Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-97/2020 06.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi, İddaçı Əsgərov Rüfət Nəcəf oğlunun Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X17 etibarnamə üzrə nümayəndəsi X1, Üçüncü şəxslər X7 və X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X18 (bundan sonra AR ƏMDK yanında DƏDRX-nin 3 saylı X21) qarşı (üçüncü şəxslər X10, X13, X8 və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin X21) torpaq sahəsinin naturada ölçülərək təhvil verilməsi və hazırda kimi mülkiyyətində olmasının müəyyən edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 3 saylı X14rşı (üçüncü şəxslər X10, X13, X8 vəDaşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin X21) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Göygöl rayonu Üçtəpə kəndi ərazisində yerləşən və ********** qeydiyyat nömrəli çıxarışla mülkiyətində olan 0,1592 hektar torpaq sahəsinin cavabdeh tərəfindən naturada və müvafiq yazılı, sxematik planlı və aerofoto şəkilli formada məcburi qaydada ölçülüb təhvil verilməsi, hazırda kimin, yəni hansı şəxslərin zəbtində olmasının yazılı şəkildə koordinatlarla və sxematik planla müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya alqı-satqı yolu ilə 0,16 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və hazırda da həmin torpaq sahəsi Göygöl rayonu Üçtəpə kəndi ərazisində yerləşməklə xüsusi mülkiyyət hüquqi əsasında onun mülkiyyətindədir. Həmin torpaq sahəsinə dair xx.xx.2010-cu il tarixdə DƏDRX-nin 3 saylı X21 tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin torpaq sahəsinin bir hissəsi X4 tərəfindən və X15 tərəfindən zəbt edilmişdir. Göygöl Rayon Məhkəməsinin xx xxxx 2016-ci il tarixli qətnaməsinə əsasən cavabdeh X2 həmin torpaq sahəsindən çıxarılması qət edilmiş və hazırda da həmin qətnamə qanuni qüvvəsini almışdır. Sonradan müəyyən edilmişdir ki, torpaq sahəsinin yalnız 86 kv.m hissəsi X4 tərəfindən zəbt edilmiş, əslində isə torpaq sahəsinin çox hissəsi hazırki iş üzrə üçüncü şəxslər X10, X13 və X8 tərəfindən zəbt edilmiş və onlar həmin torpaq sahəsini qanunsuz şəkildə ələ keçirmişlər. Dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, üçüncü şəxslər iddiaçının torpaq sahəsini ona qaytarmamış və torpaq sahəsindən çıxmayacaqlarını bildirmişlər. Bu səbəbdən də, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddiaçı Göygöl rayonu Üçtəpə kəndi ərazisində yerləşən və ********** qeydiyyat nömrəli çıxarışla mülkiyətində olan 0,1592 hektar torpaq sahəsinin cavabdeh tərəfindən naturada və müvafiq yazılı, sxematik planlı və aerofoto şəkilli formada məcburi qaydada ölçülüb təhvil verilməsi, hazırda kimin, yəni hansı şəxslərin zəbtində olmasının yazılı şəkildə koordinatlarla və sxematik planla müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin etibarnamə üzrə nümayəndəsi X5 məhkəmə iclasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında iddiaçının mülkiyyətində olan torpaq sahəsinin naturada ölçülərək ona təhvil verilməsinə etiraz etməmiş və iddia tələbinə dair qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxslər X13 və X8 məhkəmə iclasında qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdirlər. Digər üçüncü şəxs Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin X21 nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, X10 isə məhkəmə iclasınsa gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə üçüncü şəxs X6 və digər üçüncü şəxs Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin X21 nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: Göygöl rayon İHB-nın Üçtəpə kənd İƏD-si üzrə nümayəndəsinin xx.xx.2017-ci il tarixli 404 nömrəli arayışından görünür ki, İddiaçı Göygöl rayonu Üçtəpə kəndində yaşayır ; Gəncə «ASAN Xidmət» Mərkəzi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə Göygöl şəhərində anadan olmuşdur ; AR ƏMDK yanında DƏDRX-nin 3 saylı X17 iddiaçıya ünvanladığı xx.xx.2019cu il tarixli, **********40 nömrəli məktubundan görünür ki, torpaq sahəsinin faktiki vəziyyəti ilə hüquqi vəziyyəti arasında uyğunsuzluq olduğu, həmin torpaq sahəsində başqa vətəndaşlara məxsus fərdi yaşayış evləri inşa edildiyi üçün torpaq sahəsinin yerinin müəyyən edilməsinin mümkün olmadığı bildirilmişdir ; MA seriyalı ******* nömrəli (********** qeydiyyat nömrəli), xx.xx.2010-cu il qeydiyyat tarixli hquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0.1592 hektar torpaq sahəsi İddiaçı mülkiyyətindədir ; Göygöl Rayon Məhkəməsində işə baxılan zaman iş üzrə alınmış ekspert rəyinin surətindən görünür ki, MA seriyalı ******* nömrəli (********** qeydiyyat nömrəli), xx.xx.2010-cu il qeydiyyat tarixli hquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilmiş Göygöl rayonu Üçtəpə kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.1592 ha torpaq sahəsinin İddiaçı mülkiyyətinə verildiyi, lakin həmin çıxarışın plan və ölçü sənədindəki koordinatların yerləşdiyi torpaq sahəsinin cavabdehlərin faktiki istifadəsində olmayan başqa bir ərazidə yerləşdiyi müəyyən edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. X9 Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Çünki iddiaçı məhkəmədən müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan öhdəliyin icrasının cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı qismən əsaslı hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0.1592 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (məqsədli istifadə növü – çoxillik əkmələr) MA seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı ərizə ilə cavabdeh inzibati orqan AR ƏMDK yanında DƏDRX-nin 3 saylı X18 müraciət edərək Göygöl rayonu Üçtəpə kəndi ərazisində yerləşən və ********** qeydiyyat nömrəli çıxarışla mülkiyətində olan 0,1592 hektar torpaq sahəsinin cavabdeh tərəfindən naturada və müvafiq yazılı, sxematik planlı və aerofoto şəkilli formada məcburi qaydada ölçülüb təhvil verilməsi, hazırda kimin, yəni hansı şəxslərin zəbtində olmasının yazılı şəkildə koordinatlarla və sxematik planla müəyyən edilməsini xahiş etmiş, lakin onun müraciəti müsbət həll edilməmişdir. Məhkəmə aşağıdakılara əsasən cavabdeh inzibati orqanın imtina ilə bağlı hərəkətlərini qismən əsaslı hesab etmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinin 4-cü bəndinə əsasən yerquruluşu işləri müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır və “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin sifarişi ilə həyata keçirilən torpaqların monitorinqi və yerquruluşu işləri sifarişçilər tərəfindən müəyyənləşdirilir. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” xx xxxxx 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə xx xxxxx 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətinə və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Azərbaycan Respublikasında mülkiyyət hüququ haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir. Həmin Qanunun 21-ci maddəsinə əsasən vətəndaşın mülkiyyətində torpaq sahələri, yaşayış evləri, mənzillər; bağlar, bağ evləri, qarajlar, ev təsərrüfatı ləvazimatı və şəxsi istehsal predmetləri, pul vəsaiti, səhmlər, istiqraz vərəqələri və başqa qiymətli kağızlar, kütləvi informasiya vasitələri, mallar istehsalı, məişət xidməti, ticarət sahəsində, sahibkarlıq fəaliyyətinin başqa sahəsində müəssisələr, əmlak kompleksləri, binalar, tikililər, avadanlıq, nəqliyyat vasitələri və başqa istehsal vasitələri, dövlət təhlükəsizliyi və ya ictimai təhlükəsizlik mülahizələrinə, yaxud beynəlxalq öhdəliklərə görə vətəndaşa məxsus ola bilməyən əmlakın qanunvericilik aktlarında nəzərdə tutulan ayrı-ayrı növləri istisna olmaqla, istehsal, istehlak, sosial, mədəni və başqa təyinatlı hər hansı digər əmlaklar ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericlikdə nəzərdə tutulan hallarda qeyd alınmalıdır. İşin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı, qanunvericiliyin tələblərinə əsasən dövlət tərəfindən müdafiə olunan mülkiyyət hüququ əsasında ona məxsus, Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0.1592 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsininnaturada ölçülərək oan təhvil verilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında iddiaçının mülkiyyətində olan torpaq sahəsinin naturada ölçülərək ona təhvil verilməsinə etiraz etməmişdir. Həmçinin Göygöl Rayon Məhkəməsində işə baxılan zaman iş üzrə alınmış ekspert rəyindən aydın olur ki, MA seriyalı ******* nömrəli (********** qeydiyyat nömrəli), xx.xx.2010-cu il qeydiyyat tarixli hquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilmiş Göygöl rayonu Üçtəpə kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.1592 ha torpaq sahəsinin İddiaçı mülkiyyətinə verildiyi, lakin həmin çıxarışın plan və ölçü sənədindəki koordinatların yerləşdiyi torpaq sahəsinin cavabdehlərin faktiki istifadəsində olmayan başqa bir ərazidə yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara, tərəflərin izahatına əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qismən qanuni və əsaslı olduğundan iddiaçının da iddia tələbinin qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Məhkəmə iddia tələbinin torpaq sahəsinin hazırda kimin, yəni hansı şəxslərin zəbtində olmasının yazılı şəkildə koordinatlarla və sxematik planla müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı həmin hissədə iddia tələbini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmiş və məhkəmə araşdırması zamanı tələbin həmin hissədə təmin edilməsi üçün əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Göygöl rayonu Üçtəpə kəndi ərazisində yerləşən və ********** qeydiyyat nömrəli çıxarışa əsasında İddiaçı mülkiyətimdə olan 0,1592 hektar torpaq sahəsinin naturada və müvafiq yazılı, sxematik planlı və aerofoto şəkilli formada ölçülüb təhvil verilməsi vəzifəsiAzərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X17 üzərinə qoyulsun. İddia tələbi torpaq sahəsinin hazırda kimin, yəni hansı şəxslərin zəbtində olmasının yazılı şəkildə koordinatlarla və sxematik planla müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-97/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-97/2020
06.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver