Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-974/2025 14.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın ləğv edilməsi və borcun silinməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı xx.xx.2021-ci il tarixli **********634900 nömrəli qərarın ləğv edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq məhkəmə aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********911000 nömrəli qərarı ilə gəlir vergisi bəyannaməsi və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən İddiaçı 2019-cu il üzrə 5.662,72 manat gəlir vergisi hesablanmışdır.
2. Vergi qanunvericiliyi ilə müəyyən edilmiş müddətdə İddiaçı borcunu ödəmədiyi üçün, vergilər üzrə yaranmış 5.662,72 manat əsas, 577,60 manat faiz olmaqla, ümumilikdə 6.240,32 manat vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 14 saylı Ərazi Vergilər İdarəsinin Tələbin icraya yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarı Tovuz rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İİ. Məhkəmədə icraat
3. İddiaçı cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun şəxsi hesab vərəqəsinə yazılmış borcun silinməsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli **********634900 nömrəli qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)- 525/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə 5974,14 (beş min doqquz yüz yetmiş dörd manat on dörd qəpik) manat vergi borcu ödənilənədək maraqlı şəxs İddiaçı (doğulduğu tarix - 26 avqust 1998-ci il, doğulduğu yer-Tovuz rayonu, Cilovdarlı kəndi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi-xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququ müvəqqəti nəhdudlaşdırılmışdır. Həmçinin bildirir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin 15 aprel 2021-ci il tarixli **********634900 saylı qərarına əsasən ümumilikdə 6240,32 nanat pulun İddiaçı tutulması və icra olunmasından ötrü Tovuz rayon İcra və Probasiya şöbəsinə müraciət edilmişdir. Hazırda həmin qərar üzrə onun əmək haqqından əsassız olaraq tutmalar həyata keçirilir. Həmçinin bildirir ki, həmin qərar əsassızdır və onun dövlət büdcəsi qarşısında əslində borcu yoxdur. Çünki, iş materiallarından görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, fiziki şəxs İddiaçı (VÖEN:**********) dövlət büdcəsinə olan 5974,14 manat vergi borcunun ödənilməsinin təmin edilməsini bildirir. Həmin sənədlərdən görünür ki, guya o, fiziki şəxs olaraq ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Əslində isə onun adından bir qrup cinayətkar şəbəkə üzvü saxta yollarla VÖEN açdıraraq qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olublar. Bununla bağlı tərəfindən müvafiq hüquq nühafizə orqanlarına müraciət edilmiş və araşdırma davam edir. Belə olan halda hesab edir ki, onun şəxsi hesab vərəqəsinə yazılmış borc silinməli və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin 15 aprel 2021-ci il tarixli **********634900 saylı qərarı ləğv edilməlidir. Yuxarıda yazılanları nəzərə alaraq onun şəxsi hesab vərəqəsinə yazılmış borcun silinməsini və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin 15 aprel 2021-ci il tarixli **********634900 saylı qərarının ləğv edilməsini cavabdeh qurumdan xahiş etsə də, müraciətinə cavab verilməmişdir. Hesab edir ki, ərizəsinin cavabdeh qurum tərəfindən cavablandırılmaması əsassızdır. Belə olan halda hesab edir ki, onun şəxsi hesab vərəqəsinə yazılmış borcun silinməsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin 15 aprel 2021-ci il tarixli **********634900 nömrəli qərarının ləğv edilməsi öhdəliyi cavabdeh quruma həvalə edilməlidir. İİİ. Prosessual məsələlər
5. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq düzgün ifadə edildiyi dəqiqləşdirilmiş iddia ərizəsinin məhkəməyə təqdim edilməsi iddiaçıya hüquqi yardım göstərilməsi məqsədilə xx.xx.2025-ci il tarixdə sərəncam göndərilərək, hüquqi marağına və qanunun tələbinə uyğun olaraq, vergi məsuliyyətinə cəlb edildiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********911000 saylı qərarı mübahisələndirməli olması bildirilərək, bu səbəbdən tələbini düzgün ifadə etməklə, hazırkı iddianın qaldırılması üçün nəzərdə tutulmuş iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinin də aydınlaşdırılması təklif edilmiş və bu məqsədlə hazırlıq iclasınadək müddət təyin edilmiş, əks təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə qeyd edilmişdir.
6. İş üzrə zəruri prosessal hərəkətlər edildikdən sonra hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir.
7. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı isə məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
8. Cavabdehin iddianın mümkün sayılmaması barədə yazılı vəsatəti xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən 2019-cu ilin dekabr ayı ərzində 280.945,76 manat dəyərində idxal edilmiş müxtəlif növ mallar elektron qaimə-faktura əsasında təqdim edildiyi aşkar edilmiş, lakin həmin dövr üzrə vergi bəyannaməsinin təqdim edilmədiyi və vergiyə cəlb edilən dövriyyənin göstərilmədiyi müəyyən edilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar İddiaçı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 19 iyun 2020-ci il tarixli **********000600 nömrəli məktub göndərilməsinə baxmayaraq, vergi ödəyicisi tərəfindən əsaslandırılmış izahat, müvafiq təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37ci, 67-ci və 83-cü maddələrinə əsasən 2019-cu ilin gəlir vergisi üzrə 5.662,72 manat əlavə vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” 24 iyul 2020-ci il tarixli **********911000 nömrəli qərar İddiaçı elektron qutusuna göndərilmiş, elektron qutuda isə 16 sentyabr 2021-ci il tarixdə saat 11:23-də oxunmuşdur. “Vergi borcunun ödənilməyəcəyi təqdirdə tələbin icraya yönəldilməsi qaydasında icra strukturlarına müraciət ediləcəyi barədə” 03 fevral 2021-ci il tarixli **********529400 nömrəli xəbərdarlıq məktubu İddiaçı elektron qutusuna göndərilmiş, elektron qutuda isə 16 sentyabr 2021-ci il tarixdə saat 11:23-də oxunmuşdur. Vergi qanunvericiliyi ilə müəyyən edilmiş müddətdə İddiaçı borcunu ödəmədiyi üçün, vergilər üzrə yaranmış 5.662,72 manat əsas, 577,60 manat faiz olmaqla, ümumilikdə 6.240,32 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 14 saylı Ərazi Vergilər İdarəsinin “Tələbin icraya yönəldilməsi haqqında” 15 aprel 2021-ci il tarixli **********634900 nömrəli qərarı Tovuz rayon İcra və Probasiya şöbəsinə və İddiaçı elektron qutusuna göndərilmiş, elektron qutuda isə 16 sentyabr 2021-ci il tarixdə saat 11: 23-də oxunmuşdur.Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, İddiaçı “Tələbin icraya yönəldilməsi haqqında” 15 aprel 2021-ci il tarixli **********634900 nömrəli və “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” 24 iyul 2020-ci il tarixli **********911000 nömrəli qərarlardan şikayət vermə müddətini ötürmüşdür. Məlumat üçün bildirişlir ki, vergi orqanı ilə İddiaçı arasında 05 mart 2020-ci il tarixdə bağlanmış “Vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinə dair” müqavilənin 4.1.5-ci bəndinə əsasən, vergi orqanı tərəfindən elektron kabinet vasitəsilə göndərilmiş sənəd və məlumatlarla hər gün tanış olmaq vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. Əlavə olaraq bildirilir ki, İddiaçı vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün Gəncə Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 25 may 2021-ci il tarixli e-2-2(115)- 525/2021 nömrəli qətnaməsinə əsasən İddiaçı ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İddiaçı iddia tələbinin əsassız və qanunvericiliyin tələblərinə tam zidd olduğuna görə iddia ərizəsinin mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
9. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında yazılı vəsatətdə göstərilənləri müdafiə etdiyini bildirərək, iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmasını xahiş etmişdir.
Əsaslandırma hissəsi:
10. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
11. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.
12. İddiaçı iddia tələbində Tələbin icraya yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********634900 saylı qərarı mübahisələndirmişdir.
13. Halbuki, həmin qərar mübahisələndirmə haqqında iddianın predmeti olan inzibati akt deyil.
14. İddiaçı hüquqi marağına və qanunun tələbinə uyğun olaraq, vergi məsuliyyətinə cəlb edildiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********911000 saylı qərarı mübahisələndirməlidir. Hansı ki, həmin qərarla ona 2019-cu il üçün gəlir vergisi üzrə 5662.71 manat məbləğində vergi hesablanmışdır.
15. Ona görə də iddia tələbi “14 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********911000 saylı qərarının ləğv edilməsi” şəklində göstərilməli idi.
16. Həmçinin, iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aid olmaqla həmin növ iddianın mümkün sayılması üçün İPM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddətlərə riayət edilməlidir. Həmin maddəyə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Ona görə də, hazırkı iddianın qaldırılması üçün nəzərdə tutulmuş iddia müddətinin ötürülübötürülməməsi məsələsinin də aydınlaşdırılması zəruridir.
17. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq yardım etmə vəzifəsinə riayət edilməklə, iddiaçıya xx.xx.2025-ci il tarixdə sərəncam göndərilərək, cavabdehin düzgün ifadə edildiyi dəqiqləşdirilmiş iddia ərizəsinin məhkəməyə təqdim edilməsi təklif edilmiş, eyni zamanda müəyyən edilmiş vaxtadək qeyd edilən çatışmazlıqların aradan qaldırılmayacağı təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. Lakin həmin müddət daxilində iddiaçı sərəncama əməl etməyərək, xətanı aradan qaldırmamışdər.
18. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.
19. İPM-in: - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
20. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı:
İddia mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva