Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-971/2021 30.06.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4 və vəkili X12, cavabdeh Şəmkir şəhər bələdiyyəsinin nümayəndəsi X8, üçüncü şəxslər X5 və X10 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxslər X11 və X16) qərarın ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə qərar qəbul etdi Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə 14.04.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh 08.08.2017-ci il tarixli 11 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikiası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 09.10.2009-cu il tarixli ********** Qeydiyyat nömrəli ******* nömrəli çıxarışı və 20.10.2009-cu il tarixli arayışı və notariusun 27.10.2009-cu il tarixli alqı-satqı müqaviləsi əsasında Şəmkir rayonu Bakı-Qazax yolunun sol tərəfində 0.6 ha torpaq sahəsini sahibkarlıq məqsədi ilə istifadə etmək üçün oğlu X6 almışdır. Bundan əvvəl isə oğlu X14 qeyd olunan torpaq sahəsini 12 iyul 2004-cü il tarixdə Azərbaycan Resdpublikası Dövlət Torpaq Xəritəçəkmə Komitəsi tərəfindən təsdiqlənərək verilmiş baş plan əsasında sahibkarlıq əsasında notarial qaydada 29 avqust 2005-ci il tarixdə alaraq yarımçıq tikili tikintisi davam etdirilmiş və mülkiyyətində və istifadəsində olan 0,6 ha torpaq sahəsinin 271 kvadrat metr əlavə hissəsində Bakı-Qazax magistral yolunun sol tərəfində yerləşən “İpək yolu” boyunca mağaza və talvar (anbar) tikilmişdir. İddiaçı dəfələrlə Cavabdehnə müraciət edərək tikinti olan 271 kvadrat metr torpaq sahəsini öz adına sənədləşdirmək istəmişdir. Çünki qeyd edilən 271 kvadrat metr torpaq sahəsi ona məxsus 0,6 ha torpaq sahəsi ilə birlikdə 2005-ci ilin avqust ayının 29-dan onların istifadəsində olmuşdur. Şəmkir rayon bələdiyyəsinin 08 avqust 2017-ci il tarixli 11 nömrəli qərarı ilə Bakı-Qazax yolunun Şəmkir rayon ərazisinin sol tərəfində yerləşən iddiaçının istifadəsində olan qeyri-yaşayış binasının (mağazanın) torpaq sahəsinin 271 kvm torpaq sahəsini sahibkarlıq məqsədi ilə dövlət reyestrindən çıxarışın alınması, eləcə də qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsindən xahiş edərək mülkiyyətinə keçirib hərrac yolu ilə X1. X11 isə 08.10.2019-cu ildə bu torpaq sahəsini X3. İddiaçı Cavabdeh tərəfindən hüquqlarının pozulmasını hesab etdiyindən məhkəməyə müraciət etmiş və ekspertiza təyin olunmuşdur. Ekspertiza rəyindən müəyyən olunmuşdur ki, konfiqurasiya düzgün verilməmiş, dəyişdirilmişdir. Şəmkir rayon bələdiyyəsi tərəfindən 08 avqust 2017-ci il tarixli 11 nömrəli qərar qəbul edilən zaman 271 kv.m qeyd edilən torpaq sahəsi boş torpaq sahəsi olmamış, yüklü olmuş, həmin torpaq sahəsi əvvəlki bələdiyyə tərəfindən 2004-cü Qasımova Validəyə satılmış, Validə tərəfindən isə Kazımov Mənsura, Kazımov Mənsurdan isə 2005-ci ildə oğlu Ramil Səlimova və 2009-cu ildə iddiaçının adına çıxarış verilmişdir. Həmin vaxtı torpaq sahəsi ipək yolu boyunca 28 m, məhlə tərəfə isə 22 metr olmuşdur. 2004-cü ildə Cavabdeh tərəfindən verilmiş qərar bu ölçülərdə olmuşdur. Bu sonradan sonuncu bələdiyyə tərəfindən 2019-cu ildə verilmiş qərarla nəzərə alınmamışdır. Şəmkir rayon bələdiyyəsi 08.08.2017-ci il tarixli 11 nömrəli qərarı ilə iddiaçıya məxsus torpaq sahəsinin konfiqurasiyasının dəyişdirilməsinə səbəb olmuşdur. Məhkəmənin 23.06.2021-ci il tarixli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. İddiaçının nümayəndəsi X9 iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, 271 kv.m sahə 0,6 ha sahəyə bitişikdir, onların faktiki istifadə etdiyi 816 kv.m sahənin daxilindədir. İddiaçının vəkili X18 iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı 2004cü ildə 271 kv.m sahənin üstündə anbar və mağaza inşa etmişdir. Cavabdehin nümayəndəsi X15 iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisələndirilən qərar həmin sahənin satışa çıxarılması ilə bağlı prosedura başlanması ilə əlaqədardır, ona görə də iddiaçının hüquqlarını pozmur. Üçüncü şəxs X11 iddianı qəbul etməyərək bildirmişdir ki, o, hərracın qalibi olub sahəni almışdır, ona görə də iddianın rədd olunmasını xahiş edir. Üçüncü şəxs X16 iddianı qəbul etmədiyini bildirmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Cavabdeh 08.08.2017-ci il tarixli iclasının 11 nömrəli Protokolundan çıxarışın surətindən görünür ki, bələdiyyənin ərazisində yerləşən 271 kv.m alqı-satqı və icarə predmeti olan torpaq sahəsinin satılması ilə bağlı hərrac və ya müsabiqənin keçirilməsi və ya qanuna müvafiq olaraq vətəndaşlara bilavasitə satılması üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması qərara alınmışdır. -Əmlak Məsələləri Dövlət Komitəsinin 15.11.2017-ci il tarixli 715 nömrəli rəyindən görünür ki, müsabiqə və hərraca çıxarılması yolu ilə və ya bilavasitə mülkiyyətə, istifadəyə və icarəyə verilməsi nəzərdə tutulan 271 kv.m torpaq sahəsi Cavabdeh mülkiyyətinə aid olmaqla, alqı-satqı predmetidir və torpaq sahəsi başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə və icarəsinə verilməmişdir. -Cavabdeh 09.09.2019-cu il tarixli iclasının 16 nömrəli Protokolundan çıxarışın surətindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində Cavabdeh mülkiyyəti kimi 26.01.2018-ci il tarixdə qeydiyyata alınmış 271 kv.m torpaq sahəsinin X2 qərara alınmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. Baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab etmir. Belə ki, iş materialları və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, Cavabdeh 08.08.2017-ci il tarixli 11 nömrəli qərarı ilə bələdiyyənin mülkiyyətində olan 271 kv.m alqısatqı və icarə predmeti olan torpaq sahəsinin müsabiqə və ya bələdiyyə qərarı ilə satılması qərara alınmış və bələdiyyənin 09.09.2019-cu il tarixli 16 nömrəli qərarı ilə həmin torpaq sahəsinin 05.09.2019-cu il tarixdə keçirilmiş Torpaq müsabiqə və Hərrac Komissiyasında qalib gəlmiş X2 qərara alınmışdır. Bu səbəbdən də iddiaçı bələdiyyənin 08.08.2017-ci il tarixli 11 nömrəli qərarının onun marağına zidd olduğunu iddia edərək həmin qərarı mübahisələndirmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun: -6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. -6.5-ci maddəsində isə qeyd edilir ki, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinə əsasən, Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Əsasnamənin 4-cü bəndinə əsasən bələdiyyə torpaqları bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bilavasitə, digər hallarda hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) torpaq hərracları və ya müsabiqələri vasitəsilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə, “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 15-ci maddələrinə və bu Əsasnaməyə uyğun olaraq verilir. “Torpaq bazarı haqqında” Qanunun 8-ci maddəsinin birinci bəndinə görə, Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqları mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (şəxslərin razılığı) ilə bilavasitə, torpaq hərracları və müsabiqələri vasitəsi ilə alınıb satıla bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Oxşar norma “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci bəndində də nəzərdə tutulmuşdur. Qeyd olunan qanunvericilik normalarından da göründüyü kimi bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin fiziki şəxslərin mülkiyyətinə verilməsi üçün müvafiq prosedur qaydaları müəyyən edilmişdir. Mübahisələndirilən bələdiyyə qərarı ilə bələdiyyənin ehtiyat fondunda olan 271 kv.m ha alqı-satqı və icarə predmeti olan torpaq sahəsinin müsabiqə və ya bələdiyyə qərarı ilə satılması və icarəyə verilməsi məqsədilə həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanmışdır. Başqa sözlə, həmin qərarda sözügedən sahənin bəlli bir şəxsə satılması və yaxud icarəyə verilməsi nəzərdə tutulmamış, yalnız bu məqsədlə ilkin prosedura başlanılmışdır. Odur ki, həmin qərar heç bir formada iddiaçının hüquq və mənafelərinə zidd hesab edilə bilməz. Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, göründüyü kimi mübahisələndirilən bələdiyyə qərarının ləğv edilməsi üçün hüquqi əsas yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı Cavabdehnə qarşı qərarın ləğv edilməsi barədə iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-971/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-971/2021
30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver