Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-964/2021 24.08.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X32 İdarəsinin Gəncə X10 və X15rşı (üçüncü şəxslər X11, X12, X13) “M-21 Volqa” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomaşının onun adına qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X32 İdarəsinin Gəncə X10 və X21 (bundan sonra mətndə cavabdeh) qarşı (üçüncü şəxslər X11 və X12) 13.04.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “M-21 Volqa” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomaşının mərhum əri X6 adına qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 24.05.2021-ci il tarixli, 2-1(114)-964/2021 nömrəli qərarı ilə İddiaçı iddiası təmin edilmiş və “M-21 Volqa” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomaşının mərhum X6 adına qeydə alınması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Üçüncü şəxs X13 12.08.2021-ci il tarixdə məhkəmə dəftərxanasına ərizə təqdim edərək, onun 24.05.2021-ci il tarixli, 2-1(114)-964/2021 nömrəli iş üzrə üçüncü şəxs kimi inzibati məhkəmə icraatına cəlb olunmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 16.08.2021-ci il tarixli, 2-1(114)-964/2021 nömrəli qərardadı ilə məhkəmənin qəbul etdiyi 24.05.2021-cı il tarixli, 2-1(114)-964/2021 nömrəli qərar X4 maraqlarına toxunduğundan, o, üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, həmin məhkəmə qərarı ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. İddiaçı 17.08.2021-ci il tarixdə məhkəmə dəftərxanasına iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “M-21 Volqa” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomaşının onun adına qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 24.08.2021-ci il tarixli, 2-1(114)-964/2021 nömrəli qərardadı ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi təmin edilərək inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o və iki oğluna qalan miras əmlak yaşadıdıqları evdən və “M-21 Volqa” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı köhnə avtomaşından ibarətdir. Avtomaşın qeydiyyatda mərhum Abbasov Qaffarın anası, 28.11.2012- ci il tarixdə vəfat etmiş X7 adınadır. X9 həmin mirası rəsmən qəbul edib, 31.05.2013-cü il tarixdə ona 2V-1-70 nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsi almış, amma sürülməyən, köhnə avtomaşın olduğu üçün rüsum ödəmək istəmədiyindən avtomaşını adına qeyd etdirməmişdir. Ona görə də qeyri-normal vəziyyət yaranmışdır. Avtomaşın hələ də, Baş X32 İdarəsinin Gəncə Reqional Qeydiyyat-İmtahan və X19 mərhum qayınanası Abbasova Ülkərin adına qeydiyyatda qalmaqdadır. Belə vəziyyətdə notarius nə adi qaydada, nə də transmissiya qaydasında avtomaşına dair qanun üzrə vərəsəlik şəhadətnaməsi verə bilmir. Göstərilən səbəblərə əsasən iddiasının təmin olunmasını xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 24 avqust 2021-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək “M-21 Volqa” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomaşının onun adına qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X32 İdarəsinin Gəncə X10 və X28 nümayəndəsinin iştirakını şifahi məhkəmə baxışı iclasında təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Üçüncü şəxslər X11, X12 və X13 məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - iddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Qanun üzrə vərəsəlik hüququ haqqında 2V-1-70 nömrəli şəhadətnamənin surəti; - X14 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X32 İdarəsinin Gəncə X10 və X21 ünvanladığı 04.02.2021-ci il tarixli, 97 nömrəli məktub; - cavabdehin 10.02.2021-ci il tarixli, 313-639-1221 nömrəli imtina məktubunun surəti; - mərhum X6 140263 nömrəli ölüm haqqında şəhadətnaməsinin surəti; - mərhum X7 573294 nömrəli ölüm haqqında şəhadətnaməsinin surəti; - İddiaçı 11.01.2021-ci il tarixli ərizəsinin surəti; - AA seriyalı 264004 nömrəli Nəqiliyyat vasitəsinin uçot kartasının surəti. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, X14 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X32 İdarəsinin Gəncə X10 və X21 ünvanladığı 04.02.2021-ci il tarixli, 97 nömrəli məktubunda qeyd edilmişdir ki, 20BX995 dövlət nömrə nişanlı, “M-21” Volqa minik markalı nəqliyyat vasitəsi X8 adına qeydiyyatdadır. X2 28.11.2012-ci il tarixdə vəfat etdikdən sonra onun vərəsəsi X1 şəhəri 6 saylı Notariat ofisinə müraciət edərək mərhum anası X5 miras qalmış 20BX995 dövlət nömrə nişanlı, “M-21 Volqa” minik markalı nəqliyyat vasitəsinə dair vərəsəliyi qəbul etmiş və 31.05.2013-cü il tarixdə, 2V-1-70 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. X3 həmin nəqliyyat vasitəsi barədə vərəsəlik hüququ haqqında şəhadətnaməni Azərbaycan Respublikası Baş X32 İdarəsinin Gəncə X10 və X21 təqdim etməmiş, özünün adına qeydiyyat şəhadətnaməsi almamış, 01.12.2020-ci il tarixdə X17 vəfat etmişdir. Qanunvericiliyin tələbinə əsasən X17 notarius tərəfindən vərəsə kimi tanınmışdır. Bununla əlaqədar qanunvericiliyin tələblərinin yerinə yetirilməsi üçün ərizəçi mərhum X6 arvadı İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün 20BX995 dövlət nömrə nişanlı, M-21 Volqa minik markalı nəqliyyat vasitəsinin uçot kartoçkasını Gəncə şəhəri 6 saylı Notariat Ofisində rəsmiləşdirilmiş, 31.05.2013-cü il tarixli, 2V-1-70 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum X6 adına dəyişdirilməsinə dair göstəriş verilməsi xahiş olunmuşdur. Cavabdehin notarius Aris Ələkbərova ünvanladığı 10.02.2021-ci il tarixli, 313-639-1221 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, kompyuter uçot bazasında olan məlumata əsasən “M 21 Volqa’" markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil 24.09.1999-cu il tarixdən X7 adına qeydiyyatdadır. “M-21 Volqa” markalı, 20BX995 dövlət qeydiyyat nişanlı avtomaşının üzərində mülkiyyət hüququnun tanınmasına dair vətəndaş İddiaçı müvafiq qaydada məhkəməyə müraciət etməsi tövsiyyə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, AA seriyalı 264004 nömrəli Nəqiliyyat vasitəsinin uçot kartasına əsasən “M 21 Volqa’" markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil 24.09.1999-cu il tarixdən X7 adına qeydiyyatdadır. 573294 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X16 28.11.2012-ci il tarixdə vəfat etmişdir. 31.05.2013-cü il tarixdə, 2V-1-70 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X5 miras qalmış 20BX995 dövlət nömrə nişanlı, “M 21 Volqa’" markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair vərəsəliyi X17 qəbul etmişdir. 140263 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X17 07.12.2020-ci il tarixdə vəfat etmişdir. X17 “M 21 Volqa’" markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil barədə vərəsəlik hüququ haqqında şəhadətnaməni Azərbaycan Respublikası Baş X32 İdarəsinin Gəncə X10 və X21 təqdim etməmiş, özünün adına qeydiyyat şəhadətnaməsi almamışdır. X17 notarius tərəfindən vərəsə kimi tanınsada cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X32 İdarəsinin Gəncə X10 və X28 “M 21 Volqa’" markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun adına qeydiyyata alınmasından imtina etmişdir. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, yuxarıda qeyd edilənlərə əsasən X5 miras qalmış “M 21 Volqa” markalı, **-BX- *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində Gəncə şəhəri 6 saylı Notariat ofisi tərəfindən X6 vərəsəliyi tanınmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı qanun üzrə vərəsə kimi tanınmış mərhum X6 arvadıdır və hal-hazırda mərhumdan miras qalmış avtomobili miras kimi qəbul etmək üçün notariat orqanına müraciət etmişdir. Notariat orqanı tərəfindən cavabdeh orqana rəsmi qaydada muraciət olunmuş, lakin həmin orqan X25un adına avtomobili qeydə almaqdan imtina edərək, məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Məhkəmə hesab edir ki, hazırda iddiaçının hüquqları pozulur və qeyd edilən hüquqlar məhkəmə tərəfindən bərpa edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin : - 1-ci bəndində əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - 2-ci bəndində əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - 3-cü bəndinə əsasən Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətinə və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi qanunidir, X5 miras qalmış “M 21 Volqa” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində Gəncə şəhəri 6 saylı Notariat ofisi tərəfindən X6 vərəsəliyi tanındığı üçün iddiaçının iddiası təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə hazırki iş üzrə sübutları tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirərək iddianın təmin edilməsi qətanətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək belə hesab edir ki, cavabdehin hərəkətləri qanuna zidd olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan iddia ərizəsi təmin olunmalı, “M-21 Volqa” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomaşının iddiaçının adına qeydə alınması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. “M-21 Volqa” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomaşının İddiaçı adına qeydə alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X32 İdarəsinin Gəncə X10 və X20 üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-964/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-964/2021
24.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver