Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-969/2020 26.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlu, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinə qarşı sosial müavinətin ödənilməsi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, Müəyyən etdi m: İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin cavabdeh tərəfindən ödənilməsi barədə qərara çıxarılmasını xahiş etmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş poçt bildirişindən və ərizənin məhkəməyə göndərildiyi zərfin üzərinə vurulmuş möhürdən görünür ki, iddiaçı cavabdehə müraciət göndərdiyi eyni gündə (xx.xx.2020-ci il tarixdə) məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1 maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Normanın tələbindən göründüyü kimi inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının pozulması halı aşkar olmalıdır. Başqa sözlə iddiaçı cavabdehə etdiyi müraciətin nəticəsini gözləmədən, yəni hüququnun pozulması halı baş vermədən birbaşa məhkəməyə müraciət etmişdir. Qeyd olunan hal iddianın məhkəməyə verilməsi üçün qanunla müəyyən edilmiş mümkünlük şərtlərinə cavab vermir. İddiaçıya izah edilir ki, cavabdeh orqandan müsbət cavab ala bilmədikdə hazırki iddia ilə yenidən məhkəməyə müraciət etmək hüququ var. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı m: İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinə qarşı sosial müavinətin ödənilməsi barədə iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-969/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-969/2020
26.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver