Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-975/2021 09.06.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Əsədov Elşən Yavər oğlunun katibliyi, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X2, cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı “xxxx” MMC-ti cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 14.04.2021-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş “xxxx” MMC-nin barəsində tərtib edilmiş 29.12.2020-ci il tarixli **********129400 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən mübahisələndirilən qərarlarla “xxxx” MMC-ti 2221,87 manat məbləğində əsassız olaraq mənfəət vergisi hesablanmışdır. Eyni zamanda 29.12.2020-ci il tarixli **********815800 nömrəli qərarla 280,81 manat, 29.12.2020-ci il tarixli **********817200 nömrəli qərarla 298,03 manat, 29.12.2020-ci il tarixli **********814100 nömrəli qərarla 314,32 manat, cəmi 892,96 manat məbləğində vergilərin azaldılması barədə qərar verilmişdir. Nəticədə 1328,91 manat əsassız olaraq əlavə vergi və 375,39 manat faiz hesablanmışdır. Göründüyü kimi vergi orqanının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi) ucbatından əsassız olaraq ümumilikdə 1704,30 manat vergi və faiz hesablanmışdır. Həmçinin iddia ərizəsində qeyd edilmişdir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 16.12.2020-ci il tarixli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218.5.9 və 218.5.10-cu maddələrinin müddəalarına əsasən 2019-cu il in hesabat dövrü üzrə gəlir vergisi bəyannaməsi təqdim edilməmişdir. 2019-cu ilin bütün rüblərində cəmiyyət sadələşdirilmiş vergi ödəyicisi olmuş və rüblər üzrə sadələşdirilmiş vergi bəyannaməsi təqdim etmiş və heç bir kameral uyğunsuzluq aşkar edilməmişdir. Rüblər üzrə hesablanmış sadələşdirilmiş vergi məbləğləri vaxtında dövlət büdcəsinə ödənilmişdir.Cəmiyyətə kameral uyğunsuzluq barədə 16.12.2020-ci il tarixli bildiriş məktubu ilə cəmiyyətn topdansatış ticarət qaydasında malların təqdim edilməsi və vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlərdən başqa, xidmətlərin həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnun olmaması bildirilmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, cəmiyyət 2019-cu il ərzində iki halda elektron qaimə-faktura əsasında 44657,8 manat məbləğində malların təqdim edilməsini həyata keçirmişdir ki, qeyd edilən əməliyyatlar vergi qanunvericiliyinin tələblərinə əsasən topdansatış əməliyyatlarının aparılması kimi qiymətləndirilə bilməz. Qeyd edilənləri əsas gətirən iddiaçı məhkəmədən 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş “xxxx” MMC-nin barəsində tərtib edilmiş 29.12.2020-ci il tarixli **********129400 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı məhkəməyə iddia verilməsi üçün nəzərdə tutulmuş müddətinin üzürsüz səbəbdən buraxılmasına dair ərizə təqdim edərək iddia verilməsi üçün buraxılmış müddətinin bərpa olunmasını məhkəmədən xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli 2-1(114)-975/2021 nömrəli qərardad ilə iddiaçının ərizəsi təmin edilmiş və məhkəmədə iddia qaldırmaq üçün qanunla müəyyən edilmiş və buraxılmış prosessual müddət bərpa edilmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclaslarında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, «xxxx» MMC-də nəzarət-kassa aparatı quraşdırlımamış və iddia ərizəsində qeyd etmiş olduğu 44657,8 manat məbləğində malları elektron qaimə-faktura əsasında alıcıya təqdim etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclaslarında iddianı qəbul etməyərək bildirmişdir ki, “xxxx” MMC ********** saylı VÖEN-lə əsas fəaliyyət növü “sair şəxsi istifadə əşyalarının və məişət mallarının təmiri” olmaqla 09.12.2013-cü il tarixdə vergi orqanında qeydiyyatdan keçmişdir. Cəmiyyət AZ2500, Göygöl rayonu, Nadel ünvanında yerləşən əsas sahəsi 15 m2 sahəsi olan obyekti “ofis”, AZ2500, Göygöl rayonu, Nadel ünvanında yerləşən 30 m2 sahəsi olan obyekti isə anbar adı adı ilə qeydiyyata aldırmış, lakin obyektdə nəzarət-kassa aparatı quraşdırmamışdır. Cəmiyyət tərəfindən 2019-cu il üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrinə əsasən cəmiyyətin 44657,84 manat dövriyyəsi olmuşdur. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, vergi ödəyicisinin bəyan etdiyi dövriyyəsinin 100 faizini, yəni 44657,84 manatını elektron qaiməfaktura əsasında təqdim etdiyi mallar təşkil etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti, həmin Məcəllənin 13.2.63-cü maddəsinə əsasən topdansatış isə malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Belə olan halda vergi ödəyicisinin vergi orqanında qeydiyyatdan keçmiş nəzarət-kassa aparatı olmadığına, mal (iş, xidmət) hüquqi şəxsə təqdim olunduğuna, eyni zamanda dövriyyəsinin 100 faizini elektron-qaimə faktura əsasında təqdim olunmuş mallar təşkil etdiyinə görə vergi ödəyicisinin fəaliyyəti topdansatış kimi qəbul olunmalıdır. Vergi Məcəlləsinin 218.5.9-cu maddəsinə əsasən topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslərin, 218.5.10-cu maddəsinə əsasən isə vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin (bu Məcəllənin 218.4.1 -ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ yoxdur. İddiaçı ərizəsində də qeyd edir ki, 3 halda təqdim edilmiş elektron qaimə-faktura əsasında ( EQF-la 386056, 981495, 520504) cəmi dəyəri 27772, 71 manat olmaqla təmir işlərinin aparılması, 2 halda (EQF-la 191546, 570303) xidmət işləri, 5 halda ( EQF-la 000066, 000371, 002005, 517433, 519115) isə dəyəri 13890,49 manat olmaqla təsərrüfat və digər malların satışını həyata keçirmişdir. Göründüyü kimi iddiaçının özü də vergi ödəyicisinə xidmət göstərdiyini, elektron qaimə-faktura əsasında hüquqi şəxslərə mal təqdim etdiyini qeyd etmişdir. Vergi Məcəlləsinin 218.5.9 və 218.5.10-cu maddələrinə əsasən qeyd olunan əməliyyatları apardığı üçün cəmiyyət sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnu itirmişdir. Yuxarıda qeyd olunanlarla əlaqədar vergi ödəyicisinin vergi uçot baza məlumatlarında əsas fəaliyyət növünün Vergi məcəlləsinin 218.5-ci maddəsinin tələblərinə uyğun olmadığı səbəbindən bir sıra kənarlaşmalar yaranmış, bu kənarlaşmaların aradan qaldırılması üçün (mövcud vergi mükəlləfiyyətinin dəyişdirilməsi üçün) Baş İdarə tərəfindən vergi ödəyicisinə **********142700 nömrəli 23.10.2020-ci il tarixli bildiriş göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən vergi orqanına dəyişikliklərə dair ərizə təqdim olunmamış, bu səbəbdən vergi orqanı tərəfindən vergi ödəyicisinin uçot məlumatlarında müvafiq dəyişikliklər aparılmışdır. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Həmin maddənin ikinci hissəsində qeyd olunur ki, Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Cəmiyyət tərəfindən vergi orqanına 2019-cu ilin mənfəət vergisi bəyannaməsi təqdim olunmadığına görə Baş İdarə tərəfindən cəmiyyətə **********181400 nömrəli 16.12.2020-ci il tarixli “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmiş, kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər (məlumatlar) məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının vergi ödəyicisinin vergi öhdəliklərini yenidən hesablamaq hüququnun olduğu qeyd olunmuşdur. Vergi ödəyicisi tərəfindən həmin məktubda qeyd olunan müddətdə mənfəət vergisinin bəyannaməsi təqdim olunmadığı üçün 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 29.12.2020-ci il tarixli **********129400 nömrəli Qərar çıxarılmışdır.Yuxarıda qeyd olunan hallardan, eləcədə göstərilən normalardan göründüyü kimi, vergi orqanı tərəfindən hər hansı pozuntuya yol verilməmiş, iddiaçının mübahisələndirdiyi qərar qanunvericiliyin bütün tələbləri gözlənilməklə çıxarılmışdır. Qeyd edilənləri əsas gətirən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” - 29.12.2020-ci il tarixli, **********129400 nömrəli qərarının surətindən görünür ki, “xxxx” MMC-ti bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı 2221,87 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. - 15.11.2019-cu il tarixli seriya EBAC № 517433 elekton qaimə; - 26.08.2019-cu il tarixli seriya EAAZ № 002005 elektron qaimə; - 26.08.2019-cu il tarixli seriya EAAZ № 000066 elektron qaimə; - 26.08.2019-cu il tarixli seriya EAAZ № 000371 elektron qaimə; - 15.11.2019-cu il tarixli seriya EBAC № 519945 elekton qaimə; - 15.11.2019-cu il tarixli seriya EBAC № 519115 elekton qaimə; - 08.05.2019-cu il tarixli seriya EAAU № 191546 elekton qaimə; - 01.10.2019-cu il tarixli seriya EBAA № 570303 elekton qaimə; - 26.08.2019-cu il tarixli seriya EAAY № 981495 elekton qaimə; - 15.11.2019-cu il tarixli seriya EBAC № 520504 elekton qaimə; - 14.05.2019-cu il tarixli seriya EAAU № 386056 elekton qaimə; Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyət baxımından əsassızdır. Belə ki, iş materiallarında olan 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 29.12.2020-ci il tarixli, **********129400 nömrəli qərarının surətindən görünür ki, “xxxx” MMC-ti bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı 2221,87 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Hazırda iddiaçı «xxxx» MMC-ti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, cəmiyyət 2019-cu il ərzində iki halda elektron qaimə-faktura əsasında 44657,8 manat məbləğində malların təqdim edilməsini həyata keçirmişdir ki, qeyd edilən əməliyyatlar vergi qanunvericiliyinin tələblərinə əsasən topdansatış əməliyyatlarının aparılması kimi qiymətləndirilə bilməz. Qeyd edilənləri əsas gətirən iddiaçı məhkəmədən 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş “xxxx” MMC-nin barəsində tərtib edilmiş 29.12.2020-ci il tarixli **********129400 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “xxxx” MMC ********** saylı VÖEN-lə əsas fəaliyyət növü “sair şəxsi istifadə əşyalarının və məişət mallarının təmiri” olmaqla 09.12.2013-cü il tarixdə vergi orqanında qeydiyyatdan keçmişdir. Cəmiyyət AZ2500, Göygöl rayonu, Nadel ünvanında yerləşən əsas sahəsi 15 m2 sahəsi olan obyekti “ofis”, AZ2500, Göygöl rayonu, Nadel ünvanında yerləşən 30 m2 sahəsi olan obyekti isə anbar adı adı ilə qeydiyyata aldırmış, lakin obyektdə nəzarət-kassa aparatı quraşdırmamışdır. Cəmiyyət tərəfindən 2019-cu il üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrinə əsasən cəmiyyətin 44657,84 manat dövriyyəsi olmuşdur. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, vergi ödəyicisinin bəyan etdiyi dövriyyəsinin 100 faizini, yəni 44657,84 manatını elektron qaimə-faktura əsasında təqdim etdiyi mallar təşkil etmişdir. Vergi qanunvericiliyi ilə pərakəndə satış və topdansatış ticarət fəaliyyətinin anlayışı verilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -13.2.62-ci maddəsinə görə pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. -13.2.63-cü maddəsinə görə topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesabfaktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydası təsdiq edilmişdir. Həmin Qaydanın 4.1-ci bəndinə əsasən pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası) ilə yanaşı, POS-terminaldan çıxarış verilir. Beləliklə, pərakəndə ticarət subyektləri satışı qəbz və ya nəzarət-kassa aparatı ilə aparır, eyni zamanda "Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması" qaydasında əlavə olaraq POS-terminalların da istifadəsi nəzərdə tutulur. Müştəri tərəfindən xüsusi tələb olduqda isə pərakəndə ticarət subyekti elektron qaimə-faktura və vergi hesab-fakturası təqdim edə bilir. Alıcının məhsulun son istehlakçısı hesab olunduğu nəzərə alınmaqla pərakəndə ticarət subyekti malı həm əhaliyə, həm də vergidə uçotda olan fiziki və hüquqi şəxslərə sata bilir. Topdansatış ticarət fəaliyyəti ilə məşğul olanlar isə malları ancaq alıcının sahibkarlıq fəaliyyəti üçün satırlar və bu zaman elektron qaimə-faktura və ya vergi hesab-fakturası təqdim edirlər. Məhkəmə araşdırması nəticəsində iddiaçının nümayəndəsi X4 özü də etiraf etmişdir ki, cəmiyyətdə nəzarət-kassa aparatı quraşdırılmamışdır və satılmış 44657,84 manat məblətində malları elektron qaimə əsasında realizə etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218.5.9-cu maddəsinə əsasən topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslərin, 218.5.10-cu maddəsinə əsasən isə vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ yoxdur. İddiaçı ərizəsində də qeyd edir ki, 3 halda təqdim edilmiş elektron qaimə-faktura əsasında ( EQF-la 386056, 981495, 520504) cəmi dəyəri 27772, 71 manat olmaqla təmir işlərinin aparılması, 2 halda (EQF-la 191546, 570303) xidmət işləri, 5 halda ( EQF-la 000066, 000371, 002005, 517433, 519115) isə dəyəri 13890,49 manat olmaqla təsərrüfat və digər malların satışını həyata keçirmişdir. Göründüyü kimi iddiaçının özü də vergi ödəyicisinə xidmət göstərdiyini, elektron qaimə-faktura əsasında hüquqi şəxslərə mal təqdim etdiyini qeyd etmişdir. Vergi Məcəlləsinin 218.5.9 və 218.5.10-cu maddələrinə əsasən qeyd olunan əməliyyatları apardığı üçün cəmiyyət sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnu itirmişdir. Bundan əlavə qeyd etmək lazımdır ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Həmin maddənin ikinci hissəsində qeyd olunur ki, Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Cəmiyyət tərəfindən vergi orqanına 2019-cu ilin mənfəət vergisi bəyannaməsi təqdim olunmadığına görə Baş İdarə tərəfindən cəmiyyətə **********181400 nömrəli 16.12.2020-ci il tarixli “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmiş, kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər (məlumatlar) məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının vergi ödəyicisinin vergi öhdəliklərini yenidən hesablamaq hüququnun olduğu qeyd olunmuşdur. Vergi ödəyicisi tərəfindən həmin məktubda qeyd olunan müddətdə mənfəət vergisinin bəyannaməsi təqdim olunmadığı üçün 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 29.12.2020-ci il tarixli **********129400 nömrəli qərar çıxarılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilmiş halların mövcudluğunu sübut edə bilməmişdir. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara, tərəflərin izahatlarına izahata, eləcə də inzibati orqanlar tərəfindən daxil olmuş cavab məktublarına əsasən məhkəmə hesab edir ki, həmin sübutlar tam olmadığından iddiaçının iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcud deyil. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” 10 aprel 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. İddiaçının nümayəndəsi iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh tərəfindən qəbul edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, iddiaçı “xxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı “xxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi barədə iddia tələbi təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-975/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-975/2021
09.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver