Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-975/2025 29.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, N05) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 26K 6054 nömrəli məktubunda bildirilmişdir ki, N saylı hərbi hissə komandirinin yanvar, iyun N992-ci il tarixli əmrlərində İddiaçı barəsində məlumat yoxdur. N saylı hərbi hissə komandirinin 2N yanvar N994-cü il tarixədək olan əmrləri MN-nin Mərkəzi Arxivinə daxil olmamışdır.
2. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon şöbəsinin xx.xx.20N4-cü il tarixli 59 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək N saylı hərbi hissədə, xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək 8NN saylı hərbi hissədə, xx.xx.N994-cü il tarixdən xx.xx.N996-cı il tarixədək N saylı hərbi hissədə xidmət etmişdir və Azərbaycan Respublikası Müdafiə Nazirinin 26 №-li, xx.xx.N996-cı il tarixli əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. xx.xx.N996-cı il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsində hərbi qeydiyyatdadır.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.20N4-cü il tarixli 652 nömrəli qərarı ilə İddiaçı “Sağ çiyin nahiyəsinin dəlib keçən güllə yarası” diaqnozlu travmasının səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.
4. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon şöbəsinin xx.xx.20N7-ci il tarixli 35 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən iyun N988-ci il tarixdən xx.xx.N990-cı il tarixədək SSRİ silahlı Qüvvələri tərkibində, xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək 8N5 nömrəli hərbin hissə tərkibində, xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək 8NN nömrəli hərbi hissə tərkibində, xx.xx.N994-cü il tarixdən xx.xx.N996-cı il tarixədək N72 nömrəli hərbi hissə tərkibində hərbi xidmət keçmişdir.
5. Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-N3-N2-N/2-A-N705xx/xx/2023 nömrəli arayışında göstərilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx xxxxx N970-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuş İddiaçı məhkumluğu yoxdur.
6. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 2866 nömrəli məktubunda bildirilmişdir ki, Samux RHK-dan çağırılmış, sıravi İddiaçı Məmməd oğlu N72 N-li hərbi hissə komandirinin N7 may N994-cü il tarixli NN7 №-li əmrilə (əsas: səh 25, əmrdə atasının adı Məmməd yazılmışdır, vəzifəsi göstərilməyib) 3-cü MATun şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. N72 №-li hərbi hissə komandirinin N9 may N994-cü il tarixli NN9 №o-li əmrində atıcı qumbaraatan köməkçisi, sıravi İddiaçı (əsas: § 7) döyüşlərdə itgilər və hərbi hissəni özbaşına tərk edənlər olduğuna görə komplektləşdirilmiş şəxsi heyətin siyahısında adı qeyd olunmuşdur. N72 №-li hərbi hissə komandirinin N2 iyul N994-cü il tarixli N64 №-li əmrində 3-cü MAT- un hərbi qulluqçusu, sıravi İddiaçı M. oğlunun (əsas: § N0, səh 22, əmrdə atasının adı tam yazılmamışdır, vəzifəsi göstərilməyib) hospitaldan qayıtmış hesab edilərək xx.xx.N994-cü il tarixdən qazan təminatına daxil edilməsi barədə məlumat vardır. N72 №-li hərbi hissə komandirinin N iyul N994-cü il tarixli N73 №o-li əmrilə sıravi İddiaçı (əsas: § 8, sıra 2, səh 439, əmrdə vəzifəsi göstərilməyib) hospitala getmiş hesab edilərək xx.xx.N994-cü il tarixdən qazan təminatından çıxarılmışdır. N72 №-li hərbi hissə komandirinin N8 avqust N994-cü il tarixli N90 №o-li əmrilə sıravi İddiaçı (əsas: § NN, sıra 2, əmrdə vəzifəsi göstərilməyib) hospitala getmiş hesab edilərək xx.xx.N994-cü il tarixdən qazan təminatından çıxarılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N996cı il tarixli 26 №-li əmrinə əsasən ehtiyata tərxis olunmuş İddiaçı N72 N-li hərbi hissə komandirinin N fevral N996-cı il tarixli 36 №o-li əmrilə (əsas: § 5, sıra 23, səh 6N, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Xanlar RHK-na göndərilmişdir.
7. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciətinə həmin orqanın xx.xx.2024-cü il tarixli 2/2-4280 nömrəli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.2024-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Təqdim olunan sənədlərə əsasən xx.xx.N992-ci il tarixdən (müalicədən) sonra xx.xx.N994-cü il tarixədək hərbi xidməti tam təsdiqlənmədiyinə və N72 nömrəli hərbi hissədə hərbi xidməti xx.xx.N994-cü il tarixdən sonrakı dövrə (atəşkəs dövrünə) təsadüf etdiyinə görə ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunur. Əlavə olaraq bildirilir ki, "Vətəndaşların müraciətləri haqqında" Qanunun N4.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir.
8. Məhkəmənin sorğusuna Gəncə Hərbi Prokurorluğunun xx.xx.2024-cü il tarixli 3- 3-N60/2-025509/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Gəncə hərbi prokurorluğunda mövcud olan qeydiyyat kitablarına əsasən, xx.xx.N992-ci il tarixdən xx.xx.N996-cı il tarixədək 8N5, 8NN və N72 nömrəli hərbi hissələrdə xidmət etmiş İddiaçı barəsində xx.xx.N997-ci il tarixdən sonrakı müddətdə cinayət işi və xx.xx.20N5-ci il tarixdən sonrakı müddətdə araşdırma materialı olmamışdır. xx.xx.N997-ci il tarixədək olan cinayət işlərinin qeydiyyatı kitabları və xx.xx.20N5-ci il tarixədək olan cinayətlər barədə məlumatların qeydiyyatı kitabları saxlama müddətinin başa çatması ilə əlaqədar, xx.xx.2022-ci il tarixdə məhv edildiyindən, həmin tarixlərədək sonuncunun barəsində cinayət işi və araşdırma materialı olub-olmaması haqqında məlumat vermək mümkün deyil.
9. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Naziriyinin xx.xx.2024-cü il tarixli 2222 və 2227 nömrəli cavab məktublarında bildirilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan 8N5(703) №-li hərbi hissə komandirinin xx.xx.N99Nxx.xx.N992-ci il tarixli nizami hissə üzrə əmrlərində, N №-li hərbi hissə komandirinin N992- N994-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və 8NN N-li hərbi hissə komandirinin xx.xx.N99N-xx.xx.N993-cü il, xx.xx.N993-xx.xx.N993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar edilməmişdir.
10. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Naziriyinin xx.xx.2024-cü il tarixli 3N44 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N994-cü il tarixli 0N32 nömrəli əmrində N72 nömrəli hərbi hissənin xx.xx.N994-cü il tarixdən, xx.xx.N994-cü il tarixli 0N46 nömrəli əmrində xx.xx.N994-cü il tarixdən, xx.xx.N994-cü il tarixli 0N64 nömrəli əmrində xx.xx.N994-cü il tarixdən, xx.xx.N994-cü il tarixli 0N8N nömrəli əmrində xx.xx.N994-cü il tarixdən, xx.xx.N994-cü il tarixli 0N99 nömrəli əmrində xx.xx.N994-cü il tarixdən, xx.xx.N994-cü il tarixli 0200 nömrəli əmrində xx.xx.N994-cü il tarixdən, xx.xx.N995-ci il tarixli 02 nömrəli əmrində xx.xx.N994-cü il tarixdən, xx.xx.N995-ci il tarixli 03 nömrəli əmrində xx.xx.N995-ci il tarixdən, xx.xx.N995-ci il tarixli 027 nömrəli əmrində xx.xx.N995-ci il tarixdən, xx.xx.N995-ci il tarixli 062 nömrəli əmrində xx.xx.N995-ci il tarixdən, xx.xx.N995-ci il tarixli 079 nömrəli əmrində xx.xx.N995-ci il tarixdən, xx.xx.N995-ci il tarixli 094 nömrəli əmrində xx.xx.N995-ci il tarixdən, xx.xx.N995-ci il tarixli 0N23 nömrəli əmrində xx.xx.N995-ci il tarixdən, xx.xx.N995-ci il tarixli 0N69 nömrəli əmrində xx.xx.N995-ci il tarixdən xx.xx.N995ci il tarixədək döyüş şəraitində hesab edilməsi barədə məlumat qeyd olunmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin yanvar-fevral N996-cı il tarixli əmrlərində N72 nömrəli hərbi hissənin döyüş şəraitində olması barədə məlumat aşkar edilməmişdir. N72 nömrəli hərbi hissə komandirinin iyun N994cü il tarixdən fevral N996-cı il tarixədək olan nizami hissə üzrə əmrlərində Murovdağ uğrunda döyüş əməliyyatlarının davam edibetməməsi barədə məlumat akar edilməmişdir.
11. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinin xx.xx.2024-cü il tarixli 3-43-5N/2- N379/2024 nömrəli cavab məktubuna əlavə edilmiş İddiaçı qeydiyyat kartasında iyun N988-ci il tarixdən xx.xx.N990-cı il tarixədək SSRİ silahlı Qüvvələri tərkibində, xx.xx.N992ci il tarixdən xx.xx.N992-ci il tarixədək 8N5 nömrəli hərbi hissə tərkibində, xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək 8NN nömrəli hərbi hissə tərkibində, xx.xx.N994-cü il tarixdən xx.xx.N996-cı il tarixədək N72 nömrəli hərbi hissə tərkibində silah təhkim edilməsi, həmçinin xx.xx.N992-ci il taridə yaralanması barədə qeydlər vardır.
12. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin xx.xx.2025-ci il tarixli 92/N46 nömrəli cavab məktubu ilə məhkəməyə göndərilmiş 35N9 nömrəli xəstəlik tarixçəsindən çıxarılmış çıxarış epikrizində İddiaçı xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək Müdafi Nazirliyinin N saylı hərbi hissəsində (Gəncə hospitalında) atipik dermatit diaqnozu üzrə stasionar müayinə və müalicə aldığı qeyd edilmişdir.
13. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidməə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinin xx.xx.2025-ci il tarixli 3-43-5N/2- 363/2025 nömrəli cavab məktubunda bilidirilmişdir ki, bölmədə İddiaçı qeydiyyat kartasından başqa sənəd mövcud deyildir.
14. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli 3-N7-4/2-NN860/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli NN nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Bildirilir ki, İddiaçı əlillik vəziyyəti xx.xx.20N3-cü il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbilə bir il müddətinə ikinci dərəcə ilkin əlillik təyinatı bardə qərar qəbul edilmişdir. Şəxsin ikinci dərəcə əlilliyi xx.xx.20N4-cü il tarixindən bir il müddətinə (xx.xx.20N5-ci il tarixinədək) artırılmışdır. Növbəti dəfə vətəndaşa xx.xx.20N6-cı il tarixindən ümumi xəstəlik səbəbilə 5 il müddətinə (xx.xx.202N-ci il tarixinədək) ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Sonrakı dövrdə əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə vətəndaşa dair Samux Rayon Mərkəzi Xəstəxanası tərəfindən 03N5003AAF72 və 03N5003AAHKS nömrəli göndərişlər rəsmiləşdirilmişdir. Həmin göndərişlər əsasında şəxsin əlillik vəziyyəti müvafiq olaraq xx.xx.202N-ci və xx.xx.2022-ci il tarixində elektron qiymətləndirilmiş və hər iki halda əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Daha sonra İddiaçı 03N5003AAHKS nömrəli göndəriş və müraciət əsasında xx.xx.2022-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.20N5-ci il tarixli 4N3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq, xx.xx.2022-ci il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Sonuncu dəfə şəxsin əlillik vəziyyəti dövlət tibb müəssisəsinin G000360N0JKJ nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixində elektron qiymətləndirilmiş və natamam doldurulması səbəbindən göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. II. Məhkəmədə icraat
15. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, Samux rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağrılmışdır. Döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.N992-ci ildə aldığı və xx.xx.N992-ci ildən xx.xx.N992-ci ilə kimi Gəncə şəhəri X3 xəstəxanasında müayinə və müalicə olunduğu, yaralanma diaqnoz: "Sağ çiyin nahiyyəsinin dəlib keçən güllə yarası" (Azərbaycan Respublikası SHXCDX-nin Samux rayon Bölməsinin xx.xx.20N4-cü il tarixli 50N saylı göndərişi, xx.xx.20N4-cü il tarixli 59 saylı Arayışı, Gəncə şəhəri X3 xəstəxanasından verilmiş xx.xx.N992-ci il tarixli Çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, cərrahın rəyi ilə təsdiq edilir). "Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır". Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Samux rayon Bölməsi xx.xx.20N7-ci il tarixli 35 №-li arayışına əsasən, N970-ci il təvəllüdlü Samux rayon Alıuşağı kənd sakini İddiaçı N988-ci il tarixdən xx.xx.N990-cı il tarixədək SSRİ Silahlı Qüvvələri tərkibində xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək 8N5 №-li hərbi hissə tərkibində, xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək 8NN №-li hərbi hissə tərkibində, xx.xx.N994-cü il tarixdən xx.xx.N996-cı il tarixədək N72 №-li hərbi hissə tərkibində hərbi xidmət keçmişdir. Qarabağ uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Onun Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməyini onunla bir yerdə vuruşan döyüş yoldaşları da təsdiq edə bilərlər.
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
18. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
19. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.N. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.N. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.N.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.N.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
20. Məhkəmə hesab edir ki, hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt ödənilmişdir.
21. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Samux rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.20N9-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
22. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
23. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
24. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
25. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir.
26. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
27. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivin xx.xx.2024-cü il tarixli 2222 nömrəli arxiv arayışından da göründüyü kimi iddiaçı N72 nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli NN7 nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil olmuş və hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 36 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılmışdır. Həmçinin 8N5 (703) nömrəli hərbi hissə komandirinin xx.xx.N99N-xx.xx.N992-ci il tarixli nizami hissə üzrə əmrlərində, N nömrəli hərbi hissə komandirinin N992-N994-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və 8NN nömrəli hərbi hissə komandirinin xx.xx.N99N-xx.xx.N993-cü il, xx.xx.N993-xx.xx.N993-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının hərbi xidməti barədə məlumatlar aşkar olunmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivin xx.xx.2024-cü il tarixli 2222 nömrəli arxiv arayışına əsasən iddiaçının döyüş əməliyyatları aparılan dövrdə hərbi xidməti barədə məlaumatlar aşkar olunmamışdır, belə ki, iddiaçının hərbi xidməti döyüş əməliyyatları bitdikdən sonra yəni, N2 may N994-cü il tarixdən sonrakı dövrə təsadüf edir. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya" tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir.
28. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
29. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, o, N992-ci ilin yanvar ayında könüllü olaraq müharibədə N saylı hərbi hissənin tərkibində Xanlar rayonunun Hacıkənd ərazisində döyüşlərə başlamış, N992-ci ilin may ayınadək orada olmuş, daha sonra Laçın rayonunda yerləşən 8NN saylı hərbi hissənin tərkibində Laçın və Qubadlı rayonları uğrunda döyüşmüş, xx.xx.N992-ci il tarixdə güllə yarası almışdır. Biraz müalicə aldıqdan sonra N993-cü ilin dəqiq xatırlamadığı payız aylarında Ağcabədinin Ergi qəsəbəsində yerləşən N6N saylı hərbi hissənin tərkibində döyüşlərə yenidən qatılmış, N993-cü ilin dekabr ayında isə N saylı hərbi hissənin tərkibində davam etmişdir. N995-ci ilin dekabr ayınadək döyüşmüş, sonra isə ehtiyata buraxılmışdır. Onun N994-cü ilin may ayından sonra yaralanması olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
30. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 26K 6054 nömrəli məktubu; - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon şöbəsinin xx.xx.20N4-cü il tarixli 59 nömrəli arayışı; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.20N4-cü il tarixli 652 nömrəli qərarı; - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon şöbəsinin xx.xx.20N7-ci il tarixli 35 nömrəli arayışı; - Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-N3-N2-N/2-A-N705xx/xx/2023 nömrəli arayışı; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 2866 nömrəli məktubu; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciətinə həmin orqanın xx.xx.2024-cü il tarixli 2/2-4280 nömrəli məktubu ilə imtina məktubu; - Məhkəmənin sorğusuna X2 xx.xx.2024-cü il tarixli 3-3-N60/2-025509/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Naziriyinin xx.xx.2024-cü il tarixli 2222 və 2227 nömrəli cavab məktubları; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Naziriyinin xx.xx.2024-cü il tarixli 3N44 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinin xx.xx.2024-cü il tarixli 3-43-5N/2- N379/2024 nömrəli cavab məktubu və ona əlavə edilmiş İddiaçı qeydiyyat kartası; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin xx.xx.2025-ci il tarixli 92/N46 nömrəli cavab məktubu və ona əlavə edilmiş 35N9 nömrəli xəstəlik tarixçəsindən çıxarılmış çıxarış epikrizi; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidməə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinin xx.xx.2025-ci il tarixli 3-43-5N/2- 363/2025 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli 3-N7-4/2-NN860/2025 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlər.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
31. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
32. İş materiallarından müəyyən olur ki, İddiaçı tələbi ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlıdır, hansı ki, cavabdeh orqan tərəfindən xx.xx.N992-ci il tarixdən (müalicədən) sonra xx.xx.N994-cü il tarixədək hərbi xidməti tam təsdiqlənmədiyinə və N72 nömrəli hərbi hissədə hərbi xidməti xx.xx.N994-cü il tarixdən sonrakı dövrə (atəşkəs dövrünə) təsadüf etdiyinə görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.
33. Məhkəmə iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina əsaslarını və bu məsələdə cavabdeh orqanın hərəkətlərinin qanunauyğun olubolmamasını araşdırmaqla, cavabdeh orqanın imtinasını qanuni və əsaslı hesab edir.
34. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə: Bənd N. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994 cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. N. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.
35. Göründüyü kimi, Birinci Qarabağ müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı vəsiqəsinin verilməsi üçün qanunda nəzərdə tutulmuş iki şərt mövcuddur: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994 cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara; - N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara.
36. Göründüyü kimi, şəxs ya N988-ci il fevralın N-dən N994 cü il mayın N2-dək Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etməli, ya atəşkəsdən, yəni N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak etməli və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almalı olmuş olsun.
37. Hazırkı halda iddiaçının N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək döyüş əməliyyatlarında iştirak etməsi halı öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmənin sorğusuna Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli 2222 və 2227 nömrəli cavab məktublarında bildirilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan 8N5(703) №-li hərbi hissə komandirinin xx.xx.N99N-xx.xx.N992-ci il tarixli nizami hissə üzrə əmrlərində, N №-li hərbi hissə komandirinin N992-N994-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və 8NN N-li hərbi hissə komandirinin xx.xx.N99N-xx.xx.N993-cü il, xx.xx.N993-xx.xx.N993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar edilməmişdir. Hamçinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 2866 nömrəli məktubunda bildirilmişdir ki, Samux RHK-dan çağırılmış, sıravi İddiaçı Məmməd oğlu N72 N-li hərbi hissə komandirinin N7 may N994-cü il tarixli NN7 №-li əmrilə (əsas: səh 25, əmrdə atasının adı Məmməd yazılmışdır, vəzifəsi göstərilməyib) 3-cü MAT-un şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. N72 №-li hərbi hissə komandirinin N9 may N994-cü il tarixli NN9 №-li əmrində atıcı qumbaraatan köməkçisi, sıravi İddiaçı (əsas: § 7) döyüşlərdə itgilər və hərbi hissəni özbaşına tərk edənlər olduğuna görə komplektləşdirilmiş şəxsi heyətin siyahısında adı qeyd olunmuşdur. N72 №-li hərbi hissə komandirinin N2 iyul N994-cü il tarixli N64 №-li əmrində 3-cü MATun hərbi qulluqçusu, sıravi İddiaçı M. oğlunun (əsas: § N0, səh 22, əmrdə atasının adı tam yazılmamışdır, vəzifəsi göstərilməyib) hospitaldan qayıtmış hesab edilərək xx.xx.N994-cü il tarixdən qazan təminatına daxil edilməsi barədə məlumat vardır. N72 №-li hərbi hissə komandirinin N iyul N994-cü il tarixli N73 №o-li əmrilə sıravi İddiaçı (əsas: § 8, sıra 2, səh 439, əmrdə vəzifəsi göstərilməyib) hospitala getmiş hesab edilərək xx.xx.N994-cü il tarixdən qazan təminatından çıxarılmışdır. N72 №-li hərbi hissə komandirinin N8 avqust N994-cü il tarixli N90 №o-li əmrilə sıravi İddiaçı (əsas: § NN, sıra 2, əmrdə vəzifəsi göstərilməyib) hospitala getmiş hesab edilərək xx.xx.N994-cü il tarixdən qazan təminatından çıxarılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N996-cı il tarixli 26 №-li əmrinə əsasən ehtiyata tərxis olunmuş İddiaçı N72 N-li hərbi hissə komandirinin N fevral N996-cı il tarixli 36 №o-li əmrilə (əsas: § 5, sıra 23, səh 6N, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Xanlar RHK-na göndərilmişdir.
38. Göründüyü kimi, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində iddiaçının xx.xx.N994cü il tarixdən sonra hərbi fəaliyyəti barədə əmrlər mövcuddur, həmin tarixədək isə heç bir sənəd aşkarlanmamışdır.
39. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon şöbəsinin xx.xx.20N4-cü il tarixli 59 nömrəli arayışında İddiaçı həqiqətən xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək N saylı hərbi hissədə, xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək 8NN saylı hərbi hissədə, xx.xx.N994-cü il tarixdən xx.xx.N996-cı il tarixədək N saylı hərbi hissədə xidmət etdiyi və Azərbaycan Respublikası Müdafiə Nazirinin 26 №-li, xx.xx.N996-cı il tarixli əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxıldığı qeyd edilsə də, məhkəmənin sorğuları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon şöbəsində iddiaçının qeydiyyat kartasından başqa heç bir sənəd mövcud deyildir.
40. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinin xx.xx.2024-cü il tarixli 3-43-5N/2- N379/2024 nömrəli cavab məktubuna əlavə edilmiş İddiaçı qeydiyyat kartasında iyun N988-ci il tarixdən xx.xx.N990-cı il tarixədək SSRİ Silahlı Qüvvələri tərkibində, xx.xx.N992ci il tarixdən xx.xx.N992-ci il tarixədək 8N5 nömrəli hərbi hissə tərkibində, xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək 8NN nömrəli hərbi hissə tərkibində, xx.xx.N994-cü il tarixdən xx.xx.N996-cı il tarixədək N72 nömrəli hərbi hissə tərkibində silah təhkim edilməsi, həmçinin xx.xx.N992-ci il tarixdə yaralanması barədə qeydlər vardır.
41. Yəni, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsi verdiyi arayışında iddiaçının qeydiyyat kartasındakı qeydlərə istinadən onun xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək N saylı hərbi hissədə, xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək 8NN saylı hərbi hissədə xidmə etdiyini qeyd etmiş, lakin həmin qeydlərin aparılmasına əsas olmuş əmrlər və digər hər hansı sənəd mövcud olmamışdır. İddiaçının sözügedən dövrdəki hərbi fəaliyyəti barədə isə nə hərbi biletində qeyd aparılmamış, nə də arxivdə hər hansı sənəd aşkarlanmamışdır.
42. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçməsi öz təsdiqini tapa da, həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması halı müəyyən edilməmişdir. Hansı ki, iddiaçının əmrlərlə öz təsdiqini tapan döyüş fəaliyyəti atəşkəsdən sonraya təsadüf etdiyindən həmin dövrlə bağlı yaralanma (travma, kontuziya) tələbi də mövcuddur ki, iddiaçının məhz N2 may N994-cü il tarixdən sonra yaralanması olmamış, iddiaçının hospitalda müalicə almasına əsas olmuş xəstəliyi allergik xəstəlik – atipik dermatit olmuşdur.
43. Belə ki, məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin xx.xx.2025-ci il tarixli 92/N46 nömrəli cavab məktubu ilə məhkəməyə göndərilmiş 35N9 nömrəli xəstəlik tarixçəsindən çıxarılmış çıxarış epikrizində İddiaçı xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək Müdafi Nazirliyinin N saylı hərbi hissəsində (Gəncə hospitalında) atipik dermatit diaqnozu üzrə stasionar müayinə və müalicə aldığı qeyd edilmişdir.
44. Eyni zamanda, iddiaçının özü də iclas zamanı N994-cü ilin may ayından sonra yaralanmasının olmadığını bildirmişdir.
45. Məhkəmə onu da qeyd edir ki, iddiaçı xx.xx.N992-ci il tarixdə yaralanmış və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.20N4-cü il tarixli 652 nömrəli qərarı ilə onun “Sağ çiyin nahiyəsinin dəlib keçən güllə yarası” diaqnozlu travmasının səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilsə də, iddiaçıya məhz həmin xəstəliklə bağlı əlillik təyinatı aparılmamışdır.
46. Belə ki, məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli 3-N7-4/2-NN860/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli NN nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Bildirilir ki, İddiaçı əlillik vəziyyəti xx.xx.20N3-cü il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbilə bir il müddətinə ikinci dərəcə ilkin əlillik təyinatı bardə qərar qəbul edilmişdir. Şəxsin ikinci dərəcə əlilliyi xx.xx.20N4-cü il tarixindən bir il müddətinə (xx.xx.20N5-ci il tarixinədək) artırılmışdır. Növbəti dəfə vətəndaşa xx.xx.20N6-cı il tarixindən ümumi xəstəlik səbəbilə 5 il müddətinə (xx.xx.202N-ci il tarixinədək) ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Sonrakı dövrdə əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə vətəndaşa dair Samux Rayon Mərkəzi Xəstəxanası tərəfindən 03N5003AAF72 və 03N5003AAHKS nömrəli göndərişlər rəsmiləşdirilmişdir. Həmin göndərişlər əsasında şəxsin əlillik vəziyyəti müvafiq olaraq xx.xx.202N-ci və xx.xx.2022-ci il tarixində elektron qiymətləndirilmiş və hər iki halda əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Daha sonra İddiaçı 03N5003AAHKS nömrəli göndəriş və müraciət əsasında xx.xx.2022-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.20N5-ci il tarixli 4N3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq, xx.xx.2022-ci il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Sonuncu dəfə şəxsin əlillik vəziyyəti dövlət tibb müəssisəsinin G000360N0JKJ nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixində elektron qiymətləndirilmiş və natamam doldurulması səbəbindən göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır.
47. Göründüyü kimi, Birinci Qarabağ müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı vəsiqəsinin verilməsi üçün bu qərarın 34-cü bəndində nəzərdə tutulmuş qaydadan istisna hal olan - Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş olması halı da iddiaçıda mövcud deyildir.
48. İddiaçıya əlillik təyin olunarkən onun səbəbli əlaqəsi Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar deyil, ümumi xəstəliklə əlaqədar müəyyən edilmişdir.
49. Azərbaycan Respublikası Müdafiə Nazirinin 6 yanvar N998-ci il tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimata görə: Bənd N.6. N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. “Müharibə veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir.
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «XN şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır.
51. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir.
52. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.N. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
53. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə:
54. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva