Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-967/2021 25.05.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdehin qanunsuz hərəkətinin qarşısının alınması və prokurorluq orqanlarında işlədiyi müddətdə prokurorluq əməkdaşlarına verilən yardımlar, müavinətlər və pul təminatları hesablanmaqla əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsinə qarşı 12.07.2018-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin qanunsuz hərəkətinin qarşısının alınması, Kəlbəcər Rayon Prokurorluğunda işləməyi ilə bağlı yüksəkliyə görə əmək haqqına hesablanmış əlavələrin, həmçinin prokurorluqda işlədiyi müddətdə prokurorluq əməkdaşlarına verilən yardımlar, müavinətlər və pul təminatları hesablanmaqla əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzəri barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 27.09.2018-ci il tarixdə ərizə təqdim edərək, iddia tələbinin dəyişdirilməsini məhkəmədən xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul edilmiş 27.09.2018-ci il tarixli, 2-1(83)-1386/2018 nömrəli qərardadla cavabdehin qanunsuz hərəkətinin qarşısının alınması və prokurorluq orqanlarında işlədiyi müddətdə prokurorluq əməkdaşlarına verilən yardımlar, müavinətlər və pul təminatları hesablanmaqla onun əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi barədə iddianın dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul edilmiş 27.09.2018-ci il tarixli, 2-1(83)-1386/2018 nömrəli qərarla İddiaçı iddiası təmin edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsi Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 27.09.2018-ci il tarixli, 2-1(83)- 1386/2018 nömrəli qərarından Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermiş, Gəncə Apelyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 08.02.2019-cu il tarixli, 2- 1(104)-80/2019 nömrəli qərarla cavabdehin apelyasiya şikayəti təmin edilməmiş və Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 27.09.2018-ci il tarixli, 2-1(83)-1386/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsi Gəncə Apelyasiya Məhkəməsinin 08.02.2019-cu il tarixli, 2-1(104)- 80/2019 nömrəli qərarından Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş 19.06.2019-cu il tarixli, 2-1(102)-1836/19 nömrəli qərarla cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin 08.02.2019-cu il tarixli, 2-1(104)-80/2019 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Gəncə Apelyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 03.09.2019-cu il tarixli, 2- 1(104)-597/2019 nömrəli qərardadla cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş və iş yenidən baxılması üçün Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. İddiaçı 03.02.2020-ci il tarixdə ərizə təqdim edərək, iş üzrə cavabdehin əvəz olunmasını məhkəmədən xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 10.03.2020-ci il tarixli, 2-1(114)-193/2020 nömrəli qərardadla iddiaçının ərizəsi təmin edilmiş və iş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 31.08.2020-ci il tarixli, 2-1(114)- 193/2020 nömrəli qərardadla iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı Gəncə İnzibati Məhkəməsinin 31.08.2020-ci il tarixli, 2-1(114)-193/2020 nömrəli qərardadından Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermiş, Gəncə Apelyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 07.10.2020-ci il tarixli, 2-1(104)- 709/2020 nömrəli qərardadla iddiaçının apelyasiya şikayəti təmin edilməmiş və Gəncə İnzibati Məhkəməsinin 31.08.2020-ci il tarixli, 2-1(114)-193/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Gəncə Apelyasiya Məhkəməsinin 07.10.2020-ci il tarixli, 2-1(104)-709/2020 nömrəli qərardadından Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş 24.02.2021-ci il tarixli, 2-1(102)-269/2021 nömrəli qərarla iddiaçının kassasiya şikayəti təmin edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin 07.10.2020-ci il tarixli, 2-1(104)-709/2020 nömrəli qərarı ləğv edilmiş və iş aidiyyəti üzrə baxılması üçün Gəncə Apelyasiya Məhkəməsi vasitəsilə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 25 may 2021-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasına gəlmişlər. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi (vəkili) X2 iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına etiraz etməmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib hesab edir ki, həmin ərizəyə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə belə qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə hesab edir ki, şərh olunan normativ hüquqi aktda iddiaçının ərizəsinə əsasən iddia ərizəsinin və əlavə olunmuş sənədlərin geri qaytarılması birbaşa nəzərdə tutulmasa da, inzibati mübahisənin onun iradəsinə uyğun olaraq sona çatdırılmasının mümkünlüyü təsbit olunmuşdur və iddiaçının belə ərizəsi faktiki olaraq onun mübahisə ilə bağlı marağının itməsi səbəbindən iddia ərizəsinin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul olunması ilə nəticələnə bilər. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin geri qaytarılması və bununla bağlı iş üzrə icraata xitam verilməsi həmin iddia ilə məhkəməyə yenidən müraciət olunmanı istisna etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15, 55 və 80-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdehin qanunsuz hərəkətinin qarşısının alınması və prokurorluq orqanlarında işlədiyi müddətdə prokurorluq əməkdaşlarına verilən yardımlar, müavinətlər və pul təminatları hesablanmaqla əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi geri qaytarılsın və iş üzrə icraata xitam verilsin. İddiaçıya gələcəkdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia ilə məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan şikayət verilə bilməz. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-967/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-967/2021
25.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver