Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-977/2023 03.08.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 15 noyabr 2018-ci il tarixdən müddətdən artıq xidmət edən qulluqçu kimi N saylı hərbi hissənin tərkibində xidmət etmiş və 44 günlük 2-ci Qarabağ müharibəsində iştirak etmişdir. Kəlbəcər rayonunun ərazisinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmiş və 02 oktyabr 2020-ci il tarixdə ağır yaralanmışdır (Diaqnoz- döş qəfəsinin sağ yarısının sağ plevra boşluğuna nüfuz edən odlu silah yaralanması). Güllə sağ döş qəfəsindən girərək ağ ciyərini deşib keçmiş və arxa tərəfdən çıxmışdır. Qeyd olunan vaxt cərrahiyyə əməliyyatı olunmuş, həmin vaxtdan da mütəmadi olaraq müalicə və müayinə olunmuşdur və həmin səbəbə görə də şəhadətləndirilərək ordu sıralarından təxris olunmuşdur. İddiaçı ordu sıralarından təxris olunsa da əmək qabiliyyətini itirmişdir, hazırda da 2-3 kilodan ağır yük qaldıra eyni zamanda, surətli hərəkət edə və surətli nəfəs belə ala bilmir. Ona görə ki, ağciyəri zədələnib, iş qabiliyyətini itirmişdir. Ona müharibə veteranı statusu verilib, eyni zamanda cənab Prezident tərəfindən medallarla təltif olunmuşdur. Buna baxmayaraq, hazırda cavabdeh orqan tərəfindən ona əlillik dərəcəsi verilməkdən imtina edilir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya etirazda bildirilir ki, iddiaçının əlillik vəziyyətinə Göygöl Rayon Mərkəzi Xəstaxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və "X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35- Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu …; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Döş qəfəsinin sağ yarısının plevra boşluğuna nüfuz edən, dəlib-keçən, sağ tərəfli hemopnevmotoraks sağ ağ ciyərinzədələnməsi (əzilməsi) ilə müşayiət olunan güllə yaralanması(xx.xx.2020).Döş qəfəsinin sağ yarısının bərkimiş dəri çapıqları.Tənəffüs çatmamazlığı İl dərəcə. Aparılmış yaraların birincili cərrahi işlənməsi sağ tərəfli torekosentez, plevra boşluğunun Bilau üsulu ilə drenajı (02.10.20) clə-dan s\v.Sağ Vİİ qabırğanın kafi bitişmiş sınığı.sağ tərəfli hemopnevmotoraks.Sağ ağ ciyərinzədələnməsi (əzilməsi) ilə müşayiət olunan güllə yaralanması(xx.xx.2020). Xroniki bronxiit. Hipotoniya. NSD; Mərkəzə göndərilmənin/lmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir" səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi, Göygöl rayon sakini İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı qeyd edilən diaqnozun əlamətləri aşkar olunmamışdır. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız və qanunsuzdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 23916 nömrəli Xəstəlik haqqında şəhadətnamədən görünür ki, Hərbi Həkim Komissiyası tərəfindən İddiaçı qoyulmuş “Döş qəfəsinin sağ yarısının plevra boşluğuna nüfuz edən, dəlib-keçən, sağtərəfli hemopnevmotoraks, sağ ağciyərin zədələnməsi ilə müşayiət olunan güllə yaralanmasına (xx.xx.2020) görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, sağtərəfli torakosentez plevra boşluğunun Bilau üsulu ilə drənajı (xx.xx.2020) cərrahi əməliyyatından sonrakı bərkimiş dəri çapıqları, sağ Vİl qabırğanın kafi bitişmiş sınığı, xarici tənəffüs funksiyasının mülayim dərəcədə pozulması ilə, sağ ll qabığranın kafi bitişmiş sınığı.” diaqnozu hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. -surəti işə əlavə edilmiş TSEK-Müayinələri üzrə qiymətləndirmə nəticələrindən görünür ki, İddiaçı barəsində Göygöl Rayon Mərkəzi Xəstəxanası tərəfindən göndərişdə qeyd olunmuş “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Döş qəfəsinin sağ yarısının plevra boşluğuna nüfuz edən, dəlibkeçən, sağ tərəfli hemopnevmotoraks sağ ağ ciyərinzədələnməsi (əzilməsi) ilə müşayiət olunan güllə yaralanması(xx.xx.2020).Döş qəfəsinin sağ yarısının bərkimiş dəri çapıqları.Tənəffüs çatmamazlığı İİ mətni: dərəcə.Aparılmış yaraların birincili cərrahi işlənməsi sağ tərəfli torekosentez, plevra boşluğunun Bilau üsulu ilə drenajı (02.10.20) c\ə-dan s\v.Sağ Vİİ qabırğanın kafi bitişmiş sınığı.sağ tərəfli hemopnevmotoraks.Sağ ağ ciyərin zədələnməsi (əzilməsi) ilə müşayiət olunan güllə yaralanması (xx.xx.2020). Xroniki bronxiit. Hipotoniya. NSD” diaqnozu üzrə əlillik təyinindən imtina edilmiş, imtina edilmənin səbəbi “Diaqnoz əlillik əlaməti təyin etmir” olmuşdur. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubundan görünür ki, təqdim edilən tibbi sənədlər və əyani müayinə nəticəsi olaraq İddiaçı barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı "döş qəfəsinin sağ yarısının sağ plevra böşluğuna nüfuz edən odlu silah yaralanması" xəsarətini almış və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixdə şəhadətləndirilərək “Döş qəfəsinin sağ yarısının plevra boşluğuna nüfuz edən, dəlib-keçən, sağtərəfli hemopnevmotoraks, sağ ağciyərin zədələnməsi ilə müşayiət olunan güllə yaralanmasına (xx.xx.2020) görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, sağtərəfli torakosentez plevra boşluğunun Bilau üsulu ilə drənajı (xx.xx.2020) cərrahi əməliyyatından sonrakı bərkimiş dəri çapıqları, sağ Vİl qabırğanın kafi bitişmiş sınığı, xarici tənəffüs funksiyasının mülayim dərəcədə pozulması ilə, sağ ll qabığranın kafi bitişmiş sınığı.” diaqnozu qoyulmuş və diaqnoz “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qiymətləndirilmişdir. Bundan sonra əlillik təyinatı məqsədilə iddiaçı barəsində Göygöl Rayon Mərkəzi Xəstəxanası tərəfindən müvafiq göndəriş cavabdeh orqana göndərilmiş, lakin təqdim edilən tibbi sənədlər və əyani müayinə nəticəsi olaraq İddiaçı barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. İddiaçı isə hazırki tələblə cavabdeh tərəfindən ona əlillik təyin edilməsini tələb edir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən, 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. İş materialları ilə müəyyən olunur ki, iddiaçı barəsində Göygöl Rayon Mərkəzi Xəstəxanası tərəfindən göndərişdə qeyd olunmuş “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Döş qəfəsinin sağ yarısının plevra boşluğuna nüfuz edən, dəlib-keçən, sağ tərəfli hemopnevmotoraks sağ ağ ciyərinzədələnməsi (əzilməsi) ilə müşayiət olunan güllə yaralanması(xx.xx.2020).Döş qəfəsinin sağ yarısının bərkimiş dəri çapıqları.Tənəffüs çatmamazlığı İİ mətni: dərəcə.Aparılmış yaraların birincili cərrahi işlənməsi sağ tərəfli torekosentez, plevra boşluğunun Bilau üsulu ilə drenajı (02.10.20) c\ə-dan s\v.Sağ Vİİ qabırğanın kafi bitişmiş sınığı.sağ tərəfli hemopnevmotoraks.Sağ ağ ciyərin zədələnməsi (əzilməsi) ilə müşayiət olunan güllə yaralanması (xx.xx.2020). Xroniki bronxiit. Hipotoniya. NSD” diaqnozu üzrə əlillik təyinindən imtina edilmiş, imtina edilmənin səbəbi “Diaqnoz əlillik əlaməti təyin etmir” olmuşdur. Məhkəmə iddiaçıda olan xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2-ci maddəsində göstərilən xəstəliklərin əhatə dairəsinə düşüb-düşməməsini müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 müraciət etmişdir. Ekspert rəyi ilə müəyyən olunur ki, iddiaçının onda olan xəstəliklərlə əlaqədar hazırda əlavə bərpa müalicəsinə ehtiyacı yoxdur. Qeyd olunan rəy onu deməyə əsas verir ki, iddiaçı tam reabilitasiya olunmuşdur və müalicələrə də ehtiyac duyulmur. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçı barəsində müvafiq qərarı və imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-977/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-977/2023
03.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver