Məhkəmə qərarları › İş №2-1(114)-97/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-97/2021

02.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-97/2021 02.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxslər X14 və X7) qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdehn xx.xx.2019-cu il tarixli, 17 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı uşaq vaxtından mərhum xalası X6 məxsus evdə yaşayıb boya-başa çatmışdır. Rəsmi olmasa da mərhum xalası onu övladlığa götürmüşdür. Rahilə Həsənova xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Xalası sağ vaxtı bütün əmlakını iddiaçıya vəsiyyət edərək digər bütün vərəsələri vərəsəlikdən məhrum etmişdir. İddiaçı xalasından ona miras qalmış ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsini və fərdi yaşayış evini qanuni əsaslarla öz adına rəsmiləşdirmək istəsə də, DƏDRX-nin 11 saylı X13 bildirilmişdir ki, Rahilə Həsənovanın adına olan evin yerləşdiyi torpaq sahəsinin 692 kv.m hissəsi Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli, 17 nömrəli qərarla X1. İddiaçı hesab edir ki, həmin torpaq sahəsinə hər hansı baxış keçirilmədən, saxta yollarla alqı-satqı edilməsi qanunsuz olmuşdur, ona görə də bələdiyyənin həmin qərarı ləğv edilməlidir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə X7 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Həmçinin məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, xalası Rahilə Həsənovanın uşağı olmadığına görə onu xalası saxlayıb, rəhmətə gedəndə isə xalasını özü dəfn etmişdir. Rahilə Həsənova ölməzdən əvvəl yaşadığı evi ona vəsiyyət etmişdir, buna baxmayaraq bələdiyyə evin altındakı torpaq sahəsini Vüsal Həsənova satmışdır. Vüsal Həsənov xalasının əri Kamilin bacısı oğludur, onu xalası Rahilə və əri Kamil övladlığa götürmüşdür, lakin 2 yaşından öz doğma valideynləri Vüsalı öz yanlarına aparmış və X18 ilə birgə yaşamamışdır. Hazırda ünvan 1 ünvanda 2 ev var, birində özü, digərində isə xalasının qaynı Nəriman Həsənov yaşayır. Cavabdehin nümayəndəsi X11 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, ünvan 1 ünvanda 2 ev var, birində Nəriman Həsənov yaşayır, digərində isə 2-3 ildir ki, İddiaçı yaşayır, yəni əvəllər evdə Rahilə Həsənova yaşayırdı, 2017-ci ildə o, rəhmətə getdikdən sonra Xəlil yaşamağa başlamışdır. Vüsal Həsənova satılmış torpaq sahəsi Rahilə Həsənovanın yaşamış olduğu, yəni hazırda İddiaçı yaşadığı evin altında yerləşən sahədir. Həmin torpaq sahəsi ilə bağlı hərracın keçirilib-keçirilməməsi ilə bağlı məlumatı yoxdur. Üçüncü şəxs X7 məhkəmə iclasında iddianı qəbul edərək bildirmişdir ki, İddiaçı Rahilə Həsənova ilə heç vaxt o evdə yaşamamışdır, sonuncu öldükdən sonra orada yaşamağa başlamışdır. Rahilə Həsənova mərhum qardaşı Kamilin arvadı olub, Vüsal Həsənova satılmış torpaq sahəsi Rahilə Həsənovanın evinin yerləşdiyi sahədir. Məhkəmə iclasının yeri və vaxtı barədə digər üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -xx.xx.2016-cı il tarixli vəsiyyətnamədən görünür ki, X10 bütün əmlakını İddiaçı vəsiyyət etmişdir. -Şəmkir rayon notariat ofisinin xx.xx.2020-ci il tarixli, 178 nömrəli məktubundan görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X5 qalmış miras əmlaka dair xx.xx.2017-ci il tarixdə 487 saylı vərəsəlik işi açılmış, mərhumun vərəsəsi İddiaçı müəyyənləşdirilmişdir. -Şəmkir şəhər İƏD üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli, 02-D/151 nömrəli məktubundan görünür ki, İddiaçı ünvan 2 ünvanında yaşayır. -********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəmkir şəhərində yerləşən ümumi sahəsi 0.0692 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydiyyata alınmışdır. -Cavabdeh xx.xx.2019-cu il tarixli 17 nömrəli iclas protokolundan görünür ki, Şəmkir şəhərinin 3-cü zonasında yerləşən Dövlət reyestrində Cavabdeh adına xx.xx.2019-cu il tarixli **********35 reyestr nömrəsi ilə qeydiyyata alınmış 692 m2 torpaq sahəsi həyətyanı məqsədilə 1038,0 manata X2 qərara alınmışdır. -Cavabdeh məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli 4/442 nömrəli məktubunda bildirilir ki, X8 5 ildən artıq Şəmkir şəhərində pasport qeydiyyatında olması nəzərə alınaraq mübahisəli torpaq sahəsi hərraca çıxarılmadan bilavasitə ona satılmışdır. -Şəmkir rayon Polis şöbəsinin xx.xx.2020-ci il tarixli, 32799-1220 nömrəli məktubundan görünür ki, xx.xx.1980-ci il təvəllüdlü X8 Şəmkir şəhərində qeydiyyatda olması barədə heç bir məlumat aşkar olunmamışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mərhum X10 xx.xx.1986-cı il tarixli texniki pasportda əks olunmuş ona məxsus fərdi yaşayış evini və həmin evin yerləşdiyi torpaq sahəsini xx.xx.2016-cı il tarixli vəsiyyətnamə ilə İddiaçı vəsiyyət etmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli 17 nömrəli qərarı ilə Şəmkir şəhərinin 3-cü zonasında yerləşən Dövlət reyestrində Cavabdeh adına xx.xx.2019-cu il tarixli **********35 reyestr nömrəsi ilə qeydiyyata alınmış 692 m2 torpaq sahəsi həyətyanı torpaq sahəsi kimi X1. Hazırda iddiaçı bələdiyyənin qeyd olunan qərarını mübahisələndirmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun:- 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin:- -4-cü bəndində qeyd olunmuşdur ki, bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının, habelə bələdiyyə torpaqlarının satışı bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə və bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, X3 şəhərində ümumiyyətlə qeydiyyatda olmamasına baxmayaraq, Cavabdeh xx.xx.2019-cu il tarixli 17 nömrəli qərarı ilə mübahisəli torpaq sahəsi hərrac keçirilmədən ona satılmışdır. Bununla da bələdiyyə mübahisələndirilən qərarı qəbul edərkən mövcud qanunvericiliyin tələblərini pozmuşdur. Bu hal qeyd olunan qərarın ləğvi üçün əsas hesab olunur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun:- -67.1 maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2 maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, 17 nömrəli qərarı ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar