vurduqdan sonra daxili qoşunlarda- 5456 (99713), 3280 (12318), dislokasiya yeri Ağdam rayonu-döyüş bölgəsi olmuş N () nömrəli hərbi hissələrin tərkibində müddətdən artıq xidmət keçmiş, lakin həmin fakt müqavilə şəklində rəsmiləşdirilməmişdir. Bu hal isə iddiaçının ziyanına şərh edilməməlidir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun:- - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, gizirləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar. Bu Qanunda nəzərdə tutulan şəraitdə əlil olmuş hərbi qulluqçular əlilliyə görə pensiya almaq hüququna malikdirlər. - 17-ci maddəsinə əsasən əlil olmuş hərbi qulluqçulara əlilliyə görə pensiyalar, əlillik onların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra 3 aydan gec olmayaraq üz verdikdə, yaxud əlillik bu müddətdən sonra, lakin xidmət dövründə alınmış yara, kontuziya, zədə və ya xəstəlik nəticəsində üz verdikdə təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydadlarının:- - 1-ci bəndində qeyd olunmuşdur ki, Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. - 3-cü bəndində qeyd olunmuşdur ki, bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya hərbi təqaüdün təyin edilməsi üçün məlumat vərəqəsinin tərtib edilməsi və həmin məlumatın müvafiq orqana göndərilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasıİnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. İddiaçı barəsində “məlumat vərəqəsi”nin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-964/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-964/2020
02.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver