Məhkəmə qərarları › İş №2-1(114)-968/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-968/2020

17.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-968/2020 17.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi tabeliyində Dövlət X13 publik hüquqi şəxsin Gəncə şəhər Kəpəz rayon filialına qarşı yaşa görə sosial müavinətin hüququ yarandığı tarixdən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona yaşa görə sosial müavinətin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1958-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, 1975-ci ildən 1989-cu ilə kimi Azərbaycanda, təxminən 1 ilə yaxın müddət isə Türkiyə Cumhuriyyətində müxtəlif yerlərdə işləyib, ümumilikdə 14 ilə yaxın əmək stajı olmuş və pensiya almaq hüququ yaranmadığından yaşa görə sosial müavinatın verilməsi üçün Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinə müraciət etmiş, lakin sonuncu bunadan imtina etmışdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi tabeliyində Dövlət X13 publik hüquqi şəxsin Gəncə şəhər Kəpəz rayon filialına qarşı yaşa görə sosial müavinət hüququ yarandığı xx.xx.2019cu il tarixdən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçıya xx.xx.2020-ci il tarixdən müavinət ödənilməyə başlayıb, lakin onun hüququ xx.xx.2019-cu il tarixdən yarandığına görə müavinətin həmin vaxtdan ödənilməsini tələb edir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. AR ƏƏSMN yanında DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə məhkəməyə iddia ərizəsinə etiraz göndərilərək bildirilmişdir ki, xx.xx.2019-cu il tarixdə İddiaçı etibarnamə üzrə nümayəndəsi ünvan 1 mənzil 7 ünvanda qeydiyyatda olan vətəndaş X2 İddiaçı 3 uşağı olduğu üçün 57 yaşı tamam olduğu gündən yaşa görə sosial müavinətin hesablanmasını və ödənilməsini tələb etmişdir. Həmin sosial müavinət növünün təyin edilməsi üçün tələb olunan sənədlərin şöbəyə təqdim edilməsi zamanı təqdim olunan nikah haqında şəhadətnaməsində vətəndaşın Türk Cümhuriyyəti vətəndaşı ilə nigaha girməyi məlum olmuş və etibarnamə üzrə müraciət edən şəxsə ünvanlanmış sualın cavabı əsasında məlum olmuşdur ki, xanım nikahdan sonra Türkiyyə Cümhuriyyətində yaşamağa başlamışdır. Həmçinin müraciət edən zaman vətəndaşın etibarnamə üzrə nümayəndəsi X1 əlində İddiaçı Türkiyədə müəyyən dövr ərzində işləməsi haqqında sənəd olmuşdur. Amma həmin sənədi şöbəyə təqdim etməkdə etiraz etmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 7.0.2 maddəsinə əsaəsən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin olunur. Buna görə də İddiaçı Türkiyə Cumhuriyyəti ilə ilişgisi olması (işləyib, işləməməsi, pensiya alıb-almaması və vətəndaşlığı) araşdırma zərurəti yaratmışdır. İddiaçı Türkiyə Cümhuriyyətində əmək fəaliyyətinə, pensiya alıb almaması və vətəndaşlıq məsələsinə aydınlıq gətirmək məqsədilə Nazirlik yanında Dövlət X10 xx xxxxxxx 2019-cu il tarixdə **********8 nömrəli məktubla sorğu göndərilmiş və xx xxxxxx 2020-ci il tarixdə **********1 saylı cavab məktubu şöbəyə daxil olmuşdur. Cavab məktubunda İddiaçı Türkiyə Cümhuriyyəti vətəndaşı olduğu qeyd olunmuşdur. Buna görə də vətəndaşa yaşa görə sosial müavinət təyin olunmasından imtina edilmiş və bu barədə vətəndaşa məlumat verilmişdir. Çünki Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. Bu səbəbdən də iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Vİİİ-ЖГ 318715 nömrəli, xx.xx.1981-ci il tarixli “Doğum haqqında” şəhadətnamədən görünür ki, X3 xx.xx.1958-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. -V-ЖГ 432973 nömrəli, xx.xx.1981-ci il tarixli “Doğum haqqında” şəhadətnamədən görünür ki, X2 xx.xx.1978-ci il tarixdə anadan olmuş, ana qrafasında X3 qeyd edilmişdir. -Vİ-ЖГ 294396 nömrəli, xx.xx.1981-ci il tarixli “Doğum haqqında” şəhadətnamədən görünür ki, X5 xx.xx.1987-ci il tarixdə anadan olmuş, ana qrafasında X3 qeyd edilmişdir. -AZ-İ 802984 nömrəli, xx.xx.2006-cı il tarixli “Doğum haqqında” şəhadətnamədən görünür ki, X7 xx.xx.2000-ci il tarixdə anadan olmuş, ana qrafasında X3 qeyd edilmişdir. -277146 nömrəli xx.xx.2006-cı il tarixli “Nikah haqqında” şəhadətnamədən görünür ki, X15 X3 ilə xx.xx.2006-ci ildə nikah bağlamış və arvada “Oyal “ soyadı verilmişdir. - Seriya AZE ******** nömrəli vəsiqədən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilmişdir. -Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının İ nömrəli sahə İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2019-cu il tarixli 2526 nömrəli arayışından görünür ki, Oyal X8 şəhər, Kəpəz rayon, F.Əliyev küçəsi, ev 5, mənzil 7 ünvanında qeydiyyatdadır, övladlarını dünyaya gətirib 8 yaşadək özü böyüdüb, işləmir. -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli, ******* nömrəli arayışından görünür ki, “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edilmişdir. -AR ƏƏSMN yanında DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı şöbədən əmək pensiyası almır. -e-sosial portalından çıxarışdan görünür ki, İddiaçı yaşa görə müavinət təyin edilməsi üçün xx.xx.2019-cu il tarixdə müraciət etmiş və ona xx.xx.2020-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. -AR ƏƏSMN yanında DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********2 nömrəli məktubundan görünür ki, Oyal X4 Cümhuriyyəti vətəndaşı olduğu üçün “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən ona yaşa görə sosial müavinət təyin edilməsindən imtina edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyət baxımından da əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ilkin olaraq iddiaçı cavabdehdən ona yaşa görə sosial müavinətin təyin edilməsini tələb etsə də, sonradan iddiaçıya cavabdeh tərəfindən xx.xx.2020-ci tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. Hazırda isə iddiaçı həmin sosial müavinətin hüququ yarandığı xx.xx.2019-cu il tarixdən təyin edilməsini tələb etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsasları “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.1-ci maddəsinə görə, sosial müavinətlər– bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. -4.0.1.2-ci maddəsinə əsasən yaşa görə müavinət aylıq müavinət kimi müəyyən edilmişdir -7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. -9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. -10.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarına zəruri sənədlərlə (yaşı, əlilliyi, ailə başçısının itirilməsini və sairə təsdiq edən sənədlər) birlikdə ərizənin təqdim edildiyi gün müavinət təyin olunması üçün müraciət edilən gün hesab olunur. Göründüyü kimi qanunda yaşa görə müavinət almaq üçün şəxsin 1) əmək qabiliyyətinin olmaması; 2) əmək pensiyası hüququnun olmaması; 3) işləməməsi şərti müəyyən edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 2020-ci il yanvarın 1-dək qüvvədə olan (“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmədən öncəki) redaksiyasına əsasən əmək qabiliyyəti olmayan şəxslər dedikdə əlillər, o cümlədən 16 yaşınadək əlil uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud uşaqlıqdan əlil övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya uşaqlıqdan əlil övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış, yaxud 18 yaşına çatanadək əlil olmuş 18 yaşından yuxarı uşaqları (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla) nəzərdə tutulmuşdur (1.0.2-ci maddə). İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla Azərbaycan Respublikasının vətəndaşıdır, pensiya almır və hazırda işləmir. Göründüyü kimi iddiaçı ona müavinət təyin edilməsi üçün bütün şərtlərə cavab verir və yaşa görə müavinətin təyin edilməsi məqsədilə xx.xx.2019-cu il tarixdə cavabdeh orqana müraciət edərkən artıq həmin hüququ qazanmışdır. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya yaşa görə sosial müavinətin xx.xx.2019-cu il tarixdən hesablanıb ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikasıİnzibati-Prosessual Məcəlləsinin:- -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1 maddəsinəəsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı yaşa görə sosial müavinətin xx.xx.2019-cu il tarixdən hesablanıb ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi tabeliyində Dövlət X13 publik hüquqi şəxsin Gəncə şəhər Kəpəz rayon filialının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar