Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-967/2025 31.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı, X14, X18 və X4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı reyestr qeydinin ləğv edilməsi və torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüquqlarının qeydə alınaraq çıxarışın verilməsi tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı (o həm də digər iddiaçılar X18 və X4 nümayəndəsidir), iddiaçı X14 və üçüncü şəxs X6 iştirakları ilə, İddiaçılar İddiaçı, X14, X18 və X4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxslər X19 və X27) qarşı Gədəbəy rayonu Slavyanka kəndində yerləşən 1.0 ha torpaq sahəsinə dair xx.xx.2024-cü il tarixdə aparılmış ********** qeydiyyat nömrəli və Gədəbəy rayonu Slavyanka kəndində yerləşən 0.7199 ha torpaq sahəsinə dair xx.xx.2024-cü il tarixdə aparılmış ********** qeydiyyat nömrəli reyestr qeydlərinin ləğv edilməsi və Gədəbəy rayonu Slavyanka kəndində yerləşən 1.18 ha əkin, 0.48 ha biçənək torpaq sahələri üzərində yalnız iddiaçıların mülkiyyət hüquqlarının qeydiyyatına dair çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 05 saylı qərarı ilə İddiaçı, X7, X10, X2 təsərrüfatı məhsullarının istehsalı məqsədilə 2.49 ha torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinə dair xx.xx.2001-ci il tarixli JN-240 KOD 50526018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmiş və dövlət aktında mülkiyyətçilər siyahısında X22 və X15 adları da göstərilmişdir.
2. Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 493 nömrəli arxiv arayışında göstərilmişdir ki, İddiaçı Gədəbəy rayon Dövlət Arxivinin mühafizəsində olunan 1991-1995-ci illərə dair Slavyanka kənd XDS İK-nin 11 saylı təsərrüfatbaşına kitabının 999-cu şəxsi hesabında ailə üzvləri aşağıda qeyd edilmişdir: Ailə başçısı – İddiaçı xx.xx.1957; Arvadı – X14 xx.xx.1965; Oğlu – X20 xx.xx.1992; Qızı – X16 xx.xx.1993; X21 xx.xx.1982; X23 xx.xx.1985.
3. Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının Slavyanka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli 966 nömrəli arayışında göstərilmişdir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-240 saylı dövlət aktında səhv olaraq mülkiyyətçi X9 və X1 Paşayeva kimi yazılmışdır. Lakin həqiqətdə X21 və X24 olmalıdır.
4. Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının Slavyanka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 513 nömrəli arayışında göstərilmişdir ki, Slavyanka kənd sakini İddiaçı həqiqətən hal-hazırda yaşadığı ev 1996-cı ildə tikilmişdir.
5. Gədəbəy rayonu Slavyanka bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 179 nömrəli məktubunda bildirilmişdir ki, Slavyanka kəndində torpaq islahatı aparılarkən vətəndaşlara düşən pay torpaq norması, əkin pay torpaq sahələri üçün 0.26 ha-0.32 ha, biçənək pay torpaq sahələri üçün 0.12 ha-0.14 ha təşkil etmişdir.
6. Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 432 nömrəli arxiv arayışında göstərilmişdir ki, Paşayev X26 rayon Dövlət Arxivində mühafizə olunan Slavyanka kənd İƏD üzrə nümayəndəliyinin 2001-2005-ci illərə dair 7 nömrəli təsərrüfatbaşına kitabının 596-cı şəxsi hesabında qeydiyyatda olmaqla onun adına təsərrüfat qeyd edilib və aşağıda göstərilən ailə üzvləri vardır: Ailə başçısı – İddiaçı xx.xx.1957; Arvadı – X14 1965; Oğlu – X20 xx.xx.1992; Qızı – X16 xx.xx.1993;
7. Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 116 nömrəli arxiv arayışında göstərilmişdir ki, Paşayev X26 rayon Dövlət Arxivinin mühafizəsində olunan Slavyanka kənd İƏD üzrə nümayəndəliyinin 1996-2000-ci illərə dair 9 saylı təsərrüfatbaşına kitabının 999-cu şəxsi hesabında qeydiyyatda olmaqla onun adına təsərrüfat qeyd edilib və aşağıda göstərilən ailə üzvləri vardır: Ailə başçısı – İddiaçı xx.xx.1957; Arvadı – X14 xx.xx.1965; Oğlu – X20 xx.xx.1992; Qızı – X16 xx.xx.1993; X21 xx.xx.1982; X23 xx.xx.1985. Qeyd 1: “Birinci yazılan təsərrüfat üzvünə münasibəti” qrafasının qarşısında X21 və X24 üçün heç bir qeyd aparılmamışdır. Qeyd 2: “Təsərrüfatın tərkibindən tamamilə çıxan ailə üzvləri haqqında qeyd” qrafasının qarşısında X25 və X24 “Qeydiyyatdan çıxıblar” kimi qeyd aparılmışdır.
8. İddiaçı Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 2.49 ha torpaq sahəsinə dair təqdim edilən JN-240 KOD-50526018 Dövlət aktından X12 və X15 adlarının çıxarılması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə etdiyi müraciətə həmin İdarənin xx.xx.2024-cü il tarixli 3-21-3-40/2-P-0008-35/24 nömrəli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, müraciətində qeyd etdiyi ona və ailə üzvlərinə ümumi birgə qaydasında məxsus olan Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 2.49 ha torpaq sahəsinə dair verilmiş JN-240, kod-50526018 saylı Dövlət aktından X12 və X15 və ümumiyyətlə təqdim edilən sənədlərdən hər hansı bir vətəndaş(lar)ın (payçı(ları)nın) payının bölünməsi, ayrılması, adının çıxarılması, dəyişdirilməsi və ya düzəliş edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. Bununla bağlı aidiyyəti üzrə notariat kontoruna və yaxud məhkəməyə müraciət etməyi məqsədəmüvafiqdir. Bundan başqa, təqdim etdiyi JN-240, kod-50526018 saylı Dövlət aktının kağız nüsxəsinin "240A" saylı konturunda torpaq sahəsinin ölçüsü 0.77 ha göstərilməsinə baxmayaraq, Ərazi idarəsinin elektron baza və xəritə məlumatlarında həmin torpaq sahəsi 0.18 ha kimi öz əksini tapır. Qeyd olunan azalmanın aradan qaldırılması da 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. Məlumat üçün bildirilir ki, qeyd olunan uyğunsuzluqlar qanunvericiliyin tələblərinə uyğun həll edildikdən və azalmaya dair notarial qaydada razılıq ərizəsi təqdim etdikdən sonra sözügedən torpaq sahəsi üzərində elektron bza məlumatlarına və 29 iyun 2004-cü il tarixli 713-İİQ saylı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq qanunamüvafiq qaydada baxıla bilər.
9. Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının Slavyanka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 227 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən RİH başçısının Slavyanka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2021-2025-ci illəri əhatə edən 09 nömrəli ev təsərrüfatlarının uçotu kitabının 91-ci səhifəsində 817 nömrəli şəxsi hesaba əsasən aşağıdakı ailə tərkibi vardır: Özü – İddiaçı xx.xx.1957; Arvadı – X14 xx.xx.1965; Oğlu – X20 xx.xx.1992; Qızı – X16 xx.xx.1993.
10. Məhkəmənin sorğusuna Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 67 nömrəli cavab məktubundan və ona əlavə edilmiş təsərrüfatbaşına kitabdan çıxarışdan görünür ki, Gədəbəy Rayon Dövlət Arxivində mühafizə olunan Slavyanka kənd inzibati ərazi vahidliyi üzrə nümayəndəliyinin 1996-2000-ci illərə dair Təsərrüfatbaşına kitablarında İddiaçı adına təsərrüfat qeyd edilmişdir. Əlavə olaraq qeyd edilir ki, 2001-2015-ci illərə dair Slavyanka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Təsərrüfatbaşına kitablarında İddiaçı adına qeyd olunan təsərrüfatda sorğuda adıları keçən X12 və X15 adları qeyd edilməmişdir.
11. Məhkəmənin sorğusuna Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının Slavyanka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-44/2-58/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, nümayəndəliyin 2021-2025-ci illəri əhatə edən ev təsərrüfatlarının uçotu kitablarında X12 və X15 adları qeyd edilməyib və onlar İddiaçı ailə üzvləri (yaxın qohumu) olmayıblar.
12. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 1.0 ha torpaq sahəsi üzərində X27, X19, İddiaçı, X14, X18 və X4 ümumi birgə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət qeydiyyatına alınmışdır. Həmin torpaq sahəsinə dair xx.xx.2024-cü il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.
13. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0.7199 ha torpaq sahəsi üzərində X27, X19, İddiaçı, X14, X18 və X4 ümumi birgə mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət qeydiyyatına alınmışdır. Həmin torpaq sahəsinə dair xx.xx.2024-cü il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.
14. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-40/2-M-0310-35/24 nömrəli məktubunda bildirilmişdir ki, nərəzdə tutulan torpaq sahəsinə tərəflərindən araşdırma aparılmış və məlum olmuşdur ki, AZCAD və X3 sözügedən torpaq sahəsi JN-240N kimi işlənmişdir və azalma halı müşahidə olunmamışdır.
15. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(042)-227/2025 nömrəıli qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş X19 və X17 Gədəbəy rayonu Slavyanka kəndində yerləşən 1.0 ha və 0.7199 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin hər birində 1/6 hissədə paylarının müəyyən edilməsi qət edilmişdir.
16. Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının Slavyanka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 12 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən RİH başçısının Slavyanka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2021-2025-ci illəri əhatə edən 09 nömrəli ev təsərrüfatlarının uçotu kitabının 91-ci səhifəsində 817 nömrəli şəxsi hesaba əsasən aşağıdakı ailə tərkibi vardır: Özü – İddiaçı xx.xx.1957; Arvadı – X14 xx.xx.1965; Oğlu – X20 xx.xx.1992; Qızı – X16 xx.xx.1993. Qeyd: Yuxarıda göstərilmiş ailə üzvləri eyni tərkibdə (dəyişdirilmədən) nümayəndəliyin 2016-2020-ci illəri əhatə edən 10 nömrəli ev təsərrüfatının uçotu kitabının 09-cu səhifəsində 833 nömrəli şəxsi hesabda da qeyd edilmişdir.
17. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə əldə edilmiş mütəxəssis rəyi ilə müəyyən olunur ki, Gədəbəy rayonunun Slavyanka kəndində yerləşən 1.18 ha əkin, 0.48 ha və yaxud (2.49) torpaq sahələri əkin 1:18 ha) və (0 48 ha) biçənək sahələri olmaqla xüsusi mülkiyyətdə olan kənd təsəryufatı təyinatlı torpaq sahəsinə aiddir. İddiaçılara məxsus 1.00 ha torpaq sahəsi üzərində iddiaçıların ailə üzvləri ilə birlikdə digər iki kənar səxs daxil olmaqla çıxarış verilməsi müəyyən olundu, lakin digər hissələrdə başqa şəxsin, şəxslərin və orqanların hüquqlarının dövlət reyestrində qeydiyyata alınması aşkar olunmadı. Həmin torpaq sahəsi qaz kəmərinin mühafizə zolağına, elektrik xəttinin qoruma zolağına, çayların, göllərin və sənaye nəqliyyat rabitə, müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonalarına düşmür. Qeydə alınması nəzərdə tutulan 1.18 ha əkin, 0.48 ha torpaq sahələri hər hansı digər şəxslərin hüquqlarına toxunmur və üst-üstə düşmə halı yoxdur. Faktiki istifadə edilən torpaq sahəsi 1.7231 ha-dək ərazini əhatə edir. Faktiki istifadə edilən 0.2681 ha-dək torpaq sahəsində (JN-240 A hissəsində) və yaxud qeydə alınması nəzərdə tutulan torpaq sahəsində tikililər yerləşən ərazi 0.0456 ha-dək ərazini əhata edir və həmin torpaq sahəsi üzərində yaşayış üçün yararlı olan 157.09 kv.m-dək yaşayış evi və digər yardımçı tikililər mövcuddur (Qeydiyyatdan keçmədiyi üçün tikililərin hansı tarixdə inşa edildiyini müəyyən edə bilməmişlər). Həmin tikili JN-240 KOD 50526018 nömrəli Dövlət aktı əsasında tərtib edilmiş torpaq sahəsinin planında qeyd edilən sahənin hüdudları daxilində yerləşir. Gədəbəy rayonunun Slavyanka kəndində yerləşan 1.18 ha əkin, 0.48 ha (2.49) torpaq sahələri ayrıldığı zaman kənd təsərrüfatı təyinallı torpaq sahəsinə aid olmuşdur. İddiaçıların faktiki istifadə etdiyi (naturada təqdim etdiyi) torpaq sahəsinin 0.0881 ha-dək hissəsi JN-238 saylı Dövlət aktında qeyd olunan torpaq sahəsininin sərhədləri daxilində, qalan hissələri isə JN-240A, JN-240 və JN-240Z saylı Dövlət aktı əsasında tərtib edilmiş torpaq sahəsinin planına uyğundur və həmin yerquruluşu planından çıxarışda qeyd edilən ərazinin hüdudları daxilində yerləşir. Faktiki istifadə edilən və naturada təqdim edilən torpaq sahəsi JN-240 KOD 50526018 nömrəli Dovlət aktı əsasında tərtib edilmış torpaq sahəsinin planı 1:5000 uyğundur. İddiaçının naturada təqdim etdiyi və faktiki istifadə etdiyi 1.7231 ha-dək torpaq sahəsinin (JN-238 saylı Dövlət aktının sərhədləri daxilində yerləşən 0.0881 ha-dək hissəsindən başqa və JN- 240 Z /0.72 ha hissəsindəki 0.24 ha hissəsi nəzərə alınmadan qalan 0.48 ha torpaq sahəsi) 1.66 ha hissəsi JN-240 KOD 50526018 nömrəli Dövlət aktında qeyd edilən ərazınin hüdudları daxılındə yerləşir. Rəy elektron məlumat bazasının kompleks yequruluşu xəritəsinə və yeni elektron uçot xəritəsinə (AzCAD) əsasən hazırlanmışdır. Qeyd: Gədəbəy rayonunun Slavyanka kəndində təkrar aparılan aqrar islahat komissiyasının xx.xx.2002-ci il tarixli 03 saylı qararına və həmin qərarın təsdiq edilməsi barədə aqrar islahat komissiyasının 17:06.2002-ci il tarixli 32 saylı protokoluna əsasən nəfərə düşən torpaq sahəsi JN-240 saylı Dövlət Aktında qeyd olunmamış, yeni Dövlət Aktı ilə əvəzlənməmişdir.
18. Gədəbəy rayonu Slavyanka bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 10 nömrəli arayışında göstərilmişdir ki, həqiqətən İddiaçı ailə üzvləri ilə (6 nəfərə) birgə adına Slavyanka bələdiyyəsində JN-240 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktına əsasən cəmi 1.77 ha əkin və 0.72 ha biçənək pay torpaq sahəsi qeydə alınıb. Qeyd edilən Dövlət aktına əsasən ailə üzvlərinin hər birinə 0.2950 ha əkin və 0.12 ha biçənək pay torpaq sahəsi verilmişdir.
19. Məhkəmənin sorğusuna "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 3-21-3-60/2- 2841/2025 nömrəli cavab məktubuna əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, Slavyanka sovxozu yerli Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 3 nömrəli protokolu ilə (18 və 22-ci vərəqlər) 240 saylı ailənin tərkibindən X22 və X28 çıxarılsın və onlara düşən pay başqa vətəndaşlara verilsin, həmçinin 240 saylı ailəyə cəmi 0.18 ha əkin sahəsi verilsin. Həmin protokol Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002ci il tarixli 32 saylı protokolu ilə təsdiqlənmişdir.
20. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-60/2- 5174/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, Torpağa mülkiyyət hüququna dair JN-240 kod 50526018 saylı dövlət aktının JN-240 nömrəli (10000 kv.m), JN-240Z nömrəli (7199 kv.m) konturları xx.xx.2024-cü il tarixdə hüquqların dövlət reyestrində qeydiyyatına alınaraq çıxarış işlənmişdir. JN-240A nömrəli (7700 kv.m) konturun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı heç bir məlumat yoxdur. Həmçinin, torpağa mülkiyyət hüququna dair JN-240 kod 50526018 saylı dövlət aktının ləğv olunması ilə bağlı hər hansı bir məlumat daxil olmayıb və hal-hazırda qüvvədədir. Torpağa mülkiyyət hüququna dair JN-240 kod 50526018 saylı dövlət aktında qeyd edilən 2.49 ha torpaq sahəsinin 240 nömrəli (10000 kv.m), 240A nömrəli (7700 kv.m) və 240Z nömrəli (7199 kv.m) konturlarda yerləşməsi nəzərə alınmaqla, sözügedən torpaq sahələrinin ölçüləri həm kompleks yerquruluşu layihəsində, həm də TEKUİS-da heç bir fərq olmayaraq eynilik təşkil edir. Belə ki, JN-240 nömrəli konturda göstərilən torpaq sahəsi həm kompleks yerquruluşu layihəsində, həm də TEKUİS-da 1.0 ha kimi, JN-240Z nömrəli konturda göstərilən torpaq sahəsi həm kompleks yerquruluşu layihəsində, həm də TEKUİS-da 0.7199 ha kimi və JN- 240A nömrəli konturda göstərilən 0.77 ha torpaq sahəsi həm kompleks yerquruluşu layihəsində, həm də TEKUİS-də 0.18 ha kimi qeyd olunmuşdur. Torpağa mülkiyyət hüququna dair dövlət aktının JN-240A nömrəli konturunda torpaq sahəsinin 0.77 ha qeyd olunmasına baxmayaraq, həm kompleks yerquruluşu layihəsində, həm də TEKUİS-da 0.18 ha kimi göstərilməsinin səbəbi Gədəbəy rayonu, Slavyanka kəndində aparılmış torpaq islahatı ilə bağlı tərtib edilmiş bölgü layihəsində düzəlişlərin edilməsi ilə əlaqədar yerli aqrar islahat komissiyasının xx.xx.2002-ci il tarixli, 03 saylı qərarına və həmin qərarın təsdiq edilməsi barədə rayon aqrar islahat komissiyasının xx.xx.2002-ci il tarixli, 32 saylı protokoluna əsasən 240 saylı ailəyə 215-ci konturda 0.18 ha torpaq sahəsinin verilməsi olmuşdur. Eyni zamanda baza xəritə məlumatlarına əsasən 0.77 ha torpaq sahəsinin bir hissəsi JN-238, JN-265 saylı dövlət aktları və JN-954E saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə ayrı-ayrı şəxslərin, digər bir hissəsi isə bələdiyyənin mülkiyyətinə verilmişdir. Gədəbəy rayonu, Slavyanka kəndində JN-249 saylı dövlət aktı 0.91 ha ölçüdə X13 və ailə üzvlərinin adına 3 konturda (hissədə) işlənmişdir. Həmin torpaq sahələrinin 0.3798 ha olan konturuna xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, 0.48 ha olan konturuna xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və 0.05 ha olan konturuna xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışlar verilmişdir. Torpağa mülkiyyət hüququna dair JN-240 kod 50526018 saylı dövlət aktı həm kompleks yerquruluşu layihəsində, həm də TEKUİS-da 3 hissədə (konturda) JN-240 saylı konturda 1.0 ha, JN-240A saylı konturda 0.18 ha və JN-240Z saylı konturda 0.7199 ha kimi işlənmişdir. JN-240Z saylı konturda qeyd olunan 0.7199 ha torpaq sahəsinin 0.48 ha kimi vurğulanmasının səbəbi isə həmin torpaq sahəsinin İddiaçı və ailə üzvlərinin payına uyğunlaşdırılaraq, yəni X27 və X6 paylarının ixtisar olunması ilə əlaqələndirmək mümkündür. İddiaçıların Gədəbəy rayonu, Slavyanka kəndində faktiki istifadə etdiyi 1.7231 ha torpaq sahəsinin 1.66 ha hissəsi JN-240 nömrəli dövlət aktında qeyd edilən ərazinin hüdudları daxilində yerləşir. O cümlədən, sözügedən dövlət aktında qeyd olunan 0.77 ha torpaq sahəsinin yalnız 0.18 ha hissəsi iddiaçıların faktiki istifadəsindədir. Gədəbəy rayonu, Slavyanka kəndi üzrə Torpağa mülkiyyət hüququna dair JN-238 və JN- 265 saylı dövlət aktlarının, Torpağın mülkiyyətə verilməsinə dair JN-954E saylı şəhadətnamənin nüsxələri təqdim olunur. Sözügedən torpaq sahələri üzərində hər hansı şəxslərin hüquqlarının qeydiyyata alınması üçün qanunvericilikdə nəzərdə tutulan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər qanunla müəyyən olunmuş qaydada hüquq əldə edən və yaxud onun tərəfindən vəkil edilmiş şəxs (vərəsə) tərəfindən 11 saylı Şəmkir Ərazi İdarəsinə təqdim edilməsi məqsədəmüvafiqdir.
21. İddiaçı Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən ona və ailə üzvlərinə məxsus 1.0 ha torpaq sahəsinə dair verilmiş **********84 və 0.7199 ha torpaq sahəsinə dair verilmiş **********86 reyestr nömrəli çıxarışlardan X22 və X15 adlarının çıxarılaraq hüquqların dövlət reyestrində qeydiyyatın ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə etdiyi müraciətə həmin İdarənin xx.xx.2024-cü il tarixli 3-21-3-40/2-P-0008-35/24 nömrəli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, ərizədə qeyd etdiyi Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən ona və ailə üzvlərinə məxsus olan 1.0 ha torpaq sahəsinə dair verilmiş **********84 və 0.7199 ha torpaq sahəsinə dair verilmiş **********86 reyestr nömrəli çıxarışlardan X22 və X15 və çıxarışda qeyd olunan payçı(ları)nın hər hansı birinin payının bölünməsi, ayrılması, vərəsəliyinin təyin edilməsi adının çıxarılması, dəyişdirilməsi və ya düzəliş edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. Məlumat üçün bildirilir ki, sözügedən məsələ ilə bağlı aidiyyatı üzrə notariat kontoruna və yaxud məhkəməyə müraciət edərək, hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün əsas olan eyni zamanda qanunvericilikdə nəzərdə tutulan hüquqmüəyyənedici sənədləri qanunla müəyyən olunmuş qaydada hüquq əldə edən və yaxud onun tərəfindən vəkil edilmiş şəxs tərəfindən 11 saylı Şəmkir Ərazi İdarəsinə təqdim edildiyi təqdirdə 29 iyun 2004-cü il tarixli, 713-İİQ saylı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq müraciətinin icrasına qanunamüvafiq qaydada baxıla bilər. II. Məhkəmədə icraat
22. İddiaçılar İddiaçı, X14, X18 və X16 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, torpaq sahəsinin ümumi mülkiyyət kimi qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
23. Tələb onunla əsaslandırılmışdır ki, Torpağa mülkiyyət hüququna dair xx.xx.2001ci il tarixli JN-240 №-li Dövlət Aktı ilə Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 05 saylı qərarı ilə onların 4 nəfərdən ibarət ailəsinə 2,49 ha torpaq sahəsi verilmişdir. Bu halı Torpağa mülkiyyət hüququna dair xx.xx.2001-ci il tarixli JN-240 №-li Dövlət Aktı təsdiq edir. X42 gec almışdır və alan vaxt aşkar etmişdir ki, ora onlarla yanaşı, həmmülkiyyətçi kimi X22 və X28 adlarında şəxslər yazılmışdır. Onlar belə adamları tanımırlar, onların nə zamansa Gədəbəy rayonunda yaşayıb-yaşamamalarını, ümumiyyətlə mövcud olub-olmamalarını bilmirlər. Bu saxtakarlığın, yaxud səhvin səbəbini öyrənərkən aydın olmuşdur ki, 1996- 2000-ci illərdə həqiqətən təsərrüfatlarının qeydiyyatına bu adda şəxslər yazılmışlar, özü də "Murğuzova" soyadı ilə. Lakin bu əməli (saxtakarlığı) kim törətmişdir, məqsədi nə olmuşdur, bilə bilməmişdir. Kim və nə üçün bu işi görmüşdür, gizli qalmışdır. Ola bilsin ki, belə adamlar mövcud olmuş, onlara yalnız kənddə yaşamaları barədə arayış lazım olmuşdur. Saxta qeydin səbəbi güman ki, budur. Lakin torpaq islahatı zamanı bu adamlar məhz qeydiyyatlarına görə onların ailənin mülkiyyətinə verilən torpaq sahəsinin sahibi kimi, özü də kitabda olan "Murğuzova" soyadı ilə yox, "Paşayeva" soyadı ilə (onların ailəsinin soyadı ilə) yazılmışlar. Hesab edir ki, bu adamlar həqiqətən mövcuddursa, həmin şəxslərin onların Dvlət Aktından xəbərləri belə yoxdur. Beləliklə, həmin illərdə o, ailəsi ilə başqa yerlərdə yaşadığından bu iki şəxsin təsərrüfatlarına kimlər tərəfindən yazılmasını bilməmişdir. O, həyat yoldaşı Kəmalə, uşaqları Bəhrəm və Zümrüd belə adamların nə zamansa mövcud olmalarını, "Murğuzova" soyadının "Paşayeva" soyadına necə çevrilməsini, bilmirlər. O, bu hadisədən xəbər tutanda, kəndin təsərrüfatbaşı kitabını yoxlatdırıb, aşkar etmişdir ki, ailəsi ilə müvəqqəti olaraq kənddə yaşamayan zaman bu adlar həqiqətən onun ailəsinin üstünə yazılmışdır. Ona görə də ərizə verib, tanımadığı və mövcudluqlarını bilmədiyi bu şəxslərin adlarını ailəsinin hesabından çıxartdırmışdır. Bu halı xx.xx.2022-ci il tarixli 432 №-li arayış təsdiq edir. 2005-ci ildən sonra bu adamlar onun təsərrüfatında qeydiyyatda deyillər. Buna baxmayaraq iddia ərizəsində üçüncü şəxslər kimi göstərdikləri Paşayevlərin (Murğuzovların) adları Dövlət Aktında qalmaqdadır. Onların adlarını məhkəmə olmadan sənədlərindən heç cür sildirə bilmirlər. Bu vəziyyət 23 ildən artıq müddətdə fasiləsiz və etirazsız olaraq sahibliklərində olan torpaqlarını daşınmaz əmlakın dövlət reyestrində mülkiyyətçisi kimi qeyd etdirməklərinə mane olur. Mövcud olmayan, lakin adları kağızda yazılan Paşayeva və ya Murğuzova soyadlı Nailəyə və Laləyə görə Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi (bundan sonra Şəmkir Ərazi İdarəsi) torpaqlarını bu adlar olmadan olan qeydiyyata almaqdan imtina edir. xx.xx.2024-cü il tarixli məktubla ona bildirmişdir ki, X12 və X15 adlarını ailəsinə məxsus dövlət aktından çıxarmaq səlahiyyətində deyil. Onu da qeyd etmək istəyir ki, onların adlarına olan həmin torpaq sahəsi müxtəlif vaxtlarda müxtəlif şəxslərə verildiyindən hazırda onların mülkiyyətlərində 1,18 ha əkin, 0,48 ha biçənək sahələri var. Dövlət aktında göstərilən və sonrakı islahat zamanı onlardan alınan torpaqlar onların iştirakları ilə olmuş, üçüncü şəxs kimi göstərilən şəxslər mövcud olmadıqlarından, təbii ki, həmin məsələdə iştirak etməmişlər. Odur ki, cavabdeh Şəmkir Ərazi İdarəsi həmin sahələri onların, yəni 4 nəfərin adına qeydiyyata almaqdan imtina etməsini əsassız sayırlar.
24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
25. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X19 və X27 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.
26. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırkı iddia tələbi “Gədəbəy rayonu Slavyanka kəndində yerləşən 1.0 ha torpaq sahəsinə dair xx.xx.2024-cü il tarixdə aparılmış ********** qeydiyyat nömrəli və Gədəbəy rayonu Slavyanka kəndində yerləşən 0.7199 ha torpaq sahəsinə dair xx.xx.2024-cü il tarixdə aparılmış ********** qeydiyyat nömrəli reyestr qeydlərinin ləğv edilməsi və Gədəbəy rayonu Slavyanka kəndində yerləşən 1.18 ha əkin, 0.48 ha biçənək torpaq sahələri üzərində yalnız iddiaçıların mülkiyyət hüquqlarının qeydiyyatına dair çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü
27. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçılar hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
28. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
29. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçılar hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
30. Cavabdeh orqanın yerləşdiyi Şəmkir şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
31. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
32. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər
33. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir.
34. İddiaçılar İddiaçı (o həm də digər iddiaçılar X18 və X4 nümayəndəsidir) X14 və üçüncü şəxs X19 məhkəmə iclasına gəlmişlər, cavabdehin nümayəndəsi və digər üçüncü şəxs isə məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehin nümayəndəsinin və digər üçüncü şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
35. Cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmuş və etiraz imtina məktublarında göstərilən dəlillərlə əsaslandırılmışdır.
36. İddiaçılar İddiaçı və X14 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişlər.
37. Üçüncü şəxs X19 şifahi məhkəmə baxışı iclasında qanunamüvafiq qərar çıxarılmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
38. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - xx.xx.2001-ci il tarixli JN-240 KOD 50526018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı; - Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 493 nömrəli arxiv arayışı; - Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının Slavyanka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli 966 nömrəli arayışı; - Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının Slavyanka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 513 nömrəli arayışı; - Gədəbəy rayonu Slavyanka bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 57 nömrəli arayışı; - Gədəbəy rayonu Slavyanka bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 179 nömrəli məktubu; - Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 432 nömrəli arxiv arayışı; - Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 116 nömrəli arxiv arayışı; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-40/2-P-0008-35/24 nömrəli məktubu; - Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının Slavyanka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 227 nömrəli arayışı; - Məhkəmənin sorğusuna Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 67 nömrəli cavab məktubundan və ona əlavə edilmiş təsərrüfatbaşına kitabdan çıxarış; - Məhkəmənin sorğusuna Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının Slavyanka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-44/2-58/2024 nömrəli cavab məktubu; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-40/2-M-0310-35/24 nömrəli məktubu; - Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(042)-227/2025 nömrəıli qətnaməsi; - Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının Slavyanka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 12 nömrəli arayışı; - Mütəxəssis rəyi; - Gədəbəy rayonu Slavyanka bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 10 nömrəli arayışı; - Məhkəmənin sorğusuna "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 3-21-3-60/2- 2841/2025 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlər; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-60/2- 5174/2025 nömrəli cavab məktubu; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-40/2-P-0008-35/24 nömrəli məktubu ilə imtina məktubu.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
39. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
40. Belə ki, iş materialları və işin faktiki halları ilə müəyyən edilir ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 05 saylı qərarı ilə İddiaçı, X7, X10, X2 təsərrüfatı məhsullarının istehsalı məqsədilə 2.49 ha torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinə dair xx.xx.2001-ci il tarixli JN-240 KOD 50526018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmiş və dövlət aktında mülkiyyətçilər siyahısında X22 və X15 adları da göstərilmişdir.
41. İddiaçılardan İddiaçı JN-240 KOD 50526018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktını alan zaman həmin aktda onun ailə üzvü olmayan X22 və X28 adlı şəxslərin qeyd edilməsini və bunun səbəbinin həmin şəxslərin onun təsərrüfatında göstərilmiş olmalarını müəyyən edərək, icra nümayəndəliyinə müraciət etmiş və müraciətində sonra sözügedən şəxslər 2001-ci ildən etibarən iddiaçının təsərüfatından çıxarılmışlar.
42. Bununla eyni zamanda Gədəbəy rayonunda torpaq islahatı zamanı yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə bir sıra kəndlərdə, o cümlədən Slavyanka kəndində kompleks yerquruluşu layihəsində dəyişikliklər aparılmış, nəticədə Slavyanka sovxozu yerli Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 3 nömrəli protokolu ilə 240 saylı ailənin tərkibindən X22 və X15 çıxarılması və onlara düşən payın başqa vətəndaşlara verilməsi, həmçinin 240 saylı ailəyə cəmi 0.18 ha əkin sahəsinin verilməsi qərara alınmış, həmin protokol da Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 32 saylı protokolu ilə təsdiqlənmişdir.
43. Lakin xx.xx.2001-ci il tarixli JN-240 KOD 50526018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında mülkiyyətçi qismində X22 və X15 adları olduğundan onlardan Paşayeva (Məmmədova) Nailə Qabil qızının müraciəti əsasında Gədəbəy rayonu Slavyanka kəndində yerləşən 1.0 ha torpaq sahəsinə dair xx.xx.2024-cü il tarixdə aparılmış ********** qeydiyyat nömrəli və Gədəbəy rayonu Slavyanka kəndində yerləşən 0.7199 ha torpaq sahəsinə dair xx.xx.2024-cü il tarixdə aparılmış ********** qeydiyyat nömrəli reyestr qeydləri aparılmışdır.
44. Hazırda iddiaçılar həmin reyestr qeydlərinin ləğv edilməsi və Gədəbəy rayonu Slavyanka kəndində yerləşən 1.18 ha əkin, 0.48 ha biçənək torpaq sahələri üzərində yalnız onların mülkiyyət hüquqlarının qeydiyyatına dair çıxarışların verilməsini tələb edirlər.
45. Məhkəmə iddiaçıların tələbini əsaslı hesab edərək, mübahisə ilə bağlı aşağıdakıları qeyd edir.
46. Göründüyü kimi, Respublikada aqrar islahat gedən zaman üçüncü şəxslər yaşayış yeri üzrə qeydiyyatı aparan orqanla sövdələşməyə girərək, heç bir qohumluq münasibəti olmayan şəxsin – İddiaçı təsərrüfatına qeydə alınmaqla, islahat zamanı onların adına da torpaq payının ayrılmasına, adlarının sonuncunun ailəsinə ayrılmış torpaq sahəsinə dair dövlət aktına salınmasına nail olsalar da, bu qanunsuz və əsassız olmuşdur.
47. Üçüncü şəxslərdən X19 da bunu etiraf edərək, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, onlar Gədəbəy rayonu, Əlinağılar kəndində yaşamışlar və heç vaxt Slavyanka kəndində yaşamamışlar, yalnız qeydiyyatları həmin kənd olmuşdur. İddiaçı ilə heç bir qohumluqları yoxdur, onun təsərrüfatına qeydə alınmalarına səbəb Slavyanka kəndində gedən islahat zamanı pay torpaq sahəsi əldə edə bilmək olmuşdur. Belə ki, Əlinağılar kəndində islahat getmədiyindən həmin dövrdə Əlinağılar kənd sakinlərinin əksəriyyəti başqa kəndlərə qeydiyyata düşürdülər ki, həmin kəndlərdə pay torpaq sahəsi ala bilsinlər. Onların atası da da həmin vaxt Slavyanka kənd icra nümayəndəsindən bu barədə xahiş etmiş və onun vasitəsilə iddiaçıların təsərrüfatına qeydiyyata düşmüşlər. Bu zaman ona və bacısına hər birinə 0.295 ha əkin, 0.12 ha biçənək norması ayrılmışdır. Onlar heç vaxt həmin torpaq sahəsindən istifadə etməmişlər, torpaq sahəsinin harada yerləşməsini də bilmirlər.
48. Daha sonra iddiaçının müraciəti nəticəsində həmin səhv aradan qaldırılmış, üçüncü şəxslər iddiaçıların təsərrüfatından 2001-ci ildən etibarən iddiaçının təsərüfatından çıxarılmışlar və eyni zamanda Slavyanka sovxozu yerli Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 3 nömrəli protokolu ilə 240 saylı ailənin tərkibindən X22 və X15 çıxarılması və onlara düşən payın başqa vətəndaşlara verilməsi, həmçinin 240 saylı ailəyə cəmi 0.18 ha əkin sahəsinin verilməsi qərara alınmışdır.
49. İddiaçı Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən ona və ailə üzvlərinə məxsus 1.0 ha torpaq sahəsinə dair verilmiş **********84 və 0.7199 ha torpaq sahəsinə dair verilmiş **********86 reyestr nömrəli çıxarışlardan X22 və X15 adlarının çıxarılaraq hüquqların dövlət reyestrində qeydiyyatın ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə etdiyi müraciətə həmin İdarənin xx.xx.2024-cü il tarixli 3-21-3-40/2-P-0008-35/24 nömrəli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, ərizədə qeyd etdiyi Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən ona və ailə üzvlərinə məxsus olan 1.0 ha torpaq sahəsinə dair verilmiş **********84 və 0.7199 ha torpaq sahəsinə dair verilmiş **********86 reyestr nömrəli "Çıxarış"lardan X22 və X15 və çıxarışda qeyd olunan payçı(ları)nın hər hansı birinin payının bölünməsi, ayrılması, vərəsəliyinin təyin edilməsi adının çıxarılması, dəyişdirilməsi və ya düzəliş edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. Məlumat üçün bildirilir ki, sözügedən məsələ ilə bağlı aidiyyatı üzrə notariat kontoruna və yaxud məhkəməyə müraciət edərək, hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün əsas olan eyni zamanda qanunvericilikdə nəzərdə tutulan hüquqmüəyyənedici sənədləri qanunla müəyyən olunmuş qaydada hüquq əldə edən və yaxud onun tərəfindən vəkil edilmiş şəxs tərəfindən 11 saylı Şəmkir Ərazi İdarəsinə təqdim edildiyi təqdirdə 29 iyun 2004-cü il tarixli, 713-İİQ saylı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq müraciətinin icrasına qanunamüvafiq qaydada baxıla bilər.
50. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası və hərəkətləri qanunauyğun olmamışdır.
51. 16 iyul 1996-cı il tarixdə qəbul edilmiş “Torpaq islahat haqqında” Qanununa görə: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 12. Sovxoz və kolxozların torpaqlarından pay almaq hüququ olan subyektlər
1. Sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər.
52. Göründüyü kimi, Gədəbəy rayonu, Slavyanka kəndində aqrar islahat aparılan zaman X19 və X27 adlı şəxslər İddiaçı ailə üzvləri olmamış və onunla bir təsərrüfatda yaşamamışlar.
53. Belə olan halda məhkəmə hesab edir ki, Torpağa mülkiyyət hüququna dair JN- 240 KOD 50526018 nömrəli dövlət aktında mülkiyyətçilər siyahısında X19 və X17 adlarının qeyd edilməsi, həmin dövlət aktı əsasında Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 1.0 ha və 0.7199 ha torpaq sahələri üzərində X27, X19, İddiaçı, X14, X18 və X4 ümumi birgə mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət qeydiyyatına alınmasına dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli və xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışlar verilməsi qanunsuz və əsassız olmuşdur. Bu əsasla həmin çıxarışların ləğv edilməsinə dair iddiaçıların tələbləri haqlıdır.
54. Digər tərəfdən, məhkəmə tərəfindən iddiaçının mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi orpaq sahəsinin mülkiyyət növünün, digər şəxslərin mülkiyyətində olan torpaq sahələr ilə üst-üstə düşüb-düşməməsinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə tərəfindən iş üzrə mütəxəssis rəyi təyin edilmiş və əldə edilmiş rəylə müəyyən edilmişdir ki, Gədəbəy rayonunun Slavyanka kəndində yerləşən 1.18 ha əkin, 0.48 ha və yaxud (2.49) torpaq sahələri əkin 1:18 ha) və (0 48 ha) biçənək sahələri olmaqla xüsusi mülkiyyətdə olan kənd təsəryufatı təyinatlı torpaq sahəsinə aiddir. İddiaçılara məxsus 1.00 ha torpaq sahəsi üzərində iddiaçıların ailə üzvləri ilə birlikdə digər iki kənar səxs daxil olmaqla Çıxarış verilməsi müəyyən olundu, lakin digər hissələrdə başqa şəxsin, şəxslərin və orqanların hüquqlarının dövlət reyestrində qeydiyyata alınması aşkar olunmadı. Həmin torpaq sahəsi qaz kəmərinin mühafizə zolağına, elektrik xəttinin qoruma zolağına, çayların, göllərin və sənaye nəqliyyat rabitə, müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonalarına düşmür. Qeydə alınması nəzərdə tutulan 1.18 ha əkin, 0.48 ha torpaq sahələri hər hansı digər şəxslərin hüquqlarına toxunmur və üst-üstə düşmə halı yoxdur. Faktiki istifadə edilən torpaq sahəsi 1.7231 ha-dək ərazini əhatə edir. Faktiki istifadə edilən 0.2681 ha-dək torpaq sahəsində (JN-240 A hissəsində) və yaxud qeydə alınması nəzərdə tutulan torpaq sahəsində tikililər yerləşən ərazi 0.0456 ha-dək ərazini əhata edir və həmin torpaq sahəsi üzərində yaşayış üçün yararlı olan 157.09 kv.m-dək yaşayış evi və digər yardımçı tikililər mövcuddur (Qeydiyyatdan keçmədiyi üçün tikililərin hansı tarixdə inşa edildiyini müəyyən edə bilməmişlər). Həmin tikili JN-240 KOD 50526018 nömrəli Dövlət aktı əsasında tərtib edilmiş torpaq sahəsinin planında qeyd edilən sahənin hüdudları daxilində yerləşir. Gədəbəy rayonunun Slavyanka kəndində yerləşan 1 18 ha əkin, 0.48 ha (2 49) torpaq sahələri ayrıldığı zaman kənd təsərrüfatı təyinallı torpaq sahəsinə aid olmuşdur. İddiaçıların faktiki istifadə etdiyi ( naturada təqdimn etdiyi ) torpaq sahəsinin 0.0881 ha-dək hissəsi JN-238 saylı Dövlət aktında qeyd olunan torpaq sahəsininin sərhədləri daxilində, qalan hissələri isə JN-240 A , JN-240 və JN-240 Z saylı Dövlət aktı əsasında tərtib edilmiş torpaq sahəsinin planına uyğundur və həmin yerquruluşu planından çıxarışda qeyd edilən ərazinin hüdudları daxılıdə yerləşir. Faktiki istifadə edilən və naturada təqdim edilan torpaq sahəsi JN-240 KOD 50526018 nömrəli Doviət aklı əsasında tərtib edilmış torpaq sahəsinin planı 1:5000 uyğundur. İddiaçının naturada təqdim etdiyi və faktiki istifadə etdiyi 1.7231 ha-dək torpaq sahəsinin (JN-238 saylı Dövlət aktının sərhədləri daxilində yerləşən 0.0881 ha-dək hissəsindən başqa və JN-240 Z /0.72 ha hissəsindaki 0.24 ha hissəsi nəzərə alınmadan qalan 0.48 ha torpaq sahəsi) 1.66 ha hissəsi JN-240 KOD 50526018 nömrəli Dövlət aktında qeyd edilən ərazınin hüdudları daxılındə yerləşir. Rəy elektron məlumat bazasının kompleks yequruluşu xəritəsinə və yeni elektron uçot xəritəsinə (AzCAD) əsasən hazırlanmışdır. Qeyd: Gədəbəy rayonunun Slavyanka kəndində təkrar aparılan aqrar islahat komissiyasının xx.xx.2002-ci il tarixli 03 saylı qararına və həmin qərarın təsdiq edilməsi barədə aqrar islahat komissiyasının 17:06.2002-ci il tarixli 32 saylı protokoluna əsasən nəfərə düşən torpaq sahəsi JN-240 saylı Dövlət Aktında qeyd olunmamış, yeni Dövlət Aktı ilə əvəzlənməmişdir.
55. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-60/2- 5174/2025 nömrəli cavab məktubunda da bildirilmişdir ki, Torpağa mülkiyyət hüququna dair JN-240 kod 50526018 saylı dövlət aktının JN-240 nömrəli (10000 kv.m), JN-240Z nömrəli (7199 kv.m) konturları xx.xx.2024-cü il tarixdə hüquqların dövlət reyestrində qeydiyyatına alınaraq çıxarış işlənmişdir. JN-240A nömrəli (7700 kv.m) konturun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı heç bir məlumat yoxdur. Həmçinin, torpağa mülkiyyət hüququna dair JN-240 kod 50526018 saylı dövlət aktının ləğv olunması ilə bağlı hər hansı bir məlumat daxil olmayıb və hal-hazırda qüvvədədir. Torpağa mülkiyyət hüququna dair JN-240 kod 50526018 saylı dövlət aktında qeyd edilən 2.49 ha torpaq sahəsinin 240 nömrəli (10000 kv.m), 240A nömrəli (7700 kv.m) və 240Z nömrəli (7199 kv.m) konturlarda yerləşməsi nəzərə alınmaqla, sözügedən torpaq sahələrinin ölçüləri həm kompleks yerquruluşu layihəsində, həm də TEKUİS-da heç bir fərq olmayaraq eynilik təşkil edir. Belə ki, JN-240 nömrəli konturda göstərilən torpaq sahəsi həm kompleks yerquruluşu layihəsində, həm də TEKUİS-da 1.0 ha kimi, JN-240Z nömrəli konturda göstərilən torpaq sahəsi həm kompleks yerquruluşu layihəsində, həm də TEKUİS-da 0.7199 ha kimi və JN- 240A nömrəli konturda göstərilən 0.77 ha torpaq sahəsi həm kompleks yerquruluşu layihəsində, həm də TEKUİS-də 0.18 ha kimi qeyd olunmuşdur. Onu da bildirmək istəyirlər ki, Torpağa mülkiyyət hüququna dair dövlət aktının JN-240A nömrəli konturunda torpaq sahəsinin 0.77 ha qeyd olunmasına baxmayaraq, həm kompleks yerquruluşu layihəsində, həm də TEKUlS-da 0.18 ha kimi göstərilməsinin səbəbi Gədəbəy rayonu, Slavyanka kəndində aparılmış torpaq islahatı ilə bağlı tərtib edilmiş bölgü layihəsində düzəlişlərin edilməsi ilə əlaqədar yerli aqrar islahat komissiyasının xx.xx.2002-ci il tarixli, 03 saylı qərarına və həmin qərarın təsdiq edilməsi barədə rayon aqrar islahat komissiyasının xx.xx.2002-ci il tarixli, 32 saylı protokoluna əsasən 240 saylı ailəyə 215-ci konturda 0.18 ha torpaq sahəsinin verilməsi olmuşdur. Eyni zamanda baza xəritə məlumatlarına əsasən 0.77 ha torpaq sahəsinin bir hissəsi JN-238, JN-265 saylı dövlət aktları və JN-954E saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə ayrı-ayrı şəxslərin, digər bir hissəsi isə bələdiyyənin mülkiyyətinə verilmişdir. Gədəbəy rayonu, Slavyanka kəndində JN-249 saylı dövlət aktı 0.91 ha ölçüdə X13 və ailə üzvlərinin adına 3 konturda (hissədə) işlənmişdir. Həmin torpaq sahələrinin 0.3798 ha olan konturuna xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, 0.48 ha olan konturuna xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və 0.05 ha olan konturuna xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışlar verilmişdir. Torpağa mülkiyyət hüququna dair JN-240 kod 50526018 saylı dövlət aktı həm kompleks yerquruluşu layihəsində, həm də TEKUİS-da 3 hissədə (konturda) JN-240 saylı konturda 1.0 ha, JN-240A saylı konturda 0.18 ha və JN-240Z saylı konturda 0.7199 ha kimi işlənmişdir. JN-240Z saylı konturda qeyd olunan 0.7199 ha torpaq sahəsinin 0.48 ha kimi vurğulanmasının səbəbi isə həmin torpaq sahəsinin İddiaçı və ailə üzvlərinin payına uyğunlaşdırılaraq, yəni X27 və X6 paylarının ixtisar olunması ilə əlaqələndirmək mümkündür. İddiaçıların Gədəbəy rayonu, Slavyanka kəndində faktiki istifadə etdiyi 1.7231 ha torpaq sahəsinin 1.66 ha hissəsi JN-240 nömrəli dövlət aktında qeyd edilən ərazinin hüdudları daxilində yerləşir. O cümlədən, sözügedən dövlət aktında qeyd olunan 0.77 ha torpaq sahəsinin yalnız 0.18 ha hissəsi iddiaçıların faktiki istifadəsindir. Gədəbəy rayonu, Slavyanka kəndi üzrə Torpağa mülkiyyət hüququna dair JN-238 və JN-265 saylı dövlət aktlarının, Torpağın mülkiyyətə verilməsinə dair JN-954E saylı şəhadətnamənin nüsxələri təqdim olunur. Sözügedən torpaq sahələri üzərində hər hansı şəxslərin hüquqlarının qeydiyyata alınması üçün qanunvericilikdə nəzərdə tutulan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər qanunla müəyyən olunmuş qaydada hüquq əldə edən və yaxud onun tərəfindən vəkil edilmiş şəxs (vərəsə) tərəfindən 11 saylı Şəmkir Ərazi İdarəsinə təqdim edilməsi məqsədəmüvafiqdir.
56. Göründüyü kimi, islahata edilmiş düzəlişlə əlaqədar üçüncü şəxslərə ayrılmış pay normaları başqa şəxslərə ayrıldığından naturada 2.49 ha deyil, yalnız iddiaçıların pay norması üzrə 1.18 ha əkin və 0.48 ha biçənək torpaq sahəsi mövcuddur və həmin sahələr də mübahisəsiz olaraq iddiaçıların faktiki istifadəsindədir. Hazırda da həmin torpaq sahəsinin hər-hansı subyektin mülkiyyət, istifadə və icarə hüququnu təsdiq edən sənədlərdəki torpaq sahələri ilə üst-üstə düşmə halı aşkarlanmamışdır.
57. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri.
58. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
59. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
Nəticəvi hissə:
60. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. Gədəbəy rayonu Slavyanka kəndində yerləşən 1.0 ha torpaq sahəsinə dair xx.xx.2024-cü il tarixdə aparılmış ********** qeydiyyat nömrəli və Gədəbəy rayonu Slavyanka kəndində yerləşən 0.7199 ha torpaq sahəsinə dair xx.xx.2024-cü il tarixdə aparılmış ********** qeydiyyat nömrəli reyestr qeydlərinin ləğv edilsin. Gədəbəy rayonu Slavyanka kəndində yerləşən 1.18 ha əkin, 0.48 ha biçənək torpaq sahələri üzərində yalnız iddiaçılar İddiaçı, X5, X18 və X4 ümumi birgə mülkiyyət hüquqlarının qeydiyyatına dair çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva