Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-970/2023 01.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehin üzərinə əmək haqqının 6 misli məbləğində bir dəfəlik haqqın ödənilməsi öhdəliyinin qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1955-ci il tarixdə Gədəbəy rayonu, Rüstəm Əliyev kəndində anadan olmuşdur. İddiaçı xx.xx.1989-cu il tarixdən Gədəbəy qəsəbə XDS İcraiyyə komitəsinə baş mühasib təyin edilmiş, xx.xx.1991-ci il tarixdə azad edilmiş, xx.xx.1991-ci il tarixdən Rayon İcra Hakimiyyəti başçısının Gədəbəy şəhər nümayəndəsinin baş mühasibi təyin edilmiş, xx.xx.1991-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli Fərmanına əsasən vəzifəsindən azad edilmiş və Gədəbəy RİHB-nin şəhər nümayəndəliyinə baş mühasib təyin edilmiş, xx.xx.2012-ci il tarixdə İİİ dərəcə dövlət qulluqçusu, Gədəbəy RİH Başçısının Şəhər İƏD üzrə nümayəndəsinin baş mühasibi vəzifəsindən azad edilmiş, həmin tarixdə İİİ dərəcə dövlət qulluqçusu, Gədəbəy RİH Başçısının Şəhər İƏD üzrə nümayəndəsinin baş məsləhətçisi – baş mühasib təyin edilmiş, xx.xx.2016-cı il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 16.2.8-ci maddəsinə əsasən inzibati vəzifələrin yeddinci təsnifatı üzrə 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli, 114 nömrəli əmri ilə iddiaçının 65 yaşı tamam olduğuna görə onun dövlət qulluğunda olan müddəti 2020-ci ilin 18 avqust tarixdən 2021-ci ilin 18 avqust tarixinədək uzadılmışdır. Əmrin verilməsinə əsas iddiaçının ərizəsi olmuşdur. Cavabdeh Başçısının xx.xx.2022-ci il tarixli, 103 nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli 54 nömrəli əmək müqaviləsinə müddəti bitdiyi üçün 2022ci ilin 18 avqust tarixindən xitam verilmiş, axırıncı haqq-hesab ödənilməsi əmr edilmişdir. Əmrin verilməsinə əsas Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndi olmuşdur. İddiaçı “son yaş həddi ilə bağlı əmək müqaviləsinə xitam verilərkən ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın ödənilməsi” tələbi ilə Cavabdehnə (bundan sonra mətndə - cavabdeh) müraciət etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, 639/8-14 nömrəli məktubunda bildirmişdir ki, RİH başçısının 18 avqust 2022-ci il tarixli 103 nömrəli əmri ilə bağlanmış müddətli əmək müqaviləsinə iddiaçının 67 yaşı tamam olduğuna görə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndinə əsasən xitam verilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinin şərh edilməsinə dair 8 dekabr 2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, bu Qanunun 33.2-ci maddəsi dövlət qulluqçusunun pensiya yaşına çatmasına görə məhz öz arzusu ilə dövlət qulluğundan çıxmasına həvəsləndirir, yeni kadr potensialının formalaşması və kadrların rotasiyası üçün əlverişli şəraitin yaradılması məqsədini daşıyır. X3 xüsusilə vurğulamışdır ki, qanunverici bu halda iki əsas şərti irəli sürür: 1) dövlət qulluqçusunun pensiya yaşına çatması, 2) öz arzusu ilə dövlət qulluğundan çıxması. İddiaçı 65 yaşı tamam olarkən öz arzusu ilə dövlət qulluğundan çıxmadığına görə ona ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın verilməsi qanunvericiliyin tələbinə uyğun deyildir. İmtina ilə razılaşmayan iddiaçı cavabdehin üzərinə əmək haqqının 6 misli məbləğində bir dəfəlik haqqın ödənilməsi öhdəliyinin qoyulması tələbi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1989-ci ildən Gədəbəy şəhər İƏD-si üzrə nümayəndəliyində baş məsləhətçi-baş mühasib vəzifəsində işləmiş, 2003-cü il tarixindən dövlət qulluqçusu ixtisası dərəcəsi almışdır. Yaş həddinin 65 yaş olması ilə əlaqədar olaraq Gədəbəy rayon İHB-nin xx.xx.2022-ci il tarixli 103 nömrəli əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh Başçısının xx.xx.2020ci il tarixli 114 nömrəli əmrinə əsasən Cavabdeh Başçısının Şəhər İƏD-si üzrə Nümayəndəliyinin baş məsləhətçi-baş mühasibi onunla 65 yaşı tamam olduğuna görə dövlət qulluğunda olan müddəti 2020-ci ilin 18 avqust arixindən 2021-ci ilin 18 avqust tarixinə qədər uzadılmışdır. İddiaçı son yaş həddi ilə bağlı əmək müqaviləsinə xitam verilərkən ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində bir dəfəlik haqqın ödənilməsi ilə bağlı müraciətinə Cavabdeh tərəfindən qanunsuz olaraq imtina edilmişdir. Hesab edir ki, cavabdehin verdiyi imtina qanunsuz və əsassızdır. Çünki pensiya yaşının son həddi ilə əlaqədar əmək müqaviləsinin 2 il müddətinə uzadılması şəxsi əmək təminatından məhrum edə bilməz. Odur ki əmək müqaviləsi uzadılsa belə, 6 misli məbləğində ödəniş verilməlidir. İcra Hakimiyyətinin imtinası Konstitiusiya qaydalarına ziddiyət təşkil edir. Azərbaycan Respublikasının Prezidentinin və Dövlət qulluğuna xitam verilməsinə dair qanunun 33.2-ci maddəsində qeyd edilir ki, dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunverciliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində bir dəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. Cavabdeh tərəfindən bildirilir ki, iddiaçı iki il Cavabdeh Başçısı vəzifəsində işləmişdir. İddiaçının baş mühasib kimi işləməsilə bağlı iki il yəni 2021-2022-ci il tarixində əmək müqaviləsi bağlanmamışdır. Cavabdeh ilə razılığa gələ bilmədiyinə görə mübahisənin həlli üçün ilk öncə Mediasiya Şurasına müraciət etmiş, lakin tələbi ilə bağlı müsbət nəticə əldə edə bilmədiyi üçün məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmasını xahiş etmiş, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, 2020-ci və 2022-ci illərdə işdən azad edilməsi barədə ərizə yazmamışdır. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək imtinada qeyd olunanları müdafiə etmiş, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçı “işdən azad edilməsi barədə” ərizə təqdim etməmiş, 2022-ci ildə əmək müqaviləsinin müddəti bitdiyi üçün Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə cavabdeh orqanın imtinasını əsaslı hesab edir və bunu aşağıdakılarla əsaslandırır. “Dövlət qulluğu haqqında” Qanun 33.2-ci maddəsinə əsasən dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli Qərarında qeyd olunur ki, “Dövlət qulluğu haqqında” Qanunun 33.2ci maddəsinə əsasən dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. Göründüyü kimi, qanunverici bu halda iki əsas şərti irəli sürür: - dövlət qulluqçusunun pensiya yaşına çatması; - öz arzusu ilə dövlət qulluğundan çıxması. Konstitusiya Məhkəməsi Plenumunun qərarında da “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsinə şərh verilərkən o hüquqi mövqe nümayiş etdirilmişdir ki, dövlət qulluqçusu pensiya yaşına çatmasına görə məhz öz arzusu ilə dövlət qulluğundan çıxması üçün həvəsləndirilir ki, yeni kadr potensialının formalaşması və kadrların rotasiyası üçün əlverişli şərait yaradılsın. Eyni zamanda, göstərilən maddənin məzmunundan da aydın olur ki, burada “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi ilə müəyyən edilən pensiya yaşı nəzərdə tutulur. Həmin maddəyə görə 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu maddənin “Qeyd” hissəsi nəzərə alınmaqla, kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəməsi hesab edir ki, “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsinin tətbiq edilməsi üçün qanunvericilik dövlət qulluqçusunun pensiya yaşına çatmasının və öz arzusu ilə dövlət qulluğundan çıxmasının eyni anda mövcud olmasını tələb edir. “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsində nəzərdə tutulan məbləğin ödənilməsi üçün şəxs pensiya yaşına çatanadək dövlət qulluğunda çalışmalı və pensiya yaşına çatdıqdan sonra öz arzusu ilə dövlət qulluğuna xitam verilməlidir. Hazırkı mübahisə araşdırması zamanı müəyyən olunur ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla, xx.xx.2020-ci il tarixdə pensiya (65 yaşına) çatmış, həmin dövrdə Gədəbəy RİH başçısının Şəhər İƏD üzrə nümayəndəsinin baş məsləhətçisi – baş mühasibi vəzifəsində İİ dərəcəli dövlət qulluqçusu kimi çalışmışdır. Lakin iddiaçı pensiya yaşına çatdığı zaman pensiyaya çıxması ilə bağlı cavabdeh orqana müraciət etməmiş, əksinə iddiaçının ərizəsi əsasında onun dövlət qulluğunda olma müddəti uzadılmış və Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndi (əmək müqaviləsinin müddətinin qurtarması) əsası ilə xitam verilmişdir. Göründüyü kimi, iddiaçı hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq xx.xx.2020-ci ildən yaşa görə pensiya hüququndan yararlanmaqla təqaüdə çıxsa da, işləməyə davam etməklə “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsi ilə nəzərdə tutulan imtiyaz hüququnu itirmişdir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı cavabdehin üzərinə əmək haqqının 6 misli məbləğində bir dəfəlik haqqın ödənilməsi öhdəliyinin qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-970/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-970/2023
01.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver