Məhkəmə qərarları › İş №2-1(114)-970/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-970/2021

01.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-970/2021 01.06.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Əsədov Elşən Yavər oğlunun katibliyi, İddiaçı və cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (üçüncü şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon bölməsi) qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (üçüncü şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon bölməsi) qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı oğlu 10 iyun N92-ci ildə Şəmkir rayon hərbi komisarlığı tərəfindən hərbi xidmətə çağrılmış və ilk hərbi xidmətə N Saylı hərbi hissədə başlamışdır. Həmin hərbi hissə ləğv olunduqdan sonra N1 saylı hərbi hissədə xidmət etmiş, hərbi hissə komandirinin 09.10.N92-ci il tarixli, 179 saylı əmri ilə Laçın döyüş zonasına göndərilərək orada gedən döyüşlərdə iştirak etmiş, döyüş tapşırıqlarını yerinə yetirmişdir. N1 saylı hərbi hissə komandirinin 16.10.N93-cü il tarixli 222 saylı əmrinə əsasən, 11.10.N93-cü il tarixdən Sarısu döyüş zonasına ezam olunaraq döyüşlərdə ön cəbhədə iştirak etmişdir. Xidmət müddətində Laçın və Kəlbəcər rayonları uğrunda gedən döyüşlərdə iştirak edib. Müdafiə Nazirliyinin 17.02.2020-ci il tarixli 9/2-2266 saylı Arxiv arayışı da iddiaçının N1 nömrəli hərbi hissə üzrə N1 nömrəli hərbi hissə komandirinin N aprel N93-ci il tarixli 55 nömrəli əmri ilə çavuş rütbəsi verilmişdir, bütün növ təminatlarla təmin edildiyini təsdiq edir. Bu səbəbdəndə cavabdehin imtinasını əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin məhkəmə baxış iclası 01 iyun 2021-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında İddiaçı və iddiaçının vəkili ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi və üçüncü şəxs nümayəndələrinin iştiraklarını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanladığı 08.07.2020-ci il tarixli, 1/P 9404 nömrəli məktubu; - 10 iyun N92-ci il tarixli, ******* nömrəli hərbi biletin surəti; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 17.02.2020-cu il tarixli, 9/2-2266 nömrəli məktubu; - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış Üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin 26.01.2021-ci il tarixli SB/272 nömrəli arayış. - məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 28.04.2021-ci il tarixli, 9/2-3501 nömrəli cavab məktubu. -məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət xidmətinin Şəmkir rayon şöbəsinin 30.04.2021-ci il taixli 1037 və 1038 nömrəli cavab məktubuları. 12.03.N99-cu il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surəti. İddiaçı məxsus uçot kartası. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Həmçinin, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş iddianın qaldırılması ilə bağlı müddət (tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün) gözlənilmişdir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N95-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin 1-ci bəndinin 11-ci yarımbəndinə əsasən “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. - N91-ci il oktyabrın 9-dan N94-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteram» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 17.02.2020-ci il tarixli, 9/2-2266 nömrəli məktubundan görünür ki, N1 nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında İddiaçı adı qeyd edilmişdir. Lakin adının qarşısında müvafiq qeydlər aparılmamışdır. İddiaçı N1 nömrəli hərbi hissə komandirinin 09.10.N92-ci il tarixli 179 nömrəli əmri ilə Laçın döyüş zonasına göndərilmişdir. N1 nömrəli hərbi hissə komandirinin 30.04.N93-cü il tarixli 55 nömrəli əmri ilə növbəti “çavuş” hərbi rötbəsi verilmişdir. N1 saylı hərbi hissə komandirinin 14.06.N93cü il tarixli 98 nömrəli əmrində sıravi İddiaçı may ayında döyüş tapşırığını yerinə yetirdiyi üçün döyüş günü hesab edilməsi barədə məlumat vardır. N1 nömrəli hərbi hissə komandirinin 21.07.N93-cü il tarixli 135 nömrəli əmrində kiçik çavuş İddiaçı iyun ayında döyüş tapşırığını yerinə yetirdiyi üçün döyüş günü hesab edilməsi barədə məlimat vardır. İddiaçı N1 nömrəli hərbi hissə komandirinin 02.08.N93-cü il tarixli 147 nömrəli əmrilə müvafiq vəzifəyə təyin olunmuşdur. Şəmkir RHK-dan çavuş İddiaçı N1 nömrəli hərbi hissə komandirininn 16.10.N93-cü il tarixli 222 nömrəli əmrilə 11.10.N93-cü il tarixdən Sarısu döyüş bölgəsinə ezam olunmuşdur lakin uzun müddət fərarilik etdiyi üçün maddi təminat taburunun sıravisi İddiaçı N1 nömrəli hərbi hissə komanirinin 16.08.N94-cü il tarixli 227 nömrəli əmri ilə statdan kənar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanladığı 08.07.2020-ci il tarixli, 1/P-9404 nömrəli məktubunda qeyd edilmişdir ki, Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”nın 08.07.2020-ci il tarixli iclasında baxılmış müsbət qərar qəbul edilməmişdir. Döyüş əməliyyyatları aparılan zaman N1 nömrəli hərbi hissədən qanuni əsaslarla N nömrəli hərbi hissəyə göndərilməsi, N nömrəli hərbi hissədə hərbi xidməti, N nömrəli hərbi hissəyə göndərilməsi barədə arxiv sənədlərində məlumat olmadığına və N1 nömrəli hərbi hissədən uzun müddət fərarilik etdiyi üçün barəsində Aministiya qərarı tətbiq olunduğuna görə Azərbaycan Respublikası Nazirlər kabinetinin 22.09.N95-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 28.04.2021-ci il tarixli, 9/2-3501 nömrəli məktubundan görünür ki, N1 nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında İddiaçı adı qeyd edilmişdir. Lakin adının qarşısında müvafiq qeydlər aparılmamışdır. İddiaçı N1 nömrəli hərbi hissə komandirinin 09.10.N92-ci il tarixli 179 nömrəli əmri ilə Laçın döyüş zonasına göndərilmişdir. N1 nömrəli hərbi hissə komandirinin 30.04.N93-cü il tarixli 55 nömrəli əmri ilə növbəti “çavuş” hərbi rötbəsi verilmişdir. N1 saylı hərbi hissə komandirinin 14.06.N93cü il tarixli 98 nömrəli əmrində sıravi İddiaçı may ayında döyüş tapşırığını yerinə yetirdiyi üçün döyüş günü hesab edilməsi barədə məlumat vardır. N1 nömrəli hərbi hissə komandirinin 21.07.N93-cü il tarixli 135 nömrəli əmrində kiçik çavuş İddiaçı iyun ayında döyüş tapşırığını yerinə yetirdiyi üçün döyüş günü hesab edilməsi barədə məlimat vardır. İddiaçı N1 nömrəli hərbi hissə komandirinin 02.08.N93-cü il tarixli 147 nömrəli əmrilə müvafiq vəzifəyə təyin olunmuşdur. Şəmkir RHK-dan çavuş İddiaçı N1 nömrəli hərbi hissə komandirininn 16.10.N93-cü il tarixli 222 nömrəli əmrilə 11.10.N93-cü il tarixdən Sarısu döyüş bölgəsinə ezam olunmuşdur lakin uzun müddət fərarilik etdiyi üçün maddi təminat taburunun sıravisi İddiaçı N1 nömrəli hərbi hissə komanirinin 16.08.N94-cü il tarixli 227 nömrəli əmri ilə statdan kənar edilmişdir. N1 nömrəli hərbi hissə komandirinin 12.10.N93cü il tarixdən 31.12.N93-cü il tarixədək, 01.01.N94-cü il tarixdən 15.08.N94-cü tarixədək nizami hissə üzrə əmrlərində xidməti barədə məlumat aşkar olunmamışdır. Məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmki Rayon Şöbəsinin 30.04.2021-ci il tarixli 1038 nömrəli məktubundan görünürki, xx.xx.N73-cü il təvəlüdlü İddiaçı 10.06.N92-ci il tarixdən dekabr N94-cü il tarixədək Azərbaycan Rspublikası Silahlı Qüvvələrində xidmətdə olmuş və hərbi hissəni özbaşına tərk etdiyi üçün Azərbaycan Respublikası Milli Məclisinin 17.10.N97-ci il tarixli Amnistiya haqqında qərarına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət müddəti hesaba alınmır. 15.03.N99-cu il tarixdə 17.10.N97-ci il tarixli amnistiya haqqında qərar əsasən hərbi vəzifəlilərin qeydiyyatına alınmışdır. 12.03.N99-cu il tarixli qərar əsasən- Milli Məclisin 17.10.N97-ci il tarixlu Aministiya qərarının 5-ci, 6-cımaddələrinə əsasən rədd edilmişdir. Göründüyü kimi, İddiaçı uzun müddət fərarilik etmiş və sonda onun barəsində Amnistiya aktı tətbiq edilməklə onun barəsində cinayət işinin başlanılması rədd edilmişdir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 2017-ci il tarixli, 2-1(102)-1161/2017 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara, inzibati orqanlar tərəfindən daxil olmuş cavab məktublarına əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olmadığından İddiaçı iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcud deyil. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” 10 aprel 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə N aprel N94-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. İddiaçı iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (üçüncü şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon bölməsi) qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68, 69, 73, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (üçüncü şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon bölməsi) qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar